15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qırmızı atobusda qan izi - Akif Cabbarlı yazır
Tarix: 03-10-2023 11:40 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI
- Hə, qardaş, hər şey bir anın içində baş verdi. Sanki göy guruldadı, şimşək çaxdı, yerə isə dolu, yağış yox, al-qırmızı qan damcıladı.
Sağ gözümün altı, qaşımın üstü əməli-başlı paralanmış, avtobusun döşəməsinə isə sızqa bulaqdakı kimi qan damcıllayırdı. Sifətimin necə, harasının yaralandığını təcili yardım maşınında həkim söyləyəcəkdi, hələliksə sol gözüm açıq idi və mən üst-başımı isladan və aramsız olaraq qırmızı avtobusun çirkli döşəməsində rəqs edən isti qan damcılarını ürək çırpıntıları altında seyr etməkdəydim.
Ağsaqqal dostum Elbrus Şahdağlinskinin danışdıqları nə vaxtsa oxuduğum kədərli hekayədən bir epizodu xatırlatdı mənə.Tanınmış memar və həm də yazıçı kimi ölkədə ad-san qazanmış dostumdan xahiş elədim ki, başına gələn əhvalatı təfərrüatı ilə danışsın görək axı nə baş verib...
- Avqust ayı çox isti keçdi də, bilirsən. İstilər heç həyətə düşməyə də macal vermirdi ki, saqqaldaşlarımla nərd oynayıb başımı qataydım. Məzuniyyətimin bitməyinə də on gün qalırdı. Dörd divarın arasında gün keçirməyin əzabı yəqin ki, sənə də tanışdır. Kiçik nəvəmin xəstələnməsi, ağır cərrahi əməliyyat ərəfəsində yaşadığı iztirablar da məni hədsiz üzürdü. On yaşlı adaşımı nə qədər əzizləsəm, oğrayıb-oxşasam da doymurdum. Doğrusu, çox fikir edirdim. Zavallı uşağın ayağının doğranacağı mənzərəsini göz önünə gətirəndə gedib o dünyanı görüb gəlirdim. Allaha yalvarırdım ki, mənim canımı alsın, təki sevimli balama heç nə olmasın. Qanlı bıçaq, cərrahın donuq sifəti gözlərimin önündən bir an da çəkilmirdi. Bir gün şəhərə çıxası oldum. Aptekdən özümə lazım olan dərmanları almalıydım. Qıpqırmızı, yaraşqlı avtobusda ayaq üstə dayanıb dağı arana, aranı da dağa daşımaqda ikən...
Elbrus müəllimin sözünün dalını gətirməkdə çətinlik çəkdiyini görüb köməyinə çatmaq istədim.
- Gəl bir siqaret çəkək, sonrasını danışarsan, tələsmə, - dedim.
- Yox, çəkmirəm, qoy hamısını danışım, sonra baxarıq, - dedi.
- Hə, məsələ belə olub də. Avtobus sürücüsü mənim də düşməli olduğum dayanacağa beş-on addım qalmış qarşısına qəfil çıxan minik maşınını əzməmək üçün dərhal əyləci basmalı olur. Təbii ki, sürətlə gedən maşınların toqquşması daha ağır nəticələr verə bilərdi. Qəfil tormoz, şaqqıltı, gurultu və orta qapının dəmir çərçivəsinə zərbə ilə dəyməyimlə gözlərimdə alışıb – sönən şimşək. Üst-başım, sir-sifətim al-qanın içində camaatın köməyi ilə yerə düşdüm və dayanacaqdakı oturacağa çökdüm. Yaxşı insanlar hər yerdə tapılır. Ciblərindən dəsmal, çantalarından salfet çıxarıb başımdan axan qanı kəsməyə çalışırdılar. Qan isə aramsız olaraq hey damcılayırdı. Kimsə təcili yardıma zəng elədi. Cavan bir oğlan su götürüb sifətimi yumaq istədi. Kimsə də heykəl kimi donub qalmış sürücünü söydü, yamanladı. O da görünür bərk qorxmuşdu, heç dilini də tərpətmədi. Sadəcə, təcili yardım maşını gələnə qədər donuq vəziyyətdə gözlədi və sonra avtobusunu işə salıb sürüb getdi. Paparatsilər onun da, maşının da, elə mənim də şəklimi çəkmək istədilər, qoymadım. Dedim qoy yayılmasın, sürücünün günahı yoxdur. Mən belə fikirləşdim, bəlkə də varıydı...
Təcili yardım maşını gəldi və qolumdan tutub maşına mindirdilər. Orta yaşlarında olan həkimin birinci sözü bu oldu ki, avtobusun nömrəsini yazıb və polisə demək lazımdısa zəng edə bilər. Məsləhət bilmədim. Dedim ki, sürücünün mənimlə düşmənçiliyi yoxdur, bilə-bilə əyləci basmayıb ki, məni zədələsin. Sonra həkim mənimlə hələ maşın yerindən tərpənməmiş xeyli söhbət elədi. Adım, ünvanım, işim, vəzifəmlə maraqlandı. Bir sözü təkrar-təkrar soruşurdu. Heç demə, aglımın, huşumun üstündə olduğunu dəqiqləşdirirmiş. Fikirləşirmiş ki, görək kəllə-beyin zədəsi almışam yoxsa yox...
Xəstəxanada da xeyli sorğu-sual elədilər. Polisə müraciət edib-etməyəcəyimi soruşdular. Onu da dedilər ki, sənin kimi insaflı, Allah adamı tək-tək tapılar. Nə təmənnasız kişisən sən...
Çapıq yerlərimin qanını kəsdilər və sifətimə yorğan sırıyan kimi əntiqə iki tikiş də qoydular.
Nəhayət evə zəng elədim, əhvalatı danışdım. Tökülüşüb gəldilər, üstü – örtülü bir məzəmmət də elədilər ki, sənin avtobusda nə işin var, maşınımıza nə gəlib axı...
Nə başını ağrıdım, məzuniyyətimin on gününü yaşadığım çoxmərtəbəli, çoxmənzilli binanın 16-cı mərtəbəsində keçirdim. Qonaq göyərçinləri yemlədim, dəniz sahilində aramsız işləyən və ömrünü çoxdan başa vurmuş neft mancanaqlarının siluetlərini doyunca izlədim. Xeyli zəifləmişdim, fərli-başlı yeyə də bilmirdim. Bir onu bilirdim ki, Allah məni eşidib, amma axıradək yox. Nəvəmə qurban gedə bilməmişdim. Görünür Yaradan belə məsləhət bilib, şükür məsləhətinə. Nəvəm də əməliyyatdan uğurla çıxdı. Tezliklə tam sağalacaq insallah.
On gündən sonra yaramın tikişini sökdülər və işə başladım. İlk sözüm xətrini dünyalar qədər istədiyim Sevda xanıma oldu. Dedim ki, Aydın müəllimdən eşitmişdin başıma nə gəlib. Bəs niyə zəng edib hal-əhval bilmədin. Gözləyirdiniz ki, ölüb gedim bu dünyadan? Sənə güvəndiyim dağlar...
Elbrus müəllim məzuniyyət vaxtı başına gələnləri bütün təfərrüatı ilə elə danışdı ki, bir neçə il qabaq 17 nömrəli avtobusda özümlə bağlı baş verən əhvalat bütün çılpaqlığı ilə gəldi durdu gözümün qabağında.
Nə isə, bu günə şükür...
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək