15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Görünməz cəbhənin əsgəri... - Akif Cabbarlı yazır
Tarix: 15-05-2023 18:46 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI
Xüsusi xidmət orqanlarının veteranı, ehtiyatda olan polkovnik Hamlet İsmayılov bir vaxtlar qorxmaz, cəsur çekist kimi tanınırdı, indi də güclü qələm sahibi, istedadlı nasir kimi oxucuların sevimlisinə çevrilib. Onun xüsusi xidmət orqanlarının şanlı keçmişinə və bu gününə həsr olunmuş yazıları gənc çekistlərin vətənpərvərlik ruhunda yetişməsi və xidmət göstərməsində mühüm önəm daşıyır. Sayca yeddinci kitabı olan, “Xotite verte, xotite – net” bu missiyanın uğurlu davamı sayıla bilər.
Hamlet müəllimin yeni kitabı rusca yazılsa da bu nəşrin hər bir sətrində əsil azərbaycanlı ürəyinin, türk ləyaqətinin çırpıntılarını, şanlı qəhrəmanlıq tariximizin parlaq obrazını açıq-aydın duymaq mümkündür. Əgər kitabın adını sətri tərcümə edəsi olsaq zənnimcə “istəyirsiniz – inanın, istəmirsiniz – yox” deyə bilərik. Ancaq bütün hallarda görünməz cəbhənin sınaqlardan çıxmış sədaqətli əsgərinin qələmə aldıqları xatirə və təəssürat duyğularının dəqiqliyinə, dürüstlüyünə onu yaxından tanıyanların zərrə qədər də şübhə etməyəcəyi qənaətindəyəm və ümid edirəm ki, bu kitabı oxuyacaq hər kəs də mənim fikrimə şərik çıxacaq.
Uzun illərdən bəri tanıdığım, dostluq etdiyim Hamlet İsmayılov yeni kitabında ötən illərin və müasir dövrün ictimai- siyasi hadisələrinə geniş spektrdə işıq salmağa nail olmuş, Azərbaycan xalqının zaman-zaman üzləşdiyi çətinlik və problemlərdən əsil publisist ustalığı ilə bəhs etmişdir. Xarici havadarlarının, ilk növbədə Mixail Qorbaçovun dəstəyi və fitvası ilə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən və nəhayət müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğalda olan torpaqlarımızı azad etməsindən, qardaş Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbayanın haqq işinin tərəfində durmasından, Azərbaycan dövlətinin və xalqımızın sarsılmaz iradəsi ilə həmin ərazilərdə başlayan dirçəliş və çiçəklənmə marafonundan ətraflı bəhs edən müəllif çoxları üçün olduqca maraqlı olan məqamlara aydınlıq gətirmişdir. Müəllif ötən onilliklərdə rastlaşdığı çeşidli hadisələri həqiqətin süzgəcindən keçirməyi ustalıqla bacarmış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulması, onlarda xalqa, dövlətə məhəbbət hissinin davamlı olaraq aşılanması zəruriyyətini önə çəkmişdir.

Müəllif yeni kitabında xüsusi xidmət orqanlarının milliləşməsində, yenidən formalaşdırılmasında əvəzsiz xidmətləri olan fenomenal şəxsiyyət, Ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini də oxucuların diqqətinə çatdırır. 1980-ci ildə dahi şəxsiyyətin Naxçıvan səfəri zamanı ölkə rəhbərinin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman DTK-nın Naxçıvan idarəsində işləyən Hamlet İsmayılov deyirdi; “Onunla fəxr edirəm ki, taleyimə dahi bir insanın təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq qisməti düşüb”.
1973-cü ildən 2003-cü ilədək xüsusi xidmət orqanlarında qüsursuz fəaliyyət göstərən polkovnik Hamlet İsmayılovu keçmiş iş yoldaşları və gənc çekistlər vətənin sadiq əsgəri, layiqli vətəndaş kimi tanıyır və ehtiram göstərirlər. O da öz növbəsində vaxtilə çiyin-çiyinə çalışdığı insanları unutmur, onlarla daim əlaqə saxlayı, tez-tez görüşür, hal-əhval tutur. Xüsusi xidmət orqanları veteranları Alyansının rəhbəri Fəxri Abbasov, veteran çekistlər Bəhruz Teymurov, Bəxtiyar Əliyev, Şamil Süleymanov, Əli Orucov və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səmimi duyğu və düşüncələri bu kitabda geniş yer alıb.
Hamlet müəllim öz nəslinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirib. Onun böyük qardası Əliağa və Ayaz İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçiblər. “Mən də müharibə iştirakçısıyam - Birinci Qarabağ müharibəsinin. 1991-ci il iyulun 6-da Goranboy istiqamətində döyüşlərdə ağır yaralanmışam. Bu kitabı yazmağa 2020-ci ilin martında başlamışam. Həmin ilin noyabrında Azərbaycan Ordusu erməni faşistləri üzərində şanlı Qələbəyə imza atdı. Biz bu Qələbəyə görə öz qəhrəmanlarımıza - ilk növbədə Ali Baş Komandanımıza minnətdar olmalıyıq. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Dmitri Solntsevin, Denis Proninin, Fəqan Məmmədovun, Xudayar Yusifzadənin, Yüksəl Əlizadənin və yüzlərlə digər igidlərimizin cəsarəti qarşısında baş əyirəm”.

Hamlet müəllim yeni kitabında cəsur çekistlərimizin istər döyüş bölgələrində, istərsə də adi günlərdə Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda əsil fədakarlıq nümunəsi göstərdiyi publisistik çalarlarla oxucuya təqdim edir.
Müəllifin dili rəvan, süjet xətti orjinaldır. Bəhs etdiyi hadisələr inandırıcı, yaratdığı obrazlar bitkindir. O, rastlaşdığı və iştirakçısı olduğu hadisələrə bədii don biçməyi, oxucunu inandırmağı ustalıqla bacarmışdır.
Müəllifin yeni kitabında müxtəlif vaxtlarda qələmə aldığı şeirləri də yer alıb.
Hamlet İsmayılovun bu kitabı gənc çekistlər və oxucuların Zəfər tariximizə dair daha çox bilgilər əldə etmələri üçün etibarlı mənbə kimi də tanına bilər.
Yeni kitabı münasibəti ilə hörmətli dostumuzu, tanınmış çekist, istedadlı yazıçı-publisisti ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək