15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əli Həsənov: “Etnik separatizm çox təhlükəli bəlaya çevrilir” - Müsahibə
Tarix: 28-12-2017 18:09 | Bölmə: Müsahibə / Slayd

Prezidentin köməkçisi deyir ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyidir
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin "The Jerusalem Post” qəzetinə müsahibə verib.
Reyting.az saytı müəllifi beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut olan müsahibəni təqdim edir:
- Müasir dövrdə dünyanın bir çox ölkələrində separatizm meyillərinin, xüsusilə də etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyə hansı təhdidlər yaradır? Bu problemin səbəbləri barədə nə demək olar?
- Müasir dövrdə dünyada etnik, dini, irqi və digər fərqliliklər əsasında separatizm hallarının artması regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalarla müşayiət olunur. Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Təəssüflə qeyd etməliyik ki, Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa və Amerikada bu cür münaqişələr və qarşıdurmalar uzun illərdir davam edir.
Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyidir. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarır. Əgər beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini Avropada – İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyanı şəkildə bir daha göstərdi.
Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir.
Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Azərbaycanın məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələrinin və dünyanın müxtəlif regionlarında milli zəmində cərəyan edən qarşıdurmaların təhlilinə əsasən əminliklə demək olar ki, etnik separatizm heç bir halda xalqların daxili ehtiyacından deyil, müəyyən siyasi qüvvələrin məhdud mənafelərindən və beynəlxalq dairələrin mövqeyindən qaynaqlanır.
- Qeyd etdiyiniz kimi, Azərbaycan da etnik separatizmə və işğala məruz qalıb. Ermənistanın Azərbaycana qarşı yeritdiyi bu siyasətin kökündə nə dayanır?
- Ermənistanın başlıca məqsədi Azərbaycanın torpaqları hesabına öz ərazisini genişləndirməkdən ibarətdir. Əslində erməni millətçiləri uzun illərdir ki, bütün resurslarını bu istiqamətdə səfərbər ediblər. Erməni ideoloqları mifik "Böyük Ermənistan” ideyasını ortaya ataraq, ermənilərin bir neçə nəslini qonşu xalqlara qarşı nifrət ruhunda tərbiyə ediblər.
Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarandı. Hələ o zaman 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvanı (indiki Yerevan) yeni elan olunmuş, lakin özünə paytaxt tapa bilməyən Ermənistan Respublikasına güzəştə getdi. Buna baxmayaraq, həmin razılaşmalardakı şərtləri pozan ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürərək, Qarabağa və başqa ərazilərə göz dikdilər.
Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri nisbətən səngiyərək fəal fazadan közərən münaqişə fazasına keçsə də, Ermənistanda tarixən yığcam şəkildə yaşayan çoxsaylı azərbaycanlının mərkəzi hökumətin əli ilə deportasiyası davam etdirildi. 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə 150 minədək azərbaycanlı Ermənistandakı öz tarixi torpaqlarından kütləvi şəkildə Azərbaycana deportasiya olundu. SSRİ-nin süqutu ərəfəsində o vaxtkı SSRİ rəhbərliyinin gizli razılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi məsələsi qaldırıldı. Bu proseslər fonunda Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı da öz ata-baba yurdundan zorla qovuldu, başqa sözlə, rəsmi Yerevan bir daha etnik təmizləmə həyata keçirdi. SSRİ dağıldıqdan sonra isə Ermənistan açıq silahlı təcavüzə başladı və 1992-ci ilin fevral ayında Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı Xocalı şəhərini dağıdaraq əhalisinə qarşı soyqırımı törətdi. Ermənistan işğalı davam etdirərək, Dağlıq Qarabağı və ətrafındakı daha 7 rayonu, yəni, Azərbaycanın 20 faiz ərazisini zəbt etdi. İşğal edilmiş ərazilərdə etnik təmizləmələr aparıldı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Ermənistanın hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma "Dağlıq Qarabağ” separatçı rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, onların icrasından imtina edən işğalçı Ermənistana qarşı təəssüf ki, təsirli tədbirlər görmədi. Bu günün özündə də BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirməli olan əksər təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri açıq işğal faktına seyrçi mövqe tutmaqda davam edir.
- ATƏT-in Minsk qrupu və digər təşkilatlar vaxtaşırı Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri qarşılıqlı kompromisə çağırır. Sizin buna münasibətiniz necədir?
- Hər bir münaqişədə haqlı və haqsız tərəf olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də problemin haradan yarandığı əslində heç kimə sirr deyil. Məsələyə beynəlxalq hüquq prinsiplərinə uyğun obyektiv meyarlar əsasında yanaşmaq lazımdır. Belə halda aydın olar ki, Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalmış, ərazılərinin 20 faizini itirmiş və 1 milyondan çox qaçqın və məcburi köçkün əhalisi olan bir ölkədir. İşğalçı ilə işğala məruz qalan ölkəni kompromisə çağırmağın özü səhv və təhlükəli mövqedir. Bu mövqe gələcəkdə davakar etnik separatizmi təşviq edə, digər ölkələri də işğalçılığa sürükləyə, yaxud həvəsləndirə bilər. Belə ki, 30 il bundan əvvəl Dağlıq Qarabağda başlayan separatızm dalğası bu gün İspaniya, Böyük Britaniya və başqa ölkələrə çatıb. Hazırkı dövrdə heç bir ölkə bundan sığortalanmayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycanın məsələyə yanaşması ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır. Yəni, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilməli, məcburi köçkün sakinlər öz yurdlarına qaytarılmalıdırlar. Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində zorakı üsullara və silahlı vasitələrə əl atılması yolverilməzdir.
Əlbəttə, biz müəyyən kompromisə və problemin konstruktiv həllinə hazırıq. Bu baxımdan, Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində əvvəlkindən daha geniş muxtariyyətin verilməsini, orada yaşayan erməni əhalisinin vətəndaş hüquqlarının, sosial-iqtisadi, mədəni haqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn normalarına uyğun şəkildə tam təmin olunmasına zəmanəti münaqişənin davamlı, səmərəli və ədalətli tənzimlənməsinin əsas yolu hesab edirik.
- Sizin fikrinizcə, müasir dövrdə böyük təhlükəyə çevrilmiş etnik separatizmin aradan qaldırılması, millətlərarası və dinlərarası etimadın möhkəmləndirilməsi üçün daha nə etmək lazımdır?
- Etnik separatizm regional və qlobal səviyyələrdə getdikcə daha çox təhlükə yaradan amilə, hətta mən deyərdim ki, bəlaya çevrilir. Təəssüf ki, bir çox hallarda iri dövlətlər bu bəladan öz geostrateji maraqlarını təmin etmək, başqa ölkələrin daxili və xarici siyasətini yönləndirmək üçün yararlanmağa çalışır, beynəlxalq təşkilatlar isə prinsipial mövqe nümayiş etdirə bilmirlər. Bu hal vəziyyəti daha da çətinləşdirir, etnik separatizmin radikal, davakar səviyyəyə keçməsinə rəvac verir, milyonlarla insanın faciəsinə səbəb olur. Təcrübə göstərir ki, etnik separatizm meyillərini hüququn, o cümlədən beynəlxalq hüququn gücü ilə, yəni, hamılıqla qəbul edilmiş norma və prinsiplərə söykənərək dayandırmaq mümkündür. Bunun üçün sadəcə olaraq, bütün tərəflər həm ərazisində separatizmin baş qaldırdığı dövlətin haqlarına və qanunlarına, həm də beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşmalıdırlar. Dövlət beynəlxalq hüququn əsas, həlledici subyektidir. Beynəlxalq təşkilatları yaradan da, beynəlxalq hüququn təsbit olunduğu sənədləri qəbul edən də məhz suveren dövlətlərdir. Ona görə də dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir halda xalqların öz müqəddəratını təyin etmək hüququ həmin müddəaya zidd şəkildə şərh oluna və ya dövlətin qanunlarının pozulması üçün arqument kimi təqdim edilə bilməz. Beynəlxalq birliyin İspaniyanın Kataloniya vilayətində baş verənlərə məhz bu mövqedən yanaşması proseslərin nəzarətdən çıxmasının qarşısını aldı, yaranmış böhranın hüquqi müstəvidə həllinə şərait yaratdı. Bu, bir daha göstərdi ki, separatizm məsələsində məhdud maraqlardan və ikili standartlardan çıxış etmək yolverilməzdir. Dünyada söz sahibi olan böyük dövlətlər və təşkilatlar vaxtilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminə təəssüf ki, eyni münasibəti göstərmədilər. Baxmayaraq ki, Ermənistanla heç bir coğrafi bağlılığı olmayan Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi və ya həmin ərazinin müstəqilliyinin elan edilməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycanın qanunvericiliyinə tamamilə zidd idi.
Etnik separatizmin qarşısının alınmasına həm də hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, müxtəlifliyin harmoniyasına nail olunması mühüm töhfə verə bilər. Bu baxımdan, Azərbaycandakı multikulturalizmi və tolerantlığı nümunə göstərmək olar. Hazırda bu bəşəri dəyərlərin təşviqi ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb və cəmiyyətin həyat tərzinə çevrilib. Azərbaycan bu gün fərqli sivilizasiyalar arasında körpü rolunu oynayır. Prezident İlham Əliyev son on ildə mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə yönələn çox sayda təşəbbüslə çıxış edib və beynəlxalq miqyaslı tədbirlər keçirib. Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər təşkil edilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və s. qeyd etmək olar. Xatırladım ki, 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına İslam ölkələri mədəniyyət nazirləri də dəvət edilmiş və həmin tədbirdə sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. Ötən on il ərzində ölkədə "Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Hesab edirəm ki, Azərbaycanın bu təcrübəsi başqaları üçün də faydalı ola bilər. Azərbaycan bu işə maraq göstərən dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə hazırdır. Bununla sülhə, xalqların dinc birgəyaşayışına və qarşılıqlı anlaşmaya sanballı töhfə vermək mümkündür.
- Qeyd etdiyiniz kimi, Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsində, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya birliyini daha fəal olmağa çağırır. Yəqin razılaşarsınız ki, bunun üçün münaqişə və onun fəsadları barədə dünya ictimaiyyətinin məlumatlandırılması da çox vacibdir. Ölkəniz bu sahədə hansı işləri görür və nəticələr nədən ibarətdir?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması sahəsində geniş tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, ölkəmizin nümayəndələri ötən müddətdə işğal faktı və onun nəticələri, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və ədalətli həlli yolları və sair ilə bağlı bütün beynəlxalq təşkilatlarda, müxtəlif konfranslarda və mətbuat orqanlarında ətraflı məlumat verib, dövlətimizin konstruktiv və prinsipial mövqeyini ifadə ediblər. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində işğala son qoyulması və bu münaqişənin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyi dəstəklənib. BMT Təhlükəsizlik Şurasının münaqışəyə dair 1992-1993-cü illərdə qəbul etdiyi 4 qətnamədə Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarması tələb olunub. Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, erməni işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılmasının zəruriliyini qeyd edib, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Lakin çox təəssüf ki, hazırda dünyada hökm sürən ikili standartlara görə Ermənistan bu qətnamələrə əməl etmir. Bəzi hallarda beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları dərhal icra edildiyi halda, Azərbaycanla bağlı çoxsaylı sənədlər 25 ildir ki, kağız üzərində qalır. Buna görə də işğal hələ də davam edir.
Dağlıq Qarabağ münaqişəsinin ən faciəli hadisələrindən biri Xocalı soyqırımıdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri bu qanlı aksiya indiyədək bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Azərbaycan dövləti və Heydər Əliyev Fondu Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində böyük işlər görür. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət, müxtəlif ölkələrdə təşkil olunan konfranslar, sərgilər, mitinqlər, yürüşlər və digər tədbirlər nəticəsində dünyada erməni qəsbkarlarının insanlığa sığmayan cinayətləri haqqında getdikcə daha dolğun təsəvvür formalaşdırılır, Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən xəbərdar olan tərəqqipərvər ictimaiyyət qətliamı kəskin şəkildə pisləyir. Dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 20-dən artıq ştatı parlament və ya hökumət səviyyəsində Xocalı soyqırımını tanıyıb. Bu sahədə fəaliyyətimiz davam edir.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək