15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Sinif uşaqları”nın s(z)əhər gəzintisi - Akif Cabbarlı yazır
Tarix: 16-10-2019 15:42 | Bölmə: Akif CABBARLI

(Həyat etüdləri)
Asif Yaşıldərəli hələ pensiya yaşına çatmamış, heç bir səbəb olmadan işdən kənarlaşdırılmış, ömrünü-gününü, bütün taleyini həsr elədiyi peşəsindən, uzun müddət çalışdığı kollektivdən ayrı düşmüşdü.
Çox darıxırdı, dörd divar bir yana, genişdən-geniş həyət də onu əməlli-başlı sıxırdı. Heç kimlə söhbəti də tutmurdu. Həyata baxışı müxtəlif olan, birgəyaşayış qaydalarından və prinsiplərindən bir qədər uzaq insanlarla, çoxmərtəbəli, çoxmənzilli bina evinin sakinləri ilə dil tapa bilmirdi. Bir gün qərara aldı ki, onu sıxan, bəzən də qanını qaraldan mühitdən aralansın. Odur ki, günlərin birində yollandı doğulub boya-başa çatdığı ucqar dağ rayonuna.
Kənddə bir vecsiz qardaşı yaşayırdı. Ələbaxan, həm də küsəyənin biri idi. Uşaqları da gələcəyin əsl dələduzları kimi böyüyürdü. Bildi ki, ata evində, qardaşının ailəsində onu çətin yola verələr, mənasız, şit-şit söhbətlər, beş-on manat çəkmək üçün qurama metodları istirahətinə acı istiot qatacaqdı. Yaxşısı budur, rayon mərkəzindəki ucuz otellərin birində qalım - düşüncəsi götür-qoy suallarına son qoydu.
Adəti üzrə sübh tezdən durub otelin kafesində ləzzətli bir çay içib, pendir-çörəklə mədəsini alladıb şəhər parkına çıxdı. Dağ havasından ciyərlərinə çəkib terraslarla asta-asta addımlayırdı ki, boynunun ardında qəribə, təlaşlı bir tövşümə səsi eşitdi, sonra da çiyninə tolamazlanan şapalağın ağrısı bütün canına yayıldı. Çevrildi, amma lopabığ, çatmaqaş, hündür boylu, canlı-cüssəli kişini tanımadı.
- Ə, qaranoy, tanımadın məni, hə? Elə olar da. Bir bankadan şor yeməyimiz, beş dənə qozu yarı bölməyimiz yadından çıxıb deyəsən...
Asif müəllim yaddaşını ha silkələyib çalxadısa, bu adamın kimliyi heç cür yadına düşmədi. Amma şor, qoz məsələsi azacıq ipucu verdi axı deyəsən.
- Hə, hə, doğrusu yaxşı tanıyammadım, amma...
- Nə amma? Orta məktəb yoldaşıyıq da. İki il yataqxanada bir otaqda qalmışıq. Sizdə də, bizdə də səkkizillik idi, orta məktəbə Hacılar kəndinə gəlmişdik. Ə, sən nə unutqan adamsan, böyüklərin xasiyyətini Allah kəssin. Bəlkə adımı da deyim, səni əziyyətə salmayım.
Amma demədi. Deyəsən o da Asifin adını düz-əməlli xatırlamırdı. Asif müəllim də daha ad məsələsinin üstünə gəlmədi və gözlədi ki, görsün bu nataraz kişi ilə söhbətin axırı necə qurtaracaq.
Kişi Asif müəllimin qolunu bərk-bərk sıxaraq park boyu dolandırmağa başladı. Bu adam sinif yoldaşını elə sürətlə dartırdı ki, sanki palçığa batan yük maşınını itələyirdi. Asif təngnəfəs olmuşdu. Fikirləşdi ki, utanmağın yeri yoxdu, oturmasa, nəfəsi çatmayacaq, bəlkə də boğulacaqdı. Gözünə ilk dəyən skamyaya tərəf dartındı. Daha doğrusu, birtəhər kişinin qolundan çıxıb özünü oturacağa yetirdi.
- Ə, qaranoy, nədi, yorulmusan? Vallah, şəhər sizi xarab eləyib. O vaxtlar səndən bərk qaçan, turnikə tez dırmaşan uşaq yox idi. İndi nə olub?
- Daha nə olasıdı, əlli il keçib o vaxtdan. Zəifləmişəm, qocalmışam.
- Ə, sən qocalan köp...
Sözünün dalını demədi, bildi ki, əlli ilə qabağın zarafatı necə qurtara bilər.
- Yox, səni bilmirəm, məni həyat yorub, nəfəsimi kəsib – deyə yekəpər sinif yoldaşından canını necə qurtarmaq barədə ürəyində götür-qoy eləməyə başladı.
- Əziz dost, neynirsən, yenə ordasan?
Sualı “əziz dost”la başlayan kişi səmimi, humanist hisslərdən uzaq olmadığını göstərmək istəyirdi, amma yenə alınmadı.
- Harada olursunuz-olun, yaralı barmağın müalicəsində iştirak eləməmisiniz. Elə sən də, Natiq də.
- Natiq kimdir? – Asif tərəddüdlə sual verdi.
- Natiq də, sənin alim dostun. İnstitutu qurtarandan vəzifələrdədir, amma bircə yol bizi başına yığmayıb. Gələndə də ceyran taxtaya dəyən kimi dəyib tez qayıdır. Əşi, bu vəzifə nə şirin şey imiş.
Asif yaxşı bildi ki, bu kişi son cümlələrindəki ifadələri hansısa məclisdə kimdənsə oğurlayıb, öz məhsulu deyil, amma məsələnin üstünə qayıtmadı. Sadəcə bu qarayaxa insandan necə qurtulmaq barədə fikir axtarışına girişdi. Kişi danışırdı, Asif isə şok vəziyyətdə idi, onun nə dediyini kəsdirə bilmirdi.
- A kişi, sənnənəm e, yenə ordasan?
- Harada, haranı nəzərdə tutursan?
Asif müəllim bu adamın kimliyini dəqiqləşdirə bilmişdi. O, elə orta məktəbdə necə idisə, hansı yuvada cükküldəşirdisə, eləcə də qalmışdı. Bircə bədəncə yekəlmiş, nataraz görkəm almışdı. Hətta bir az da eybəcərləşmiş, qorxunc olmuşdu.
- Ə, mənə gəlmə də, adın televizordan (?), qəzetdən düşmürdü, amma heç bizə...
- Nə bizə, sizə nə eləməliydim? – Asif artıq səbrini basa bilmədi.
- Heç, elə özünüzə eləyin, biz kimik ki...
- Vallah, səni başa düşə bilmirəm.
- Düşməzsən də. Yaxşı, gədəni evləndirdin?
- Gədə kimdir?
- Oğlunu deyirəm də.
- Mənim oğlum yoxdur, bir qızım var.
- Hə, olsun qızın. Gədə yəqin Natiqindir.
- Ola bilər.
- Hə, qızı köçürmüsən?
- Çoxdan.
- Qız işləyir?
- Hə.
- Neçə nəvən var? Toylarını görək.
- Səni bilmirəm, mən çətin ki, nəvəmin toyunu görəm. Hələ beşinci sinifdədir.
- Qaranoy, səndən bir şey soruşum, bizimkini nə vaxt yola salırlar?
- Sizinki kimdir?
- Başçını deyirəm də. Bircə dəfə məni qəbul eləmir ki, dərdimi deyim.
- O məsələ mənlik deyil, get özündən soruş.
- Bəs sən nəyimizə, haramıza lazımsan? Gəlmisən, zəhmət çək görüş, bizim də dərdimizi de.
- Mən onu tanımıram.
- Bəs məni necə tanıyırsan?
- Yox.
Asif müəllim hərtərəfli darıxmışdı, odur ki, skamyadan aralanıb parkın dərinliklərindəki üzərində “K” və “Q” yazılan tikiliyə sarı addımladı. Yarı yoldaca sinif yoldaşı onu haqladı. Qarşısına keçib şəhadət barmağı ilə obyektin üstündəki hərfləri göstərdi.
- Bunlardan soruşmaq lazımdır ki, rayona gələn rus yoldaşlar nə bilsin ki, hansı tərəfə keçsinlər. Ə, bunu rus dilində də yazın, ay mən deyənlər. Bilmirsiniz ki, rayonumuza o tərəfdən çoxlu qonaq gəlir? Hələ mən ərəb qardaş və bacılarımızı demirəm. Eybi yox, onlar hara gəldi... Ə, bəs qonağa adam belə hörmət göstərər? Axı, bizim gül kimi adətimiz var, qonağı həmişə başa keçiririk.
Kişi nitqini qurtarar-qurtarmaz Asif tələsik tikiliyə tərəf götürüldü. Sinif yoldaşı isə heç cür aydınlaşdıra bilmədi ki, Asif müəllim hansı hərfin yazıldığı qapıdan keçdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək