15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vətənə və yurd keşikçilərinə tükənməz məhəbbət nümunəsi - Fotolar
Tarix: 28-10-2021 12:01 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI
Yazıçı-publisist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru
Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəlmişdik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab elədiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında da fikir mübadiləsi etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə yenicə çapdan çıxmış “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, - dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.

Əvvəlcədən deyim ki, ədəbiyyat tənqidçisi olmadığım üçün oxucular yəqin ki, məndən hansısa analitik təhlil, dərin ədəbi düşüncələrlə süslənmiş fikirlər gözləmirlər və bu qısa qeydlərimdə Tapdıq müəllimin qələmə aldığı misralardan aldığım zövqü və ləzzəti oxucularla bölüşmək və müəllifə də ünvanlamaq istədim.
Adından da göründüyü kimi kitabda bütövlükdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəlik bacarığı ilə Azərbaycan ordusunun bir il əvvəl cəmi 44 gün ərzində mənfur düşmənin başıpozuq, lakin uzun müddət mifləşdirilmiş hərbi hissələrini darmadağın etməsini, 30 illik işğala son qoymasını duyğusal şair sevgisi və əsl vətənpərvərlik hissi ilə qələmə alınmış poetik nümunələr toplanıb. “Qələbəm - qəlp qəlbə qəlpə” kimi olduqca maraqlı ad daşıyan şeirdə Tapdıq Əlibəyli yazır:
Üzümdən-gözümdən işıq ələnir,
Qələbəm - qəlp qəlbə qəlpə kimidir...
Üçrəngli Bayrağım nura bələnir,
Sevincə yas tutan bəllidir kimdir...
Şaddır Şəhidlərin Zəfərlə ruhu,
Düşməndən qisasın alındı, Vətən!
Ovunur qovrulan torpağın ahı,
Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!

Tapdıq Əlibəyli bu kitabında Vətənin azadlığı və istiqlaliyyəti uğrunda qəhrəmanlıq göstərərək canından keçmiş igid oğulları barədə səmimi duyğularını oxucuları ilə bölüşür, Milli Qəhrəman, general-mayor Polad Həşimov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, igid döyüşçülər Əsəd Əsədli, Xaliq Hüseynov və başqaları haqqında hər kəsin ürəyində ülvi duyğular yaradan misralarla Vətən
uğrunda qurban getmiş igid soydaşlarımızın xatirəsinə dərin hörmətini və ehtiramını ortaya qoyur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyirdi ki, “torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər”.
Düşmən üstə hərb yürüşü –
Yurd uğrunda haqq döyüşü!
Zəfər yazsın qoy dönüşü
Azərbaycan əsgərinin!
Tapdıq Əlibəyli Türk qüdrətini, Türkiyənin Azərbaycana, Azərbaycan əsgərinə sevgisini dərindən duyan və qiymətləndirən söz adamı kimi yazır:
Tarix səhnəsində ərlər-ərənlər
Yazıb salnaməsin ox-nizəsilə.
Bu torpaq yetirən gör neçə öndər
Adın təsdiqləyib Türk imzasıyla.
Ulu Odlar yurdum - Azərbaycanım,
Bu gün göstərməklə ər qüvvətini!
Eşit, zərrə qədər yox həyəcanım,
Yağılar görməkdə Türk qüdrətimi!
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsini əziz tutan, Azərbaycan əsgərinin uğurlarına tükənməz məhəbbət bəsləyən şairin bu misraları da onun uğurlu poetik düşüncələri sırasında lap ucalarda boy göstərir.
Torpaq vətənləşər Şəhid qanıyla,
Vətən bütövləşər Şəhid qanıyla.
Torpağın bətnində adı-sanıyla
Vəhdət məqbərəsi - Şəhid məzarı.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının və mənim də təmsil olunduğum Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisi, istedadlı qələm sahibi Tapdıq Əlibəylini təzəcə işıq üzü görmüş kitabı münasibəti ilə təbrik edir, qələm dostumuza yeni yaradıcılıq uğurları, Yardımlı dağları kimi ucalıq, o yerlərdə çağlayan bulaqların suyu kimi saflıq arzulayıram.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək