15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Cavabı olmayan suallar - Akif Cabbarlı yazır
Tarix: 03-03-2021 11:02 | Bölmə: Akif CABBARLI

N rayonunun məşhur kafelərinin birində oturub nahar edən üç kişinin danışığı digər müştərilərin səs-küyünü batırsa da, heç kim dillənmir, onlara iradlarını bildirmirdi. Bu adamlar rayonun üç ən “yağlı”, hörmətli vəzifələrini azından on il idi ki, zəbt etmişdilər və hələlik kreslolarını heç kimə güzəştə getmək fikrində deyildilər.
Bu üç nəfər təkcə dadlı yeməklərdən yemir, həm də keyfiyyətli tut arağından bəsdir deyincə nuş edirdilər. Əli gopa basır, Vəli təsdiqləyirdi, Vəli uydurur, Mirəli möhürünü vururdu. Söhbətlərinin mövzusu da son hadisələr barədə idi. Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi, cəbhədən qayıdan yaralı əsgərlərimizə edilən və ediləsi xətir-hörmət haqqında eninə-uzununa danışır, əsl vətənpərvər kimi eşidib-bildiklərindən bəhs edir, özlərini də məhz qayğıkeş, cəfakeş, həssas və səxavətli məmurlar kimi xarakterizə edirdilər.
Elə oldu ki, ertəsi gün hər üç müdirin yanına yaralı əsgərlərimizdən müraciət edənlər oldu. Əlinin bacısı oğlu Vəlinin idarəsinə, Vəlinin dayısı nəvəsi Mirəlinin yanına, Mirəlinin qardaşı oğlu isə Əlinin qəbuluna baş çəkdilər. Heç birinin yardıma-zada ehtiyacı yox idi. Sadəcə hər kəs sənətinə, peşəsinə uyğun iş istəyir, halalca çörək qazanmağı arzulayırdı.
Və... Üç gün sonra telekanallardan birinin axşam buraxılışında Yaşıltəpədən olduqca qanqaraldıcı və təsirli bir süjet göstərildi. Bacıoğlu, dayı nəvəsi və qardaşoğlu hər üç idarədə onların üzlərinə baxılmadığı və üzlərinə çırpılan “gedin, kimə istəyirsiniz deyin, yazın, sizi vuruşmağa biz göndərməmişik ki” cavabını hörmətli tamaşaçılara və yuxarı təşkilatlara da bəyan etdilər. Nadan müdirlərin anlaşılmaz hikkəsi ilə üzbəüz qaldıqları barədə açıqlama verdilər.
Ertəsi gün Yaşıltəpənin həmin o məlum kafesində nahar edən Əlinin, Vəlinin və Mirəlinin üz-gözündən zəhirmar yağır, boğazlarından nəinki kabab, heç quruca pendir-çörək də keçmirdi. Yaxşı bilirdilər ki, yaxın saatlarda Ərazi İdarəsinin rəisi onları çağıracaq, məşhər ayağına çəkəcək. Əli Vəlinin, Vəli də Mirəlinin üzünə həyəcanla baxır, ürəklərində düşdükləri vəziyyətdən çıxış yolunu axtarırdılar. Yaşca hamısından böyük olan Əli qeyzlə əlini stola çırpıb nərildədi:
- Əə, vaxtında ailələrimizi, uşaqlarımızı tanış eləsəydik, üzlərini görsəydik, bax belə alınmazdı axı. Qulyabani həyatı keçiririk – dağ, bağ, kabinet, restoran. Nə vaxt bir yerə yığışdıq, qohum-əqrəbanı görüşdürdük ki... İndi də belə. Axşam Ərazi İdarəsinə çağıracaqlar, nə cavab verəsiyik, hə?.. Yaxşıca getdikmi fələyin badına, özü də kimin əliylə, özümüzünkülərin.
***
Yetim oğlanın sonrakı bəxti
Sovet dönəmində Bakıda nəşr olunan populyar və nüfuzlu qəzetlərdən birinin həmişə üzdə olan, öz cığal yazıları ilə sözün əsl mənasında “at oynadan”, hansısa yolla mətbuata dürtülən müxbiri pambıq yığımının şıdırığı vaxtında yolunu Muğanın ən varlı-hallı rayonlarından birinə salır. O, çox yaxşı bilirdi ki, belə məqamlarda kənddə hörmətlə qarşılanıb xətir-hörmətlə də yola salınacaq. Belə də olur.
Müxbir qardaşımızı Rayon Partiya Komitəsinin şöbə müdiri “QAZ-31”-ə əyləşdirib gün ərzində bir neçə kolxoza aparır. O vaxt diktofon zad da hələ üzə çıxmamışdı. Bakıdan gələn müxbir sualı suala calayır, eşitdiklərini kamali-ədəblə bloknotuna qeyd edir, arada bir də gördüklərini köhnə “Zenit” fotoaparatının yaddaşına köçürürdü. Kolxozlarda işini başa vurandan sonra müşayiətçi şəxs onu pambıq qəbulu məntəqəsinə də aparır. Burada müxbiri eyni ilə “Kirpi” jurnalındakı karikaturalara oxşayan yekəpər, lopabığ, boynunun yoğunluğundan şəlpə qulaqları əyilmiş şişman görkəmli müdir qarşılayır. Sual-cavab, ardınca limonlu çay, üstündən də araq və yağlı kabab. Qonağa qədərincə qulluq və sonra da müdirin qoltuq cibindən çıxardığı şax bir sovet yüzlüyü.
Müxbir köynəyinin döş cibinə şəstlə basılan yüzlüyü çıxarıb müdirdən soruşur:
- Qağa, bunu mənə niyə verdin?
- Necə yəni niyə verdim? Qonaqsan, müxbirsən, sonra da ki, elimizin gül kimi adəti var, apar balalarına, müdirinə, bir az da özünə xərclə, can sağlığıyla. Bir aylıq maaşındır, naz eləməyin yeri yoxdur.
Müxbir müdiri axıradək dinləyib bir sual da verdi:
- Deməli, müxbirliyimə görə, qonaq olduğumçun verdin, hə?
- Elədir ki, var.
- Onda gəl belə danışaq, bu yüzlüyün birini də ata kimi ver qoyum cibimə, yetim oğlanam.
- Verim ey, ay oğul, amma qoy dəqiqləşdirim, anan dururmu?
- Durur ey, amma...
- Daha niyə yetim olursan ki?... Anan orda, dədən də qara nər kimi burda. Qoy, pambığı topalayım təhvil verim, sonrasına baxarıq, başına dönüm.
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək