15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Təki sağlıq olsun... - Akif Cabbarlı yazır
Tarix: 01-12-2022 12:48 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
Mən ofisimizdə - sözün açığı, “idarəmizdə” yazmağa ona görə çəkinirəm ki, modern düşüncəlilər dərhal yaxama iri hərflərlə bir “köhnəfikirli” yazlığı yapışdıracaqlar - yeganə əməkdaşam ki, ilin-günün bu vaxtında vaxtilə kolxoz sədrlərinin qəbul otağında səliqəsiz şəkildə sıralanan qapqara örtüklü dəmir oturacaqları xatırladan ensiz, nahamvar stulda otururam. Qarşımdakı stol da güc - bəla sağ qolumun yerləşməsinə imkan verən genişlikdədir. Kirayədə olduğumuz ünvandan şəhərin lap mərkəzində bizim üçün ayrılmış geniş, işıqlı məkana köçəndə uzaqgörən, fərasətli işçilər otaqların ən genişini və işıqlısını, mebellərin ən təzəsini və rahatını qapazladığından yerdə qalan və utilizə ərəfəsində olan stol və stula möhtac qalmışdım. Hərə öz yumşaq, enib - qalxan, fırlanan kreslosuna yayxanıb mürgü vurmağında, mən isə daş kimi bərk stuluma möhkəmcə pərçim olmağımda tapmışam rahatlığımı.
Telefon məsələsində də vəziyyət analoji olaraq xeyirimə olmadı. Paylaşdılar, babat nömrələrə sahib çıxdılar, kiminləsə paralel olan nömrədən də şəhərə çıxışıma qadağa qoyuldu və nəticədə ofisdən kənarda və ofisdaxili rabitə imkanından məhrum edildim.
Bunlar mənim bacarıqsızlığımdan irəli gələn məsələlər deyil, nə isə elə bil sadəcə alın yazısı və şans problemləridir. Oturub hərdən fikirləşirəm, olub - keçənləri gözlərimin qarşısına gətirirəm, öz - özümə deyirəm ki, niyə belə olsun axı... Qohum - qonşu oğlanlarının hamısı məndən qabaq evləndilər, oğul - uşaq sahibi oldular. Gec ailə qurdum, ilk iş yerimdə mənə hamıdan sonra mənzil ayırdılar. Hamıya 13-cü əmək haqqı, mükafat yazılanda məni yaddan çıxardılar. Məndən sonra gələnlərə çox keçmədi ki, Əməkdar mühəndis adı, orden - medal verdilər, mənim adımı siyahıya salmadılar. Amma bütün çətin işləri mənə həvalə elədilər, çünki yaxşı bilirdilər ki, yarıdacağam. Yaşım tamam olan kimi də dərhal baş müdir çağırıb pensiyaya çıxmaqda tələsməyimi məsləhət gördü. Yaxşı ki, iki ildən sonra yaxın dostlarımın biri indi oturmağa rahat stulum olmasa da cüzi maaşlı bir işə dəvət elədi məni. Buna da şükür.
Hələ qurtarmamışam sözümü. Bəzi məqamları da xatırlatsam yerinə düşər. Hə, onu da deyim ki, hələ bircə dəfə də yadıma düşmür ki, metro vaqonuna, yaxud da avtobusa birinci, heç olmasa ikinci, ya da üçüncü minəm. Cavanlı - qocalı təpilirlər içəri, mən də mütləq axırıncı minəm ya minməyəm.
Mağazalarda, ya da bankomatın qarşısında növbələrdə də eynilə bu cürdür. Ağsaqqall - zad sayan yoxdur. Basıb keçirlər irəli. İrad bildirməyə də cürət eləmirəm. İndi çox adamın cibində bıçağı, beşbarmağı var. Kim zəmanət verə bilər ki, gözünün altını qaraltmayacaq, yaxud qabırğamın altını deşməyəcəklər. Ən yaxşısı elə axıra qalmaqdır vallah.
Cavan vaxtı, əlim işdə olanda, vəzifədə oturanda bütün tədbirlərə, məclislərə birinci məni çağırar, lap başda əyləşdirərədilər. İndi heç yada da salmırlar, axırda yada salıb Allah eşqinə harasa dəvət eləsələr də məclisin lap aşağısında, stul da olmasa bir köhnə taburetka tapıb əyləşirdirirlər. Əvvəllər isə “toy generalları” kimi lap başda yer göstərirdilər ki, desinlər, bəs məclisdə filan idarənin baş mühəndisi Elbrus Şahdağlinski də olub. İndi mənim tutduğum mövqe, daşıdığım vəzifə məclislərin yuxarı başı üçün aşağıdan da aşağıdadır. Heç buna görə çağırılan yerlərə daha getmirəm də. Onsuz da dəqiq bilirəm ki, lap axırda, sonradan sonraya yada salıblar.
Bir dostum var, oğlunun diplom işini yoxlayıb ora - burasına əl gəzdirdim, getdi, yaxşı da qiymət aldı. Təzə söhbət deyil, çoxdan olan işdir. Söz vermişdi ki, oturub qeyd eləyəcəyik. Gözə dəymir. Qonaqlığı - zadı lazım deyil, gəlsə görüşsə yaxşı olar, ölüm - itim dünyasıdır. Yaş keçir, qocalırıq. Əzrayıl müəllim də bəlkə mənim ehkamlaşmış həyat tərzimə riayət eləmədi, illərlə hər yerdə, hər məsələdə gecikməyimin fərqinə varmadı, mənimlə görüşə xətrimə dəyməsin deyə operativ şəkildə, lap tez gəldi, nə bilmək olar...
Hər halda sağlıq olsun...
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək