15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Türkiyəli general: “Türkiyə Suriyanın parçalanmasını istəmir” - Müsahibə
Tarix: 24-01-2018 15:23 | Bölmə: Müsahibə

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi deyir ki, Türkiyənin Suriya ilə yaradacağı yaxın münasibət ABŞ-ın bölgədəki nüfuzunu azaldacaq
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekinin APA-ya müsahibə verib.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- “Zeytun budağı” əməliyyatının 5-ci günündə gəlinən mərhələ barədə nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl bu əməliyyatın hərbi-diplomatik-siyasi baxımdan çox yaxşı hazırlandığını deyə bilərəm. Əməliyyatdan əvvəl ABŞ, Rusiya, AB ölkələriylə danışılaraq, lazımi məlumatlar verilib. Baş Qərargah rəisimizin Moskvaya getməsi həm əməliyyat barədə ətraflı məlumat vermək, həm də ordumuzun o bölgədə nə qədər qalacağını birlikdə müəyyənləşdirmək məqsədi daşıyırdı. Mənə görə, silahlı qüvvələrimiz uğurla həyata keçirdiyi əməliyyatları bundan sonra 10 gün də davam etdirərək lazımi nöqtələrə yerləşəndən sonra geri qayıdacaq.
PYD terror təşkilatının ordumuza müqavimət göstərməsi mümkün deyildi, necə ki, əksəriyyəti bölgədən qaçdı. Üç şəhidimizin olmasını normal qarşılamaq lazımdır, çünki bu cür əməliyyatlarda qaçılmazdır. “Zeytun budağı” əməliyyatının “Fərat qalxanı” əməliyyatından əsas fərqi burada hər şeyin düşməni mühasirəyə alaraq həyata keçirilməsidir.
Türkiyə əməliyyatdan əvvəl bölgədəki mülki əhali arasında da yaxşı təbliğat işləri aparıb. ABŞ-ın bu əməliyyata etiraz etmədiyini gördük, Rusiya da əvvəlcədən öz qoşunlarını bölgədən uzaqlaşdırdı. Məncə, bu əməliyyatların axırında ABŞ Türkiyə ilə razılığa gəlmək məcburiyyətində qalacaq. Çünki Çini, Rusiyanı və İranı müxtəlif bölgələrdən mühasirəyə almaq istəyən ABŞ-ın bizim bölgəmizdə Türkiyə olmadan bunu reallaşdıra bilməsi mümkün deyil. Digər tərəfdən, Türkiyəyə dəstək verən Putin bu minvalla NATO-nu parçalamağa çalışır ki, bu da ABŞ üçün çox təhlükəlidir. NATO-da çat baş versə, bunun qabağını almaq mümkün olmaz. Ona görə, ABŞ Türkiyəyə ehtiyatla yanaşır.
Türkiyə dəfələrlə vurğulayıb ki, bölgədəki türkmən, ərəb, kürd vətəndaşları ilə heç bir işimiz yoxdur, bizim üçün əsas məsələ terrorçuların oradan təmizlənməsi və Hatay bölgəmizdəki Amanos dağları üzərindən bizi narahat etməmələridir. Türkiyənin bölgədəki rolunu və gücünü bu çərçivədə dəyərləndirəndə Münbiçdə keçirməyi planlaşdırdığımız hərbi əməliyyata ABŞ-ın dəstək verəcəyini deyə bilərəm. Əməliyyat başa çatan kimi, türk ordusu geri qayıdacaq və bununla da Suriya torpaqlarında gözü olmadığını, yeganə məsələnin terrora qarşı mübarizə olduğunu dünyaya göstərəcək. Bu durum Soçidəki müzakirələrdə də Türkiyənin gücünə güc qatacaq.
- Afrində PYD-ni dəstəkləmədiyini açıqlayan ABŞ eyni şeyi Fərat çayının şərq tərəfində də edəcəkmi? Rusiyanın oradakı mövqeyi necə olacaq?
- Fərat çayının şərqində ABŞ-ın dəstəyi ilə güclənməyə çalışan terror qrupunun oradan təmizlənməsi üçün Türkiyənin hamıdan əvvəl Suriya ilə razılığa gəlməsi lazımdır. Çünki bizim problemimiz kürd xalqı ilə deyil, PKK-PYD/YPG terrorçuları ilədir. Biz heç bir əməliyyatımızda kürdlər və ərəbləri hədəfə götürməmişik. Ona görə, iş Fəratın şərq sahilinə gələndə oradakı amerikan dəstəkli terror qruplarını təmizləmək üçün ən düzgün yol Dəməşqlə əməkdaşlıq olacaq. Çünki nə qədər əcnəbi qüvvə olsa da, oralar Suriya əraziləridir və bütün hallarda bir gün Suriya dövləti ilə əməkdaşlıq etmək lazım gələcək.
Unutmamalıyıq ki, bu, terrorçuluğa qarşı mübarizədir və birinci növbədə terrorçuların yuvalandığı ölkə ilə əməkdaşlıq etmək lazımdır. O mübarizədə Rusiyanın, İranın və İraqın da iştirakına nail olmalıyıq.
- Prezident Ərdoğan hələ işin əvvəlində Afrindən sonra əməliyyatın Münbiçdə davam etdiriləcəyini vurğulamışdı. İdlibdə yuva salan dini cihadçılara qarşı əməliyyatlar keçirilərkən Türkiyədən hansı tələblər olacaq?
- Rusiyanın dəstəyi ilə Suriya ordusu İdlibdə əməliyyat keçirməkdə qərarlıdır, başqa cür ölkənin ərazi bütövlüyünü təmin etmək mümkün olmaz. Türkiyə İdlibə özünün müşahidəçi qruplarını yerləşdirib, içəriyə dövlət qüvvələri, bayıra Türkiyə nəzarət edir. Başda “əl-Nusra” terror təşkilatı olmaqla, İdlibin terrorçulardan təmizlənməsi üçün keçiriləcək əməliyyatlarda Türkiyənin yaxından iştirak etməsi lazımdır. Yoxsa terrorçunun birinə qarşı qərarlı şəkildə mübarizə aparıb, o birini ideoloji səbəblərə görə görməzdən gəlmək düz olmaz və Türkiyənin haqlı mübarizəsinə ziyan vurar.
- Türkiyənin uğurlu Afrin əməliyyatı Soçi müzakirələrinə necə təsir göstərəcək?
- Türkiyə əvvəldən bəri Soçi müzakirələrində PYD-nin iştirakını istəmir. ABŞ-ın PYD-yə verdiyi dəstək açıqdır, Rusiya da bu məsələdə Türkiyədən fərqli düşünür və əlində silah olan PYD-nin Suriyada İŞİD-ə qarşı savaşdığını arqument kimi gətirir.
Soçi müzakirələrində Suriyadan kürd əşirətlərini təmsil edən müxtəlif qruplar iştirak edəcək. Məncə, hərbi-diplomatik-siyasi baxımdan çox yaxşı hazırlanmış Afrin əməliyyatından sonra Türkiyə Soçi müzakirələrində PYD ilə bağlı mövqeyində daha güclü hala gəlib.
- Siz Suriya rejimini də yaxından tanıyırsınız. İŞİD terror təşkilatının Suriyadakı “paytaxtı” indi PYD-nin nəzarəti altındadır. Suriya dövlət qüvvələrinin Rakkada nəzarəti nə vaxt ələ alacağını düşünürsünüz?
- Rakka və Deyr- əz Zor- Suriyanın neftlə zəngin olan bölgələridir. İŞİD terror təşkilatı oradakı neft müəssisələrini viran qoyub. O müəssisələri bərpa etməyə 10-15 il vaxt lazımdır. İndi suriyalı mütəxəssislərin Rakkaya gedərək bu məsələlərlə məşğul olduqlarından xəbərimiz var.
ABŞ Rakkadakı terrorçu qrupu dəstəkləməzsə, Suriya dövlət qüvvələrinin qısa müddətdə Rakkada da nəzarəti ələ keçirəcəklərini düşünürəm. Türkiyə qəti şəkildə Suriyanın parçalanmasını istəmir, Rusiya, İran və İraq da istəmir. İstəyən yeganə ölkə ABŞ-dır. Türkiyənin Suriya ilə yaradacağı yaxın münasibət ABŞ-ın bölgədəki nüfuzunu çox azaldacaq.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək