15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Tahir qardaş, 60 yaşın mübarək!
Tarix: 14-10-2019 10:36 | Bölmə: Akif CABBARLI

Tahir Aydınoğlu imzası çoxsaylı oxuculara və media mənsublarına yaxşı tanışdır. Onun “Xalq qəzeti”ndə, digər mətbuat orqanlarında dərc olunan müxtəlif mövzulu yazıları, radio və televiziyadakı çıxışları, veteran jurnalistlərin yubileylərindəki, müxtəlif məclislərdəki ürəkdən gələn, mənalı söhbətləri taleyini jurnalistikanın çətin və şərəfli yoluna həsr etmiş bir qələm sahibinin müsahibi olduğu insanlara, cəmiyyətə üzağlığı gətirən, şərəfləndirən dəyərlərə münasibətini tam aşkarlığı, çoxçalarlılığı ilə ortaya qoyur.
Tahirlə yalnız həmkar deyil, həm də dostuq – hələ ötən əsrin səksəninci illərində AzTV-də “Günün ekranı” xəbərlər proqramında birgə işlədiyimiz dövrdən. Redaksiyaya qədəm basdığı elə ilk gündən söhbətimiz tutdu, dostlaşdıq. Baş redaktorumuz Ənvər Qafarlı onu kollektivə təqdim edəndən sonra dərhal onu da bildirdi ki, bu oğlandan yaxşı televiziya jurnalisti, əla reportyor çıxacaq. Elə də oldu. Qısa, lakonik yazıları, hadisələrə yanaşma tərzi, kadrarxası mətnlərin səlis, aydın oxunuşu, operator və rejissorlarla dil tapma bacarığı, iş yoldaşları ilə ünsiyyət yaratmaq qabiliyyəti, düzgünlüyü və ədalətliliyi onu qısa müddətdə kollektivə sevdirdi, hörmət qazandırdı. Rəhbərlik onu ən çətin obyektlərə, məsuliyyət tələb edən çəkilişlərə ürəklə göndərirdi. Bilirdilər ki, yarıdacaq. Səviyyəli mətnlər yazırdı, montaj prosesini operativ şəkildə başa çatdırırdı. Hazırladığı video-süjetlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. Hər bir məsələyə obyektiv münasibəti, müsahibləri ilə ciddi davranışı, efir qayda-qanunlarına dəqiq əməl etməsi, prinsipiallığı kollektivdə və ictimaiyyət arasında ona böyük xətir-hörmət qazandırırdı.

Tahir Aydınoğlu
İş elə gətirdi ki, bu sətirlərin müəllifindən sonra Tahir Rüstəmov (Aydınoğlu) da o vaxtkı “Kommunist” (indiki “Xalq qəzeti”) redaksiyasına transfer olundu. O dövrlərdə mərkəzi qəzetdə çalışmaq prestijli iş hesab olunurdu və deyim ki, tanınmış jurnalistlərin çoxu belə bir təklifə can-başla razılaşırdı. Beləliklə, gənc dostum Tahir Aydınoğlu ilə 1987-ci ildən yenidən bir yerdə işləyəsi olduq. İqtisadiyyat şöbəsinin müdiri (və bizim müdirimiz) Əlipənah Bayramov televiziya jurnalistlərinin qısa zaman kəsiyində qəzet redaksiyasında adaptasiyasına sən deyən inanmasa da, sonralar fəaliyyətimizlə bağlı redaktora razılığını da bildirmişdi. Tahir o vaxtlar qəzetdə öz yaradıcılıq potensialını daha parlaqlığı ilə üzə çıxarmağı, ölkənin tanınmış jurnalistləri ilə ayaqlaşmağı bacaran gənc yazarlardan hesab olunurdu. Bu gün isə özü mətbuata yeni gələn həmkarlarına ustad mövqeyi sərgiləyir.
1992-ci ildə yollarımız yenidən ayrıldı. Mən AzTV-yə qayıtdım, ancaq Tahir Aydınoğlu “Xalq qəzeti”nə daha möhkəm tellərlə bağlandığından həmin redaksiyada qaldı. İndi də bu qəzetin sayılıb-seçilən, nüfuzlu əməkdaşlarından biri kimi fəaliyyət göstərir. Əlipənah müəllimlə söhbətlərimizdə onun haqqında verdiyimiz dostyana proqnozlar özünü tam doğruldub, gözləntilərimiz yüzdə-yüz həyata keçib. Bütün bunlar isə Tahirin çalışqanlığı və onu daim izləyən genetik kodların saflığı, həyatverici qüvvəsi hesabına başa gəlib. O, istedad boxçasını daim zənginləşdirir, yaradıcılıq manerasını bacardıqca genişləndirir.
Tahir Aydınoğlu mükəmməl yazı tərzinə malik, öz üslubu olan publisist, ciddi yaradıcılıq axtarışları ilə seçilən tədqiqatçı-jurnalist kimi tanınır. Onun şairliyindən də xəbərdaram. Lirik ovqatlı, dərin məzmunlu şeirləri də var. İctimai fəallığına da söz ola bilməz. Azərbaycan Mətbuat Şurasının nəzdindəki Ahıl Jurnalistlər Məclisi sədrinin müavini kimi ağsaqqal qələm adamlarının vəziyyəti, yaşayışı, yaradıcılığı ilə ciddi maraqlanır, onların problemlərinin həlli istiqamətində səmərəli iş aparır. Məclisin keçirdiyi tədbirlərin çoxunda Mətbuat Şurasının sədri Əflatun Amaşov axırıncı sözü mütləq Tahir Aydınoğluna verir. Bilir ki, yaddan çıxan, unudulan məqamları Tahir mütləq gündəmə gətirəcək, diqqət mərkəzinə çəkəcək. Onun aydın, dupduru düşüncələri, saf duyğuları, həlim, məntiqli nitqi həmişə tədbir iştirakçılarının ürəyindən xəbər verir, qəlbini oxşayır.
Əməkdar jurnalist Tahir Aydınoğlu mətbuat tariximizə, xələflərimizin həyat və yaradıcılığına dərindən bələddir. Keçmişimizi yaxşı bilir, bu günümüzün salnaməsinin düzgün yazılmasını prioritet hesab edir. Onun Həsən bəy Zərdabi ilə bağlı elmi axtarışları, dərc etdirdiyi tədqiqat yazıları mətbuat tariximizə dəyərli töhfələrdir. O, bir media eksperti kimi də bir sıra xarici ölkələrdə səfərdə olub. Tez-tez telekanallarda bir sıra vacib məsələlərlə bağlı çıxışlar edir.
Tahirlə bizi, ailəmizi, nəslimizi sıx tellər bağlayır. Atalarımız da yaxşı münasibətdə olublar, dostluq ediblər. Bunlar hər ikimizin xarakter yaxınlığından, düşüncə və təfəkkür oxşarlığından irəli gəlir. O, mənim gözümdə hələ də otuz-otuz beş il əvvəlin kövrək, səmimi, ailəcanlı, dostlarına, həmkarlarına dərin ehtiram bəsləyən və aurası, energetikası ilə ətrafa nur saçan cavan, sağlam, yorulmaq nə olduğunu bilməyən Tahir Aydın oğlu Rüstəmovdur ki, durub.
Ad günün mübarək, əziz dostum, mehriban qardaşım! Çox yaşa, sağlam və həmişə sayılanlardan ol!
P.S. Mən bu yazı üzərində işləyərkən bir daha əmin oldum ki, qəlbinə yaxın insan haqqında söhbət açmaq asandan-asan, həm də... məsuliyyətli və çətindən-çətin imiş. Müdriklərdən biri də nə vaxtsa yazıb ki, ən dəyərli, qiymətli söz hələ ki, deyilməyən, dilə gətirilməyəndir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək