15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Körpə fidanların şərqisinə zəhər qatanlar
Tarix: 06-03-2020 15:25 | Bölmə: Akif CABBARLI

Avtobusda hər günkü kimi yenə də sxılıq idi. Arxa sıraların birində gənc ana iki azyaşlı uşağı – altı-yeddi yaşlarında oğlu və qızı ilə birlikdə nəyinsə sorğu-sualını aparırdılar. Söhbətlərindən belə anlaşılırdı ki, oxuduqları məktəbdə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbirdən danışırlar. Uşaqlar analarına hamının eşidəcəyi tərzdə - əlbəttə, yaşlarına görə onları heç qınamaq da olmazdı – suallar verir, nələri isə dəqiqləşdirməyə çalışırdılar. Daha sonra onların şipşirin, insanı son dərəcə valeh edən səsləri salon boyu yayılmağa başladı. Balacalar Dövlət himnimizi özünəməxsus tərzdə, özü də ucadan oxuyur, hər nəqaratadan sonra da gülə-gülə əllərini bir-birinə vururdular. Bu, həm də himnin alqışlarla müşayiəti kimi səslənirdi. Özləri oxuyur, özləri də şərqiyə ləzzətli notlar qatırdılar. Doğrusu, uşaqların Dövlət himninə bu sayaq münasibəti, heç kimdən çəkinmədən, utanmadan xorla oxumaları məni hədsiz sevindirdi, həm də qəhərləndirdi. Hətta yaşlı xanımlardan biri özünü saxlaya bilmədi, kövrəldi, sonra da gözlərinin yaşını dəsmalla bərk-bərk sildi.
Amma kövrəklik içində yaşadığmız sevinc anları o qədər də uzun çəkmədi. Uşaqlara yaxın oturacaqda əyləşmiş on səkkiz-iyirmi yaşlarında bir qız çevrilib gül balalara necə təpindisə, uşaqlar anındaca səslərini kəsdilər. Sonra o, uşaqların anasına açıq-aşkar qəzəbləndi:
- Bura bax, bura sənin üçün filarmoniya-zad deyil, səsinizi kəsin, qulağımız tutuldu axı...
Uşaqlar dərhal susdular. Salona qəribə bir sükut çökdü. Xanım balalarını qucaqlayıb qışqıran qıza sarı çevrildi:
- Xanım, axı mənim balalarım Dövlət himnimizi oxuyurlar, burada qəbahət bir şey yoxdur. Bir də ki, ictimai nəqliyyatdayıq, sənin evin deyil axı...
Cavab ləngimədi:
- Səsinizi kəsin. Elə eləməyin ki...
Daha dözəmmədim. Həyasız qıza tərəf addımlayıb bircə sual verdim:
- Ay uşaq, sən azərbaycanlısan, yoxsa yox?
Dinmədi. Sonra fikirləşdim ki, axı təkcə Bakıda adını çəkmək istəmədiyim bədnam millətin otuz minədək tör-töküntüsü və onlarla eyni notda köklənmiş nə qədər sapı özümüzdən olan nacinslər yaşayır. Murdarlıqları üzə çıxan üzdəniraqlar isə məhz bu həyasız məxluq kimi hərəkət etməlidirlər axı...
***
“Yarımştat” dostumuz məclisi niyə yarımçıq tərk etdi?
Dostlarımızdan biri yaxşı-yaxşı vəzifələrdə işləyəndən sonra pensiyaya çıxmışdı. Bir neçə ay evdə oturandan sonra ona hansısa idarədə yarımştat bir iş təklif elədilər. Razılaşdı. Fikirləşdi ki, boş-bekar evdə oturmaqdansa, analıq məzuniyyətinə çıxmış kübar bir xanımı əvəzləmək daha yaxşıdır. Maaşının azlığı da dostumuzu sən deyən narahat eləmir. Qırx ildə nə əldə etmişəm ki, ömrümün axırlarında nə qazanım deyə aza-çoxa qane olduğunu xatırlatmağı da çox xoşlayırdı.
Ara-sıra yeyib-içməyə yığışanda “yarımştat” dostumuzu da yaddan çıxartmırdıq. Qazancının azlığına baxmayaraq, belə işlərə pul xərcləməkdə xəsislik etmədiyini yaxşı bilirdik. Hansısa cibinin dərinliyindən səliqə ilə qatlanmış əskinasları çıxarıb ədəb-ərkanla süfrənin üstündəki qənddanın, ya da ki, külqabının altına qoyar, varını verən utanmaz deyərdi. Heç vədə borclu qalmaq istəmədiyini yaxşı bilirdik. Günlərin birində isə şux zarafatları, baməzə söhbətləri ilə hamımızdan fərqlənən Nurqələm dostumuzun kefinə sözün əsl mənsında soğan doğradı.
Məsələ belə oldu. Say-seçmə restoranların birində yeyib-içəndən sonra almancasına haqq-hesab ödəyərkən məlum oldu ki, yarımştat işləyən dostumuzun cibindən çıxardığı məbləğ paritet qaydalarla heç uzlaşmır. Bunu yada salanda dostumuz zarafatla dedi ki, qardaşlar, axı siz hamınız tam ştatla çalışırsınız, deməli, gəliriniz mənimkindən azı ikiqat çoxdur. Nə olar ki, mən sizin yarınız qədər ödəyəndə yer-göy dağılmaz ki...
Bu sözlərdən sonra Nurqələm qıpqırmızı qayıdıb dedi ki, onda Dadaş, sən də gərək məclisin axırını gözləməyəydin, tən yarısında durub masamızdan uzaqlaşaydın. Axıradək oturmusan, bizim qədər yeyib-içmisən, pulu da biz verdiyimiz qədər verməlisən, əziz qardaşımız.
Dadaş ayağa durub heç birimizlə xudahafizləşmədən məclisi tərk elədi. O gündən altı ay keçib. Bu qədər müddət də lazımdır ki, il tamam olsun. Küsüb, özü də bərk küsüb. Bəlkə də bizimlə barışmaq, yenidən görüşmək üçün özünə tam ştatlı iş axtarır. Ola bilər...
Bölməyə aid digər xəbərlər
Tarix: 06-03-2020 15:25 | Bölmə: Akif CABBARLI

Həyat etüdləri
Bu günlərdə 125 nömrəli avtobusda rastlaşdığım mənzərənin acı təəssüratını, müasir dillə desək, şokunu hələ də yaşamaqdayam. Bu yazını qələmə almağım da elə keçirdiyim hisslərin nəticəsi kimi ortaya çıxdı. Avtobusda hər günkü kimi yenə də sxılıq idi. Arxa sıraların birində gənc ana iki azyaşlı uşağı – altı-yeddi yaşlarında oğlu və qızı ilə birlikdə nəyinsə sorğu-sualını aparırdılar. Söhbətlərindən belə anlaşılırdı ki, oxuduqları məktəbdə keçirilən Xocalı soyqırımı ilə bağlı tədbirdən danışırlar. Uşaqlar analarına hamının eşidəcəyi tərzdə - əlbəttə, yaşlarına görə onları heç qınamaq da olmazdı – suallar verir, nələri isə dəqiqləşdirməyə çalışırdılar. Daha sonra onların şipşirin, insanı son dərəcə valeh edən səsləri salon boyu yayılmağa başladı. Balacalar Dövlət himnimizi özünəməxsus tərzdə, özü də ucadan oxuyur, hər nəqaratadan sonra da gülə-gülə əllərini bir-birinə vururdular. Bu, həm də himnin alqışlarla müşayiəti kimi səslənirdi. Özləri oxuyur, özləri də şərqiyə ləzzətli notlar qatırdılar. Doğrusu, uşaqların Dövlət himninə bu sayaq münasibəti, heç kimdən çəkinmədən, utanmadan xorla oxumaları məni hədsiz sevindirdi, həm də qəhərləndirdi. Hətta yaşlı xanımlardan biri özünü saxlaya bilmədi, kövrəldi, sonra da gözlərinin yaşını dəsmalla bərk-bərk sildi.
Amma kövrəklik içində yaşadığmız sevinc anları o qədər də uzun çəkmədi. Uşaqlara yaxın oturacaqda əyləşmiş on səkkiz-iyirmi yaşlarında bir qız çevrilib gül balalara necə təpindisə, uşaqlar anındaca səslərini kəsdilər. Sonra o, uşaqların anasına açıq-aşkar qəzəbləndi:
- Bura bax, bura sənin üçün filarmoniya-zad deyil, səsinizi kəsin, qulağımız tutuldu axı...
Uşaqlar dərhal susdular. Salona qəribə bir sükut çökdü. Xanım balalarını qucaqlayıb qışqıran qıza sarı çevrildi:
- Xanım, axı mənim balalarım Dövlət himnimizi oxuyurlar, burada qəbahət bir şey yoxdur. Bir də ki, ictimai nəqliyyatdayıq, sənin evin deyil axı...
Cavab ləngimədi:
- Səsinizi kəsin. Elə eləməyin ki...
Daha dözəmmədim. Həyasız qıza tərəf addımlayıb bircə sual verdim:
- Ay uşaq, sən azərbaycanlısan, yoxsa yox?
Dinmədi. Sonra fikirləşdim ki, axı təkcə Bakıda adını çəkmək istəmədiyim bədnam millətin otuz minədək tör-töküntüsü və onlarla eyni notda köklənmiş nə qədər sapı özümüzdən olan nacinslər yaşayır. Murdarlıqları üzə çıxan üzdəniraqlar isə məhz bu həyasız məxluq kimi hərəkət etməlidirlər axı...
***
“Yarımştat” dostumuz məclisi niyə yarımçıq tərk etdi?
Dostlarımızdan biri yaxşı-yaxşı vəzifələrdə işləyəndən sonra pensiyaya çıxmışdı. Bir neçə ay evdə oturandan sonra ona hansısa idarədə yarımştat bir iş təklif elədilər. Razılaşdı. Fikirləşdi ki, boş-bekar evdə oturmaqdansa, analıq məzuniyyətinə çıxmış kübar bir xanımı əvəzləmək daha yaxşıdır. Maaşının azlığı da dostumuzu sən deyən narahat eləmir. Qırx ildə nə əldə etmişəm ki, ömrümün axırlarında nə qazanım deyə aza-çoxa qane olduğunu xatırlatmağı da çox xoşlayırdı.
Ara-sıra yeyib-içməyə yığışanda “yarımştat” dostumuzu da yaddan çıxartmırdıq. Qazancının azlığına baxmayaraq, belə işlərə pul xərcləməkdə xəsislik etmədiyini yaxşı bilirdik. Hansısa cibinin dərinliyindən səliqə ilə qatlanmış əskinasları çıxarıb ədəb-ərkanla süfrənin üstündəki qənddanın, ya da ki, külqabının altına qoyar, varını verən utanmaz deyərdi. Heç vədə borclu qalmaq istəmədiyini yaxşı bilirdik. Günlərin birində isə şux zarafatları, baməzə söhbətləri ilə hamımızdan fərqlənən Nurqələm dostumuzun kefinə sözün əsl mənsında soğan doğradı.
Məsələ belə oldu. Say-seçmə restoranların birində yeyib-içəndən sonra almancasına haqq-hesab ödəyərkən məlum oldu ki, yarımştat işləyən dostumuzun cibindən çıxardığı məbləğ paritet qaydalarla heç uzlaşmır. Bunu yada salanda dostumuz zarafatla dedi ki, qardaşlar, axı siz hamınız tam ştatla çalışırsınız, deməli, gəliriniz mənimkindən azı ikiqat çoxdur. Nə olar ki, mən sizin yarınız qədər ödəyəndə yer-göy dağılmaz ki...
Bu sözlərdən sonra Nurqələm qıpqırmızı qayıdıb dedi ki, onda Dadaş, sən də gərək məclisin axırını gözləməyəydin, tən yarısında durub masamızdan uzaqlaşaydın. Axıradək oturmusan, bizim qədər yeyib-içmisən, pulu da biz verdiyimiz qədər verməlisən, əziz qardaşımız.
Dadaş ayağa durub heç birimizlə xudahafizləşmədən məclisi tərk elədi. O gündən altı ay keçib. Bu qədər müddət də lazımdır ki, il tamam olsun. Küsüb, özü də bərk küsüb. Bəlkə də bizimlə barışmaq, yenidən görüşmək üçün özünə tam ştatlı iş axtarır. Ola bilər...
Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək