15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Boz pişiyin ünvansız məktubu - Hekayə
Tarix: 11-03-2025 12:09 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI
(hekayə)
Mənim adım Marsdır. Düzü, bu adı niyə qoyublar bilmirəm. Marsdan gəlməmişəm, Yupiterdən də xəbərim yoxdur. Deyilənə görə əslim-nəcabətim Şotlandiyadandır. Hələ körpəlikdən, mavrı vaxtımdan bu ailəyə düşmüşəm. Məni burada çox sevirlər, əzizləyirlər. Evin ağsaqqalı məni sadəcə Vasya deyə çağırır. Bu adı səsləndirən kimi yanına qaçır, qucağına çıxıram. Eşitmişəm ki, ağsaqqal hələ lap gəncliyindən həmcinslərimə böyük hörmət bəsləyir. Bildiyim qədər pələng ilindəndir. Buna görə təbii olaraq pişikkimilərin hamısına böyük hörməti, tükənməz məhəbbəti var.
Evin ağbirçəyinin də mənə qarşı qayğısını heç vaxt unutmaram. Həmişə başıma sığal çəkir, ayaqüstə qaldırıb üzünü üzümə sürtür. Belə vaxtlarda o da kövrəlir, mən də. Çox ürəyiyumşaq qadındır. Məni ayda bir-iki dəfə o çimizdirir. Əllərini cırmaqlayıb eləmirəm. Bilirəm ki, təmizliyimi, yaraşıqlı olmağımı istəyir. Amma evin gəlini bir dəfə - onda bir yaşım tamam olurdu - məni yuyunduranda gördüm əsəbidir, mən də əllərini çırmaqladım, hətta barmaqlarını möhkəmcə dişlədim də. Odur-budur çimmək işinə yalnız ağbirçək baxır. Qaldı uşaqlara, on iki yaşlı dəcəl oğlan başıma min oyun açır. Gözümə qırmızı işıq salır, rəngbərəng ipləri fırladıb məni cırnadır. Mən də ondan qaçıram, bir küncdə gizlənib saatlarnan çıxmıram. On yeddi yaşlı qızcığaz isə ayrı aləmdir. Məni evdə hamıdan çox istəyir. Bunu dəqiq bilirəm. Havalar xoş olanda mənim üçün xüsusi olaraq tapıb aldıqları səbət-korzində məni həyətə düşürür, nazımı çəkir, tumarlayır. Doğrudur, tumarından xoşum gəlir, amma keçirdiyim iztirablardan onun zərrə qədər xəbəri olmur. Baxıram həyət pişiklərinə, ürəyim sıxılır. Oynaşırlar, qaçışırlar, arada bir həyətdə dənlənən ağlı-qaralı göyərçinlərdən birini tutub parçalayır, paylaşır, həyatdan qədərincə ləzzət alırlar. Mən isə yalnız mağazadan alınan yeməyə möhtacam. Niyə belə qayda qoyublar, bilmirəm. Axı niyə toyuq əti, mal ətinin kotleti, yumurta, kartof yeməməliyəm ki... Evdə söhbətlərini eşitmişəm, guya baytar həkimi belə məsləhət görüb. Onun məsləhəti başına dəysin. Hələ bu azmış kimi, o gün o həkim evin oğluna zəng edib məni təcili olaraq yanına apazdırıb. Nədir-nədir, artıq o vaxt yetişib ki, məni təcili əməliyyat eləsin, quzu kimi sakitləşim. Ömür boyu yadımdan çıxmaz, həkim əsil qəssab davranışı ilə məni dünyanın ən şirin ləzzətindən birdəfəlik məhrum elədi. Beləliklə, nə vaxtsa rastlaşacağım, ünsiyyət quracağım zərif həmcinslərimdən biri ilə baş tutacaq romantik anlarıma iti qəssab bıçağı ilə heç vaxt silinməyəcək qara bir nöqtə qoydu.

Təbii ki, başıma gələn bu hadisəyə görə evdəkiləri qətiyyən qınamıram. Görünür, yuxunun şirin vaxtları qəfil miyoldamağım, zarımağım onları da narahat edirmiş. Həm də mənim gənclik eşqimin anlaşılmaz sızıltıları onların da qəlbini ağrıdırmış. Nə etmək olar, bu da bir taledir, alnıma yazılıb. Görünür, biz pişiklərin həyatı bu cür anlaşılmaz, izaholunmaz hadisələrə köklənib. Amma yaşadığım, ağsaqqalın dediyi kimi, evin “kiçik oğlu” statusunu qazandığım mənzilin ab-havası, aurası çox ürəyimdəndir. Özümü burada rahat hiss edirəm. Evə hər cür ərzaq alırlar, biş-düş edirlər, yeyib-içirlər. Heç nəyə tamah salmıram, nuş canları olsun. Nə etmək olar, qayda bu cür qoyulub- mən ancaq market yeməyi yeməliyəm. Olsun, acından ölmərəm. Pəncərədən seyr elədiyim göyərçinlərə də uzun ömür arzulayıram. Allah o çöl pişiklərinə də insaf versin ki, ətcəbala quşlara diş qıcamasınlar. Axı, bu quşcuğazlar da yaşamaq, balalamaq, nəsil artırmaq istəyirlər. Onların ömrünü yarıda qırmaq bağışlanan deyil, axı..
Nə isə. Bir qədər həyacanlıyam. Bu məktubu pişiklərin hüquqlarını qoruyan hansısa təşkilata ünvanlamaq fikrim yoxdur. Sadəcə, ürəyim dolu idi, qismən də olsa fikirlərimi yazıb yüngülləşmək istədim. Başağrısı oldusa bağışlayın. Hamınızı Çoxmərtəbəli, Çoxmənzilli Binanın lap yuxarısından salamlayır, hər birinizə, eləcə də mənim həmcinslərimə sakit, salamat həyat arzulayıram.
Son.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək