15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Uzaq əsrlərin dolaylarında...
Tarix: 21-06-2019 11:53 | Bölmə: Akif CABBARLI

yaxud tarixi keçmişimizə səmtlənən işıq
Bu günlərdə hörmətli həmkarım, tanınmış publisist, populyar teleaparıcı və ssenarist, Əməkdar jurnalist Flora xanım Xəlilzadə yenicə çapdan çıxmış “Hökmdar qadınlar” kitabı ilə onu hər zaman dəyərləndirən əziz və yaxın adamlarını, elə bizim ailəmizi də ürəkdən sevindirdi. Onun şeirlərini, publisistik yazılarını, tariximizin müxtəlif dövrlərindən bəhs edən məqalələrini, dünyanın bir çox ölkəsində rastlaşdığı insanlar və hadisələr barədə yol qeydlərini oxuyan hər kəs bu nəcib və kövrək söz adamının yaradıcılıq axtarışlarından, arzuolunmaz və gözlənilməz dilemma və sürprizlər qarşısında sərgilədiyi cəsarətindən və mübarizliyindən yaxşı xəbərdardır. Elə xarakterində, davranışında və əsərlərində gözə dəyən, ürək açan xüsusiyyət və prinsiplər “Hökmdar qadınlar” kimi dolğun tarixi araşdırmalar toplusunu araya-ərsəyə gətirməsinə də gen-bol rəvac verib.
Flora xanım indiyədək “Analar”, “Taleyimdən keçən adamlar”, “Yolum düşə Zəngəzura”, “Yazdıqlarım”, “Ruhumun ünvanı Şuşa” kitabları, bir neçə uşaq hekayələri toplusu, xalqımızın, millətimizin taleyinə, bu gününə geniş spektrdə işıq salan bir çox əsərləri ilə oxucuların görüşünə gəlib və sözün əsl mənasında hər kəsi öz baxışları və yaradıcılıq prinsipləri ilə valeh edib. “Hökmdar qadınlar” da müəllifin keçmişimizə, uzaq əsrlərdən bəri millətimizin, soykökümüzün şərəfini, ləyaqət və namusunu uca tutan, həyatsevərlik və həmişəyaşarlıq simvoluna çevrilməyi bacaran kişi qeyrətli qadınlarımıza sevgisini sübut edən ədəbi-bədii və tarixi bir avtoqraf mislindədir və tarixi keçmişimizə səmtlənən, əsl vətəndaş yanğısıyla süslənən, odu-alovu ilə uzaq-uzaq əsrlərə işıq saçan yetkin bir əsər kimi dəyərləndirilməlidir. İslam və türk dünyasını, doğma Azərbaycanımızı təmsil edən dünya şöhrətli, isgəndərləri, kirləri qarşılarında diz çökdürən hökmdar qadınlarımız barədə tarixi oçerklər sadəcə o dövrlərin hadisələrinin xronoloji ardıcıllığa söykənən statistik təfsiri deyil, yüksək professionallıqla qələmə alınmış hekayətlər kimi olduqca qiymətlidir və elmi ictimaiyyətimizin, sadə oxucuların, tariximizlə maraqlanan söz-sənət adamlarının hər zaman diqqətini çəkəcək səviyyədədir.

Flora xanım bütün Şərqdə müdrikliyi, iradə və yenilməzliyi ilə tanınan Tomris Anadan, Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin nəvəsi, Məhəmməd Cahan Pəhləvanın övladı, Qızıl Arslanın qızı Cəlaliyyə xanımdan, Misir Sultanı Şəcər Uddurdan, Kutduq dövlətinin hökmdarı Türkan xatundan, Fətəli xanın xanımı Tutu Bikədən, Azərbaycanın görəkəmli şairi, Qarabağ hakimi Mehdiqulu xanın qızı, Şuşada “Məclisi-üns” ədəbi məclisinin 25 il rəhbəri olmuş Xurşudbanu Natəvandan və digər sultan xanımlardan əsl övlad sevgisiylə söhbət açır, oxucunun uzaq əsrlərə səyahətində yorulmadan onlara yoldaşlıq da edir. Bu hekayətləri oxuyan hər kəsdə qəti bir qənaət formalaşır ki, cəhalətin, geriliyin, fanatizmin tüğyan elədiyi uzaq yüzilliklərdə damarlarında əsl türk qanı axan analarımız haqqın, ədalətin keşiyində mərdliklə dayanmağı bacarmış, öz ərləri, qardaşları və oğulları ilə nər kimi çiyin-çiyinə vətənin bütövlüyü, dilimizin və dinimizin qorunması, soydaşlarımızın salamatlığı uğrunda çarpışmalarda təkrarsız fədakarlıq göstərmiş, adlarını tarixin yaddaşına pozulmaz naxışlarla yazdıra bilmişlər.
Flora Xəlilzadənin “Hökmdar qadınlar” kitabına ön söz yazan filologiya üzrə fəlsəfə doktoru, tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Sona xanım Vəliyeva çox haqlı olaraq qeyd edir ki, “...müdriklik və cəsurluq, eləcə də yüksək idarəçilik keyfiyyətlərinə malik olmaq İlahi tərəfindən insana hədiyyə olunanda onun qadına və ya yalnız kişilərə verilməsi məsələsində ayrıseçkilik qoyulmayıb. Xalqına qəlbən vurğun olmaq və fədakarlıqla, ədalətlə idarəçilik qabiliyyətinə malik olmaq əsas şərtdir”. Sona xanım Vəliyevanın gəldiyi bu qənaət bütün zamanlar üçün xarakterikdir və olduqca qiymətlidir.
“Vektor BEA” tərəfindən nəşr edilən “Hökmdar qadınlar” araşdırmalar toplusundakı yazılar vaxtilə “Kaspi” qəzetinin oxucularına da təqdim edilib.
P.S. Sonda yeni kitabı münasibətilə Flora Xəlilzadəni təbrik edir və ürəyimdən keçən bir arzumu da bildirirəm – tariximizə bu cür yaradıcı məhəbbət sərgiləyən müəllifi bu sahənin səriştəli bilicisi və aparıcısı olaraq elmi dərəcə ilə dəyərləndirmək mümkündür, ya yox...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək