15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ded Morozun Bakı turnesi... - Akif Cabbarlı yazır
Tarix: 28-12-2022 14:16 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
yaxud, hələ tamamlanmamış, müasir bir qış nağılı
Moskva-Bakı qatarı paytaxtımızın əsas giriş və çıxış qapısından keçib perrona yan aldı. Qonaqları qarşılayanların, yük daşıyanların səs-küyü qatarın sonuncu “çatmışam” motivli fitinə qarışdı. Vaqonların qapıları şaqqıltı ilə açıldı, rəngbərəng çamadanlar, iri-iri Dubay zənbilləri, Rusiya sakvoyajları, idmançı çantaları perrona qalaqlandı. Yük daşıyanların, taksi sürücülərinin xırıltılı, yuxulu səsli təklifləri, xahişləri yaz yağışı kimi qonaqların üstünə yağmağa başladı.
Birdən-birə perronda ağsaçlı, topasaqqal Ded Moroz, bizim dillə desək, Şaxta baba peyda oldu. Əsasını yerə vura-vura vağzal binasına doğru addımladı. Bu yerləri yaxşı tanıyan müsafirlər kimi şəstlə sağa-sola baxmadan inamlı addımlarla irəlilədi. Adamlar əvvəlcə qocanı sakit, dinməzcəsinə seyr edirdilər. Sonra yerbəyerdən uy dad, Şaxta baba, ay can, ay can, Ded Moroz, - deyə qışqırdılar. Yeddi-səkkiz uşaq valideynlərindən ayrılıb Şaxta babanın yanına qaçdı. Görüşdülər, ətəyindən dartdılar. Sonra bir dəstə qadın, yanında da colma-cocuq cumdular qonağın üstünə. Dilənçi idilər, yoxsa qaraçı, ayırmaq olmurdu.
- Baba, sən başın, uşaqların payını əsirgəmə. Konfet-zad lazım deyil, nəğd olsun, lap urus pulu da olsa eybi yoxdur. Yəqin yevronu, dolları hələ xırdalamamısan.
Təbii ki, Ded Moroz bizim dili bilmirdi, canına daraşan dəstənin istəyini də başa düşmürdü. Fikri-zikri Sineqeruçkanın, bizim dillə desək, Qar qızın yanında idi. Bir müddət idi ki, Yeni il qabağı tədbirlərə görə ayrı düşmüşdülər. Bakıda görüşməli, yekun konsertində çıxış etməli, yenidən Şimala dönməli idilər. Əlini cibinə saldı ki, mobil telefonunu çıxarsın, nəvəsinə zəng vurub görüş təyin etin. Elə bil ağsaqqalı bir andaca ilan vurdu, telefon cibində yox idi. Şaxta baba şeytana lənət oxudu, özünü söydü, cin atına mindi də, düşdü də - nə xeyri, telefon yoxa çıxmışdı. Gümanı min yerə getdi, gözü yol çəkdi. Məsələ qəlizləşirdi. Bu boyda şəhərdə nəvəsini necə tapacaqdı. Qanı bərk qaraldı. Allahı çağırıb yoluna davam etdi. Pilləkənləri aşağı düşürdü ki, gözünə iri lövhədə yazılan “M” hərfi sataşdı. Bildi ki, metronun lap yanındadır. Fikirləşdi ki, düşsün aşağı, həm canı qızar, həm də rahatcana Qar qızın axtarışı üçün özünə bir plan da cızar. Heybəsini çiynində rahatlayıb polisdən icazə alaraq özünü atdı eskalatorun üstünə. Ürəyində qarayanız serjantın atasına bir rəhmət də oxudu. Zarafat deyil, yad, uzaq şəhərdə kartsız-filansız qocanın üzünə yeraltı şəhərin qapısını taybatay açmışdılar.

Eskalatordan düşüb ilk gələn qatara minmək istədi. Dünyanın bir çox şəhərlərini gəzmişdi, ancaq belə vəziyyətlə rastlaşmamışdı. Adicə norma, yaxud vərdişdi ki, əvvəlcə gərək düşsünlər ki, sonra minəsən. Burada isə tamam başqa cür idi. Perrondakılar heç cür imkan vermirdilər ki, vaqon boşalsın sonra minəsi adamlar yerbəyer olsun. Bir basabas düşmüşdü ki, gəl görəsən. Qoca nə qədər cəhd elədisə, vaqona minə bilmədi. İkinci reysi gözlədi, yenə görünməmiş basabas yarandı. Bu dəfə güc-bəla özünü içəri sala bildi. İnsafən tez yer verdilər, əyləşdi, nəfəsini dərdi. Telefonun itməyi qanını yaman qaraltmışdı. Ha fikirləşirdi, Qar qızın telefon nömrəsini yadına sala bilmirdi. Gümanı qalmışdı təsadüfi görüşə. Növbəti stansiyada Allahı çağırıb çıxdı yuxarı.
Şaxta baba gözlərinə inana bilmirdi. Dünyanın çox ölkəsində, saysız-hesabsız şəhərində olmuşdu. Bakını isə heç cür belə təsəvvür etmirdi. Uca binalar, xarici maşınlar, dəbdəbəli restoranlar, mağazalar, yaraşıqlı və yaxşı geyimli-kecimli oğlanlar və qızlar ona gah Nyu-Yorku xatırladırdı, gah da Varşavanı, özünü gah Praqada hiss edirdi, gah da Sankt-Peterburqda. Ürəyində fikirləşdi ki, bu cür gözəl şəhəri uca-uca göydələnlərlə niyə bu kökə salıblar. Moskvada, Piterdə, Riqada, lap elə qonşu Tiflisdə şəhərlərin qədimliyini, yaraşığını hündür binalarla korlamayıblar axı... Sonra deyirlər təmiz hava yoxa çıxıb, tıxac belə getdi, adamlar da bir-birinin ayağını tapdalamaqda. Bu cür tarixi şəhərlərlə belə davranmaq hec bir kitab-dəftərə sığan deyil. Sonra Şaxta baba küçələri, bağ-bağçanı əldən düşənədək gəzdi. Dənizkənarı parkda skamyaların birində əyləşdi. Uşaqlar dərhal Şaxta babanı dövrəyə aldılar. Tərslikdən heybəsində şirniyyat-zad yox idi. Qar qızla görüşüb nə isə məsləhətli bir şey alıb uşaqlara paylamalı idi. Bu arzusu da hələlik havadan asılı qalmışdı.
Ağsaqqal bir xeyli dincəlib yaxınlıqdakı avtobus dayanacağına tərəf addımladı. Ucaboy, qarayanız, şəvə bığlı bir oğlanın tum çırtlamağı diqqətini cəlb elədi. Oğlan tumun qabığını yalan olmasın, on-on iki metr uzağa tüpürürdü. O, eyni vaxtda həm də saqqız çeynəyirdi. Bu azmış kimi lopabığ cavan damağına bir siqaret də qoyub yandırdı. Ciyərlərinə çəkdiyi gömgöy tüstünü havaya buraxdı. Eyni vaxtda üç proseduru elə ustaqlıqla yerinə yetirirdi ki, az qala Şaxta babanın əli-ayağı yerdən üzüldü. Hələ bunlar azmış kimi oğlan cibindən çıxardığı kəhrəba təsbehin dənələrini elə şaqqıldatmağa başladı ki, qocanın təəccübdən gözləri bərəldi. Ağsaqqal bu oğlanı ürəyində “fenomen” adlandırıb avtobusa minmək istədi. Elə bu vaxt maşından kim düşsə yaxşıdır - Snequruçka.
Baba ilə nəvə bu təsadüfün gətirdiyi xoşbəxtlikdən nə qədər sevindilərsə, bir Allah bilir. Tez mağazaya girib konfet, bir də ağsaqqala mobil telefon aldılar ki, işdi-şayət, ayrı düşsələr, bir-birini tapmaqda çətinlik çəkməsinlər. Sonra düşdülər şəhərin canına. Küçələrin birində arxadan çiyninə vurulan zərbə qocanı əməlli-başlı qorxuzdu. Qəfil şapalaqdan diksinən ağsaqqal geri qanrılanda dişini ağardan oğlan şit-şit hırıldadı:
- Ə, bu lap urus Ded Morozdu ki. Ə, bizim dili bileyrsənmi?
Qoca beş-on gün əvvəl Vilnüsdə, Tallındə keçirdiyi günləri yada saldı. Bircə dəfə də möhkəm danışan, qəfildən qoluna, çiyninə toxunan görməmişdi. Əgər kiminsə sözü, işi olanda da yanından ehmalca bir-iki addım qabağa keçir, sonra dönür, ehtiramla salamlaşır, sözünü çatdırırdı. Fikirləşdi ki, bu cür şapalaqla salamlaşma camaatın yarısını şəkər xəstəliyinə tutuzdurar ki.
Beş-on metr qabaqda onları daha bir sürpriz qarşıladı. Üç-dörd oğlan Sinequruçkanın qoluna girib ora-bura dartışdırırdı. Biri isə israrla qızın mobil telefonunun nömrəsini istəyirdi. Deyirdi ki, günün axırına zəngləşək, sizi Novxanıya, Akvaparka, papamın iş yerinə aparacam. Qar qız babasının üzünə məlul-məlul baxdı. Qoca cavanlardan xahiş etdi ki, onları tək buraxsınlar, çünki Yeni il qabağı işləri çoxdur, böyük bayram konsertinə hazırlaşmalıdırlar.
Bakı Şaxta baba ilə Qar qızın qarşısında küçə-küçə, meydan-meydan, məhəllə-məhəllə açılır, öz gözəlliyi, cazibədarlığı ilə təsəvvüredilməz dərəcədə sevinc hissi yaradırdı. İnsanların xoş siması, bayram ovqatı baba ilə nəvəni yorulmağa qoymurdu.
Dənizkənarı parkda, Elmlər Akademiyasının qənşərində ucalan Yeni il yolkaları şimallı qonaqların xüsusilə xoşuna gəlmişdi. Balacalardan elələri tapıldı ki, bütün gün Şaxta baba ilə Qar qızı tək qoymadılar. Gəzdilər, dolandılar, dedilər-güldülər. Axşama yaxın Ded Moroz özü boyda-biçimdə, yaraşıqda bir Şaxta baba ilə rastlaşdı. Elə bil çoxdanın dostları idilər. Xeyli söhbətdən sonra razılaşdılar ki, nəvələrini də götürüb birlikdə gözəlliklər diyarı Şüşaya da baş çəksinlər, Kirs dağına qalxsınlar, İsa bulağını ziyarət eləsinlər. Bilirdilər ki, indi o yerlərə bəm-bəyaz qar düşüb. Qarlı havada gəzməyin, tər-təmiz Qarabağ havasını udmağın ayrı ləzzəti var. Bu barədə telekanallardan çox şey öyrənmişdilər. Həm də Şaxta baba ürəyindən keçirirdi ki, hansısa üzdəniraq heyvanın soyadını daşıyan o daş ürəkli, əzazil və erməni sevdalı həmyerlisi ki, var, onu yaxşıca danlasın, məzəmmət eləsin və başa salsın ki, yaddan çıxarmasın, bu yerlərin qurd ürəkli, şir biləkli oğullarının qisası yaman olur ha... Olub keçənlərə yaxşı-yaxşı nəzər salsınlar, düzgün nəticə çıxarsınlar. Daha sonra isə baba və nəvə üzü Şimala, qısamüddətli səfərə çıxmalı idilər. Ded Moroz, Şaxta baba, Sinequruçka və Qar qız həmin gecəni səhərədək bir yerdə oldular. O gecə göydən üç yox, dörd alma düşdü.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək