15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dövlətinə və Vətəninə tükənməz məhəbbət nümunəsi
Tarix: 09-08-2021 12:32 | Bölmə: Akif CABBARLI

Akif Cabbarlı
Yazıçı-publisist
Yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim, yazıçı-publisist və şair kimi tanınan, ehtiyatda olan xüsusi xidmət polkovniki Hamlet İsmayılov bu günlərdə “Карабах - это Азербайджан” (“Qarabağ Azərbaycandır”) adlı yeni kitabını mənə bağışladı. Bundan əvvəl də Hamlet müəllimin rus dilində çap olunmuş “Гаранты Государственный Безопаности” (Dövlət Təhlükəsizliyi Qarantları”) kitabı ilə tanış idim və müəllifin vətənini ürəkdən sevən və qəlbən yurduna bağlı bir insan kimi dövlətçiliyə, vətənə tükənməz məhəbbətindən və sədaqətindən xəbərdar idim.
Hamlet İsmayılov rusca təhsil alsa da, bütün düşüncə və əməlləri ilə əsl millilik daşıyıcısı kimi çoxəsrlik adət və ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə sayğı ilə yanaşan, şərəfli keçmişimizi dərindən öyrənən, bu günümüzə hörmət və gələcəyimizə böyük ümidlər bəsləyən soydaşlarımızdandır. İndiyədək araya-ərsəyə gətirdiyi yeddi kitabda oxucuya təqdim etdiyi orijinal fikirlərlə dolu, ədəbi-bədii cəhətdən yetkinlik nümunəsi sayılacaq yazılarında vətənə bağlılığını, vicdanlılıq və sədaqətlilik prinsiplərini həmişə önə çəkib. Yeni kitabında da bu hisslər, duyğular daha qabarıq konturlarla üz çıxır.

“Карабах - это Азербайджан” kitabında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, dünya miqyaslı diplomatik fəaliyyəti, xalqa, dövlətə, Heydər Əliyev siyasi kursuna və ənənələrinə sədaqət nümunəsi xronoloji ardıcıllıqla şərh olunur, təhlil edilir, müəyyən nəticələr çıxarılır. 30 il müddətində erməni əsarətində qalan torpaqlarımızın cəmi 44 gün ərzində dünyada bəlkə də analoqu olmayan hərbi-siyasi və diplomatik yolla azad edilməsi təbii ki, məhz Heydər Əliyev məktəbinin layiqli və yorulmaz davamçısı, dünya siyasi arenasında sözü və əməli ilə nümunə göstərilən böyük dövlət xadiminin, müzəffər Ali Baş Komandanın qismətinə yazılmışdı və cənab İlham Əliyev öhdəsinə düşən müqəddəs vəzifəni uğurla həyata keçirə bildi. Beləliklə, cənab İlham Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin arzularını reallaşdıra bildi, Ata qarşısında verdiyi sözə əməl etdi, Azərbaycan üzərində heç vaxt sönməyən azadlıq və suverenlik məşəlini alovlandırmağı bacardı. 44 gün ərzində dünyanın bir çox ölkələrindən müxtəlif niyyətlərlə Azərbaycana gələn jurnalistlərə verdiyi müsahibələr, diplomatlara və dövlət xadimlərinə açıqlamaları, cəbhədəki vəziyyətə tam nəzarəti şəxsən öz üzərinə götürməsi, hər bir kənd, yüksəklik uğrunda gedən döyüşləri və uğurları diqqətlə izləyib Azərbaycan xalqına bütün dəqiqliyi və təfərrüatı ilə çatdırması ölkə rəhbərinin müdrikliyindən və uzaqgörənliyindən, gələcəyə nikbin baxışlarından xəbər verirdi və Hamlet İsmayılov bütün bunları həssas publisist süzgəcindən keçirməklə rusdilli oxuculara çatdıra bilmişdir.
Hamlet İsmayılov bu kitabda Azərbaycanın dostları İqor Korotçenkonun, Maksim Şevçenkonun, Moskvada yaşayan həmyerlimiz Səadət Qədirovanın, habelə, Xalq yazıçısı Çingiz Abdullayevin, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikir və mülahizələrinə geniş yer ayırıb. Müəllif öz keçmiş silahdaşlarının, Azərbaycan Xüsusi Xidmət Orqanlarının yenilməzlik nümunəsindən, cəbhədə göstərdikləri igidliklərdən də ətraflı bəhs edir. Onu da deyim ki, Hamlet müəllim publisistik qeydlərini həm də poetik şəkildə işləyib və kitabda təqdim olunan şeirlər uğurlu nümunələr kimi qəbul edilir.

Hamlet İsmayılov 1973-2003-cü illərdə Xüsusi Xidmət Orqanlarında qüsursuz fəaliyyət nümunəsi göstərib. Yaxşı yadımdadır, 1980-ci ildə Ulu öndərin Naxçıvan səfəri zamanı Heydər Əliyevin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin Naxçıvan idarəsində çalışan Hamlet İsmayılov da vardı. Biz jurnalistlər Naxçıvandan qayıdandan xeyli sonra Hamlet müəllimin həmin səfər zamanı öz həmkarları, silahdaşları ilə bərabər hansı cəsurluq və peşəkarlıq nümunəsi göstərdiyini öyrənə bilmişdik. O, həmişə bir fikri təkrarlamağı sevir: “Heydər Əlirza oğlu Əliyevin təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq qismətinə görə yaradanıma minnətdaram”.
Hamlet İsmayılovun gərgin çekistlik fəaliyyəti bir sıra təltif və mükafatlara layiq görülüb. O, bütün bunları həyatının ən yaddaqalan və sevindirici anları hesab edir. Bununla yanaşı, ona da sevinir ki, Allah ona yazıb-yaratmaq, olub keçənləri əbədiləşdirmək, yaddaşlara köçürmək bacarığı və istedadı da verib. Elə yenicə çapdan çıxmış kitabında da biz bunun şahidi olduq.
Əqidə və qələm dostuma yeni yaradıcılıq uğurları, bir də möhkəm cansağlığı arzulayıram. Yeni kitabın mübarək, Hamlet müəllim!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək