15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Həftəaşırı rütbə artımı - Akif Cabbarlı yazır
Tarix: 27-02-2020 12:37 | Bölmə: Akif CABBARLI

Həyat etüdləri
Ötən əsrin yetmişinci illərində kəndlərimizdə yaşayan ağsaqqalların “idarənin qabağı” deyilən kimgə yerlərində toplaşdığı çay məclislərinin tələbə qonağı olmağımızın ləzzətini indi də yaşayırıq. Yay tətillərində Qəbələdən savayı digər yerlərə də yolum tez-tez düşərdi. Düzdü, o vaxtlar babat vəzifədə işləyən, yüksək gəlirinə və insafına görə bütün ailəyə əl tutan əmim Ələsgərə yol yoldaşı gərək olanda Sovet İttifaqının say-seçmə şəhərlərini də gəzib-dolaşırdım.
Yayın qızmar günlərinin birində ucqar dağ rayonunun səfalı guşəsinə Bakıdan təşrif buyuran bir neçə ziyalı və tələbə dostlarımla birlikdə ağsaqqalların cəm olduğu kənd çayxanasına baş çəkib həm yanğımızı söndürməyi, həm də hələ xoruz səsi eşitməmiş əhvalatlardan xəbərdar olmağı qərara aldıq. Elə təzəcə oturmuşduq ki, çayxanaya hər kəsin böyük hörmət bəslədiyi Ağaşükür kişi də gəlib çıxdı. Ayağa qalxıb böyük ehtiramla ağsaqqalı öz stolumuza dəvət etdik. Razılığını bildirdi, stul çəkib əyləşdi, əlindəki əsanı da stolun küncünə söykədi. Sonra kəndin ən baməzə sakinlərindən olan aqronom Fəxrəddin də yanımıza gəldi. Pürrəngi çaydan ləzzətlə dadıb şirin söhbətə başladıq.
Fəxrəddin qəfildən ortaya bir sual atdı:
- Ay Ağaşükür kişi, müharibənin odundan-alovundan keçmisən, ayağının birini də oralarda qoyub gəlmisən. O kişilər ki gəlmişdi ha sənin yanına, necə olmuşdu axı?..
- Hə, ay Fəxi, neçə dəfə danışmışam sənə, yenə məni söylədirsən?
- Yox, səncanın, Şurik (kənddə ağsaqqalı bəzən zarafatla belə çağırırdılar), bir də danış, qoy bu cavanlar da eşitsin.
- Belə olmuşdu da, Fəxi. Deməli, Şimali Qafqazda vuruşurdum. Qızğın döyüş gedirdi. Pulemyotumla biçirdim nemesləri, lap çəyirtkə kimi qırılırdılar. İşin şirin yerində arxadan çiynimə kiminsə ağır, sanballı əli oturdu. Çevrilib arxamda kimləri görsəm yaxşıdır – Bığlı ilə Ağanı. Yəni ki, yoldaş Stalinlə Mircəfər Bağırovu. Amma əməliyyatı dayandırmadım, ustav buna yol vermir axı. Müharibənin öz qanunları var, belə şeyləri siz qanmazsınız. Hə, nə isə, Stalin yoldaş qayıdıb dedi ki, Şurik, tı bereqi sebya, tak je nelzya. Ağa da öz dilimizdə məni başa saldı ki, yoldaş Stalin səndən ötrü narahatdır, özünü qoru. Axı, Şimali Qafqaz cəbhəsini sənə arxayınıq. Mən də cavab verdim ki, canım sizə qurbandır, amma mənə mane olmayın, qoyun ürəyim soyuyanadək nemes qırım, sonra söhbətimizi davam etdirərik.
Fəxi dözmədi, tələm-tələsik ortaya bir sual da qovzadı:
- Sonra nə oldu, Şurik, bəs sonra?..
- Sonrası o oldu ki, başımı qatdılar, nemes də o tərəfdən bir güllə vızıldatdı, gəlib sol qıçımın tən yarısını apardı.
Fəxrəddin bic-bic güldü, solaxay bir sual da verdi kişiyə:
- Şurik, sən müharibədə hansı rütbəni daşımısan?
- Mayor olmuşam, bala.
- Axı, keçən həftə leytenant deyirdin, nə oldu, bir həftəyə mayor oldun?
- Ə, get işinlə məşğul ol, gələn həftə sənin acığına polkovnik olacağam.
Ağaşükür kişi bu sözləri zarafatla, yoxsa ciddi dedi, heç birimiz kəsdirə bilmədik. Çayımızı içib dinməz-söyləməz dağılışdıq.
***
“...Şalvarında qırmızı yox, belində də tapançası”
İndi tanış olacağınız əhvalat Sovet İttifaqı dövründə Qəbələdə baş verib. O vaxtlar kəndimizin üzdə olan kişiləri danışmışdılar mənə və hələ də onların üstünə azdan-çoxdan qoyub-qoymadıqlarını dəqiq bilmədiyim hadisənin təfərrüatlarını unutmamışam.
Deməli, qışın oğlan çağında gecə yarısı kolxoz fermasının ərazisindəki ot və küləş tayalarına od düşür. Yanğınsöndürənlər vaxtında gəlsə də, tayalıqda qalaq-qalaq küldən başqa bir saman çöpünün də qalmadığının şahidi olurlar. Rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər müvafiq qurumların nümayəndələri tələm-tələsik özlərini hadisə yerinə çatdırırlar. O vaxtlar belə olaylar çox vaxt sabotaj kimi qələmə verilir, kiminsə kiməsə düşmənçiliyi kimi yozulurdu. Təbii ki, bu yanğının da səbəb və nəticələri ciddi yoxlama və istintaq tələb edirdi. Bunu kənddə hər kəs, xüsusən də kolxoz rəhbərləri dəqiq bilirdi. Odur ki, hamının üzündə bir kədər, pərişanlıq hissi duyulurdu. Bir də ki, yem tayalarının bir gecədə yox olması mal-qaranın qışdan salamat çıxmasını ciddi tərzdə şübhə altında qoyurdu.
Bəli, sübh tezdən rayon mərkəzindən gələnlər və kənd əhli bir nəfər kimi yanğın baş verən ərazidə toplaşmışdı. İlk dindirmələr də elə kösöv kimi qapqara qaralmış yanğın ərazisində başlayır. Milis (o vaxtlar polis belə adlanırdı) rəisi əvvəlcə fermanın gecə qarovulçusunu çağırtdırır. İki yekəpər serjant kəndin dəli-dolu oğlnlarından sayılan zorba, pəhləvan cüssəli Etibarın qolundan yapışıb rəisin yanına gətirirlər. Amma xasiyyətinə bələd olduqlarından bir qarış da geri çəkilmirlər ki, əlindən xəta çıxar. Rəis hirsli-hikkəli baxışları ilə Etibarı süzüb “ə, niyə yandırdın tayaları, kolxozun mal-qarası qışın zalhazalında basıb səni yeməlidi, yoxsa?..” - deyə əlini qaldırıb Etibara tərs bir şapalaq ilişdirmək istəsə də, alınmır. Etibar başını sürətlə yana qovzayır və şillə yanındakı serjantın sifətində partlayır. Bu mənzərə onsuz da pərt vəziyyətdə olan camaatın qanını lap qaraldır. Hər kəs ürəyində fikirləşir ki, Etibar üç il-beş il getdi barmaqlığın dalına. Rəis isə daha dinmir. Bu dəfə onunla yanaşı dayanıb mənzərəni sakitcə seyr edən səliqə-sahmanlı, ucaboy kişi dillənir:
- Ay Etibar, düzünü de, təqsirindən keçərik. Aç de, səni kim öyrədib, bəlkə sədrdən xoşun gəlmir? Eləsə, dəyişərik, çıxar gedər işinin dalınca, kimi də istəsən, yerinə qoyarıq.
Etibar gözünü yumub gül ağzını açır, necə açır:
- Ə, zırrama, sən kimsən axı? Yoldaş naçalniklə özümüz bilərik. İndi şilləsi boşa çıxdı, canı sağ olsun, aparar qoduqluğa salar, orada məsələni çürüdərik. Tayaları mən yandırmamışam, bu işi də naçalnik özü aydınlaşdırar, İnşallah. Sən kimsənsə bilmirəm, get öz işinlə məşğul ol.
Kolxoz sədri tez Etibara yaxınlaşıb qulağına nə isə pıçıldayır. Dostumuz bu dəfə də qabağından yemir.
- Ə, noolar prokuror köməkçisi olanda, gəlsin minsin boynuma. Haradan bilim kimdir axı... Çiynində paqonu yox, şalvarında qırmızısı, belində də tapançası (Etibar bu sözü o vaxt ayrı cür ifadə eləmişdi). Adam kimi geyinsin, bilək dana kimdir, nəçidir, toya-zada gəlməyib ki...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək