15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Tanınmış astroloq: “2018-ci ildə yeni qarşıdurma dövrü başlayacaq” - Müsahibə
Tarix: 17-12-2017 12:06 | Bölmə: Müsahibə

Səbuhi Rəhimli deyir ki, it illərinə adətən məhəlli münaqişələr, inqilab və çevrilişlər daha xarakterikdir
Artıq 2017-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Qarşıdan 2018-ci il – İt ili gəlir. Astroloji baxımdan 2018 sarı İt ili hesab olunur.
Bəs, bu ilin özəllikləri nədir? İt ili kimlərə nə vəd edir? Ölkəmiz üşün bu ildən nə gözləmək olar?
"Qoroskop" qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı gözləntilərini və proqnozunu Reyting.az-la bölüşüb.
- Səbuhi bəy, öncə üzümüzə gələn il barədə məlumat verərdiniz.
- Qarşıdan Sarı it ili gəlir. Öncə bildirim ki, yeni astronomik il 2018-ci il fevral ayının 16-da (Bakı vaxtilə saat 01:05 dəqiqədə) start götürəcək. Ünsürü Torpaq, himayədar planeti Venera, aparıcı bürcləri Buğa, Tərəzi, aparıcı işarələri İt, Pələng, At, rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari, metalı bürünc, çiçəyi bənövşə, qızılgül, talismanı ürək və qızıl öküzdür.
İt illərində aktiv əraziləri adətən Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tailand, İran, İraq və Əfqanıstan olur.
- İt ilində insanları nə gözləyir? Aclıq, qıtlıq, təbii fəlakət və s. baxımdan nələri yaşaya bilərik?
- İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur. Bundan başqa, ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmır. Bir sözlə, il boyu rəqib qüvvələrin yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq bir sonluqla tamamlanacaq.
İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. Necə deyərlər, bataqlıqların qurudulması prosesi başlayır.
Bu illərdə nigahlar artır, yeni hərbi münaqişələr olmur, texnologiyada yeniliklər olur. İt - qabiliyyətli, istedadlı insanları məşhurlaşdırır, yeni liderlər yetişdirir.
- İt ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?
- Əvvəldə dediyim kimi, Buğa və Tərəzi aparıcı işarələrdir. Deməli, ildən daha çöx mənfəət götürənlər Torpaq (Buğa, Qız və Oğlaq) və Hava (Əkizlər, Tərəzi, Sutökən) ünsürlüləri olacaq.
Su və Od işarəli bürclər, həmçinin Əjdaha, Siçovul və Meymun illəri bir qədər çox çalışmalı, diqqətli olmalıdırlar.
- Bu gün hamını dolların məzənnəsi, qiymətlərin artıb-artmayacığı maraqlandırır. İqtisadçı olmadığınızı bilirəm, ona görə də gələn il bizi ağır iqtisadi sınaqlar gözləyir, yoxsa çətinliklər bu ildə qalcaq?
- Təəssüf ki, aylar öncə mediaya bildirdiyim kimi, bir çox səbəbdən ilk dəfə 2018-ci il üçün heç bir ictimai-siyasi proqnoz verməyəcəyəm.
- Səbəbləri bizə açıqlaya bilərsinizmi?
- Səbəblər az deyil. Məsələn, biri odur ki, hər ilin sonunda jurnalistlərimizi yalnız yeni, üstəlik təlatümlü, sensasiyalı proqnozlar maraqlandırır, əvvəlki proqnozların təhlili isə sanki maraq dairəsində deyil.
Bu yeni il ərəfəsində çoxsaylı jurnalistlər məndən yeni proqnoz istəyəndə bildirdim ki, gəlin əvvəlcə saytınızda, qəzetinizdə çıxan köhnə proqnozların təhlilini aparaq, sonra da yeni proqnozlara keçək. Hamısı imtina etdi.
Onsuz da mən hər ilin sonunda bir il əvvəl verdiyim proqnozların hesabatını mətbuata açıqlayıram. Təəssüf ki, başqaları bunu etmir və hər il cəfəng, qorxulu və sensasiya xətrinə saysız-hesabsız “proqnoz” verirlər. Çünki bilirlər ki, onlardan hesabat tələb olunmayacaq. Digər səbəbləri isə, icazə verin, özümdə saxlayım.
- Yaxşı. O zaman deyə bilərsinizmi, 2017-ci il üçün verdiyiniz proqnozlardan neçəsi özünü doğrultdu?
- 25 proqnozumdan təxminən 24-ü reallaşıb. Yalnız biri hələ ki həyata keçməyib.
- 2002-ci ilin sonunda “Reytinq” qəzetinə verdiyiniz müsahibədə belə bir ifadə işlətmişdiniz: “Yaxın 20 ildə Azərbaycanda qadın prezident olmayacaq”. Proqnozunuzun üstündə dayanırsınızmı?
- Yaşayarıq, görərik...
- O zaman ümumi deyə bilərsinizmi, İt ilində siyasi təlatümlər, inqilablar, iğtişaşlar xarakterikdirmi, yoxsa daha sakit bir dönəm olacaq?
- Tarixi xronologiyaya baxanda qarşıdan gələn İt ilinin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq, yüzlərlə hadisəni təhlil edib gəldiyimiz qənaət bu oldu ki, İt illərində əsasən münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir. Hər halda yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən Xoruz ilindən fərqli olaraq yeni il sakitliyin bərpasına çalışır. Yəqin elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü “Xoruzun dağıtdıqlarını İtlər yığışdıracaq”,- deyiblər.
İt ilində olan bir neçə hadisəni oxucularımızın nəzərinə çatdırım, qoy nəticəni özləri çıxarsınlar:
Qanlı Çaldıran döyüşü baş verib və Osmanlılar Təbrizi işğal edib, Şamaxı xanlığı ləğv edilib, Rusiyada məşhur dekabristlər edam olunub, İran şahzadəsi Abbas Mirzə Şuşanı tutub, SSRİ qurulub, Türkiyənin hərbi və siyasi xadimi Ənvər Paşa Tacikistanda qətlə yetirilib, İngiltərənin Misir üzərində protektoratlığı ləğv edilib, Adolf Hitler Almaniyada prezident hakimiyyətini mənimsəyib, BMT-də Fələstin və İsrail dövlətlərinin yaradılması barədə qərar çıxarılıb, Təbriz Universiteti açılıb, Rusiya Çeçenistana hücum edib, Bakı metrosunda iki dəfə terror törədilib, Bakıda neft hasilatına dair sənəd - "Əsrin müqaviləsi" imzalanıb, Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olunub, Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilov qətlə yetirilib, avtoritet Hikmət Muxtarov (Sabirabadlı Hikmət) qətlə yetirilib, İranda türkləri aşağılayan məlum karikatura qalmaqalı başlayıb, İraqın keçmiş dövlət başçısı Səddam Hüseyn edam edilib, Haaqa türməsində Yuqoslaviyanın keçmiş prezidenti Slobadan Miloşeviç vəfat edib və s.
- İt ilində müharibələr başlana bilirmi?
- Tarixə baxanda görürük ki, bu illərdə heç bir böyük müharibə başlamayıb, əksinə, xeyli sayda müharibələr dayandırılıb. İt illərinə adətən məhəlli münaqişələr, inqilab və çevrilişlər daha xarakterikdir.
Z.MƏMMƏDLİ
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək