15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Quşların haqqına girən yaramaz
Tarix: 18-01-2023 12:03 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
- Qardaaaş, xoş gördük səni, kefin-əhvalın, yenə ordasan? Bura bax, hansı blokda yaşayırsan? Oğlun da səninlə qalır, eləmi?
Birdən-birə qarşımda peyda olan ucaboy, yaraşıqlı kişinin bu cür isti yanaşması, əziz adamı kimi qucaqlayıb bağrına basması hətta məni kövrəltdi də. Bu adam mənə həm tanış gəlirdi, həm də heç cür xatırlaya bilmirdim ki, kimdir axı bu cür sayğı və qayğı ilə yanaşır mənə.
- Qardaş, nə yaxşı oldu sənə rast gəldim. Maşınımızın benzini qurtarıb, elə də uzaqda deyil, sizin işin yanında, Nizami kino-teatrının yanındadır. Xanımım da oturub məni gözləyir ki, benzin tapıb işə salaq, çıxıb gedək evimizə. Bəlkə... Çox yox, iki-üç manat olsa işimiz düzələr.
Bu adam qəlbimin “sarı simi”nə toxunmuşdu. Bir halda ki məni tanıyıb (belə hesab edirəm) üz vurur, maşınında da arvadı gözləyir, yola verməliydim. Portmanatımı çıxarıb qurdalamağa bənd imiş qardaş. Uzun, sivri burnunu az qala gözümə soxacaqdı.
- Hə, bu beş manatı, yox, bununla düzələn deyil, bir onluğun da var axı. İkisini də ver, qardaş canı bir saata qaytarıb çatdıracam özünə. Kişi kimi söz verirəm.
Adam sanki İqor Kio babanın özü idi ki, hazırca durmuşdu qənşərimdə. Uzun, nazik barmaqlarını uzadıb çox asanlıqla hipnoz elədiyi mən qardaşının portmanatını bir andaca “şmon” elədi və dərhal da sürətlə məndən uzaqlaşdı. Ani olaraq aldadıldığımı, avam və sadəlöv yerinə qoyulduğumu anlasam da artıq gec idi. Qaqaş işini görmüşdü və gözdən itmişdi. Nə yaxşı ki, nəqliyyat kartımda müəyyən məbləğ vardı və mən suyu süzülə-süzülə, təhqir olunmuş, aldadılmış vəziyyətdə evimə gəlib çatdım.
Başıma gələn əhvalatı arvadıma danışmasaydım, inanın, ürəyim partlayardı. Xanımım xeyli mütəəssir oldu, amma zarafatından da qalmadı; - “eybi yox, bir gün araqsız qalsan dünya dağılmaz” – dedi. Onunla razılaşdım, amma bir yaramaz “maşennik”in kiçik büdcəmə vurduğu ziyanın nəticələrini ona xırdalamağı lazım bilmədim. Bilmədim ki, normal qarşılayar yoxsa yox. Çünki, ertəsi gün işə gedəndə yeraltı keçiddə tarı sinəsinə basıb özü özünü müşaiyət edib xəstə, yorğun səsi ilə “Xudayar təsnifi” oxuyan gənc küçə müğənnisinə hörmət eləməliydim, iş yerimin qarşısındakı alagöz pişiyə yemək almalıydım və evə qayıdanda hər səhər uçub gəlib balkonumuza qonan göyərçinlər üçün mağazadan dən götürməliydim. Məni “qardaş” deyib ağbədiyə aldadıb cibimi soyan fırıldaqçı gədə görün kimlərin haqqına girib də...
Nə isə, adama deyərlər, aldanmayaydın, “maşennik”in şirin dilinə inanmayaydın. Olur, belə işlər böyük şəhərlərdə çox rastlanır. Böyük şəhər demişkən, indi mən nə bilim ki, bu adam şəhərli balasıdır, yoxsa kənddən gələn “çüşka”dır. Haradan bilim, üzünə yazılmayıb ki... Bir də Allah bilir, nə vaxt rastıma çıxacaq ki, tutum qulağından aparım Bəhram müəllimin, Rəşid həkimin yanına, dəqiq müəyyənləşdirsinlər ki, bu yaramaz hansı yuvanın quşudur. Quşu yox, çünki o, gül kimi quşların haqqına girib, hansı dərənin heyvanıdır?...
Bölməyə aid digər xəbərlər

(sənədsiz – sübütsuz kiçik hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək