15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əziz Rzazadə: “Hazırda İranda atalar və oğullar mübarizəsi gedir” - Müsahibə
Tarix: 12-10-2022 14:26 | Bölmə: Müsahibə / Slayd

İranşünas deyir ki, qonşu ölkədəki aksiyalarda saxlanılan və son məlumata görə, ilkin istintaqdan sonra sərbəst buraxılanların orta yaş həddi 14-18 arasındadır
İranşünas Əziz Rzazadə “Yeni Sabah”a müsahibə verib.
Reyting.az müsahibəni təqdim edir.
- İranda baş verən hadisələri necə qiymətləndirirsiniz?
- İstənilən cəmiyyətdə vətəndaşların etiraz hüququ və xalqın, yaxud xalqların üsyan haqqı var. İranda baş verənlər 2009-dan bəri başlayan kütləvi etirazların növbəti nümunəsidir. O zaman prezident seçkilərinin nəticələri ilə bağlı yaranan və “Yaşıl inqilab” adlanan güclü narazılıq dalğası ilə müqayisədə indi “Zən, Zendegi, Azadi” (“Qadın, Həyat, Azadlıq”) şüarı ilə təxminən bir aydır davam edən aksiyalar miqyasına görə ötən illərin nümunələrindən kiçikdir.
Lakin israilli analitik Raz Zimmtlə ikiəlli razıyam: 2022-nin narazılıq dalğası ən qəddarı və şiddətlisidir.
Məhsa Əmini adlı 22 yaşlı qızın şübhəli ölümü “Qadın, Həyat, Azadlıq” hərəkatı üçün bir qığılcım oldu. Guya “əxlaq polisi”nin işgəncəsi ilə ölən gəncin sonradan doğuşdan xəstə olması, uşaq ikən beyin əməliyyatı keçirməsi və qatıldığı tədbirdə qəfildən yıxılaraq ölməsi sənədlər və kamera görüntüsü ilə isbatlansa da, qəzəbi püskürən kütləni sakitləşdirmək mümkün olmadı.
“Qadın, Həyat, Azadlıq” hərəkatı dedikdə, əslində, heç bir təşkilatlanmış etiraz aksiyası və parlaq lider yoxdur. Onunla müqayisədə 2009-un “Yaşıl hərəkat”ı siyasi təşkilatlanmaya, siyasi proqrama və liderə sahib idi.
Xüsusi vurğulayım ki, sonrakı illərin bütün etiraz dalğaları özüylə əks səciyyəni daşıyıb. 2017-ci il dekabr-2018-ci il yanvar etiraz aksiyalarının iqtisadi tələbləri vardı və iştirakçıları əsasən aztəminatlı insanlar idi. 2019-cu il noyabrın 15-də başlayan narazılıqlarda da benzinin bahalaşması, sonrakı bahalaşma, qiymət artımları əsas motiv, iştirakçılar əsasən işsizlər və böyük şəhərlər ətraflarında məskunlaşan aztəminatlı sosial təbəqəydi. 2021-ci ilin mayında elektrik kəsintiləri bir çox, o cümlədən Fars, Mazandaran, Əlborz, Xuzistan, Gilan, Gülüstan, Sistan və Bəlucistan əyalətlərinin əhalisini ayağa qaldırmışdı.
2022-nin sentyabr-oktyabr aksiyaları daha çox “Z nəsli”tək tanınan internet və “ağıllı telefonlar” mühitində böyümüş yeniyetmə/gənc təbəqənin etiraz dalğasıdır. Onlar İslam İnqilabını həyata keçirən, 8 illik müharibədən keçmiş köhnə nəslə, yəni İslam Respublikasının bani atalarına əsla oxşamayan, amma genetik kodlarla onlara bağlı, nəvə-nəticələri sayılacaq sosial təbəqədir.
Bir növ, hazırda İranda atalar və oğullar mübarizəsi gedir. Aksiyalarda saxlanılan və son məlumata görə, ilkin istintaqdan sonra sərbəst buraxılanların orta yaş həddi 14-18 arasındadır. Yəni 2000-ci ildən sonra dünyaya gələn, internet kommunikasiyası çağında böyüyən, asudə vaxtını sosial şəbəkələrdə keçirən sayca böyük, siyasi sözünü deməyə hazır bir təbəqə.
Beləliklə, bütün dünyada olduğu kimi, İranda da “Z nəsli” mühafizəkar-islamçı bir siyasi rejimdə fərqli həyat tərzinə meyllidir. Bu təkcə yeniyetmə/gənc oğlanlara deyil, onlarla yaşıd qız/qadınlara da şamildir.
- Aksiyalarda hicabını yandırmaqla yanaşı, qadınların bir hissəsi saçlarını kəsiblər...
- Mən iranşünasam, ayətullah deyiləm. Hicab İslam qanunları baxımından dinə bağlı, şəri vacibatı yerinə yetirən zərif cins nümayəndəsi üçün əsas şərtdir.
Yeri gəlmişkən, İslam coğrafiyasında yalnız İran və Səudiyyə Ərəbistanında (əcnəbilər xaric) hicab icbaridir, digər ölkələrdə fərqli tətbiq üsulları var - tam geyim sərbəstliyindən (ixtiyari) tutmuş müəyyən ictimai məkanlarda müstəsnalığa (zərurətə) qədər.
Qadın geyimi, gənclərin istirahət formaları, musiqi zövqü ümumiyyətlə, zaman-zaman İran siyasi-ictimai gündəliyinin ana mövzusu olub. 2017-18-ci ilin etirazlarında qadın geyimi, yaxud hicab mövzusu xüsusilə qabarıq idi.
“Vilayəte-fəqih” nəzəriyyəsinə uyğun idarə olunan İslam Respublikasında icbari hicab həm də rejimin siyasi təməllərindən biridir. Üstəlik, Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, ictimai məkanlarda örpəksiz görünmə 10 gündən 2 aya qədər həbs və ya 50 min rialdan 500 min riala qədər cəriməni nəzərdə tutur.
1979-cu il İslam İnqilabından başlayaraq hicabın icbari və ya ixtiyari olması barədə fikir ayrılıqları var. Həsən Ruhani administrasiyası dövründə Mədəniyyət və İslami İrşad Nazirliyi ölkədə bu mövzuya dair xüsusi anket sorğusu keçirmişdi. Respondentlərin böyük əksəriyyəti icbari hicabın əleyhinə rəy verməklə, İslam Respublikasının “qırmızı xətt”ini adlamışdı. Amma eks-prezident Həsən Ruhaninin icbari sığortaya dair referendum keçirmək istəyinə sədd çəkilmişdi. Müxalif mühafizəkar siyasi qanad öz dəlilində Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulan referendum keçirilməsi hüququnun yalnız Ali Dini Rəhbərə, yəni Ayətullah Xamnəiyə məxsusluğuna istinad etmişdi.
- Ayətullah Əli Xamnəi öz çıxışında bu iğtişaşların təşkil olunmasında təqsirkar kimi ABŞ və İsrailin adını çəkdi. Xarici aktorların aksiyalara müdaxiləsi nə dərəcədə realdır?
- Sadalanan ölkələrin İslam Respublikasına münasibətində gizlin yoxdur və İranda baş verən istənilən kütləvi aksiya, yaxud terror aktında “əcnəbi barmağ”ın mövcudluğu dəfələrlə isbatlanıb. Son etiraz dalğasından əvvəl və onun gedişatında Tehranda akkreditə olunmuş avropalı diplomatların bəzisi XİN-ə çağırılıb. Bir neçə gün öncə isə 2 Fransa casusunun İranda rejim əleyhdarı qruplarla gizli təmaslarına dair sənədli film nümayiş olunub.
Aksiyalar zamanı saxlanılan və ya həbs olunanlara dair bəyanatlardan da görünür ki, etirazları öz siyasi istəyinin icrasına yönəltməyə cəhd göstərmiş, xarici maliyyə mənbəli yetərincə çox monarxist, separatçı və digər qruplar var. Hətta Məhsa Əminin ölümünü etnik müqavimət hərəkatına çevirmə cəhdi də aydın görünür. Məsələn, Türkiyədə HDP-nin həbsdə olan keçmiş rəhbəri Selahattin Demirtaş İrandakı narazılıq dalğasına açıq dəstək verdi. Üstəlik, hazırda İranda etiraz aksiyalarından iğtişaşa çevrilmiş gərginliyin əsas ocağı kürd mənşəli Kermanşah və İran Kürdüstanı əyalətləridir.
- Aksiyaların yekun nəticəsində İranda hakimiyyətin dəyişikliyi mümkündürmü?
- Bu, falçıya veriləcək sualdır. Mənim təhlilim bu fikrə cəmləşib ki, “Z nəsli”nin küçə və meydanlara çıxmasına əsas motivasiyası icbari hicab və “əxlaq polisi”nin ləğvidir. İranda təxminən 15 milyon ibtidai məktəb/lisey şagirdinin 8 milyonu qızdır. Bu, kiçik rəqəm deyil.
Ölkənin əsas seçici kütləsi də məhz yeniyetmə/gənclərdir. Həm də qanunvericilik 15 yaşına çatmış hər bir vətəndaşa təkcə seçmək yox, seçilmək hüququ da verir.
2021-ci ildə keçirilən son prezident seçkilərində siyasi səhnəyə ilk dəfə səs verən 1 milyon 300 min gənc çıxıb. Küll halında onlar səslərinin, tələblərinin eşidilməsini istəyir və bu qənaətdədirlər ki, çağırışları qulaq ardına vurulur, düşüncələri ciddiyə alınmır.
Əlbəttə, “Z nəsli”nin bu qənaətlərinə müəyyən həqiqət var. Mövcudluğunun 43 ili ərzində İranın siyasi elitasına “kənardan” daxil olma demək olar ki, sıfır səviyyəsindədir. Hakimiyyətin müxtəlif qollarında təmsilçilik sadəcə bəlli, “inqilabçı sayıqlığı” korşalmış qruplar arasında əl dəyişir.
Sadə bir nümunə: 2021-ci ilin prezident seçkilərində İranın keçmiş rabitə naziri Azəri Cəhrominin namizədliyi qeydə alınmadı. Rəqəmsal texnologiyalar sahəsində mütəxəssis, gənclər arasında böyük populyarlığı olan və ABŞ-ın “Foreign Policy” jurnalının “İranın Emmanuel Makronu” adlandırılan, buna görə siyasi qısqanclıq hədəfinə çevrilən 41 yaşlı Məhəmməd Cavad Azəri Cəhromi Kəşfiyyat Nazirliyindəki 7 illik xidmətinə baxmayaraq, seçkilərə buraxılmadı.
İndi siyasi elitanın, köhnə İslam inqilabçılarının nəvə-nəticələri söz sahibi olmaq istəyir, lakin “atalar”ın “oğullar”a müqaviməti hələlik güclüdür və “qocalar” ciddi qan itkisi verməyiblər. Odur ki, “Z nəsli”nin İran tarixində öz səhifəsini açmaq istəyi hələlik təxirə salınacaq. Lakin onun tələbləri məntiqlə müzakirələr, düşüncələr doğuracaq, bəlkə də hansısa güzəştlərə zəmin yaradacaq.
- Aksiyaların yekun nəticəsinin regiona, xüsusilə Azərbaycana təsiri nə ola bilər?
- Dünyanın əsas hissəsi kimi, Azərbaycanda da İranla bağlı informasiya axının böyük hissəsi möhtəkir məlumatlar, ictimai rəylə manipulyasiya və açıq qərəzin qarışığıdır. 2022-ci ilin sentyabr-oktyabr etiraz dalğası barədə əsas xəbərlər sosial şəbəkələrdə paylaşılan videolara əsaslanır. Ölkəni içəridən tanıyan, prosesləri və ən azı aparıcı KİV-ləri mütəmadi izləyən həqiqi iranşünasların sayı heç bir əldəki barmaqların sayı qədər deyil. Mən şəxsən Azərbaycan mediasında İranla bağlı müsahibə və təhlilləri oxuyarkən bəzən uğunub gedirəm.
“Qadın, Həyat, Azadlıq” hərəkatından alınacaq dərslərə gəlincə, Şərq səciyyəmizdən irəli gələn oxşar problemlər var. Əlbəttə, Azərbaycanın da öz “Z nəsli” mövcuddur. “Keçmişin qalıqları”ndan qurtulma istəyi yeniyetmə və gənclərin sosial şəbəkə postlarından açıq oxunur. Amma nələrdən və necə qurtulmalı? Cəmiyyətdə ciddi müzakirəyə maraq azsaylı çevrədə aparılır, şüurlara təsir imkanı məhduddur. Şişirtmə görünə bilər, amma ümumən “Z nəsli”nin siyasi savadı “ataların nadanlığı”ndan betərdir. Halbuki Uinston Çörçill nə deyirdi? “Gəncliyində radikal, yetinlik çağında mühafizəkar olmayan axmaq adamdır”.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək