15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Canavar yuvası” - Akif Cabbarlı yazır
Tarix: 02-07-2020 11:40 | Bölmə: Akif CABBARLI

İki parç pivə, bir nəlbəki yaxşı bişmiş isti noxud, dörd fal ucuz kolbasa, dörd ədəd sosis, bir ovuc alça, iki pomidor, bir xiyar, köhnə əyyamlarda stolların bəzəyi olsa da, indiki dövrdə o qədər də xoşa gəlməyən qrafinə süzülüb ortaya qoyulan iki yüz qram araq. Bütün bunlar ortada idi və ciblərimizə uyğun sifariş verdiyimiz bu təamlar bir azdan iştahamızın qurbanına çevriləcəkdi. Dostumla baxışdıq və sözsüz ki, parıltılı nəzərlərimiz əvvəlcə araq qrafinində birləşdi. Deməli, arağı içməli, bir tikə çörək kəsməli, sonra məhəlləmizdə Bayram kişinin sözləri ilə desək, bir “mərifətli” siqaret çəkməliydik.
Belə də elədik. Xiyarı qardaş malı kimi tən yarı böldük, qədəhləri toqquşdurub ənənəvi sağlıq söyədik: - “Şərəfə!”. Kimin şərəfinə deyəsi idik axı? Təbii ki, özümüzün. Zəhmət çəkib gələydilər, bu “canavar yuvası”nda kamali-ədəblə bizimlə üz-üzə, göz-gözə əyləşəydilər, stəkanlarımızı toqquşdurub “anası ölmüş”dən nuş edəydik özümüz üçün də... İndi isə işlətdiyim “canavar yuvası”, “anası ölmüş” ifadələrinə aydınlıq gətirim, sonra söhbətimə davam edərəm.
İstirahət günlərinin, iş saatlarının dumana düşdüyü vaxtlarda kasıbyana da olsa, ucuzvari kafelərdə kefini durultmaq istəyənlər üçün bir balaca çətinlik yaranıb. Hər kəs də evinə çəkilib tək-tənha yeyib-içə bilmir axı... Ləzzət eləmir sözün düzü. Arvadın dır-dırı, sonu görünməyən tənəli çıxışları... sonra da ki, güzgüyə baxıb öz-özünə sağlıq demək absurd bir məsələdir. Odur ki, biz iki dost çox fikirləşdik, götür-qoy elədik ki, əlimizə beş-on manat düşəndə haradasa kefimizi sazlayaq özümüz üçün. Həyətdə heç cür olmazdı. Göz qoyan, oğrun-oğrun seyr edib nəticə çıxaran, “mühüm” qərarlar verən kəslər az da olsa tapılır. Bir də ki, arvad-uşaq görə-görə günün günortasında hansısa talvarın altında, ağacın dibində araq hörtdədəsi deyildik ki... Günlərin birində binamızın həndəvərində yaşıl zolaqların arasında bir xudmani yer tapdıq. Küknar ağaclarının əhatəsində əla bir guşə idi. Oturmağa kətilləri, balaca, ensiz taxtı, hələ istəsən, əllərini yumağa suyu da vardı. Görünür, yaşıllıq işçilərinin idi, amma şose yolunun lap qırağında olduğundan hər an lap böyründəcə polis maşınının, ya da yaşıllıq təsərrüfatı işçilərinin dayanmayacağına zəmanət verə bilməzdin. Həmin bu yeri öz aramızda mırtlaşıb “çaqqal yuvası” adlandırdıq. Amma sonra bu adın doğurduğu assosiasiyaya görə burada xəlvəti oturub çörək kəsməkdən vaz keçdik.
Nə isə. Sonrakı günlərin birində dostum qoluma girib məni dairəvi yolun qırağında cərgə ilə sıralanan bir dəmir-dümür dükanına apardı. Dükana bitişik üstündə hind aktyor və aktrisalarının rəngli şəkilləri yapışdırılmış karton qapını açıb içəri keçdik. Uzağı beş adamın sığacağı qəribə bir guşədə bizi obyektin yiyəsi qarşıladı. Dostum gülümsər sifətli, orta boylu eloğlusunu və qohumunu mənimlə tanış elədi. Sonra burada oturub yüngülvari nahar elyib-eləyə bilməyəcəyimizi dəqiqləşdirdik. Çox qəribə, ağılagəlməz söhbət alındı.
- Niyə də olmasın, qardaş? Mənim obyektim əsl canavar yuvasıdır. Fikir verdinizmi, uçastkovının kabineti ilə yan-yanadır. Bura hər oğul ürək edib ayaq basmaz. Odur ki, adına canavar yuvası deyirlər. Bir halda ki, gəlmisiniz, qurd ürəyi yemisiniz.
Dediyini də elədi. Stolun üstünə bizim istəyimizlə nələri düzdüsə, hekayənin əvvəlində sadalamışam.
Qaldı ki, “anası ölmüş”ün açılmasına, qoy deyim də. Məhəlləmizdə son dərəcə ciddi və həm də hədsiz yumor hissinə malik bir kişi yaşayır. Çox nüfuzlu idarədə, məsul vəzifədə işləyir. “Anasıölümş” ifadəsinin şəriksiz müəllifi də bu kişidir. İndi həyət kişiləri bir nəfər kimi arağı “anasıölmüş” adlandırır. Bu adın etimologiyası ilə hələlik heç kim maraqlanmayıb.
Beləliklə, “canavar yuvası”nda bala-bala özümüz üçün “anasıölmüş”dən vurub xumarlanırdıq ki, içəri iki nəfər girdi. Dostum onları görcək hər ikisi ilə çox səmimi qucaqlaşıb öpüşdü. Bu problemli günlərdə bu sayaq görüşmək məni sözün əsl mənasında ürpəndirdi, üşütməyə saldı. Dostum necə kövrəlmişdisə, dərhal pivə parçlarının ikisini də bir-bir onların əlinə dürtdü: - için, için, sərinləyin, siz mənim əzizim, qohumlarımsınız.
Beləliklə, pivədən əlimiz çıxası oldu. Cibimizdəki maliyyə ehtiyatı isə əlavə sifarişə imkan vermirdi. Heç beş dəqiqə keçmədi ki, karton qapı açıldı və içəri iri gövdəli bir qadın və yanında da beş-altı yaşlarında bir uşaq pərçimləndi. Qadın o qədər gombul idi ki, içəri düzünə yox, ancaq yanpörtü girə bildi. Onu dərhal tanıdıq. Ara-sıra həyətimizə gəlir, atılmış əşyaları, boşalmış şüşləri yığır, harasa satmağa aparır, çörəkpulu qazanır. Yanındakı uşağı diqqətlə süzən dostum bu dəfə də çox sıcaq münasibət sərgilədi:
- Oğlum, necəsən, mənim balam? Allah səni saxlasın.
Sonra o, stolun üstündən iki dilim çörək götürüb, arasına iki fal kolbasa qoyub: - götür ye, nuş elə, - dedi.
Anası dərhal dilləndi:
- O, qızdır, əmisi, oğlan deyil.
Bu sözdən sonra dostum lap kövrəldi. Növbəti buterbroda pomidor da əlavə elədi. Mən də dostumdan geri qalmaq istəmədim. Cibimdən siqaret üçün saxladığım iki manatı çıxarıb ədəb-ərkanla uşağa təqdim elədim. Sonra dizləri cırıq cins şalvarının daracaq cibinə bir ovuc alça qoydum. Uşaq nə isə mızıldadı, ancaq bilmədik ki, bizi söyür, yoxsa təşəkkür edir. Hər halda üzündəki ifadədən heç nə anlaya bilmədim. Araq bir yana, rastlaşdığım ürək sıxan mənzərə məni az qala sərxoş edəcəkdi. Him-cimlə dostuma anlatdım ki, artıq getmək vaxtıdır. Obyektin sahibi ilə səmimi sağollaşıb, karton qapıdan astaca sivişib bayıra çıxdım.
Arxamca gələn dostum adəti üzə qısa müddətli məclisimizə nikbin bir sonluq vermək istədi:
- Bəlkə gələn dəfə...
Ağzını açan kimi bildim ki, ürəyindən nə keçir. Yüz faiz onu demək istəyirdi ki, sabahda-birigündə bəlkə Səmid Həmidovun dükanından ayın-oyun götürüb özümüzü verək “çaqqal yuvası”na?..
Hər halda düşünməyə dəyərdi...
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək