15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vasif Quliyevin tale yolu, bəxt cığırı - Fotolar
Tarix: 17-09-2020 13:20 | Bölmə: Akif CABBARLI

Hələ tələbəlik illərindən yaxşı tanıdığım, xətrini əziz tutduğum Vasif Quliyevin gələcəkdə, yəni ömrünün sonrakı ağlı-qaralı illərində hansı ilklərə imza atacağını, təsəvvürolunmaz çətinliklərə, iztirablara sinə gərərək, ortaya çoxlarının həsəd apardığı, gücü, nəfəsi, istedadı və həvəsi yetmədiyi tədqiqat əsərləri qoyacağını açıq-aşkar duyurduq. Bu şuşalı balası əyin-başını təzələyə, övladlarının maddi, sosial ehtiyaclarını qədərincə ödəyə bilmədiyi dövrlərdə Tiflisin, Sankt-Peterburqun, Moskvanın, Bakının arxivlərində ötən yüzilliklərin toz basmış, nəfəs boğan sənədlərinin arasından bu günümüzə boylanır, tariximizi, ədəbiyyatımızı, hərb elmimizi, zadəganlıq dövrümüzü, yalnız taxtda oturub əmr verən yox, həm də at üstündə elimizin, obamızın qeyrətini çəkən, namus və şərəfini qoruyan igid şahlarımızın, xaqanlarımızın, dünyaya Azərbaycan adlı həqiqəti musiqimizin, rəngkarlığımızın, heykəltəraşlığımızın solmaz, tükənməz energetikası ilə çatdırmağa çalışırdı. O, bu əməlləri ilə haqlı olaraq öyünür, fəxr edir, qürurlanırdı. Bu gün də onun gözlərinin dərinliklərinə baxsanız, o gözlərin işığında tarixi salnaməmizə yorulmadan, tükənməz eşqlə, şövqlə yeni çalarlar gətirən, heç vaxt sönməyəcək, daha gur yanan bir atəşin parlaqlığını görə bilərsiniz.
Bu günlərdə Vasif mənə yeni kitabını - “Mehmandarovlar”ı bağışladı. Onun öz kitabına yazdığı “Son söz”ündəki bu sətirləri diqqətinizə çatdırım:
“Özümüzü bu kiçik tanıtmada son olaraq demək istəyirəm ki... Yox, son sözümü hələ demək istəmirəm, deyəcəklərim hələ qabaqdadır, hörmətli oxucu. Bu silsilədən Şuşanın şanlı nəsillərindən olan Qacarlar, Cavanşirlər, Vəzirovlar, Behbudovlar, Adıgözəlovlar, Hacıbəyovlar... boy sırasına düzülüb, sizinlə görüşü gözləyirlər. Bunlar da elə bəxtimdən mənim missiyama aiddir. Əgər dini, imanı olmayan əcəl məndən hələlik bir az gen gəzsə, onları da sizin hüzurunuza gətirəcəyəm, əziz kitabsevər dostlar”.

“Fədakar tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindən olan Mehmandarovlar barədə ərsəyə gətirdiyi bu dəyərli kitab müəllifin 40 ildən artıq apardığı axtarışların yekunudur”. Bu sətirlər də kitabın redaktoru, Əməkdar jurnalist Tahir Aydınoğlunun “Mehmandarovların Qarabağnaməsi” sərlövhəli “Ön söz”ündəndir. Doğrudan da Qarabağ xanlığının möhtəşəm və bu gün də dünyaya örnək olası tarixinə geniş spektrdə işıq salan məşhur “Qarabağnamələr”dən sonra həmin ictimai-siyasi və etno-mədəni irsin davamının nadir bir parçasını əks etdirən nəslin tale yoluna həsr olunmuş “Mehmandarovlar” kitabı qiymətli bir tarixi mənbə kimi olduqca dəyərlidir. Qarabağın ictimai-siyasi həyatında silinməz, təkrarsız izlər qoyan Sadıq bəy Mehmandarov, Səməd bəy Mehmandarov, Mixail Dmitriyeviç Mehmandarov-Tuşinski, Sürəyya xanım Mehmandarova, Nağı bəy Mehmandarov, Rəşid bəy Mehmandarov və digərlərinin həyat yolunu, yaşam tərzini, fəaliyyət sferasını təkzibedilməz faktların müşayiəti və şirin təhkiyə ilə oxucuya çatdıran Vasif Quliyev yorulmaz tədqiqatçı və yazıçılıq missiyasını uğurla həyata keçirməyə nail olmuşdur. O, bu nəşri hazırladığı dövrdə bu soyadı daşıyan bir çox insanlarla görüşmüş, onların xatirələrini dinləmiş, arxiv sənədlərini saf-çürük etmişdir. Vasif bütün bunları haqlı olaraq özünün tale yolu, bəxtinin cığırı, həyatının mənası, əsl mahiyyəti hesab edir.
Mehmandarovların bu kitabda təqdim olunan şərəfli həyat yolu bir daha sübut edir ki, xan ailəsi mənfur ermənilərin hiyləsi və hakim dairələrin qəddarlığı ilə məhv edilib sıradan çıxarıldığı zaman xanlığın yüksək çinli məmurlarının, elitar nümayəndələrinin ailələri yeni şəraitdə də üstün mövqelərini qoruyub saxlamaq üçün yeni tipli məktəblərdə oxumuş, hərb sahəsində və inzibati idarəçilikdə fəaliyyətlərini davam etdirməyi bacarmışlar. Elə buradaca xatırladaq ki, Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən saray məmurları vardı. Həmin mülki vəzifələrdən biri də “mehmandar” adlanırdı. Bu söz fars mənşəlidir və mənası “qonaqpərvər”, “qonaqsevər” deməkdir.
Bu günlər Vasif Quliyev çox qayğılı görünür. Səbəbini soruşsanız, ilk olaraq “Qarbağ ensiklopediyası” üzərindəki yaradıcılıq işlərindən həvəslə danışacaq. Mən də şəxsən çox inanıram ki, Vasif müəllim tezliklə digər kitabları, elmi-publisistik məqalələri ilə yanaşı, bu nəşr üzərində də işini tamamlayacaq və Şuşanın, bütövlükdə Qarabağın tarixi keçmişinə geniş anlamda nəzər salacaq, oxucuların və araşdırıcıların bir çox məsələlərdə konkret və aydın qənaətə gəlməsinə yardımçı olacaq.

Vasiflə hər görüşümüzdə ondan nə isə öyrənmək, nələri isə qətiləşdirmək şansı qazanırıq. Konkret özümü nəzərdə tuturam. Yeni kitabı barədə uzun-uzadı yazmaq fikrində də deyildim. Onun əsərlərini, konkret desək, “Mehmandarovlar”ı oxumaq istəsəniz, heç birinizdən əsirgəməz. Əksinə, Qarabağ barədə, Şuşa haqqında daha nələrisə öyrənmək, dəqiqləşdirmək fikrinə düşənlərə kitablarını bağışlayar, hələ üstəlik ətirli çaydan nuş edə-edə şipşirin söhbətlərinə də qonaq edər. Bu, yalnız mənim qənaətim deyil.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək