15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Professor: “Regiona pozitiv dəyişmələr Ermənistandakı iqtidar dəyişmələri ilə gəlməyəcək” - Müsahibə
Tarix: 08-05-2018 20:24 | Bölmə: Müsahibə

Xaləddin İbrahimli: “Ermənistan iqtidar dəyişməsini bəhanə gətirib Qarabağ məsələsi ilə bağlı danışıqları ertələyəcək”
Ermənistanda inqilab müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə başa çatdı. Beləliklə, 2008-ci ildən fərqli olaraq, qan tökülmədən hakimiyyət dəyişdi. Gözləntilərin əskinə olaraq, hökumət müxalifətə qarşı zor tətbiq etmədi. Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiya da prosesləri soyuqqanlıqla izlədi, Serj Sərkisyanın hakimiyyətdə qalmasına açıq dəstək vermədi.
Bu ölkədə cərəyan edən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Bundan sonra nə baş verəcək, rejim dəyişikliyi Qarabağ münaqişəsinin həllinə, regiondakı hərbi-siyasi balansa necə təsir göstərə bilər?
Reyting.az saytı xəbər verir ki, Türkiyədə yaşayan professor Xaləddin İbrahimli Strateq.az-ın bununla bağlı suallarını cavablandırıb:
– Ermənistanda gedən prosesləri ümumilikdə necə qiymətləndirirsiniz? Bu ölkədə hakimiyyət niyə dəyişdi, yaxud rejimi hansı qüvvələr dəyişdi? Burada daxili, yoxsa xarici amillər əsas rol oynadı?
– Ermənistan toplumu çoxdan dəyişmə istəyirdi, sonda istəyinə nail oldu. Bu dəyişmədə xarici faktor aramağın mənası yoxdu. İndi dünyanın diqqəti başqa məsələlərə yönəlib. Hazırda postsovet məkanında dəyişikliklərlə bağlı böyük güclərin hansısa planı yoxdur. Amma bu o demək deyil ki, Rusiya və Qərb prosesə biganədir. Sadəcə, hər iki tərəf bu dəyişmə ilə Ermənistanın xarici siyasətində ciddi fərqlənmənin olmayacağını bilir. Bu üzdən nə dəyişməyə əngəl oldular, yəni xüsusi enerji sərf edib xalqın iradəsinə qarşı çıxdlar, nə də dəstək verdilər. Qarşıda Ermənistanın xarici siyasətində dəyişikliklərin olacağı gözlənilsəydi, ən azı bir neçə dünya və bölgə gücü boy göstərməli və bu, açıq hiss olunmalı idi.
– Rusiyanın bu ölkədə baş verənlərlə bağlı tutduğu mövqeni necə qiymətləndirmək olar? Rusiya Sarkisyanı niyə qorumadı? Bəlkə, qoruya bilmədi?
– Qorumaq istəmədi. Dediyim kimi, izafi enerji sərfi olardı. Yeni hökumət əvvəlkindən fərqli bir siyasət yürütməyəcək ki… Bu dəyişmə Ermənistanın içi üçündür. Ermənistan əvvəlkindən fərqli bir dövlətə çevriləcək, təxminən, Gürcüstan kimi. Xarici siyasətə dəngəni gözləməyə məcburdurlar. Yenə də Rusiyanın himayəsinə sığınmaq, Qərblə münasibətləri daha da inkişaf etdirmək yolları aramaq, İrandan dəstək almaq, Türkiyəni dirəndirmək, Azərbaycanla status-kvonu qorumaq istəyəcəklər.
– Paşinyanın Ermənistanda hakimiyyət başına keçməsinin Qarabağ probleminin həllinə və Azərbaycandakı daxili proseslərə təsiri nədən ibarət ola bilər?
– Qarabağ məsələsi ilə bağlı dəyişmə bir halda baş verə bilər: Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün hərbi əməliyatlara başlasa. Təbii ki, söhbət qısamüddətli lokal əməliyatlardan getmir. Bunun baş verməyəcəyini isə qonşu ölkələrin siyasi mərkəzlərində bilirlər. Ümumilikdə yeni iqtidar danışıqlara hazır olana qədər xeyli vaxt keçəcək. ABŞ və Rusiya öz aralarındakı münasibətləri aydınlaşdırana qədər Ermənistan bu iqtidar dəyişməsini bəhanə gətirib Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesini ertələyəcək. Bir qədər diplomatik gərginliyi yumşaltmaq və yükü azaltmaq niyyəti də var.
– Bəs ümumilikdə regiondakı hərbi-siyasi durumda hansı dəyişikliklər gözlənilir?
– Hər şey əvvəlki axarı ilə gedəcək. Yəqin ki, yaxın zamanlarda Ermənistanda anlaşıb hökümət quracaqlar. İnanmıram ki, ciddi siyasi böhran olsun. Regiona pozitiv dəyişmələr Ermənistandakı iqtidar dəyişmələri ilə gəlməyəcək. Gəlin, bunu gözləyib özümüzü aldatmayaq. Durumu biz özümüz dəyişmək haqqında düşünməliyik. İtirən bizik. Bunun üçün də öncə özümüz dəyişməliyik. Özümüz dəyişə bilsək, ətrafa münasibət də dəyişəcək və ümumilikdə dəyişmələr baş verəcək.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək