15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vətəninə məhəbbət, peşəsinə sədaqət hissi ilə - A. Cabbarlı yazır
Tarix: 22-05-2019 13:08 | Bölmə: Akif CABBARLI

Mart ayının axırlarında Azərbaycan xüsusi xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə ölkəmizdə bir sıra maraqlı, yaddaqalan tədbirlər keçirildi, ömrünü dövlətimizin və xalqımızın təhlükəsizliyinə, rahat və firavan həyatına həsr etmiş şanlı çekistlərimizin keçdiyi şərəfli yola mətbuatda geniş spektrda işıq salındı, görünməz cəbhənin cəsur əməkdaşlarının fəaliyyəti barədə ədəbi-bədii və sənədli nəşrlər buraxıldı, kinolentlər təqdim olundu. Xüsusi xidmət orqanlarının veteranı, polkovnik Hamlet İsmayılovun rus dilində çap olunmuş «Гаранты Государственный Безопасности» (“Dövlət təhlükəsizliyinin qarantları”) kitabı da əlamətdar yubileyə həsr olunmuş qiymətli əsərlər sırasında layiqli yer tutur.
Hamlet müəllimi çoxdan tanıyıram. Sadə, təvazökar, amma yumoru sevən, şux zarafatları xoşlayan nikbin adamdır. Müxtəlif tədbirlərdə, kitab təqdimatlarında, yubiley məclislərində görüşmüş, hərbi vətənpərvərlik mövzusunda keçirilən mərasimlərdə, xatirə gecələrində bir yerdə olmuş, səfərlərə çıxmışıq. Rusca təhsil alsa da, Azərbaycanımızın adını həmişə uca tutan, milli adət-ənənələrimizə hörmət edən, ədəbiyyat və incəsənətimizə, tarixi keçmişimizə duyğusal yanaşan, şərəf gətirən soydaşlarımızdandır. İndiyədək 6 kitabı, xeyli sayda müxtəlif mövzulu publisistik yazıları işıq üzü görüb. Ortaya qoyduğu kitablarda, məqalələrdə vətənə bağlılığını və sadiqliyini, valideynlərindən miras qalan vicdanlılıq və sədaqətlilik prinsiplərini həmişə önə çəkib. O, dövlətimizin müqstəqilliyinin qorunmasına, daha da inkişaf etməsinə yönəlik əməllərə möhkəm sadiq olduğunu yazıçı təxəyyülü, əsl publisist səriştəsilə təqdim edir.
Heydər Əliyev fədakarlıq məktəbinin layiqli davamçılarından olan tanınmış şair və publisist Azər Hacıbəyli öz dostu və silahdaşı barədə söz düşəndə həmişə deyir ki, Hamlet müəllim bir vaxtlar cəsur, qorxmaz çekist kimi tanınırdı, indi də güclü qələm sahibi, istedadlı nasir və şair kimi oxucularının sevimlisinə çevrilib. Hamlet İsmayılovun xüsusi xidmət orqanlarının şanlı keçmişinə və bu gününə həsr olunmuş yazıları gənc çekistlərin əsl vətənpərvərlik ruhunda yetişməsi və xidmət göstərməsi işində mühüm önəm daşıyır. Haqqında bəhs etdiyimiz kitabda müəllif xüsusi xidmət orqanlarının milliləşməsində, yenidən formalaşdırılmasında əvəzsiz xidmətləri olan, fenomenal şəxsiyyət, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrə geniş yer ayırır.
Yaxşı yadımdadır, 1980-ci ildə ulu öndərin Naxçıvan səfəri zamanı ölkə rəhbərinin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman Dövlət Təhlükəsizlik Komitəsinin Naxçıvan idarəsində işləyən Hamlet İsmayılov da vardı. Biz jurnalistlər səfər zamanı təbii ki, xüsusi xidmət orqanları əməkdaşlarının belə ciddi siyasi tədbirlərdə hansı çətinliklərlə üzləşdiyindən, necə fəaliyyət göstərdiyindən xəbərdar ola bilməzdik və çox sonralar qələm dostumun həmin səfər zamanı hansı cəsurluq və peşəkarlıq nümunəsi göstərdiyi barədə ətraflı öyrəndim. Bu haqda Hamlet müəllimin kitabında ətraflı bəhs olunur.
“Onunla fəxr edirəm ki, taleyimə dahi bir insanın, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi sədrinin, Azərbaycan KP MK Birinci katibinin, Sov.İKP MK Siyasi Büro üzvünün, SSRİ Nazirlər Soveti sədrinin Birinci müavininin, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər sırasında olmaq qisməti düşüb”.
Hamlet müəllim öz keçmişi ilə öyünən, bu gününə sevinən və gələcəyinə inanan insanlardandır. Bu kitabı oxusanız, Ziya Yusifzadə, Bahadur Hüseynov, Abdul Xalıqov, Əliheydər Dadaşov, İsmayıl Kərimov, Azər Qarayev və digər şöhrətli çekistlər barədə necə ürəkaçıqlığı, qürur hissilə söhbət açdığının şahidi olarsınız. Əfsanəvi çekist Məmmədhüseyn Xudadat oğlu Əsədov haqqında iftixarla danışan müəllif 1943-cü ildə Böyük Üçlərin Tehran konfransında həmyerlimizin podpolkovnik Nikolay Kravçenko ilə birlikdə Stalin, Ruzvelt və Çörçilə qarşı planlaşdırılan terror aktının qarşısını necə igidliklə aldığını faktların dili və publisistik çalarlarla ortaya qoyur. Bununla da hansısa erməni əsilli, Vartanov adlı agentin “qəhrəman” obrazının üstündən xətt çəkilməsinə nail olur.
Hamlet İsmayılovun yeni kitabında dövlət təhlükəsizliyinin qarantları olan insanların şərəfli həyat yolu ilə bağlı qeydlər, özünün iştirakı və rəhbərliyi ilə həyata keçirilən operativ əməliyyatlar barədə müfəssəl məlumatlarla yanaşı, son illər yazdığı bir sıra şeirləri də yer alır. Bu kitabı oxuyan hər kəs müstəqil Azərbaycanın təhlükəsizliyi keşiyində dayanan xüsusi xidmət orqanlarının keçmişi, bü günü və perspektivə hesablanan hədəfləri barədə ətraflı məlumat ala biləcək.
1973-cü ildən 2003-cü ilədək xüsusi xidmət orqanlarında qüsursuz fəaliyyət göstərən polkovnik Hamlet İsmayılovun əməyi dövlətimiz tərəfindən bir sıra mükafat və təltiflərə layiq görülüb. Ən başlıcası isə onu keçmiş iş yoldaşları və gənc çekistlər vətənin sadiq əsgəri, layiqli vətəndaşı kimi tanıyır və ehtiram göstərirlər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək