15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qayğanaq, sonra da çolpa çığırtması - Akif Cabbarlı yazır
Tarix: 02-07-2019 12:01 | Bölmə: Akif CABBARLI

Həyat etüdləri
Bu əhvalat sovet dönəmində dağətəyi kəndlərimizin birində baş verib. Həyat yoldaşı Bakıya, nəvələrinə baş çəkməyə getdiyindən bütün işlər Qafar kişinin özünün boynuna düşmüşdü. Mal-qaraya baxmaq, həyət-bacanı səliqəyə salmaq, özünə də qulluq eləmək təklikdə ləzzət eləməsə də, bir təhər yola verirdi. Üstəlik, təsərrüfat briqadirinin ara-sıra verdiyi tapşırıqları da şərəflə, əsl kommunist kimi yerinə yetirirdi.
Günlərin birində Qafar kişi işlərini başa çatdırıb iri bir tavada, özünün də dediyi kimi vicdanlı bir qayğanaq bişirdi. Çil toyuğun yumurtası, sarı inəyin yağı ola, indi gör qayğanaq necə olur da. Ürəyindən keçdi ki, çıxsın darvazanın ağzına, tay-tuşlarından hansı girinə keçsə, dəvət eləsin nahara. İllər boyu tək-tənha yeməyə o qədər də alışmamışdı. Çıxdı. Elə bu vaxt kənd sovetinin sabiq katibi Əmralı kişi yoldan keçirdi. O da elə bil himə bənd imiş, həyətə keçib tut ağacının kölgəsində buğlanan samovarın böyründəcə əyləşdi. Qayğanağı yedilər, üstündən də pürrəngi bir çay içdilər. Sağollaşanda darvazanın tuşunda kəndirlə bağlanıb qarşısına qarışıq yem qoyulmuş iri bir cöngə Əmralının sual obyekti oldu.
- Yaxşı heyvandır, quruya bağlamısan, hə?
- Hə, ay Əmralı kişi, gədənin əsgərlikdən gəlməyinə bir şey qalmayıb axı, ayağının altında kəsəcəyəm, İnşallah.
- İnşallah, kəsərsən – deyə Əmralı cöngəyə iştahla baxa-baxa həyətdən çıxdı və kolxoz idarəsi tərəfə addımladı.
İdarənin qənşərində xeyli adam yığışmışdı. Tanımadıqları da vardı. Rayon mərkəzindən gələn zəhmli bir kişi kolxoz sədrini sözün əsl mənasında divara dirəmişdi.
- Mən bilmirəm, katibə özün cavab verərsən. Ət planınız xeyli geri qalıb. Gör neynirsən.
Sədr də gözlərini döyür, cavab tapmırdı. Belə vaxtlarda camaat köməyinə çatır, həyətdə bəslədikləri mal-qaradan planı doldurmağa heyvan ayırırdılar. İndi də kiminsə qapısına getməyə üzü qalmamışdı.
Məsələdən agah olan Əmralı sədri kənara çəkib qulağına nə isə pıçıldadı. Sonra sədr və rayon mərkəzindən gələn qonaq, arxalarınca da Əmralı üz tutdular düz Qafar kişigilə. Sədr əlini Qafarın çiyninə şappıldadıb cöngəni ətliyə göndərməyi xahiş elədi. Amma bu xahişin mayasında bir təpinmək havası da vardı.
- Aparın, bir halda ki, gərəyinizdir, qurbandır sizə - dedi Qafar kişi. Sonra üzünü Əmralıya tutub asta-asta dilləndi:
- Hə, deməli belə, çuğul qardaşım. Sabah günortaya yaxşı bir çolpa çığırtması bişirəcəm. Gələrsən bizə, başının dəstəsi ilə...
***
Axırıncı xəbərdarlıq
Əslən Ağdamdan olan qələm dostlarımızdan birinin danışdığı maraqlı əhvalatı yazı mövzusu hesab elədim. Deməli, dostumun doğulub boya-başa çatdığı kənddə sovet dövrünün termini ilə desək, zəhmətkeş bir ailənin üç yeniyetmə oğlan uşağı el adəti üzrə qoyun-quzunu növbə ilə (çox yerdə bu qayda “nobat” adlanır) otlağa aparır, axşam da hər kəsinkini həyətlərinə ötürüb geri qayıdırmış.
Bu uşaqlardan biri qardaşlarından fərqli olaraq çox cığal imiş. Hər şeyi bəyənməz, bütün deyilənləri tərsinə yozarmış. Valideynləri də Vəlişin xasiyyətini yaxşı bildiklərindən üstünə çox getməzlərmiş. Qardaş da axşam-səhər dava salmağa, səs-küy qaldırmağa bir bəhanə gəzərmiş. Hər dəfə nobatdan qayıdanda süfrə başında mütləq mərəkə qopardarmış. Qarşısına qoyulan yemək dolu boşqabı kənara itələyib qışqırarmış:
- Bu nədir, hərəniz iki boşqab yemək yeyib, mənə cəmi bir qab saxlamısınız? Daha güdüyə-zada gedən deyiləm.
Növbəti dəfə ana ərköyün oğlunun qarşısına iki boşqab yemək qoyur. Bu dəfə də qaqaş möhkəm çığırır:
- Hə, özünüz üç boşqab yeyib, mənə cəmi iki tarelka verirsiniz? Olmaz belə, daha məndən gözünüzü yığın.
Dinmirlər, oğlanı bir təhər sakitləşdirirlər. Günlərin birində güdükdən qayıdan dostumuzun qənşərinə bir qazan qoyurlar ki, bax, hamısı buradadır. Ye, nə qədər istəyirsən, qalsa, biz də dadarıq.
Cığal qardaş bu dəfə də qazanı geri itələyib ucadan qışqırır:
- Hə, deməli, iki qazanı özünüz boşaltmısınız, mənə birini saxlamısınız? Olmaz, axırıncı dəfə deyirəm, bir də belə eləsəniz, nobata-zada gedən deyiləm, dədə canı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək