15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Böyük səhnəyə doğru... - Akif Cabbarlı yazır
Tarix: 21-06-2025 10:15 | Bölmə: Akif CABBARLI

Akif CABBARLI
Yazıçı-publisist,
Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən Muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılması, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsi və Azərbaycan musiqi sənətinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı həyata keçirilən əvəzolunmaz mədəni tədbirlərdən biri hesab olunmalıdır. Sayca 9-cu Muğam müsabiqəsinin gedişini izləyən milyonlarla tamaşaçı, dinləyici və muğamsevərlər hamılıqla bu qənaətdədir və bu yazının müəllifi də onlarla tam həmfikirdir.
2005-ci ildə keçirilən ilk müsabiqəni bütün təfərrüatı və aydınlığı ilə yaxşı xatırlayıram. Onu da qeyd edim ki, o vaxtdan bütün müsabiqələri əvvəldən axıra izləməyə çalışmışam və qaliblərin əllərini sıxmağı və müsiflər heyəti üzvlərinə ifaçılara obyektiv və dürüst yanaşmalarına görə təşəkkür etməyi özümə borc bilmişəm.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr olunan ilk müsabiqədə tamaşaçıların və münsiflər heyətinin yekdil rəyinə və səsvermənin yekununa görə Təyyar Bayramov və Babək Niftəliyev müsabiqənin qalibləri elan olunublar. 2007-ci ildə keçirilən müsabiqədə Ehtiram Hüseynov, Nasir Ətapur və Rəvanə Ərəbova, 2011-ci ildə baş tutan yarışmalarda Mirələn Mirələmov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Ariz Hüseyinov, Nigar Şabanova, Mustafa Mustafayev, 2013-cü ildə keçirilən müsabiqədə Murad Əbdüləzimov, Mirpaşa Şükürov, Sərxan Bünyadzadə, Xətai Hacıyev adlarını qaliblər sırasına yazdırıblar. Sonrakı müsabiqələrdə Məhəbbət Səfərov, Sədəf Budaqova, Rəvanə Əmiraslanova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Daşqın Kürçaylı və digər istedadlı gənclər Böyük Muğam Evinə vəsiqə qazanıblar. Bu adlar muğama dərindən bələd olan hər kəsə yaxşı tanışdır və yaxşı bilirik ki, onlar indi yeniyetmələri böyük səhnəyə hazırlayan müəllimlərlə, peşəkar musiqiçilərlə bir sıradadırlar.
Azərbaycanın ustad musiqiçiləri və şeir-sənət biliciləri - Xalq artistləri Vamiq Məmmədəliyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Nəzakət Teymurova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi 9-cu Muğam Müsabiqəsi iştirakçılarına obyektiv yanaşmalarına görə tamaşaçılar tərəfindən alqışlarla qarşılnırlar. Onların haqlı iradları, tövsiyə və tapşırıqları hər kəsin ürəyindən xəbər verir. Çünki münsiflərin heç birinin çıxışında hər hansı bir qərəz hissi, biganəlik meyli duyulmur. Yeganə məqsəd odur ki, ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, mətnlərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyinə ucalmağı bacarsınlar.
Hələ o qədər də bərkdən-boşdan çıxmamış, bulaq suyu kimi saf, bakirə səsləri ilə, muğam oxuma tərzlərinin, texnologiyalarının dəqiqləşdirilməsi yolunda axtarışları və səhnəqrafiya prinsiplərini tam müəyyənləşdirməmələri ilə təbiidirlər, gözəldirlər, dəyərlidirlər. Öz müəllimlərindən, ustadlarından öyrəndiklərini hər kəsin, eləcə də özlərinin ürəyincə ifadə etmək cəhdləri büllur səslər bəhsləşməsinin ecazkarlığına minbir naxış vurur. Onların hər biri qarşıdakı yolun elə də hamar olmadığını yaxşı dərk edir və ustad sənətkarların imtahanından üzüağ çıxmaq iddiasındadır. Bu müsabiqədə kimin qalib olacağını indidən söyləmək əlbəttə çətindir. Amma iştirakçılar arasında ümidverici ifaçıların olması şəsizdir. Elə ilk 10-luğu qazanan və bu rəqəmin sayını asanlıqla artıran Aytac kimi. Təbii ki, müsabiqənin sonunadək aytacların daha bir neçəsi boy göstərəcək, tamaşaçıları və müsifləri heyrətləndirəcəklər. Müsabiqənin aparıcıları Xədicə Nəzirova və Mümtaz Xəlilzadə dinləmələri olduqca bacarıqla idarə edir, ifaçılarla münsiflər heyətinin üzvləri, eləcə də tamaşaçılarla canlı ünsiyyət körpüsünü qurmaqda əvəzsiz rol oynayırlar. Səhnə arxasında intizarla növbəsini gözləyənlər, daha sonra musiqiçilər, aparıcılar, münsiflər heyətinin üzvləri və tamaşaçılar... Daha sonra mavi ekran qarşısında çıxışları diqqətlə və həyacanla izləyən milyonlarla tamaşaçı. Bu silsiləni bütövləşdirən qəribə bir üzvi bağlılıq var və hər kəsin də ürəyindən bir arzu keçir-kaş ki, ifaçı hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, pərdədən çıxmayaydı. İntizar, həyəcan və.. uğurlu sonluq.
Musiqiçilərin gənc ifaçıları son dərəcə məharətlə müşaiyət etməsi də razılıqla qarşılanır. AzTV-nin səriştəli və təcrübəli rejissor, redaktor və operator heyəti, ümumiyyətlə bütün yaradıcı və texniki personal öz işinin öhdəsindən bacarıqla gəlir, müsabiqənin çoxsaylı tamaşaçı kütləsinə yüksək bədii və texniki keyfiyyətlə çatdırılmasında müstəsna xidmətlər göstərir. Ana Televiziyamızın bütün yaradıcı kollektivinin, eləcə də rəhbərliyinin bu yorulmaz fəaliyyəti yüksək dəyərləndirilməlidir. 9-cu Muğam Müsabiqəsi də şübhə yoxdur ki, Azərbaycan Muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutu olacaq. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların Böyük Səhnəyə doğru inamlı yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
Bölməyə aid digər xəbərlər

Muğam müsabiqəsi - 9

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək