15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Quzubasan” Mazanın məzəli işdəkləri
Tarix: 10-12-2019 15:58 | Bölmə: Akif CABBARLI

Sovetlər İttifaqı dövründə Azərbaycanın Qərb bölgəsinin ən iri yaşayış məskənlərindən hesab olunan “N” kəndində Mazan adlı bəstəboy, amma həddindən artıq şişman bədənli bir kişi yaşayırdı. Uzaq illərdə kənd təsərrüfatı üzrə ali-orta təhsil alan Mazanı günlərin birində yerli kolxoza sədr seçirlər. Seçirlər deyəndə ki, Rayon Partiya Komitəsinin birinci katibi iclas çağırıb kolxoza rəhbərliyi ona tapşırır. Protokolda da yazırlar ki, bəs Mazan yekdilliklə kolxoz idarə heyətinin sədri seçilir.
Mazan işgüzar adam idi, yaxşı ideyaları vardı. Səmimi olması, adamlarla dil tapmaq bacarığı onu qısa müddətdə kənd camaatının sevimlisinə çevirir. Amma Mazanın bircə şakərindən xoşları gəlmirmiş. Bu da sədrin həddən çox yeməyi, doyub-dolanmaması ilə bağlı idi. Mazanın bir xasiyyəti vardı ki, o da ancaq quzu əti, özü də hələ mələməmiş quzu əti yemək istəyi idi. Çolpaya, hinduşkaya yaxın durmazdı. “Mən canavar oğlu canavaram, tülkü deyiləm ki, toyuq-cücə yeyəm. Mənimki qara quzunun kişmiş kimi ətidir, qovurun gətirin, basım bədənə daaa”. Bu xasiyyətinə görə camaat ona ayama da qoşmuşdu – quzubasan Mazan.
Mazan səhərlər adəti üzrə iclas çağırar, briqadirlərə, idarə işçilərinə tapşırıqlarını verər, sonra da cındırından cin hürkən “UAZ” maşınına minib kəndin küçələrini əriş-arğac edərdi. Seçmə yolla, şahmat üsulu ilə hər beş-üç darvazanın birinin qənşərində maşını saxladar, sürücüyə ev yiyəsini çağırmağı əmr edərdi. Ev sahibi keçəyə çıxıb sədrlə ədəb-ərkanla görüşər, hal-əhval tutar, kefini soruşardı.
- Kefim necə olacaq, bir azdan nahar fasiləsidir, mədəm də ki, ac quzular kimi mər-mər mələyir.
Bu söz ev yiyəsi üçün həlli vacib mesaj rolunu oynayırdı.
- Əşi, nə danışırsan, quzular qurbandır sənə, kəsim hazırlayım, günorta buyurun, nuş edin.
Beləliklə quzubasan Mazanın işi yoluna qoyulurdu. Amma sədrin bu adəti artıq xroniki xəstəlik mahiyyəti aldığından camaat da bezməkdə idi. Mazan ac qurd olub daraşmışdı kənd quzularının canına. Məsələ onda idi ki, heç vaxt quzuların haqqı ödənmirdi, bəxtsiz məxluqlar sədrin qurbanına çevrilirdi. Adamlar heyvanları bazara çıxarıb, əvəzində qənd-çayla, pal-paltarla qayıtmaq istəklərini heç cür həyata keçirə bilmirdilər. Mazanın gündəlik mədə tələbatını ödəmək artıq əzab-əziyyətli bir prosesə çevrilmişdi. Heç kim də canının dərdindən dinmirdi, sadəcə, kolxoz sədri ilə kəllə-kəlləyə gəlmək istəmirdilər.
Günlərin birində Mazan yenə adəti üzrə kəndin baş küçəsi ilə reydə çıxmışdı. Say-seçmə ağsaqqallardan olan Əmrulla kişinin darvazasında maşınını saxlatdırıb, ev sahibini çağırdı. Unutmuşdu ki, elə keçən bazar bu həyətdən qurbanlıq çıxartdırmışdı. Əmrulla kişi bu dəfə Mazana yalan deməkdən özünü saxlaya bilmədi:
- Yoldaş sədr, sənin də, mənim də əziz canımız üçün məhlədə bir dənə də “məəə” deyən qalmayıb. Dünən gədə hamısını çıxarıb bazara, dəyər-dəyməzinə satıb, çıxıb gedib Bakıya. Nə isə ona pul lazım olub, çarəm qalmadı, razılaşdım.
- Nə danışırsan, a kişi, yəni mən bu gün quzusuz qalmalıyam? Gör neynirsən...
- Sədr, dedim axı...
- Heyləmi? Yaxşı, Əmrulla, indi qağan quzunun yerini sənə göstərər deyib, Mazan əlini qulağının dibinə qoydu. Sonra qəşəng bir mələrti qopardı – məəə. Elə bu vaxt evin zirzəmisi sarıdan xorla bir mələşmə qopdu ki, sanki hansısa orkestr məşhur simfonik əsəri ifa edirdi – məəə.
Mələrti kəsilən kimi quzubasan Mazan sürücüsünə təpindi:
- Ədə, aç o zirzəminin ağzını, ilk çıxan quzunu al qucağına, bas maşına.
Sonra da Əmrullaya sarı çevrilib nərildədi:
- Bu dəfə əziyyəti sənə vermirəm, özümüz kəsib, özümüz də bişirəcəyik. Vaxtın olsa, ayağını qoyarsan biz tərəfə. Öz malından yeyən dövlətli olar deyirlər.
Əmrullanın matı-qutu qurumuşdu. Sürücünün qucağında çabalayan quzunun mələrtisi də bir yandan ürəyini dağlayırdı.
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək