15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Eldəniz Babayev: “Hər bir rəssam fərdi sərgisinə ömrü boyu yol gəlir” - Müsahibə
Tarix: 05-07-2023 11:11 | Bölmə: Müsahibə / Mədəniyyət

İstedadlı rəssam uzun illər ərzində “Zəfər müjdəsi”nə doğru addımlayıb
“... Eldənizin yaradıcılıq və ictimai fəaliyyətinə nəzər salarkən, incəsənətimizin uzaq keçmişinin dərin köklərinə gedib çıxdığının şahidi oluruq. Xalqımızın zəngin tarixini, milli ruhunu, mənəvi prinsiplərini və milli ənənələrinin uzaq keçmişdən bu günümüzə gəlib çatmasını rəssam öz əsərlərində qeyd etmək istəyir.
Onun yaradıcılığını müəyyən mərhələlərə bölmək olar. Birinci qisim əsərləri qədim Bakının rəngli boyalı, süjetli təsvirləridir. Tablolarında dövrün koloriti aydın çalarda əksini tapmışdır. Dəvələrin və ulağın belində görünən insanların geyimləri, Qız qalasının görüntüyə alınması və ətraf sahənin təcəssümü həyatidir. Rəssam rənglərin boyasından dəyərincə bəhrələnərək ekspressivliyi qabarıq nəzərə çatdırır. Qədim Bakının təsviri tamaşaçını həmin çağlara qovuşdurur.

Bakımızın müasir təsviri olan ikinci qisim tabloda da rənglərin ahəngdarlığı maraq doğurur. Əsərlərində xüsusən göy, açıq qəhvə rənglərindən məharətlə istifadə olunmuşdur. Rəssamın xalqımızın qədim tarixi etik-estetik, mənəvi-psixoloji durumuna müraciəti tablolarının mayasını təşkil edir. “Səyyah şair” əsərinə baxdıqda sufi təriqətinə inamı özündə əks etdirən portret, tamaşaçının xəyalını orta əsr dünyagörüşünün təsəvvürlərinə qovuşdurur...
...Ümumilikdə fırça ustasının müxtəlif süjetli bütün əsərlərində milli kolorit aydın nəzərə çarpır, ancaq milliliklə bir sırada əsərlərin müasir üslubda təsviri də diqqət çəkir”.
Bu dəyərli fikirləri dünya şöhrətli fırça ustası, Xalq rəssamı, akademik Tahir Salahov istedadlı rəssam Eldəniz Babayevin yaradıcılığını təhlil edərkən yazıb. Eldəniz bəylə Bakının qədim və mistik məkanında-İçərişəhərdə sahibi olduğu “Bakı” rəsm qalereyasında təkcə rəssamlıqdan deyil, incəsənətin digər növlərindən, xalqımızın qədim tarixindən və ənənəsindən, qardaş Türkiyə ilə bizi bağlayan ortaq mənəvi dəyərlərdən danışdıq.
“Parası olan bazardan, imanı olan məzardan qorxmaz”
- Bu yaxınlarda “Zəfər müjdəsi” adlı sərginiz böyük uğurla keçdi. Maraqlıdır ki, sərgi üç əlamətdar tarixi hadisəyə həsr olunmuşdu...
- Bu il həm Azərbaycan, həm qardaş Türkiyə, ümumilikdə isə bütün türk dünyası üçün mühüm ildir. Şərqin ilk demokratik respublikası - Azərbaycan Demokratik Respublikasının 105, Türkiyə Cümhuriyyətinin isə 100-cü ildönümü qeyd olunur. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı yubiley tədbirləri isə davam etməkdədir. Həm bir vətəndaş, həm də bir rəssam olaraq bu tarixi hadisələrə münasibətimi bildirməyə çalışdım və “Zəfər müjdəsi” belə ərsəyə gəldi.
Tanıyanlar bilir ki, ümumiyyətlə mən hələ orta məktəb illərindən tariximizlə, türkdilli dövlətlərin mədəniyyəti, adət-ənənələri ilə yaxından maraqlanmışam. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində oxuyarkən Əməkdar rəssam Eyyub Hüseynovdan, Sabir Şıxlıdan, Mirteyyub Xəlilovdan bu sənətin sirlərini öyrənməklə yanaşı türk ədəbiyyatına, tarixinə dair kitablar oxuyur, qədim mənbələrlə tanış olurdum. 1990-cı ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin boyakarlıq fakültəsinə qəbul ediləndən sonra da həm ixtisas fənlərini yaxşı mənimsəyir, həm də ədəbiyyat və tarix dərslərini dərindən oxuyurdum, əlaçı tələbə kimi “Soltan Məhəmməd” təqaüdünə layiq görülmüşdüm. Diplom işim də böyük xaqan Əmir Teymurla bağlı idi.
Təsadüfi deyil ki, hər iki təhsil ocağını fərqlənmə diplomu ilə bitirdim. İctimai həyatda da fəal idim, ali məktəbdə tələbə həmkarlar təşkilatının sədri olmuşam, ölkənin yaradıcı gənclərini müxtəlif beynəlxalq konfranslarda təmsil etmişəm. Müslüm Eldarovun yaratdığı Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin ən aktiv üzvlərindən sayılırdım, həmin qurumda Azərbaycan təsviri sənətinin tədqiqi və təbliği ilə məşğul olurduq. Təəssüf ki, Müslümün çox gənc yaşlarında dünyasını dəyişməsi təşkilatla bağlı planlarımızı yarımçıq qoydu.
Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra Türkiyə ilə əlaqələrimiz bərpa olundu, 90-cı illərin əvvəllərində qardaş ölkədən iş adamları Bakıya gəlməyə başladılar. Onların əksəriyyəti mənimlə söhbətləşir, ortaq tariximiz, mədəniyyətimiz barədə biliklərimdən heyran qaldıqlarını deyirdilər. Həmin dövrdə Türkiyəyə dəvət alan ilk rəssamlarımızdan olmuşam, Quş adasında türk və alman iş adamlarının birgə sərmayəsi ilə idarə olunan beş ulduzlu otellər şəbəkəsinin bədii tərtibatını vermişəm. 1993-cü ildə Efes Sənət Muzeyində Rasim Nəzirov, Taleh Səlimov və mənim birgə sərgimiz açılıb.

Bütün bunları təsadüfən sadalamadım, hesab edirəm ki, hər bir rəssam fərdi sərgisinə ömrü boyu yol gəlir. Mən də illər idi ki, “Zəfər müjdəsi”nə doğru addımlayırdım. Hər zaman olduğu kimi, bu gün də iki qardaş, Ulu Öndər Heydər Əliyevin təbirincə bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin ortaq mənəvi dəyərlərini həm araşdırır, öyrənir, həm də təbliğ etməkdəyəm. Çünki, xalqı, dövləti tanıdan onun mədəniyyəti, incəsənətidir.
Hüseyn Cavidin, Tofiq Fikrətin, Almas İldırımın, Mehmet Akif Ərsoyun, Səməd Vurğunun, Nazim Hikmətin, Xəlil Rza Ulutürkün, Nəcib Fazil Qısakürəkin, Bəxtiyar Vahabzadənin əsərləri stolüstü kitablarımdır. Onlardan bu gün də bəhrələnirəm, rəssam kimi bu nəhəng söz ustalarının portretlərini yaratmağa çalışmışam.

Böyük türk şairi Nəcib Fazil Qısakürəkin “Parası olan bazardan, imanı olan məzardan qorxmaz” fikrini özüm üçün həyat amalı seçmişəm.
“Gecə gözətçisi”dən onlarla rəssam ilhamlanıb
- Sərginin afişası və kitab-albomun üz qağındakı kompozisiya çox təsirli alınıb. Maraqlıdır, bu ideya necə yarandı?
- 2020-ci ildə sevinc və qürur dolu anlar yaşadıq. Ali Baş Komandanımızın qətiyyəti, şəhidlərimizin qanı bahasına savaşda Zəfər qazandıq. 30 illik həsrətdən sonra Şuşaya, Ağdama, Füzuliyə, digər tarixi ərazilərimizə qovuşduq. İkinci Vətən savaşının ilk günündən işğalçı üzərində qələbə gününə qədər qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdik. Belə hesab edirəm ki, sənət adamları hökmən öz yaradıcılıqlarında bu tarixi hadisəni əks etdirməlidirlər, çünki bu gün azad şəkildə gəzdiyimiz həmin ərazilər igid şəhidlərimizin qanı ilə suvarılıb.
Zəfərimizin sevincini yaşadığımız günlərdə dostlarımdan biri mənə əlləri qabar-qabar olmuş qoca bir pinəçinin fotosunu göndərdi və bu şəkil məni çox duyğulandırdı. İncəsənət tarixinə bələd olanlar yaxşı bilir, dahi Rembrandtın “Gecə gözətçisi” əsərindən onlarla rəssam ilhamlanıb. Mən də qoca pinəçinin fotosundan ilhamlanaraq kompozisiyaya Azərbaycan və Türkiyənin qardaşlığını simvolizə edən detallar əlavə etdim, həmin əsər belə yarandı.

- Sərginin açılışında Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı dedi ki, “Zəfər müjdəsi”nin qardaş ölkədə də nümayişi nəzərdə tutulub. Bununla bağlı hazırlıqlar nə yerdədir?
- Sərgiyə gəldiyinə, çıxışında yaradıcılığımla bağlı dəyərli fikirlər söylədiyinə görə sayın Böyükelçiyə bir daha təşəkkürümü bildirirəm. “Zəfər müjdəsi”nin Türkiyəmizdə də nümayiş olunması ilə bağlı nəcib təşəbbüsünə, verdiyi mənəvi dəstəyə görə də Cahit bəy sağ olsun.
Hazırlıqlara gəlincə, bildiyimə görə, Türkiyə səfirliyi aidiyyəti dövlət qurumları ilə təmasdadır, önümüzdəki aylarda yəqin ki, bəzi məsələlərə aydınlıq gələcək.
Fürsətdən yararlanıb Bakıdakı sərginin reallaşmasına, eyniadlı kitab-albomun işıq üzü görməsinə verdikləri dəstəyə görə bizim Mədəniyyət Nazirliyinə, Atatürk Mərkəzinə, Rəssamlar İttifaqına, Muzey Mərkəzinə, Xətai Sənət Mərkəzinə və Yeni Gallery Bakı İncəsənət Mərkəzinə, kitabın müəllifi, tanınmış yazar Mirzə Talıbova minnətdarlığımı bildirirəm.
- Görkəmli fırça ustası Tahir Salahov həmin kitabda haqqınızda dəyərli fikirlər yazıb. Bu nəhəng sənətkarla dostluğunuzun maraqlı tarixçəsi var yəqin...
- 2000-ci illərin əvvəlləri idi, Azərbaycan təsviri sənətini dünyada layiqincə tanıdan Tahir Salahov İçərişəhərdə rəhbərlik etdiyim “Qala” rəsm qalereyasına gəldi, sərgilənən əsərlərlə tanış oldu. Çay süfrəsi ətrafında söhbətimizdə onun Rusiyada 75 illiyi ilə bağlı tədbirə hazırlıq getdiyini dedi. Təklif elədim ki, kataloq hazırlayaq və 1957-ci ildə neftçilərin həyatından bəhs edən “Növbədən qayıdanlar” əsərinin fotosunu kataloqun üz qabığına vuraq. Bu təklifim Tahir müəllimin xoşuna gəldi və qısa zaman kəsiyində kataloqu hazırladı.
Tahir müəllim həm Moskvada, həm də Sankt-Peterburqda sənət adamlarına fəxrlə göstərib deyirdi ki, doğma Vətənimdə tanış olduğum gənc dostum nə gözəl bir iş ərsəyə gətirib.

Sonrakı illərdə Bakıya hər gəlişində bu böyük sənətkar və eyni zamanda çox sadə insanla görüşürdüm, söhbətləşir, müxtəlif mövzularda müzakirə aparırdıq. Bakıya növbəti gəlişlərinin birində Tahir müəllimi emalatxanama dəvət elədim, gəlib işlərimlə tanış oldu və dedi ki, sənin vicdanın yoxdur? Belə gözəl və maraqlı əsərləri niyə sərgiləmirsən?
- Çox vaxt deyirlər ki, əsər yaradıcı adamın doğma övladı kimidir... Şair, yazıçı, bəstəkar üçün bu fikir bəlkə də keçərlidir, amma rəssam fərqli tale yaşayır. Rəssam əsərinin muzey və ya şəxsi kolleksiya üçün alınmasında maraqlıdır. Eldəniz Babayev yaratdığı əsərdən ayrılanda hansı hisslər keçirir?
- Yaralı nöqtəyə toxundunuz... Həqiqətən də rəssam digər yaradıcı insanlardan fərqli hisslərlə yaşayır. Bəli, o, öz yaratdığı əsərdən ayrılmaq məcburiyyətindəndir, çünki rəssam həm də yaşamalıdır. Fırça ustasının hər hansı bir tablosu muzey üçün və ya şəxsi kolleksiya üçün alınırsa, bu həm rəssamın maddi durumuna müsbət təsir edir, həm də onun tanınmasına, necə deyərlər, reklamına bir vəsilə olur. Bu baxımdan mən də övladım saydığım əsərimdən bəzən istəyərəkdən, bəzən isə məcburiyyətdən vidalaşmalı oluram.
Hesab edirəm ki, rəssamlara dövlət qayğısı olmalıdır. Qayğı deyəndə nəyi nəzərdə tuturam? Dünyanın hər yerində olduğu kimi, bizdə də dövlətin nəzarətində olan muzeylər, sərgi salonları var, rəssamlarımızın əsərləri vaxtaşırı o muzeylər üçün alınmalıdır ki, fırça ustasının maddi təminatı düzəlsin, o, gedib özünə təzə kətan, boya ala bilsin.
Bizim sənət tarixən elitar sənət növü sayılıb, rəssam dolanmaq üçün gedib hansısa şadlıq evində toya gələn qonaqların portretini çəkəsi deyil ki...
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

12-02-2026, 20:09
Qarabağ ədəbi mühitindən bəhs edən monoqrafiya nəşr olunub
12-02-2026, 19:58
Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib - Fotolar
12-02-2026, 10:09
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılıb
11-02-2026, 15:39
Xalq artisti: "Mən niyə yazıçının kitabını almalıyam?"
11-02-2026, 09:33
Yeni "Mumiya" filmi 2028-ci ildə ekranlara çıxacaq
10-02-2026, 13:53
"Kinematoqrafiya haqqında" qanuna dəyişiklik təsdiqlənib
10-02-2026, 12:59
Leyla Əliyeva sərgini ziyarət edib - Fotolar
9-02-2026, 18:06
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
9-02-2026, 16:30
İncəsənət məktəbi Elza İbrahimovanın adını daşıyacaq
9-02-2026, 11:24
Bakıda macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
5-02-2026, 23:49
II Beynəlxalq Musiqi Festivalı başlayıb - Fotolar
5-02-2026, 16:33
İldırımlı yollarla zirvəyə yüksələn dahi bəstəkar
4-02-2026, 17:40
Mehriban Ələkbərzadə yeni vəzifəyə təyin olunub
3-02-2026, 18:00
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
3-02-2026, 14:05
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
2-02-2026, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
2-02-2026, 00:20
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb
4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək