15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əli Əhmədov: “Neqativ hallar aradan qaldırılacaq” - Müsahibə
Tarix: 18-12-2017 14:49 | Bölmə: Müsahibə

Baş nazirin müavini: “Bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əmək haqqı fondu, vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq”
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyanın sədri Əli Əhmədov APA-ya müsahibə verib.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Bu ilin mart ayında Azərbaycan prezidentinin sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. İl başa çatır. Komissiyanın fəaliyyətinin nəticələri barədə nə demək olar?
- Komissiyanın yaradılmasından bir il ötməsə də, təqvim ili başa çatır və bu mənada nəticələr haqqında danışmaq məntiqli olar. Əvvəla onu deyim ki, xatırlatdığınız sərəncamdan sonra cənab prezidentin qeyri-rəsmi məşğulluğun qarşısının alınması probleminə dair daha iki sərəncamı imzalanıb. Bunun biri tikinti sahəsində qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmətinə əlavə səlahiyyətlərin verilməsi barəsindədir.
İkinci sərəncam isə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində tədbirlər planının təsdiq edilməsi haqqındadır.
Göründüyü kimi, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə hökumətin fəaliyyətində diqqət mərkəzindədir və bu mübarizə uzun müddətə nəzərdə tutulur. Söhbət hansısa kampaniyadan deyil, əksinə, problemin kökünün kəsilməsinə yönəlmiş, sözün əsl mənasında, qəti mübarizədən gedir.
Konkret nəticələr haqqında sualınıza gəldikdə isə, bu barədə ilk, lakin ümidverici nəticələr artıq mövcuddur. Cari ilin 11 ayı ərzində əmək münasibətlərini rəsmiləşdirən işçilərin sayı təxminən 50 min nəfər, daha dəqiq desək 49 min 194 nəfər artıb. Daha çox artım topdan və pərakəndə ticarət sahəsində (17 min 264), tikinti (11 min 390) və emal sənayesində (7 min 758) müşahidə olunub. Eyni zamanda sevindirici dinamikanı da qeyd etmək istərdim. Bu da aydan-aya əmək müqaviləsini rəsmiləşdirənlərin sayının artmasıdır. Misal üçün, cari ilin oktyabr ayında əmək müqaviləsini rəsmiləşdirənlərin sayı 10 min 738 nəfər olduğu halda, noyabr ayında bu göstərici 14 min 585 nəfər olub. Demək, həm işçilər, həm işəgötürənlər arasında əmək müqaviləsini rəsmiləşdirməyin zəruriliyini, hər iki tərəf üçün faydasını dərk edənlərin sayı artmaqdadır. Mən bunu Komissiyanın işinin ən mühüm nəticəsi hesab edərdim. İndiki halda əsas məqsədimiz bu meyli daha da gücləndirməkdən ibarətdir.
- Qarşıya qoyulan hədəfə çatmaq üçün daha hansı tədbirlərin görülməsi planlaşdırılır?
- Qeyd etdiyim kimi, Azərbaycan prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər planı təsdiq edilib. Nəzərdə tutulur ki, əvvəla, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün daha etibarlı hüquqi baza yaradılsın. Əmək Məcəlləsində, Vergilər Məcəlləsində, Mülki Məcəllədə bir sıra mühüm dəyişikliklər ediləcək, əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları məhdudlaşdırılacaq.
Tikinti sahəsində qeyri-rəsmi məşğulluğa münbit zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bunlar arasında bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əmək haqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə işçilərin sayını gizlətmək həm qeyri-mümkün, həm də tamamilə mənasız olacaq.
Çox mühüm yeniliklərdən biri bu olacaq ki, yeni yaradılan iş yerlərinə dair məlumatlar yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacaq. Düşünürəm ki, bu tələb qeyri-rəsmi məşğulluğun qarşısını almağa, xüsusilə də, iş yerlərinin yaradılması kontekstində, mühüm töhfə verə biləcək.
Bir çox sahədə, xüsusilə də xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, işçi sayı normativləri deyilən anlayışlardan istifadə olunacaq. Misal üçün, 1000 m2 sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi, indi belə hallar kifayət qədərdir, real ola bilməz. Əgər həmin iaşə obyektinin iş həcmi azdırsa, 1000 m2 sahədən istifadə etmək onun nəyinə lazımdır, axı bu mənfəət baxımından faydalı deyil.
Nəhayət, elektron informasiya uçot və nəzarət formasından geniş istifadə olunacaq. Ona nail olmaq istəyirik və nail olacağıq ki, heç bir işçi uçot və nəzarətdən kənar qalmasın, sahibkar bunu nə qədər istəsə də. İndiki texniki imkanlar bunu asanlıqla təmin edir.
- KİV-lə ötən görüşünüz zamanı sahibkarları “qara mühasibat”lıqdan əl çəkməyə çağırmışdınız. Sahibkaralara yeni çağırışınız varmı?
- İslam dinində halallıq anlayışı əsas yerlərdən birini tutur. Sahibkarlıq, mənfəət sahəsinə tətbiq etsək, onda belə bir çağırış alınacaq: Vergisi ödənən gəlir halaldır. Mən tövsiyə edərdim ki, sahibkarlar, iş adamları qanunla nəzərdə tutulan bütün ödəmələri könüllü surətdə həyata keçirsinlər. Belə olan halda onları gözləyən bir çox problemlər avtomatik aradan qalxacaq. “Doğruya zaval yoxdur”, - deyiblər. İstərdim ki, bizim sahibkarlar və iş adamları həmişə doğru olsunlar.
O ki qaldı Komissiyanın fəaliyyətinə, o davam edəcək, bütün neqativ hallar gec-tez aşkar edilib aradan qaldırılacaq. Buna heç kimin şübhəsi olmamalıdır.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək