15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Güzgüdən baxan kim idi... - Akif Cabbarlı yazır
Tarix: 17-08-2021 13:26 | Bölmə: Akif CABBARLI

Seyrək saçları səliqə ilə daranmış, qarayanız, enli alınlı, sivri burunlu, beli azacıq donqarlaşmış kişi sanki sükut mücəssəməsi kimi saatlarla donub qalır, baxışları haralarasa məchul nöqtələrə dikilir, həyətdə olub-keçənlərə, lap elə pişiklərin cırmaqlaşmasına, “Bobik” çağırılan məhəllə itinin yanını basa-basa o baş-bu başa valaylanmasına, balacaların səsli-küylü velosiped yarışına buz kimi soyuq, laqeyd baxışlarla da olsa, qətiyyən fikir vermirdi. Sir-sifətindən bu dünyadan küskünlüyü, haralarasa – lap elə o dünya olsun – köçüb getməyə hazırlıq və razılıq nişanəsi açıq-aydın süzülürdü.
Kişi bir həftə olardı ki, üç ildən bəri yaşadığım Çoxmərtəbəli, Çoxmənzilli binaya “lövbər atmışdı”. Bilinmirdi ki, kirayənişindir, yoxsa kimdənsə satlıq mənzil alıb yığışıb. Həyətin tən ortasındakı talvarın altına toplaşıb dünya siyasətini ələk-vələk eləyən, ədəbiyyatımızın klassik dövründən gələcəyinədək hər bir məqamını nəfəsi darala-darala, ucadan, hətta mənzillərdə eşidiləcək tərzdə sözün əsl mənasında “şumlayan”, erməni məsələsini həll etməyin yollarını çox əsəbi şəkildə, çılğınlıqla qısa müddətdə həll etməyin mümkün yollarını ovcunun içi kimi bilən və hələlik hansısa problemin həllini gözlədiyini bildirən “obıvatel” düşüncəli çoxbilmişlərin arasında yeni sakin sıxılır, sıxıldıqca da rəngi qapqara qaralır, amma cınqırını çıxarmırdı. Mənə isə elə gəlirdi ki, bu adam nə vaxtsa bomba kimi partlayacaq, “əşi, bəsdirin də, nə Nostradamusluq edirsiz, imkan verin nəfəs alaq, Allahın bu küləkli, tozlu havasını udaq da özümüz üçün”,- deyəcək.
Amma kişi dinmirdi. Hiss olunurdu ki, danışıqlara fikir verməməyə çalışır, hansısa replikanı eyhamla qulaqardına vururdu. Arabir yerindən qalxıb binanın başına dövrə vurur, sonra da astaca gəlib yerində oturur, elə hey susur, susurdu. Talvarın altı həyətin ən az külək tutan, həm də kölgəlik guşəsi olduğundan yaşlı adamlar adətən haranı gəzib dolansalar da, axırda gəlib burada oturub “yerdəmi” alır, sonra mənzillərinə qalxırlar. Qismətimizdən çox razı idik və bizə yeni mənzil bağışlayan humanist şəxslərə minnətdarlığımızı və sayğımızı bildirməyi bu gün də özümüzün vəfa borcumuz hesab edirik.
Nə isə. İcazənizlə yeni qonşumuzla bağlı söhbətimi davam etdirərdim. Beləliklə, günlərin birində kişinin tənhalığından istifadə edib onunla söhbətə girişməyi qərara aldım. Kimliyini, nəçiliyini, haradan gəlib, haraya getdiyini soruşduqda əvvəlcə çəpəki nəzərlərlə sifətimə baxdı. Görünür, nə dərəcədə səmimi olub-olmadığımı dəqiqləşdirmək istəyirdi. Mən də qısaca olaraq özüm barədə məlumat verəndən sonra kişi aram-aram danışmağa başladı:
- Adım Elbrusdur, Elbrus Şahdağlinski. Yarım əsrə yaxın müddətdə bu şəhərdə memar işləmişəm. Layihələndirdiyim binaların adını çəkib, yerini göstərsəm, uzun bir siyahı, üstəlik bir xəritə də alınar. Atam da, babam da yaradıcı insanlar kimi tanınıb. Babam yazıçı, atam rejissor olub. Şahdağlinskiləri bütün ölkə tanıyır. Babamgil Şahdağın ətəklərindən qopub gəliblər paytaxta. Təxəllüsümüz də bununla bağlıdır. Həyat şəxsən mənim üzümə heç vaxt gülməyib. Qohum-qardaş tərəfindən, çalışdığım kollektivlərdən heç zaman xeyir görməmişəm. Bəxtimdən gileylənmirəm, amma əlimin duzu olmayıb, hər zaman məndən bəhrələnməyə, şirəmi axıradək çəkib sonra cırılmış şar, içi tökülmüş termos kimi bir kənara atmağı xoşlayıblar. Əlimin yaxşı gətirdiyi vaxtlarda Şahdağın qoynunda, ata-baba yurdumda xudmani bir ev tikdirdim, şəhər qaydasında təmir elətdirib bəzəyib-düzədim. Qardaşıma dedim ki, nuşcanlıqla yaşayın, yaydan yaya mən də gəlib bir küncdə dincələrəm ailəlikcə. Günlərin birində o yerlərə yolum düşmüşdü. Qoyub getdiyim evdən əsər-əlamət qalmamışdı. İstilik sistemi dağılmış, unitaz həyətin uzaq küncünə atılmış, hətta otaqların birində divardan asılmış şəklim dürmələnib milçəköldürən alətə çevrilmişdi. Heç kimdən izahar istəmədən dərhal həyətdən çıxdıq, rayon mərkəzində oteldə gecələyib, ertəsi gün Bakıya qayıtdıq. Burası belə.
Qaldı ki, iş yerlərimə, hər yerdə qeyrətlə çalışmışam, üzərimə düşən hər işi vicdanla, keyfiyyətlə yerinə yetirmişəm. Yetişdirdiyim, əlindən tutduğum cavanlar elə arasında deyildiyi kimi, dırnaqları ovuclarına batandan sonra elimizin üzdəniraq adəti üzrə məni unudublar, ad günümdə, bayramlarda yada salmayıblar. İndi çoxusu vəzifədədir, ad-san, fəxri ad yiyəsidir, amma heç üzdə də olsa deməyiblər ki, sən susursan, heç kəsin yadına düşmürsünüz, bəlkə biz yığılaq, yuxarılara bir müraciət edək, yada salaq, bəlkə sənə də layiq olduğun mükafatdan, fəxri addan-zaddan verələr. Vallah, lap əvvəldən, gəncliyimdən belə şeylər heç yadıma da düşməyib, özümlə bağlı kiməsə ağız açmağı artıq iş bilmişəm. İşim-gücüm göz qabağındadır, şəhərə ən əziz qonaqlar gələndə mənim binalarımı göstərirlər, layihələndirdiyim otellərdə gecələtdirirlər. Hər halda kiminsə vicdanı oyaq qalıb nə vaxtsa adımı çəkirsə, dəyər verirsə, bu, mənim bəsimdir. Nə edim, əzəldən naxışım gətirməyib. Şükür Allaha, balalarımı böyütmüşəm, evləndirmişəm, başlarının üstündə tavan var. Mənim var-dövlətim onlardır, bir də bir-iki barmaqla sayılası dostum. Şəhərdəki evi satıb, oğluma da, qızıma da ayrıca mənzil almışam, qarımla bu binada kirayənişin qalırıq. Xanımım əsl şirniyyat həvəskarı və ustasıdır. Evdə biş-düş edir, bəzən kafelərə, restoranlara da veririk. Azdan-çoxdan pensiya da alırıq. Şükür Allaha, alababat dolanırıq. İndi əlimdə bir iş var, qismət olsa, tamamlaya bilsəm, yaxşı qonorarı olmalıdır. Sadə və ucuz materiallardan, sənə deyim də, yastı çay daşlarından, əyri-üyrü, yararsız çubuqlardan hazırlanacaq. Şərti adı belə olacaq - “Unutma”. Yəni ki, sənə edilən yaxşılıqları, göstərilən xoş münasibəti yadında möhkəm saxla, əvəzini çıxa bilməsən də, heç olmasa, hafizəndə, ürəyində yaşat.
Sonra kişi zəndlə üzümə baxıb astadan pıçıldadı:
- Bilirəm, məlumatım var, sən də elə mənim taleyimi yaşayırsan...
...Səhər-səhər əl-üzümü yuyanda elə bil özümü tanımadım, axı... Güzgüdən təzə qonşumuz Elbrus Şahdağlinski baxırdı üzümə. Özü də ağıryana, mənalı-mənalı gülümsəyirdi. Doğrusu, baxışlarının ağırlığına dözə bilmədim, sakitcə güzgüdən aralandım.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək