15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
Tarix: 23-10-2023 10:26 | Bölmə: Müsahibə / Mədəniyyət

Nigar Mürsəlova: “Rol aldığım “Toy dəstgahı”nın mükafata layiq görülməsi Azərbaycan teatrının uğurdur”
Nigar Mürsəlova Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor-pedaqoq Ruslan İsmayılovun kursunda musiqili teatr aktyorluğu ixtisası üzrə təhsil alır. İstedadlı tələbəyə peşəkar teatrda çalışmaq, premyera həyəcanı yaşamaq, teleseriala çəkilmək, hətta beynəlxalq festivalda iştirak etmək sevinci də nəsib olub. Nigar xanım “YUĞ” Dövlət Teatrının aktrisası kimi bu yaxınlarda Qazaxıstanın Taldı-Kurqan şəhərində keçirilən “Biken” Beynəlxalq Teatr Festivalında iştirak edib.
Gənc tələbə-aktrisa ilə söhbətin əvvəlində festival təəssüratlarını öyrəndik.
- İlk dəfə idi ki, xarici ölkədə keçirilən festivalda iştirak edirdin. Hansı hissləri keçirdin?
- Öncə onu qeyd edim ki, “Biken” Beynəlxalq Teatr Festivalı Türk Dövlətləri Təşkilatının himayəsi ilə keçirilirdi. Bu faktın özü tədbirin əhəmiyyətini göstərir.

Məlum olduğu kimi, “YUĞ” Dövlət Teatrı festivala dahi Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında hazırlanan “Toy dəstgahı” tamaşası ilə qatılmışdı. Fürsətdən istifadə edib teatrın direktoru İslam Həsənova, tamaşanın quruluşçu rejissoru Günay Səttara mənə inandıqlarına, bu maraqlı səhnə əsərində rol verdiklərinə görə minnətdarlığımı bildirirəm.
Açığı, aktrisa olmaq arzusu ilə yaşamamışam, baxmayaraq ki, uşaq vaxtı öz-özümə aparıcılıq edirdim, şeirlər deyirdim. Üstəlik, böyüdüyüm ailədə də daim önyarğı var idi. Sonra elə bir hadisə ilə üzləşdim ki, həyatım tam dəyişdi və “Artıq hər şey sənin öz əlindədir, çətinliyə qatlaş və özünü sübut”, - deyib imtahanlara ciddi hazırlaşdım, uğur qazanaraq tələbə oldum. İndi də “YUĞ” teatrının aktrisasıyam, həm böyük ustadların, həm də istedadlı gənclərin işlədiyi belə gözəl kollektivin bir üzvü olmaq sevindiricidir. Burda özümü olmalı olduğum yerdə hiss edirəm.

Keçirdiyim hissələrə gəlincə, Qazaxıstana gedəndə yol boyu həyəcan var idi. Oxucular yəqin məni anlayar, birinci dəfə idi ki, ölkə xaricinə çıxırdım, ilk dəfə təkcə çalışdığım kollektivi deyil, Azərbaycan teatrını təmsil etmək məsuliyyətini də hiss edirdim. Düşünürdüm ki, qazax tamaşaçılar, festivalda iştirak edən digər türkdilli ölkələrin sənətçiləri bizim “Toy dəstgahı”nı necə qarşılayacaq? Səhnəyə çıxan andan həyəcan yox oldu, özümü əmin, güvənli hiss etməyə başladım. Görünür səhnənin mistik bir qüvvəyə malik olması barədə deyilənlərdə həqiqət payı çoxdur. Şükürlər olsun ki, tamaşamız böyük maraqla qarşılandı. Festivalın təşkilatçıları, müxtəlif ölkələrdən gələn görkəmli teatr xadimləri, tənqidçilər tamaşamız, rejissor işi, aktyorlarımızın ifaları barədə xoş sözlər dedilər. Biz Bakıya döndükdən sonra öyrəndik ki, teatrımızın istedadlı aktrisası Günəş Mehdizadə “Toy dəstgahı”ndakı oyununa görə “Biken” Beynəlxalq Teatr Festivalının “Ən yaxşı aktrisa” üçün ayrılan mükafatına layiq görülüb.
Qazaxıstandakı festivalda belə demək mümkünsə, qazancım həm də o oldu ki, müxtəlif teatrların tamaşalarını izlədim, müqayisə, təhlil aparmaq fürsəti əldə etdim. Bu sənət yarışmasında çox maraqlı tamaşalar var idi, mənim də rol aldığım “Toy dəstgahı”nın mükafata layiq görülməsi həqiqətən də Azərbaycan teatrı adına uğurdur.
- Təhsil aldığın ali məktəbdə Vaqif İbrahimoğlu kimi böyük pedaqoq və rejissorun yaratdığı teatrın aktrisasına münasibət fərqlidir yəqin...
- Universitetin dördüncü kursunda oxuyanda “YUĞ” teatrının truppasına qəbul olundum. Müəllimim, özümə ustad saydığım Ruslan İsmayılov və kurs yoldaşlarım bu xəbəri eşidəndə çox sevindilər. Əlbəttə, incəsənət aləmində “YUĞ”un dəyərini yaxşı bilirlər, belə bir kollektivdə işə düzəldiyimə görə şanslı tələbə sayılıram.
- Bəs teatrda sənə qarşı münasibət necədir?
- Teatra gələndən bir neçə gün sonra “Toy dəstgahı” tamaşasında mənə rol verildi. Bildiyiniz kimi, əsər alleqorikdir, Samovar, Çaynik, Qaşıq və s. obrazlar var. Məşq prosesi, quruluşçu rejissor Günay xanımın söhbətləri, yaradıcı heyətdən tələblərin, aktyorların səhnədə göstərdikləri məni ovsunlamışdı, sehrli bir aləmə düşmüşdüm sanki. Teatrın daxilindəki ortam, kollektivdəki mehribanlıq və səmimiyyət elə ilk gündən məni valeh etdi. Hər an xoş, isti münasibət görən tələbə və gənc aktrisa üçün bundan gözəl nə ola bilər ki?

“YUĞ” vahid bir ailədir, bu heç də gəlişigözəl söz deyil. Bu ailənin bir üzvü olmaqdan qürur duyuram. Burada illərdir ki, yaradıcılıq uğurlarına imza atan, özlərini sənət aləmində təsdiqləmiş sənətkarlardan öyrənməyə çalışıram.
- Gənc aktrisanın gələcəkdə səhnədə oynamaq istədiyi obrazların yəqin ki, uzun bir siyahısı var...
- Tam səmimi deyim ki, belə bir siyahım yoxdur.
- Niyə?
- Çünki hər hansı bir məşhur əsərdəki obraz barədə xəyal qurmuram. Bu gün “YUĞ”un aktrisasıyam, “Toy dəstgahı”nda Qaşıq rolunu oynayıram, özü də sevə-sevə. Sabah rejissorlar hansı əsərlərdə obrazlar tapşıracaqlarsa rolları sevərək oynayacam. Mənim üçün oynadığım obrazı sevmək əsasdır.

Artıq teleseriala da dəvət almışam. Ölməz Cəfər Cabbarlının “Almaz” pyesi əsasında lentə alınan “Vətəndaş A” serialında Gülzar roluna çəkilirəm. Tamaşaçılar bu serialı İctimai kanaldan izləyə biləcəklər.
- Rolların sənə uğur gətirsin!
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb
4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək