15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Alın yazısı, yaxud arıqlamış kölgələr... - Akif Cabbarlı yazır
Tarix: 04-11-2021 11:28 | Bölmə: Akif CABBARLI

Asif Vasifli uzunmüddtəli tərəddüddən sonra yaxınlıqdakı poliklinikada COVID-ə qarşı peyvənd elətdirib yenicə evə qayıtmışdı ki, köhnə dostu, şəhərin, bəlkə də ölkənin tanınmış adlı-sanlı memarlarından sayılan Elbrus Şahdağlinskidən zəng gəldi:
- Yoldaş Kəbirlinskiyə atəşin salamlar olsun. Kefin-əhvalın necədir? Hava gözəl, hər yan qızılı rəngdə, payızın bütün fürsətlərə qucaq açdığı bir vaxtda evdə oturmaq sənə də, mənə də yaraşmaz. Geyin, hazırlaş, gedirik üzü şimala - qorxma, ölkədən çıxmayacağıq - yaxın dostlardan biri dəvət eləyib, gedək bir-iki gün nəfəs alaq özümüzçün. Hə, necədir, ürəyincədir, yoxsa?..
Elbrus müəllimin birnəfəsə, ara vermədən danışdıqları, elədiyi təklif ürəyindən olsa da, vaksin vuran tibb bacısının beş-on gün spirtli içkidən uzaq durmaq barədə tövsiyəsi qarşısını kəsirdi, sonra da ki, cibində həmişə olduğu kimi “əmin-amanlıq” hökm sürürdü. Sözün düzü, canı da ağrıyır, sümükləri köhnə kamança kimi əməlli-başlı sızıldayırdı. Görünür, yetmiş yaşın astanasında onu yeni-yeni sürprizlər gözləyirmiş. Amma dostunun sözünü yerə salması da insafdan olmazdı. Onu da yaxşı bilirdi ki, Elbrus Şahdağlinski memar olsa da, ara-sıra hekayələr yazır, ilk oxucusu və tənqidçisi, redaktoru və korrektoru da uzun illər mətbuatda saç ağartmış, işsizliyə qədəm qoyandan sonra da xırda hekayələr, novellalar yazıb başını qatan, Şahdağlinskinin Anarın “Dantenin yubileyi” hekayəsinin qəhrəmanı olan Kəbirlinski kimi adlandırdığı Asif Vasifli olub.
- Yaxşı, bir-iki saata hazır olaram, dedi Asif müəllim. Sonra mətbəxdəki şkafı eşələyib paslı bir mismar tapdı, çəkicin də yerini arvadı Şəfiqə xanımdan soruşdu.
- Ay kişi, çəkici, mismarı neynirsən səhər-səhər? Yoxsa...
- Lazımdır, səndən xahiş edəcəm, qapının çöl tərəfində qulağımdan divara mıxla, qoy mənim də, sənin də canımız qurtarsın.
- Ay Asif, zarafat eləməyə mövzu tapmadın da. Sən Allah, qoy oturmuşuq.
- Yaxşı-yaxşı, zarafat eləyirəm, onda şalvarımın üstündəki kəmərimi çıxart gətir bura, işim var.
- Yoxsa fikrini dəyişdin, özünü asırsan, hə?.. Onda bu işi axşama saxla, qoy oğlun da, gəlinin də gəlsin, halallaşın, sonra asarsan özünü.
- Yox, ay arvad, işim ayrıdır, sən kəməri gətir.
Şəfiqə xanım ərinin dizləri sürtülüb işım-işım işıldayan enlibalaq şalvarının üstündən kəməri çıxarıb Asif müəllimə uzatdı. Asif köhnə qəzetləri bükələyib mətbəx stolunun üstünə qoydu və mismarla kəmərdəki axırıncı deşiyin qonşuluğunda ağır çəkicin köməkliyi ilə növbəti deşik açdı. Sonra kəməri belinə dolayıb axıracan sıxdı və “şükür Allaha, bu işim də belə düzəldi”,- deyə astadan pıçıldadı. “İndi daha yol gedə-gedə əlli dəfə şalvarımı yuxarı dartmaram”,- dedi.
Şəfiqənin sifətində iztirab dolu ağrılı bir ifadə cilvələnirdi. Doluxsunmuşdu və görünür ağlamaq üçün balkona çıxdı. Əri son aylar xeyli arıqlamışdı, paltarları əynindən tökülüb gedirdi. Köynəkləri, pencəkləri də daha onluq deyildi, geyinəndə uzun məsafə qət eləmiş durnalara oxşayırdı. Kiçik ölçülü geyim almaq da ağıllarının ucundan belə keçmirdi. Yemək-içməyin, işığın, qazın, suyun pulunu zorla çatdırırdılar. Pensiya ilə zəruri ehtiyaclarını birtəhər ödəyirdilər və Allaha gündə min dəfə şükür edirdilər ki, yolları xəstəxanaya-zada düşmür heç olmasa.
Elbrus Şahdağlinski yenidən zəng elədi və Asif müəllim təzəcə əl gəzdirilmiş, normativə uyğunlaşdırılmış kəmərini yenidən bozarmış şalvarına bağlayıb əyninə keçirdi. Sonra əsasən toya-bayrama geyindiyi boz pencəyini şifonerdən çıxarıb qoltuğuna vurdu. “Onsuz da maşında soyunacağam, daha niyə geyinirəm?”,- dedi öz-özünə.
Paytaxtdan təxminən iki yüz kilometrlik məsafədə uca dağlarla əhatələnmiş kiçik, amma olduqca yaraşıqlı bir şəhərdə qonaqları xətir-hörmətlə, mehribanlıqla qarşıladılar. Yaxşıca yeyib-içdikdən, doyunca söhbətdən sonra onları şahlara layiq, xalı-xalçalı, yumşaq və rahat otağa dəvət elədilər. Ev sahibi - eşmə bığlı, qalın qaşlı, yanaqlarından qan daman ucaboylu kişi üzünü Asif müəllimə tutub o yerlərə xas ifadə tərzi ilə hündürdən səsləndi:
- Can qardaş, Elbrus müəllim bizim dədə-baba qohumumuz, dostumuzdur. Sən də bu gündən oldun bizim qardaşımız, dincəlin, İnşallah sabah tezdən sizi yaxşı-yaxşı məclislər, qonaqlıqlar gözləyir, - dedi.
Ertəsi gün səhər yeməyindən sonra Elbrus müəllim çantasından bir topa kağız çıxarıb kamali-ədəblə Asif müəllimin qarşısına qoydu:
- Bu günlərdə bitirmişəm, iri hekayədir, elə bil ki, povestdir. Zəhmət olmasa, oxu, fikrini bildir. Qardaşcanı, zəhmətin havayı getməz, bilirəm də vəziyyətini...
- Xətrimə dəyirsən, Elbrus, oxumağına oxuyaram, lap redaktə də edərəm, amma elə bunu şəhərdə deyərdin, daha bu qədər yolu gəlib burada niyə deyirsən? Axı, biz dincəlməyə gəlmişdik - Asif yazıq-yazıq Elbrusun sifətinə zillədi gözlərini.
- Oxu, oxu, dincəlməyə də vaxt olacaq, - deyə Elbrus qətiyyətlə dilləndi.
Asif müəllim çox səbirlə, diqqətlə başladı Elbrus müəllimin yeni yazdığı hekayəni oxumağa. Oxudu, oxudu, təsvir olunan hadisələr, əhvalatlar isə sanki büsbütün özünün həyatını təsvir edən məqamlarla siləbəsilə dolu idi. Axı, o, dostuna bu barədə heç nə deməmiş, xahiş eləməmişdi. İşdə-gücdə başına gələnlər, uğurları, çətinlikləri, əməyinin lazımınca dəyərləndirilməməsi, bəzi dostların, qohumların ard-arda xəyanətləri, yetirmələrinin saymazlığı, laqeydliyi, hansısa fəxri adlardan, mükafatlardan gen düşməsi, üstəlik, iztirablı həyatı bütün dolğunluğu, rəngarəngliyi ilə təsvir edilir, bəzən lirik haşiyələrlə çərçivələnir, müasir oxucu tələblərinə uyğun şəkildə də təqdim olunurdu.
Beləliklə, memar Şahdağlinski professional qələm adamı, yazıçı olmasa da, ortaya elə bir hekayə qoymuşdu ki, ölkənin ən tanınmış nəşrləri bu yazını həvəslə çap etməyə razılıq verərdilər. Asif müəllim də hekayədə təsvir olunanlarla özünün başına gələnlərin yaşadıqlarının üst-üstə düşməsinə əslində qəribə bir təsadüf kimi baxır, ancaq heyrətini də gizlədə bilmirdi. Özlüyündə tale yazısı adlandırdığı hekayəni axıradək oxudu, səhifələrin kənarına qeydlərini də yazdı və Elbrus Şahdağlinskinin əlini möhkəm-möhkəm sıxıb onu yeni əsəri münasibəti ilə təbrik də elədi. Məsləhəti də bu oldu ki, hekayəni vaxtilə Asif müəllimin özünün çalışdığı jurnalın redaksiyasına təqdim eləsin.
...Günəş yavaş-yavaş qüruba enir. Payızın min rəng qatdığı dağ yamacında iki nəfər - Asiflə Elbrus qol-qola, təngnəfəs şəkildə üzüyuxarı addımlayır. Günəşin ilıq şüaları yamac boyu iki kölgəni necə var, eləcə əks elətdirir - hədsiz arıqlamış, çinar boylu kölgələri...
...Şəfiqə xanım ərini bərk-bərk silkələyib yuxudan oyatdı:
- Ay kişi, bayaqdan radioda sənin həyatından bəhs edən bir hekayəni oxuyurlar. Ara-sıra xatırladırdılar ki, bu hekayə hansısa jurnaldan götürülüb və tanınmış qələm adamı Asif Vasiflinin həyat və yaradıcılığına həsr olunub. Müəllifi də Elbrus Şahdağlinskidir. Birdən sənin köhnə dostun Elbrus müəllim olar ey, bilmərik.
Asif müəllim dinmədi. Gecə narahat yatdığından səhər-səhər azacıq da olsa mürgüləmək keçirdi ürəyindən. Ancaq bu istəyinə çata bilmədi. Arvadı səsinin tonunu bir qədər qaldırıb həyat yoldaşına adəti üzrə ənənəvi bir ev tapşırığı verdi:
- Zibil torbası aşıb-daşır. Sən kimi çox istəyirsən, onun canı, apar onu at, bir dənə təzə dağlı çörəyi, bir qab da İvanovka şoru al, gəl oturub adam kimi bir “zavtrak” eləyək də özümüz üçün...
Bölməyə aid digər xəbərlər

Hekayə

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək