15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kərim müəllimin soyunmaqlığı - Akif Cabbarlı yazır
Tarix: 16-03-2021 11:01 | Bölmə: Akif CABBARLI

Mətbuatda hələ o qədər də tanınmamış və özünü təsdiqləmək üçün gecə-gündüz əlləşən Kərim Kərimlinski çoxdan idi ki, işlədiyi qəzet redaksiyasına baş çəkmirdi. Yaşı ötdüyünə və mövcud qaydalara görə redaktor gəlib-getmək məsələsini Kərim müəllimin öz boynuna qoymuş, “ürəyin nə vaxt istəsə, gəl, istəməsən də gəlmə, səndən umub-küsən yoxdur. Maaşını da vaxtında verəcəyik, narahat-zad olma”, - demişdi.
Günlərin birində Kərim müəllim çoxdan yazıb başa çatdırdığı məqaləsinin əlyazmasını da qoltuğuna vurub iş yerinə getməyi qərarlaşdırdı. Üzünü təraş elədi, şifoneri açıb ağ köynəyini, çoxdan əyninə almadığı kostyumunu çıxardı. Kostyuma düşən qalstuku da boynuna keçirib qapıdan çıxmaq istəyirdi ki, xanımı Səriyyə ilə burun-buruna gəldi. Arvadı nahar fasiləsində mütləq evə baş çəkər, ərinin yemək-içməyi, səhhəti ilə maraqlanardı. Necə də olsa, qırx beş il eldə-obada deyildiyi kimi bir yastığa baş qoymuşdular axı.
Nə isə. Səriyyə xanım ərinin əyin-başını, sir-sifətini sanki mikroskop altındakı kimi diqqətlə izlədi, əlini uzadıb kişinin kələ-kötür sifətini bir xeyli əlləşdirdi və qeyzlə dilləndi:
- A kişi, nədir, belə bəzənib-düzənib hara şortursan günün bu çağında? Yoxsa cavanlığın yadına düşüb, hə?..
- Səriyyə, redaksiyaya gedirəm. Aparım yazını kompüterdə yığdırım, müdirlə də görüşüm, çoxdandır üzünü görmürəm.
- Hə, nədir, kompüterdə işləyən qız kimdir ki, yadına düşüb yoxsa?..
- Nə qız, nə kompüter, cavan oğlan var, yazımı yığır, korrekturasını edir, ötürür katibliyə. Sən də nə qoyub, nə axtarırsan.
- Yaxşı-yaxşı, sən Allah, çıx get, qayıdan günün olmasın.
Kərim müəllim getdi, amma olduqca qanıqara vəziyyətdə getdi. Yol boyu ha fikirləşdisə, arvadının bu cür davranışından heç baş aça bilmədi.
Redaksiyada tünlük idi. Əməkdaşlar ora-bura qaçır, qəzetin növbəti nömrəsini hazırlayırdılar. Dəhlizdə yad adamlar da vardı. “Görünür, ştatdankənar müxbirlərdir”, - deyə Kərim müəllim ürəyindən keçirdi.
Redaktor onu olduqca səmimi qarşıladı:
- Boy, cənab Kərimlinski, xoş gəlmisən, nədir, xarici diplomatlar kimi geyinib-keçinmisən. Nə yaxşı, bəlkə işə dəyib, sonra da...
Redaktor sözünün dalını deməsə də, Kərim onun nəyə işarə elədiyini dərhal anladı.
- Yox, müəllim, bu yaşda nə ora, nə bura.
- Yox, yenə də...
Dəhlizdə məktublar şöbəsinin ölüb-itməz müdiri Validə xanımla rastlaşdı. Bu xanım nə az-nə çox, düz qırx il idi ki, bu şöbəyə başçılıq edirdi. İşinin öhdəsindən layiqincə gəldiyindən rəhbərlik ara-sıra dəyişsə də, onu kiminləsə əvəzləmək istəmirdilər. Kərimi başdan-ayağa süzüb sürməli qaş-gözünü süzdürən Validənin sözləri hekayəmizin qəhrəmanını lap cin atına mindirdi.
- Hə, nədir, hansı bəxtəvərlə görüşəcəksən? Redaksiya adına evdən çıxmısan, Allah bilir hansı ləçərin yanına gedəcəksən, Kərimçik. Vallah, Səriyyəyə yazığım gəlir, gör, ömrünü-gününü kiminlə çürüdür.
Bununla qurtarmadı. Kərim evə necə qayıtdısa, sözlə təsvir etmək bu sətirlərin müəllifi üçün də olduqca çətindir. Amma axıradək deməliyəm. Kərim müəllimi binanın giriş qapısında qarşılayan qonşusu İmdad kişi ucadan səsləndi:
- Kərim, qardaş, xeyirli olsun, sən öl, iki variantın var. Birincisi odur ki, arvadın gözünü oğurlayıb o söz. İkincisi də odur ki, yəqin sənə təzə vəzifə boyun olublar, amma kimdir sənə bu yaşda yaxşı iş verən? Çox güman ki, bir əfəldən-zaddan, boşanmışdan-tullanmışdan birini kələkləyib ələ keçirmisən. Yoxsa bu gün belə geyinməzdin.
Kərim dinmədi. Daha doğrusu deməyə söz tapmadı. Liftlə on dördüncü mərtəbəyə qalxdı. Mənzilinin qarşısında nə fikirləşdisə, ayaq saxladı. Sonra kostyumunu, köynəyini səliqə ilə soyunub qapının ağzındakı boş banka yeşiklərinin üstünə qoydu. Təptəzə ayaqqabılarını da çıxarıb paltarının böyrünə atdı. Sonra qapının zəngini açdı. Qapı açıldı və Səriyyədən bəlkə də hələ xoruz səsi eşitməmiş bir qışqırtı çıxdı:
- Ay camaat, kömək edin, kişini soyublar, soyundurublar. Evim yıxıldı, olan-qalanını apardılar. Öl, kasıb, öl, canın çıxsın elə.
Bölməyə aid digər xəbərlər

(Hekayə)

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək