15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
Tarix: 14-06-2024 15:06 | Bölmə: Müsahibə / Slayd

Emin Əmrullayev deyir ki, sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin işə qəbulu imtahanlarında iştirak səlahiyyətləri onların əlindən alınmır
Elm və təhsil naziri Emin Əmrullayev “Report” İnformasiya Agentliyinə müsahibəsində şagirdlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlərdən tutmuş, məktəblərin optimallaşdırılması, müəllimlərin sertifikasiya imtahanı, şagirdlərin dərs yükü ilə bağlı valideynlərin narahatçılıqları ilə bağlı məsələlərə aydınlıq gətirib. Nazir eyni zamanda növbəti dərs ili üçün ali məktəblərə qəbul planına da toxunub.
Reyting.az Emin Əmrullayevlə müsahibəni təqdim edir:
- Çıxışlarınızdan birində bir şagirdin təhsilinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü demişdiniz. Bu mənada bərabərliyi təmin etmək üçün hansı addımların atılması zəruridir?
- Bu məsələ daha çox azkomplektli məktəblərlə bağlıdır. Çünki Azərbaycanın coğrafiyası və landşaftı elədir ki, kiçik kəndlərdəki ümumi təhsil müəssisələrində cəmi 1-3 arası şagird oxuyur. Sırf iqtisadi baxımdan həmin məktəblərdəki şagirdə ayrılan vəsait onun şəhər yerində və ya böyük təhsil ocağında daha yaxşı təhsil almasına xərclənə bilər. Yaxud həmin vəsait daha çox şagirdin təhsilinə yönəldilə bilər. Təbii ki, bu məktəblərin bağlanmasından söhbət getmir, çünki bu addım daha çox rasionallaşdırma məsələsidir. Məsələ ondan ibarətdir ki, azkomplektli məktəblərdə bir şagirdə düşən orta xərc yüksəkdir, digər böyük məktəblərdə isə bu xərc daha azdır. Bütün şagirdlər Azərbaycan vətəndaşlarıdır və müəyyən mənada hamısı üçün eyni imkanlar yaradılmalıdır. Paradoks ondan ibarətdir ki, bir şagirdə daha çox vəsait xərclənən azkomplektli məktəblərdə tədrisin keyfiyyəti heç də yaxşı deyil. Hər zaman deyirəm ki, sinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlərimiz var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə. Ona görə də bu məsələdə baxışımız ondan ibarətdir ki, bərabərlik alətlərindən danışırıqsa, dünyanın hər yerində daha çox adambaşına maliyyələşmə sistemi var və biz də bu sistemə keçidi planlaşdırırıq.
Bu il artıq bir neçə pilot məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçidi nəzərdə tutmuşuq. Lakin biz hələ bunun hansı model əsasında həyata keçirilməsinə baxmalı, müəyyən ölçmə və hesablamalar aparmalıyıq. Daha sonra digər islahatlar kimi bunu da müxtəlif mərhələlərlə tətbiq edə bilərik. İlkin mərhələdə pilot layihəyə, yəqin ki, rayonlardakı məktəblərdən başlanılacaq, çünki Bakıda maksimum bir-iki belə məktəb ola bilər. Amma rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır. Bir daha təkrar edirəm ki, bu, heç bir halda hər hansı məktəbin bağlanması və ya orada işləyən müəllimlərin iş yerlərini itirməsi anlamına gəlmir. Sadəcə, adambaşına maliyyələşmə sistemi müəyyən mənada sovet dövründən bizə miras qalan “stavka” və s. bu tipli sistemləri yeniləri ilə mütləq əvəz etməliyik.
- Məktəblərin optimallaşdırılması məsələsi də gündəmdə idi. Bununla bağlı hansı addımların atılması nəzərdə tutulur? Neçə məktəbin birləşdirilməsi, yaxud ləğv olunması nəzərdə tutulur?
- Optimallaşdırmanı qətiyyən ləğv və ya məktəb bağlanması kimi başa düşmək düz deyil. Ölkədə müxtəlif – ibtidai, orta və tam orta təhsil səviyyələri var. Nazirlik olaraq inandığımız budur ki, hər yaşayış məntəqəsində mütləq bir məktəb olmalıdır. Çünki məktəb həmin kəndin, qəsəbənin elm ocağı, gələcəyi ilə bağlı ümididir. Bu nöqteyi-nəzərdən niyyətimiz hər hansı məktəbi bağlamaq deyil. Hesab edirəm ki, daha çox ibtidai yaşda şagirdlər öz kəndlərində, yaşadıqları yerdə təhsil almalıdırlar. Çünki azyaşlını bir qədər uzağa daşımaq və valideyni tərəfindən aparılmasını təmin etmək çətindir. Hətta müəyyən mənada doğru deyil. Bundan başqa, hesab edin ki, azkontingentli məktəblərin 10-11-ci siniflərində bir və ya iki şagird təhsil alır və biz bu vəsaitlə onu daha böyük və keyfiyyətli məktəbə gətirməklə tədrisini təmin edə bilərik. Bununla bağlı müəyyən işlər görülüb, müəyyən siyahı da var. Amma hansı ardıcıllıqla və necə icra olunması ilə bağlı məsələlər, yəqin ki, sentyabr ayında konkretləşəndən sonra ictimaiyyətə açıqlanacaq.
- Sertifikatlaşdırmadan kəsilənlərin bəzilərinin sonradan sosial pedaqoq kimi işə qəbul edildiyini gördük. Onların bir müddət sonra aktiv tədris prosesinə cəlb olunmayacağına necə zəmanət verilə bilər? Builki təkrar sertifikatlaşdırma imtahanlarından uğursuz nəticə əldə edən müəllimləri nə gözləyir?
- Sertifikatlaşdırma məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 90%-nin əməkhaqqısının artmasıdır, yəni bu proses 90% müəllimə müsbət təsir edir. Ötənilki sertifikatlaşdırma imtahanından fərqli olaraq, bu il riyaziyyat və xarici dil fənləri də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80%-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35% artacaq. Sertifikatlaşdırmanın bu tərəfini unutmaq olmaz.
Sertifikatlaşdırma imtahanında iştirak edən hər beş müəllimdən biri kəsilir, yəni hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verəcək.
Yəqin ki, ötən il olduğu kimi, bu il də sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən müəyyən sayda müəllimin əmək müqaviləsinə xitam verməli olacağıq. Həmin təhsilverənlərlə bağlı yanaşmamız ondan ibarətdir ki, bu addım daha kiçik sayda qrupun sosial problemi deməkdir, nəinki qrupun gələcəkdə yarada biləcəyi fəsadların böyüklüyü. Nəzərə almaq lazımdır ki, bir müəllim öz fəaliyyəti dövründə təxminən 300-500 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan adam məktəbdə olduğu dövrdə təxminən özündən 500 dəfə daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez ala biliriksə, o qədər düz iş görürük deyə fikirləşirəm. Həmin insanların sosial problemlərini də anlayırıq. Bu nöqteyi-nəzərdən onların tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin davranışına nəzarət işi ilə məşğul olmaları təmin edilir və bu işlər olduqca vacibdir.
Sertifikatlaşdırma imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak səlahiyyətləri onların əlindən alınmır. MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr, təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverən 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə, sertifikatlaşdırma imtahanında ona verilən iki şansda da uğur qazanmırsa, ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq.
Bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyəti kimi məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq: Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq. Sertifikatlaşdırma qaydasında da qeyd edildiyi kimi, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi ləğv edilir.
- Valideynlərin əsas şikayətlərindən biri də övladlarının dərs yükünün çox olması ilə əlaqədardır. Bununla bağlı nə kimi yeniliklər gözlənilir? Çıxışınızın birində məktəblərdə bəzi imtahanların ləğvinə baxılması məsələsinə də toxunmuşdunuz. Bununla bağlı nə deyə bilərsiniz?
- Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər. Çünki hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir. Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni "Təbiət" fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. "Həyat bilgisi" fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan dili" (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır. Bundan başqa, tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin. Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir.
- 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu planı aidiyyəti üzrə təqdim olunub. Bu il bakalavriat səviyyəsində qəbul planı üçün neçə yer nəzərdə tutulub?
- 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq. Hər il olduğu kimi, bu il də qəbul planı artırılıb. Bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə–Azərbaycan universitetlərinin fəaliyyətə başlaması da buna təsir edib. Plan yerlərinin təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur. Eyni zamanda bir qrup həssas təbəqəyə aid olan şəxslərin övladlarının da təhsil haqqı dövlət tərəfindən ödənilir. Bu il də qazi və müharibə veteranlarının təhsil haqqını dövlət ödəyəcək. Bu nöqteyi-nəzərdən dövlət sifarişli yerlərin sayı həmişə 50%-dən çox olur.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək