15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Manqala od salınmadı - Akif Cabbarlı yazır
Tarix: 09-09-2019 13:19 | Bölmə: Akif CABBARLI / Müəllif-5

Nizam Nazimzadə uzaq qohumlarından olan Səftər kişinin təklifini yerə salmaq istəmədi. Məzuniyyətinin axırıncı günlərinin birində ailə üzvləri ilə birgə dincəldiyi pansionatdan o qədər də uzaq olmayan geniş, səliqəli həyətdə adına açılmış zəngin süfrənin ətrafına toplaşdılar. Səftər kişinin evi uca dağların lap ətəyində, qocaman palıd və vələs ağaclarının kölgələndirdiyi yamyaşıl ərazidə, axarlı-baxarlı yerdə idi. Nizam müəllim bu tərəflərə yaxşı bələd idi, dəfələrlə ezamiyyətə gəlmiş, yaxınlarının toy və yas mərasimlərində iştirak etmişdi. Bu dəfə isə istirahətə gəlmişdilər və Səftər kişi də qohumunun bir neçə saatını “oğurlamağa” qərar vermişdi. Strateji məqsədi isə...
Nizam müəllimi stolun başına keçirdilər. Təbii ki, yaşca hamıdan böyük idi və paytaxtdan təşrif buyurmuşdu. Qonaq yerini tutmaq üçün irəliləyəndə bir az aralıda iri kabab manqalını, yanında da on-on beş şişi görəndə “hə, heç olmasa, qohumumgildə uşaqlar bir ləzzətli kabab nuş eləyərlər” deyə ürəyindən keçirdi. Ətrafda cükküldəşən ağlı-qırmızılı beçələr də adama gəl-gəl deyir, sanki şəhərli qonaqların ağız ləzzətini dəyişəcəkləri anı gözləyirdilər.
Süfrəyə çay gəldi. Cürbəcür mürəbbələr, limon, şirniyyat ev yiyəsinin səliqə-sahmanından və qonaqpərvərliyindən xəbər verirdi. Səftər kişi qohumlarına bir daha “xoş gəldin” eləyib dərhal da kənd fəndgirliyini işə salıb konkret mətləbə keçdi:
- Yenə ordasan, eləmi? Allah səni başımızın üstündən əskik eləməsin. Bizim gədə də bu il universiteti bitirdi da, deyir ki, mütləq Nizam əminin idarəsində işləyəcəm. Bu məsələyə nə deyirsən, hə, müəllim?..
- Ay Səftər kişi, vallah, daha əvvəlki işimdə deyiləm, doğrusu, sözümü də eşidən yoxdur. İndi başqa zamandır, hər kəsi biliyinə, bacarığına görə seçib işə götürürlər, özü də test yolu ilə.
- Sən nə danışırsan, a kişi, biz də elə bilirdik ki...
- Hə, ay Səftər kişi, sən gör bir başqa adam-zad taparsanmı? Vallah, oğlunun bacarığı, istedadı olmasa...
Nizam sözünü bitirməmiş Səftər dilxor halda ayağa durdu. Ayağını sürüyə-sürüyə həyətin küncündəki mətbəxə sarı getdi. Orada yemək hazırlayan arvadı, gəlini ilə qısaca, amma eşidilməyən tərzdə nə isə pıçıldaşdılar. Səftər yerinə qayıdar-qayıtmaz oğlu anası ilə gəlib hələ od salınmamış manqalı aparıb evin arxasında görünməzliyə təhvil verdilər.
Məclisə sükut çökmüşdü. Nizam müəllim çayını axıradək içməmiş, arvadı və qızı isə heç əllərini stəkana uzatmamışdılar. Bir az keçdi, ortalığa padnosda yemək gətirildi – qızardılmış kartof, yanında da broyler toyuğunun ürəkbulandıran gömgöy tikələri.
...Ətrafda isə kənd çolpaları əvvəlki tək qağanaqlayıb xorla “biz hələ yaşayacağıq” nəğməsini oxuyurdular.
***
“Bəlkə o günləri bir yad eləyək...”
İsti yay günlərinin birində jurnalist həmkarım və dostum Mübariz Süleymanlı ilə şəhəri ərik-arğac gəzib yorulmuş, acından da əldən düşmüşdük. İşlərimizi yoluna qoymuşduq, yalnız yüngülcə nahar edib ayrılmağımız qalmışdı. Mübariz təklif elədi ki, beş-on addımlıqdakı “Bistro” kafesinə baş çəkək, kəmərin altını bərkitmək üçün orada bir şey taparıq.
Səməd Vurğun bağının yaxınlığında, yolun lap kənarındakı kafedə tünlük idi. “Bistro”, yəni ki, bizim dildə ayaqüstü naharlamaq, qəlyanaltı məkanı mənasını verən kafedə özümüzə bir künc tapdıq. Mübariz piştaxtaya yaxınlaşıb kiçik boşqablarda bir neçə adda yemək nümunələri gətirib stolun üstünə düzdü. Aclığımızı təzəcə “öldürürdük” ki, içəri iki nəfər bazburutlu kişi girdi. İkisi də yayın istisində qapqara kostyumda, qalstukda, ağ köynəkdə, saçları da səliqə ilə daranmış, brialinli vəziyyətdə. İkisi də saatını son dəblə sağ biləyinə vurmuşdu, yanaqlarından qan damırdı, qıpqırmızı idilər. Sifətin qızartısı qan təzyiqinin qalxmasına, insanın hirsli-havalı olmasına, bir də ki, sərxoşluğuna dəlalət edir – deyə Mübariz bu sahədə daha məlumatlı olduğunu sübut etmək istədi. Mən də “bəlkə bura girdiklərindən utanırlar, ona görə qızarıblar” desəm də, dostum razılaşmadı.
Kişilərdən biri əlindəki qəzet bükülüsündən bir dəmir qatlama asılqan çıxardı, sonra pencəklərini çıxarıb asılqana keçirdilər. Elə bil əlləri ilə qoymuşdular, yan divarda güclə görünən paslanmış mıxı əlləri ilə yoxladılar, sonra da asılqanı mıxa keçirdilər. Əlbəttə, kafedə paltar, papaq qoymaq üçün heç bir şərait yox idi, adamları da qınamaq olmazdı, daha pencəklərini yemək stollarının üstünə sərməyəcəkdilər ki...
Buracan dediklərimə inandığınıza mən özüm də tam inanıram. Sonrasını deyim. Bu iki nəfərdən biri yüz qramı içəri atan kimi yanıma gəldi. Rus dilində məni salamlayıb, əlini çiynimə şappıldatdı:
- Tı menya uznal, brat? – dedi.
- Yox, tanımadım, - dedim.
- “26-lar” rayonunda komsomolda işləyirdim. Yadındadır, komsomol biletini itirdiyinə görə sənə töhmət vermək istəyirdilər, mən girdim qanının arasına. O vaxt qonaqlıq boyun olmuşdun, sonra rastlaşmadıq. Arabir səni tədbirlərdə görürdüm, amma bu məsələni xatırlatmağa ürək eləmirdim. Sən elə yerdə işləyirdin ki, fikirləşirdim xatası çıxar. Düzünü de, o vaxt biletini tapdın, yoxsa yox?..
- Tapdım, tapdım, narahat olmayın, - dedim.
On illər əvvəlin xoşagəlməz əhvalatını bütün təfərrüatı ilə xatırladım. Rus qarışığı olan bu kişi o vaxt cavan, yaraşıqlı bir komsomol işçisi kimi şəhərdə adla tanınırdı. İclaslarda alovlu nitqləri, konsertlərdə, festivallarda xüsusi fəallığı ilə seçilirdi. Həmişə qara kostyum geyinər, qırmızı qalstuk taxardı. Əlində də daim qırmızı rəngli bloknot olardı. Qızılı sağanaqlı eynəyi bu oğlana xüsusi yaraşıq verər, ətrafdakıların diqqətini dərhal çəkərdi. O illər çox uzaqda qalmışdı və həmin yaraşıqlı oğlan indi bazburutlu, amma yenə də cəlbedici, cəlbedici görkəmiylə qarşımda dayanmışdı. Doğrusu, onun lütfkarlığını xatırlayıb xeyli kövrəldim və deyəsən hələ bir doluxsundum da...
- Hə, lap yaxşı, sən də salamatsan, mən də - köhnə tanışım dilləndi. Bir halda ki, sən də belə yerlərə ayaq açmısan, açıq danışmaq olar. Bratişka, bəlkə ortaya bir pollitr qoyub keçmiş günləri əməlli-başlı yada salaq, hə? Axı sən də yaxşı oğlansan...
Bu təklifə razılaşmamaq qətiyyən mümkün deyildi.
Bölməyə aid digər xəbərlər

Həyat etüdləri

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək