15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
Tarix: 22-07-2024 09:58 | Bölmə: Müsahibə / Slayd

Mirəli Sarızadə: “Gənc yaşımda arzum həyata keçdi, inşallah, yeni mövsümdə teatrımızın səhnəsində də Məcnun obrazı ilə tamaşaçılar qarşısına çıxacam”
Mirəli Sarızadə istedadı və çalışqanlığı sayəsində atasının, müəlliminin ümidlərini doğrultdu, ustadlarından öyrəndikləri onu addım-addım uğura apardı. Bu gün gənc xanəndənin səsi beynəlxalq festivallardan, opera səhnəsindən, el şənliklərindən gəlir. Ona uzaq Argentinada, Paraqvayda muğamlarımızı səsləndirmək xoşbəxtliyi nəsib olub. Mirəli Sarızadə həyatda ən böyük arzularından birinə çatıb-dahi Üzeyir Hacıbəylinin ölməz “Leyli və Məcnun” operasında Məcnun obrazında səhnəyə çıxıb.
Reyting.az-ın müsahibi ötən il keçirilən Muğam Müsabiqəsinin qalibi, VI Beynəlxalq Muğam Müsabiqəsində birincilik əldə edən, Akademik Opera və Balet Teatrının solisti, gənc xanəndə Mirəli Sarızadədir.
- Diqqətli oxucular bu detala xüsusi fikir verəcək yəqin, gənc olmağına baxmayaraq artıq sənətdə ciddi sayıla biləcək uğur qazana bilmisən...
- Əldə etdiyi ilə öyünmək və ya arxayınlaşmaq mənə yaraşmaz. Əgər bu günə kimi sənət aləmində nəsə etmişəmsə bunu böyük Yaradanın lütfü kimi qəbul edirəm. Xanəndə kimi yetişməyimdə müəllimlərimin, ustad hesab etdiyim sənətkarların danılmaz əməyi var, mən onların əziyyətini heç zaman unuda bilmərəm. Bu gün səhnədə, el şənliyində qazandığım hər alqışda onların payı var. Onların haqqını unutmaq olmaz. Necə deyərlər, ustadına kəm baxanın gözlərinə qan damar...
Beyləqanın Əlinəzərli kəndindən Bakıya gələndə 11 yaşım var idi. Atamın istəyi ilə gəldim paytaxta, çünki özünün gözəl, zilxan səsi olmasına baxmayaraq sənətlə ciddi məşğul olmamışdı. Atam çox kiçik yaşlarından valideynlərini itirdiyindən dayısının himayəsində böyüyüb. Kasıblıq, ailə qayğıları ona musiqi təhsili almağa, müğənni olmağa imkan verməyib. Ona görə də çox istəyirdi ki, mən xanəndə kimi uğur qazanım, onun yarımçıq qalmış arzularını həyata keçirim. Rayonumuzda şair kimi tanınan Qəhrəman müəllim də musiqi təhsili almağımın vacibliyi barədə məni inandırmağa çalışırdı...

Allah qarşıma xeyirxah və gözəl pedaqoqlar çıxardı, musiqi təhsili almağımda, səhnəyə çıxmağımda, müsabiqələrdə laureat olmağımda belə insanların əməyi, məsləhəti çoxdur. Bakıda ilk dəfə məni dinləyən və məsləhətlərini verən xalqımızın böyük sənətkarı, ustad kimi qəbul olunan Xalq artisti Mənsum İbrahimov oldu. Mənsum müəllimin məsləhəti ilə dəyərli xanəndəmiz, Əməkdar artist Təyyar Bayramovun yanına getdim, belə bir gözəl insan və pedaqoqla tanışlığım həyatımı yaxşı mənada dəyişdi. Təyyar müəllim mənə həm Bakı Humanitar Kollecində, həm də Milli Konservatoriyada dərs dedi. 16 ildir ki, hər gün Təyyar Bayramovdan öyrənirəm, bu illər ərzində əmin olmuşam ki, sənətkar kimi də, pedaqoq kimi də Təyyar müəllim çox dəyərli insandır. Belə bir sənətkarın tələbəsi olmağımla fəxr edirəm.
- Tamaşaçı auditoriyası, geniş mənada götürsək, sənət aləmi səni Milli Muğam Müsabiqəsindən tanıdı...
- Tək mən yox, bir çox gənclər öz istedadlarını Milli Muğam Müsabiqəsində göstərə bildilər və sənət aləmində tanınmağa başladılar. Fürsətdən istifadə edib Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, bizim Milli Konservatoriyaya təşəkkür edirəm ki, biz gənclərə belə bir imkan yaradırlar. Bu müsabiqə milli musiqimizin, muğamlarımızın yaşadılması, təbliğ olunması baxımından çox mühüm bir layihədir. Bu müsabiqədə iştirak edən, qalib seçilən gənclərin bəziləri bu gün sənətdə tanınır, beynəlxalq tədbirlərdə iştirak edir. Onların arasında dövlətimizin fəxri adlarına layiq görülənlər də var. Bu bir daha onu göstərir ki, Milli Muğam Müsabiqəsində seçimlər, verilən qiymətlər obyektiv və doğru olur.
Özümün bu müsabiqədə iştirakıma gəlincə, ustadım Təyyar müəllimin təklifi ilə ilk dəfə Milli Muğam Müsabiqəsinə 2017-ci ildə qoşuldum və on həftə davam edən bu televiziya yarışmasının diplomantı oldum.
- Ötən ilki müsabiqədə daha iddialı görünürdün və sonda qalib elan olundun...
- 7 il öncə yaşımın elə dövrü idi ki, səsim hələ tam formada deyildi, həm də bu dəfə belə ciddi yarışma üçün xeyli təcrübə toplamışdım. Ustad sənətkarlardan ibarət münsiflər heyətinə, ekrandan bizi izləyən tələbkar tamaşaçılara bir daha öz təşəkkürlərimi yetirmək istəyirəm.
Milli Muğam Müsabiqəsi sənət yoluma yaşıl işıq yandırdı sanki. Bakıda keçirilən VI Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycan muğamını təmsil etmək şərəfinə nail oldum və Allaha şükürlər olsun ki, mənə bəslənən etimadı doğrultdum və müxtəlif ölkələrdən muğam ifaçılarının da iştirak etdiyi bu beynəlxalq sənət yarışmasının da qalibi seçildim. Bizim nəhəng, klassik xanəndələrimiz, bu gün müasirlərimiz olan ustad sənətkarlar öz səsləri, ifaları ilə Azərbaycan muğamını hər zaman zirvələrə ucaldıblar. Beynəlxalq müsabiqələrin qalibi seçilən belə ustadların açdığı cığırla irəli getmək, necə deyərlər, muğamın bayrağını yenidən zirvələrə daşımaq böyük məsuliyyət və şərəf idi. Bunu bacardığım üçün xoşbəxtəm.
- Şərqin ilk operasında - “Leyli və Məcnun”da Məcnun obrazında debüt etdin. Opera səhnəmizin ən yeni Məcnunu sayılırsan. Bu məsuliyyətli rolla bağlı təklif kimdən gəldi?
- Bayaq Milli Muğam Müsabiqəsinin sənət yoluma sanki bir yaşıl işıq yandırması fikrini təsadüfən demədim. Yarışmanın qalibi olandan sonra muğam müsabiqəsində də uğur qazanan Xəyal Hüseynov, Fuad Əlizadə, Məhəbbət Səfərovla birlikdə bütün xanəndələr üçün əsl sənət məbədi hesab edilən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət aldım. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və görkəmli sənətkarımız, gənclərə daim arxa-dayaq duran Xalq artisti Mənsum İbrahimov ifalarımıza bir daha qulaq asdılar. Məhz onların məsləhəti ilə teatrın truppasına solist kimi qəbul edildik. Bu məsələdə Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti, dünyanın ən məşhur opera səhnələrində uğurlar qazanmış Yusif Eyvazovun biz gənclərə göstərdiyi diqqət və qayğını da xüsusi qeyd etmək istəyirəm.

Milli Muğam Müsabiqəsindəki çıxışlarımızdan sonra opera teatrında işə qəbul olunanda məlum oldu ki, bizi Məcnun roluna hazırlayırlar. Bu da bizim həm həyəcanımızı, həm də məsuliyyətimizi artırırdı. Mən teatrda “Leyli və Məcnun”da Şeyx, “Şah İsmayıl”da Zəvvar rollarında səhnəyə çıxanda da özümü Məcnuna hazırlayırdım. Sənət yoldaşım Xəyal Hüseynov Məcnun obrazında çıxış edəndə mənə Şeyx rolu həvalə olunmuşdu. Tamaşadan bildiyiniz kimi, Şeyx epizodik roldur, səhnədə cəmi bir neçə dəqiqə görünür. Amma mən çıxışımı bitirəndən sonra kulisdən Xəyalın ifasını, mizan və hərəkətlərini diqqətlə izləyib yadda saxlamağa çalışırdım ki, özüm Məcnun rolunda səhnəyə çıxanda istifadə edim.
- ...və həmin tarixi an yetişdi...
- Həmin günü, anı ərsəyə gətirmək üçün təkcə oturub gözləmədim, tamaşanın quruluşçu rejissoru Hafiz Quliyevlə, tərəf-müqabilim, gənc olmasına baxmayaraq artıq Leyli obrazında dəfələrlə səhnəyə çıxan, Əməkdar artist Arzu Əliyeva, gözəl tarzən Əməkdar artist Elxan Mansurovla təxminən bir il məşq etdik. Böyük səbirlə mənimlə çalışdılar, ürək genişliyi göstərdilər. Mən bu insanların zəhmətini heç vaxt unuda bilmərəm.
İlk dəfə Məcnun obrazında səhnəyə çıxacağım gün yaxınlaşdıqca həyəcanım, narahatlığım artırdı. Teatrımız təmirə bağlandığına görə tamaşanı Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində oynadıq. Teatr rəhbərliyi, ustadlarım, dəyərli tamaşaçılar mənim ifamda Məcnunu, Arzu xanımın ifasında Leylini yaxşı qarşıladılar, xoş sözlər dedilər. Allahıma minnətdaram ki, həyatda ən böyük arzularımdan birinə çatmağı mənə nəsib elədi. Oxucular yəqin keçirdiyim hissləri anlayışla qarşılayar, Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub. Tələbəlik illərində teatra gedib ustadlarımızın oyununa baxanda həmişə fikirləşirdim ki, görəsən mənə də belə bir gün nəsib olacaq?

Gənc yaşımda arzum həyata keçdi, inşallah, təmir başa çatandan sonra yeni mövsümdə teatrımızın səhnəsində də Məcnun obrazı ilə tamaşaçılar qarşısına çıxacam. Mənə inanan, inkişafıma şərait yaradan, sənət yollarında irəli getmək üçün dəyərli məsləhət verən teatrımızın direktoru Yusif Eyvazova, baş rejissorumuz Hafiz Quliyevə, müəllimlərimə sonsuz təşəkkürlər edirəm.
Bu gün Akademik Opera və Balet Teatrında biz gənclərə üçün hər cür şərait yaradılıb. Təsəvvür edin ki, teatra yeni qəbul olunan solist olaraq mənə uzaq Argentinada, Paraqvayda Azərbaycan mədəniyyətini təbliğ etmək, muğamlarımızı orda səsləndirmək şansı verilib. Yeri gəlmişkən, Paraqvayın Asunsion şəhərində ilk dəfə muğam ifa etmək mənə nəsib oldu.
- Arzudan arzu doğur deyirlər. Məcnun kimi səhnəyə çıxmaq xəyalın gerçəkləşdi. İndi hansı arzun var?
- “Şah İsmayıl” operasında Şah İsmayıl rolunu ifa etmək istəyirəm və bununla bağlı ustadım Təyyar Bayramovla məşqlər edirik. Təyyar müəllim illərdir ki, teatrda bu obrazı çox gözəl ifa edir, məndə bu rola sevgini də Təyyar müəllim yaradıb. Onun çıxışlarına baxandan sonra məndə də belə bir istək oldu. Ümid edirəm ki, bu arzum da həyata keçər, inşallah.

Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək