15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Quzunun qoç ola bilməməkliyi
Tarix: 18-10-2019 13:49 | Bölmə: Akif CABBARLI

(alleqorik hekayə)
“N” meşəsinin sakit, cazibədar guşələrindən birində gecə-gündüz işləyən çayxana-pitixana. Şahanə palıdların, qocaman cökələrin altında hərə öz babı, söztutarı ilə oturub yanğısını söndürür, söhbətləşir, mırt vururdular. Pələnglə dostlarının şaqqanağı demək olar ki, “N” meşəsinin hər bucağına yayılırdı. Kefcil, həm də ürəyiyumşaq Pələngin xasiyyətini qubernator Şir də bilirdi və Pələngin işgüzarlığını, ağayanalığını nəzərə alıb, hər deyəndə onun kefinə soğan doğramırdı. Onu da bilirdi ki, Pələng heysiyyətini hər şeydən üstün tutanlardan və qəlbinə dəyənləri çətin bağışlayanlardandır. Buna görə də Pələngin şıltaqlıqlarına çox vaxt göz yumurdu.
Pələnglə dostlarının söz-söhbəti uzanır, zarafat-zarafata, lətifə-lətifəyə calanırdı. Birdən Pələng qonşu kötüyün üstündə lal-dinməz oturub məsum-məsum boynunu buran Quzunu gördü. Körpə elə oturmuşdu ki, elə bil şəkil çəkdirirdi, amma gözlərinin içində qəribə bir yazıqlıq var idi. Pələng diqqətlə Quzunu nəzərdən keçirdi və onu da müşahidə elədi ki, qəfil qonağı Canavar və dostları möhkəmcə gözaltı eləyiblər. Tez-tez ona söz atır, bəlkə də Pələngin getməyini gözləyirdilər ki, işini bircə anda bitirsinlər. Pələng ab-havanı asan tutanlardandı və içindəki ədalət hissinin pıçıltısını aydın eşidirdi: - Quzu xilas olunmalıdır!
Pələng başını qaldırıb astaca səsləndi:
- Ay Quzu, bir bura zəhmət çəksənə, niyə tək oturmusan, dünya yiyəsiz deyil ki...
Quzu ehmal-ehmal Pələngin yanına yaxınlaşdı. Təklif olunan yerdə yumrulanıb oturdu. Başını qaldırmağa belə utanırdı. Canavar bu mənzərəni görən kimi dabanına tüpürdü. Çox keçmədən Quzu məclisə elə alışmış, elə oturaqlaşmışdı ki, deyirdin bəs yüz ildi bir-birini tanıyırdılar. Bu minvalla Quzu Pələngin “kruqu”na girdi və hamının sevimlisinə çevrildi. Bircə Şirin gözü yemirdi onu, həmişə ironiya ilə “nədir, yenə o Quzunu qudurtmusuz, hə?” - deyə onun qarasına deyinir, Pələngin xatirinə son çarəyə əl atmırdı.
Vaxt dolandı, Pələng başqa meşəyə yüksək vəzifəyə dəyişildi. Quzu bu müddətdə hamisini qətiyyən yada salmadı. Heç Pələngin də bu barədə düşünməyə vaxtı yox idi. Tale Pələngi yenidən “N” meşəsinə qaytardı - lap yüksək vəzifələrdən birinə. O, köhnə dostluğun xatirinə Quzunu yenə qanadının altına aldı və onu əsən yellərdən qorudu. Və günlərin birində Pələngi bu vəzifəsindən də uzaqlaşdırdılar. Quzu yenə hamisini birdəfəlik unutdu, yekə-yekə şeşələnib mər-mər mələdi ki, bəs guya göydən düşüb, ondan heç yerdə yoxdu. Tez-tez güzgüyə baxıb kəkilini yan darasa da, buxağını süni şəkildə aşağı sallasa da, elə əvvəlki quzu idi - başı qapazlı, gözüqıpıq. Ha əlləşirdi ki, Qoç statusu alsın, mümkün deyildi. Quzuluqdan heç cür çıxa bilmirdi. Tale onu elə Quzu yaratmışdı, Quzu kimi də öləcəkdi.
Pələng də ki, sakitcə oturmuşdu bir qıraqda, işləri ilə məşğul idi. Quzunu xatırlayırdımı? Nə bilmək olar, bəlkə yan-yörəsində növbəti bir quzu yetişdirirdi...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək