15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Böyük mərifət sahibi” - Akif Cabbarlı yazır
Tarix: 06-08-2020 17:16 | Bölmə: Akif CABBARLI

Beş-on il əvvəlin söhbətidir. Aran rayonlarının birində olduqca mehriban ailənin həddindən çox səmimi üzvlərinin arasına birdən-birə, heç Allahın da gözləmədiyi qanqaraçılıq düşür. Özü də heç nəyin üstündə. Nə var-nə var böyük qardaş öz əkin sahəsini qədərindən artıq suvarıb, kiçik qardaşın qonşuluqdakı torpağı isə gün ərzində bir qarış da su görməyib. Beləliklə, evdəki xanımların, ya da ki, “ürəyiaçıq”, “qəlbiyumşaq” qonşuların fətvası ilə hər bir işdə, davranışda çoxlarına nümunə göstərilən qardaşlar üz-göz düşürlər. İş o yerə çatır ki, kiçik qardaş səbrini basa bilmir, böyüyünün üzünə ağ olur və bu söz-söhbət, dava-dalaş arzuolunmaz sonluqla bitir. Böyük qardaş öz əlində-ovcunda böyütdüyü qardaşının əlindəki ovçu bıçağının “köməyi” ilə xəstəxanalıq olur.
Təbii ki, qohumlar, dostlar kiçik qardaşın üzünü it üzü kimi danlayır, onu necə var hörmətsiz edirlər. Hövsələsiz qardaş təbii ki, dərhal polis şöbəsinə aparılır. Müstəntiq ilk dindirmədəcə kiçik qardaşın “mərifətinə” heyran olduğunu gizlədə bilmir. Onun “bir səbrin olaydı, hirslənmişdin, qəzəblənmişdin, bir siqaret odlayıb qoyaydın damağına, tüstülədəydin, hirsin də bəlkə soyuyub keçərdi”,- sözlərinə kiçik qardaşın cavbı nə olsa yaxşıdır:
- Sən də qəribə adamsan, mən o qədər mərifətsiz, qanacaqsız adamam ki, durub atam əvəzi böyük qardaşımın yanında yekəxanalıq edib siqaret çəkim? Bir danışığına fikir ver, cənab müstəntiq. Bizim nəsildə belə yekəbaşlıq ola bilməz! Ağlın başqa ailələrə getməsin.
Müstəntiq də ki, eşitdiyimə görə, bu fikrin qarşılığında deməyə söz tapmayıb, lal adamlar kimi sadəcə kəkələyib, sonra da bir siqaret odlayıb qoyub damağına.
***
“Niyə məni Əzrayılla düşmən edirsən...”
Ucqar dağ kəndlərinin birində baş verən bir əhvalatı qələm dostlarımdan biri tam təfərrüatı ilə elə danışdı ki, yazmaya bilmədim.
Deməli, şərti adı Məmməd olan kişi ağır xəstələnir, ölümlə çarpışır. Bu arada kişinin olduqca baməzə, zarafatcıl oğlu Aslan qoşalülə tüfəngi götürüb çıxır eyvana və göyə sarı iki patron boşaldır. Sonra qayıdıb atasının da eşidəcəyi tərzdə bildirir ki, vsyo, Əzrayılı güllələdim, daha çətin ki, bizim evə gəlib çıxar.
İş elə gətirir ki, kişiyə Allah sanki ikinci ömür bağışlayır. Məmməd dayı möhkəmcə silkinib durur ayağa və bundan sonra iki il də sağlam ömür sürür.
Günlərin birində qonşuluqda yaşayan Əli kişi də ölüm yatağına düşür. Hətta iş o yerə çatır ki, molla çağırıb “Yasin” də oxutdururlar. Birdən kişinin yadına qonşu Məmmədin oğlunun Əzrayıla atəş açması məsələsi düşür. Oğlu Hikməti çağırıb deyir ki, evimizdə tüfəng də var, patron da, nə durmusan? Oğlu dar ayaqda olan atasının xətrinə dəymək istəmir, tüfəngi doldurub həyətə düşür. Tap-tap, səmaya iki atış açıb evə qayıdır. Otaqda isə onu qara xəbər gözləyirmiş. Atası artıq Əzrayılın imzaladığı aktın qurbanı olmuşdu.
Hikmət göz yaşları içərisində bu sözləri pıçıldayır:
- Ay kişi, ay mənim əzizim, öləcəkdinsə, daha məni Əzrayıl qardaşla niyə düşmən eləyirdin, hıy? Axı, bu günün sabahı da var...
***
Küsməyin “qızıl qaydası”
Həmkarlarımdan birinin söylədiklərini yazıya almağa çalışmışam.
“Məhəlləmiz müxtəlif xasiyyətli, cürbəcür xarakterli insanların rəngarəng buketini xatırladır. Həyatın dibindən gələn, “Maksim Qorki Universitetinin” “məzunlarına”, müasir, kreativ düşüncəli gənclərə, səxavətdə Bəhlul Danəndəni geridə qoyan, igidlikdə məşhur gürcü “vorzakon”larına meydan oxuyan oğlanlardan tutmuş, ipək kimi yumşaq, qanundan və həkimdən uşaq arıdan qorxan kimi tırıslayan qocalara qədər kimə desən, bu məhəllədə rast gələrsən. Bu adamların içərisində lakmus kağızı misallı küsəyən kişilər də xüsusi seçilirlər.
Belə hədsiz “həssaslıq” nümunəsi göstərən adamlardan birinin işi isə kitablıq yox ey, lap kinoluqdur. Deməli, bu adam kimdənsə küsməyi, inciməyi, necə deyərlər, Allahdan axtarır. Bir də görürsən, yanından elə keçdi ki, deyirsən bəs kolxoz sədri işlədiyi vaxt yəqin əlli baş quzusunu, yaxud səksən qazını kəsib qoymusan böyrü üstə. Amma dünən axşam gəzinti vaxtı birgə dolanmışdıq, siqaret çəkmişdik axı... Bunu sən fikirləşirsən, mən düşünürəm, onun isə heç vecinə deyil, vallah. Durum deyim yadından çıxarıb, unudub, yox-yox, imanımı yandıra bilmərəm. Çünki küsmədiyi günlərdə onlarla lətifəni ləzzətlə, bəzəyə-bəzəyə bütün təfərrüatı ilə elə danışırdı ki, yaddaşına, hafizəsinə heyran olmaya bilməzdin. Bəs nə oldu, bu kişi niyə küsdü, bəhanəsiz-filansız üz döndərdi bizdən? Ha fikirləşirdik, heç yana çıxa bilmirdik.
Qonşumuzun bu cür xasiyyəti təbii ki, bəzi xırda-para problemlər yaradır. Misal üçün, yığışıb “almancasına” yeyib-içmək, yaxud çimərliyə getmək istəyəndə bəzən dilemma qarşısında qalırıq. Ürəyimizdən keçir ki, bizə qoşulsun, məzəli söhbətləri ilə ürəyimizi açsın, məlum olur ki, onun küsən günüdür. Deməli, tədbirimizi azından bir gün geri çəkməliyik. Bu da bizə ləzzət eləmir, ömür gözləmir axı... Bir gün ona yaxınlaşıb hal-əhval tutmaq istədim. Duruxdu, kərəlib sağa-sola baxdı, sonra cibindən bir kağız çıxardı, eynəyini taxıb diqqətlə baxdı, baxdı və “bu gün yox” deyə-deyə sürətlə məndən aralandı. Anışdıra bilmədim bu mızıltının arxasında nə dayanır. Amma qəfildən beynimə bir fikir gəldi; bəlkə qonşumuz ona daha rahat olsun, heç nəyi qarışdırmasın deyə bizdən inciməyi, küsməyi (özü də heç nədən ha...) xüsusi cədvəl, qrafik üzrə rəsmiləşdirir? Olar, olar, vallah olar...
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək