15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
Tarix: 12-11-2022 19:43 | Bölmə: Müsahibə

Keçmiş nazir: “Ukrayna ilə savaş bir dövlət kimi Rusiyanın imicinə ağır zərbə vurub. Bunun siyasi hesabını kimsə verməlidir”
Rusiya ordusu Xersonu tərk edib. Bu, Ukraynanın yeganə vilayəti və vilayət paytaxtı idi ki, ruslar oranı tam işğal etmişdi.
Azərbayanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Reyting.az-a müsahibəsində Rusiya-Ukrayna müharibəsində bundan sonrakı proseslərdən danışıb:
- Mənim fikrimcə, bundan sonra iki variant mümkündür. Rusları nəzərdə tutaraq qeyd edim ki, onlar öz mövqelərini daha sadələşdiriblər. Dnepr çayı boyunca mövqe tutmaq niyyətləri var. Yəni çayın bir tərəfində Rusiya, digər tərəfində Ukrayna ordusu mövqe tutacaq.
Əlbəttə, ruslara çay boyu müdafiə qurmaq daha asandır. Amma bütün hallarda bu addım Rusiyanın zəifləməsini göstərir. Eyni zamanda da hərbi əməliyyatların tempinin qışda aşağı düşəcəyi gözlənilir. Yəni tərəflər, daha çox ruslar qışa hazırlaşırlar. Bəllidir ki, soyuq və qarlı havalarda müharibə aparmaq daha çətin olacaq. Çayı boyu mövqelərdə mümkündür ki, atəşkəsə yaxın vəziyyət yaransın.
- İndiki halda Xersonu Rusiyaya birləşdirən, rus torpağı sayan və sonradan Ukraynaya verməyə məcbur qalan prezident Putinin vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanda məndən başqa hamı Putinin vəziyyəti, üzləşdiyi durum və apardığı müharibə haqqında danışıb. Məndə də danışsam, onları təkrar etməli olaram.
Bəli, Putinin durumunu çox zəif sayıram. Baxın, Xersonun Ukrayna ordusuna verilməsi necə ciddi reaksiya yaradacaq. Artıq indidən Rusiya daxilində bu addım ciddi etirazla qarşılanır. Bu addım siyasi məntiqə zidd hadisədir.
Putin bir ay əvvəl elan edib ki, Xerson Rusiyanın tərkib hissəsidir. İndi Rusiya qanunlarına görə, sanki Rusiya ərazisini Ukrayna işğal edib. Əslində bu, gülməli də olsa, Rusiya baxımından konstitusiyaya zidd hadisə sayıla bilər. Əlbəttə, bu, siyasi və hərbi böhrandır.
Mən hesab edirəm ki, hazırda Rusiyada mənəvi böhran da yaşanır. Mən internetdə sosial şəbəkənin rus seqmentinə baxıram. Millətçi ruslar Putini söyürlər. Deyirlər ki, qan töküb Xersonu işğal etmişik, indi ordu şəhəri asanlıqla verərək Dnepr çayının əks istiqamətinə keçib. Sual edirlər ki, Xersondan ordu çıxacaqdısa, onda nəyə görə burada çoxlu itkilər baş verib? “Youtube”yə baxsanız görərsiniz ki, hazırda rus ordusunun Xersondan çıxmasını ən çox tənqid edənlər rusların özləridir.
- Bu proses Rusiya daxilində nələrə səbəb ola bilər?
- Hesab edirəm ki, Rusiya daxilində böhrana oxşar hal yaranıb. Tutaq ki, müharibə, hərbi əməliyyatlar səngiyəcək. Bu, mümkündür və qış aylarında müharibə aparmaq çətinləşəcək. Amma siyasi böhran üçün əsl zamandır. Mən Rusiyanı nəzərdə tuturam. Bundan sonra Rusiyada siyasi proseslər sürətlə gedəcək. Hələ Ukrayna müharibəsi təzə başlayanda yazmışdım ki, bu, artıq “Putinzm”in sonudur.
- Hazırda proseslər daha çox hansı istiqamətə gedir?
- Əslinə qalsa, müharibənin sonu Rusiyadakı böhranın sonu anlamına gəlməyəcək. İstənilən yerdə müharibə bitə bilər. Bəs, zaman, iqtisadi və siyasi böhran? Bu qədər itki verəndən sonra Rusiya bir dövlət olaraq nə qazanır? Bu müharibə nə üçün lazım idi? İndi hamı belə suallar verir. 10 minlərlə itki var və hamısı da cavan insanlardır. Əslində isə bu, faciədir.
- Çoxları deyirdi ki, strateji baxımdan Rusiya uduzub, amma hərbi baxımdan irəliləyib. Qərb analitikləri isə iddia edirlər ki, Xersonun geri alınması Ukrayna ordusu üçün dönüş nöqtəsi ola bilər...
- Əslində bunlar bir-biri ilə bağlı məsələdir. Hərbi baxımdan götürdükdə ruslar 20 faiz olmasa da, Ukrayna ərazisinin 10 faizini işğal altında saxlayır. Amma bunu qələbə adlandırmaq olmaz. Üstəlik, bu əraziləri rus ordusu sona qədər saxlaya biləcəkmi? Şəxsən mən buna inanmıram.
İstisna etmirəm ki, Ukrayna və Rusiya arasında hansısa təmaslar var. Əlbəttə, bunu danışıq adlandırmaq mümkün deyil. Amma rus mənbələri belə təqdim edirlər ki, guya prezident Ərdoğan vasitəçilik edir. Xüsusilə, fikir verirlər ki, Ərdoğan hansısa çıxışında deyib ki, rus ordusunun Xersonu tərk etməsini alqışlayır. Rus şərhçilərinin sözlərinə görə, bu, ona işarədir ki, Xersonu tərk etmək hansısa siyasi oyun daxilində baş verən ssenaridir. Belə fikirlərə rast gəlmişəm, amma bunun reallıq və ya boş təbliğat olduğunu deyə bilmərəm.
- Rusiya kifayət qədər zəifləyib və proses davam edir. Siz Rusiyanın qlobal oyunçudan regional oyunçuya çevrilməsini gözləyirsinizmi?
- Diqqət edin, ruslar İrandan “Shahed” dronları alır. Bu, elə İranın səviyyəsinə düşməkdir. Üstəlik, ümid edirlər ki, İran silahları Ukraynada hərbi vəziyyəti dəyişdirə bilər. Deməli, belə addım Rusiyanı hərbi baxımdan İrandan da aşağı yerə aparır. Bundan əvvəl isə biz ona “Dünyanın ikinci güclü ordusu, nüvə silahına malik olan dövlət”, - deyirdik. Nə oldu? İrandan dron alır? Hələ onu demirəm ki, ukraynalılar İran dronlarına lağ edir, deyirlər ki, bu dronların səsi daha çox mapetin səsinə oxşayır. O günə qalıblar ki, İrnandan “tır-tır” səsli dronlar alırlar?
Hələ Şimali Koreyadan raket almaq haqda fikirləri demirəm.
Byraqdar dronları ayrı mövzudur, elektronu, imkanları var, xüsusi qabiliyyətə malikdirlər.
Bəli, Ukrayna savaşı bir dövlət kimi Rusiyanın imicinə ağır zərbə vurub. Bunun siyasi hesabını kimsə verməlidir...
- Kim?
- Mən hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putin!
- Amma rus ordusunun Xersondan çıxmasını elə təqdim etdilər ki, sanki bütün məsuliyyəti müdafiə naziri Sergey Şoyqu daşıyır...
- Daxili siyasi oyunlar ola bilər. Fakt odur ki, rus ordusu Xersonu tərk edib. Rusiyanın da dövlət başçısı Vladimir Putindir. Burada Şoyqu və digərləri ikinci dərəcəlidir. Daxildə orta səviyyədə olan söhbətlərdə Şoyqu və digərlərinin adı çəkilə bilər, amma normal Rusiya vətəndaşları sabah deyəcək ki, “cənab Putin, nə oldu, axı sən deyirdin 3 günə Kiyevi götürəcəksən? Milləti qırdırdın, ordunu məhv etdin, üstəlik, işğal etdiyin torpaqlardan çıxdın”. Bu məsələləri Putindən tələb edəcəklər. Odur ki, burada siyasi hesabatı Putin verməlidir. Çünki bu işlərlə bağlı qərarı o verib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək