15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“İndi yaxşı bəstəkar qalmayıb” - Müsahibə
Tarix: 01-11-2017 13:45 | Bölmə: Müsahibə

Zeynəb Xanlarova: “Nə bəsəkarlar bəstəkardır, nə də bəstələdikləri mahnılar... Yaxşı bəstəkarların hamısı gedib, yaxşı mahnılar da...”
Milli Məclisin deputatı, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Modern.az-a müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Zeynəb xanım, bir müddət Milli Məclisdə sizi görə bilmədik... Bəziləri səhhətinizdə problemlər olduğunu deyirdilər...
- Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda haqqımda çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Mən bəyəm insan deyiləm?
Bir ay olmadım burda, xaricdəydim. Mənim konsertlərim olacaq. İzmir, Ankara, İstanbulda konsert verəcəm. Mən bunlarla məşğul oluram. Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim, nəvələrim qarışıb biri-birinə. Kimlərsə söz-söhbət düzəldiblər ki, Zeynəb Xanlarova xəstədir. Mətbuat niyə belə edir, axı? Nə olub, indi hamını öldürə-öldürə gedirsiniz. İndi də Zeynəb Xanlarovanı öldürmək istəyirsiniz?
- İki gün öncə Azərbaycanı dünyaya yenidən tanıdacaq daha bir səs-küylü layihə gerçəkləşdi - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu... Bu haqda nə deyə bilərsiniz?
- Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinə çox sevindim. Mübarək olsun! Mənim Prezidentim uzaqgörən, öz Vətənini sevən, öz vətəndaşlarına xidmət edən, yüksək intellekt sahibidir.
Mənim Prezidentim dünyada öz sözünü deyən bir şəxsiyyətdir. O, bilir nə edir. Biz də Prezidentimizin getdiyi yol ilə gedirik.
Mən siyasətdən uzaq adamam. Başqa nə sual versəniz, cavab verməyə hazıram. Bir dənə onu deyə bilərəm ki, sağlıqla olsun hər şey! Həm də müharibəsiz olsun! Sülh olsun!
Türkiyədən açılışa gələn qonaqlar bizim dostlarımızdır. Hətta dostlarımız yox, qardaşlarımızdır.
Dünən televizorda açılış mərasiminə baxırdım. Orda Qars sözünü eşidəndə bilirsiniz yadıma nə düşdü? 1969-cu ildə ilk azərbaycanlı olaraq Azərbaycandan Türkiyəyə səfər etmişəm, ilk dayanacağımız isə Qars olub. İndi Qars deyəndə duyğulandım ki, nə yaxşı yollar açıldı. İnsanlar daha rahat gedib-gələ biləcəklər.
- Madam ki, siyasətdən danışmaq istəmirsiniz, onda incəsənət sahəsinin problemlərindən bəhs edək. Bir çox sənətçilər gündəmə qalmaqalla gəlməyə çalışırlar...
- Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də özünə hörmətlə, xalqa məhəbbətlə gəlməlidir. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Ona görə də xalqın qarşısında baş əyməlidir. Özlərini yuxarı qaldırmamalıdırlar.
Bəzən deyrilər ki, "toyxana oxuyanları”, nə bilim, nə... Amma bunlar axı toya getməsə, acından öləcək...
Mən müəllim görmüşəm süpürgəçilik edir. Hərə bir şeydən qazanmalı, evini dolandırmalıdır.
- Sizin ifa etdiyiniz elə bir nəğmə yoxdur ki, könülləri oxşamasın, yaddaşlara yazılmasın. Amma müasir dövrün mahnıları tez unudulur, bunun səbəbi nə ilə bağlıdır?
- Nə bəsəkarlar bəstəkardır, nə də bəstələdikləri mahnılar... İndi yaxşı bəstəkar qalmayıb. Yaxşı bəstəkarların hamısı gedib, yaxşı mahnılar da... Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, "toyxana.., bayağı mahnılar...”. Yaxşı mahnı yazan yoxdu, yazan olsa, onlar da oxuyar.
Qara Qarayevi, Fikrət Əmirovu tapacaqsızmı? Bunlar hamısı getdilər. Yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər ki, beş saat dayanmadan ifa et, edərəm. Danışmaqla aram yoxdu mənim.
Əslində hazırlaşmışdım ki, bu gün (dünən-red.) Milli Məclisin plenar iclasında yaxşı çıxış edim. Amma imkan olmadı. Gündə 5 dəfə "knopkanı” basırlar, xalqa da xeyri olmur o danışanların. İnanın ki, heç bir xeyri də yoxdu o danışıqların.
- Dediniz ki, Türkiyədən yeni qayıtmısınız. Səfər zamanı hansısa bir təsirli məqamlarla rastlaşdınızmı?
- Küçədə bir oğlan dayanıb şabalıd satırdı. Elə bil qan çəkdi. Hiss elədim ki, o, azərbaycanlıdır. Özümü o yerə qoymadım. Eynəkdə idim, soyuq olduğundan papaq da qoymuşdum. Yanımdakı qıza dedim ki, gəl şabalıd alaq. Çox gözəl oğlan idi. Şabalıd aldım. Amma pul almaq istəmədi bizdən. "Çox sağ olun, Zeynəb xanım”,- dedi. Çöhrəsi o qədər gözəl idi... 35-40 yaş arası olardı. Dedi, Azərbaycandandır. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi, ali təhsilli müəllimdir. İnsitutu bitirəndə xahiş edib ki, onu öz bölgəsinə göndərsinlər, müəllimlik etməyə. Amma pulu olmayıb deyə, işi də alınmayıb. İndi məcbur olun şabalıd satır. Həm də Türkiyədə. Dedi ki, "Zeynəb xanım, sabah burdan keçsəniz, onda görəcəksiniz ki, mənimlə birgə neçə həmyerlimiz burdadı. Atam-anam məni evləndirdi, indi ailəmi, uşağımı məcburiyyətdən qoyub gəlmışəm bura. Günə 10 manata işləyirəm.”
Mən əziz Prezidentimlə görüşəndə mənə deyir ki, ən düz sözü sən söyləyirsən. Mən də deyirəm ki, xalqın içindən çıxmışam. Mən deməyim, sən demə... Bəs kim deyəcək? Axı mən millət vəkiliyəm... Millət vəkili...
- Yəqin ki, seçicilərinizdən sizə müraciətlər daxil olur...
- Seçicilərimlə bu yaxılarda görüşmüşəm. Onların işlərini mən elə burada, Milli Məclisdə həll edirəm. Gördüyüm işləri danışmağı xoşlamıram. Qoy, onu xalq desin.
- Sizcə indi ziyalı sözünə niyə az dəyər verilir?
- Bilrisiniz, sanki dəyərlər dəyişib. Ziyalı ac olmamalıdr. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır.
Bağdan gəlirəm, şəhərin içi ilə. Deyirəm ay Allah, Bakı necə dəyişib? Sürücüm deyir ki, bu flan nazirin bağıdır, bu o biri nazirin villasıdır. Mən başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir? Bu oliqarxlara pullar hardan axır?
Niyə bu məmurlar Prezidentimizdən nümunə götürmürlər. Təbii ki, böyük işlər görülür. Bunu bütün dünya bilir. Amma bəzi məmurlar öz cibləri üçün çalışırlar.
- Deputat kimi qaldırdığınız məsələlər öz həllini tapa bilirmi?
- Bilirsən necə tapır?.. Dırnaq içində... Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də.
- SSRİ vaxtında dinin yasaq olduğunu söyləyirdilər. Amma o vaxt da dinlə məşğul olanlar az deyildi. Sizcə dinə sığınanlar o vaxt səmimi idi, yoxsa indi?
- İndi heç kimin vecinə də deyil. Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədi... Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil.
Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər?
İndi kim başını bağlayır, özü istəyidir, ona nə demək olar? Çılpaq ki, gəzmir? Lüt ki, gəzmir... Başını örtür də, vəssalam!
- Əsrlərdən gələn milli adət-ənənələr sanki unudulur. Bunun səbəbini nədə görürsünüz?
- Bizim evdə unudulmayıb. Bir mənim deməyimlə bu məsələ həll olunmaz. Demişdim hasarları söksünlər, etmədilər. Mən nə deyim o zaman?
- İndi bəzi müğənnilər kriminal avtoritetlərlə dostluq edir. Bir neçə gün öncə Fədayə Laçın bu məsələ ilə bağlı həbs edildi. Buna münasibətiniz necədir?
- Olanını deyirəm, heç nədən çəkinmirəm. Mən də bir ailənin övladıyam. Özümü heç vaxt yüksəkdə tutmamışam. Ona görə də yüksəlmişəm.
Xəbərim yoxdu, vallah...O qızı deyirsiz həəə?? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf... Nə oldu ona? O, oxuyanda xoşum gəlir. Özü də deyəsən Zəngilandandır? Yoxsa yox, Laçın yadıma düşdü...
- Bütün dünya azərbaycanlıları tərəfindən sevilən şəxsiniz. Azərbaycan məmurları da sizə eyni münasibət sərgiləyirmi?
- Düzünü deyəcəm, harasa zəng edəndə laqeyidlik hiss etməmişəm. Hətta hörmət olaraq mənlə ayaq üstə danışırlar. Kimsənin haqqında pis deyə bilmərəm. Gərək o hörməti qazanasan. Əlbəttə, küçədə tum çırtlaya-çırtlaya gedəcəksənsə, sənə münasibət yaxşı olmayacaq. Hörmət olmayacaq. Gedin mənim evimə, camaat yığılır qapımın ağızına, keçəndə mənimlə görüşürlər. Mən o insanlar üçün yaşayıram.
- Prezident İlham Əliyevin imzaladığı sənədə uyğun olaraq gələn il cümhuriyyətin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Zeynəb Xanlarova 100 illiyə mahnı həsr etmək barədə düşünürmü?
- Mənim
"Türkün qolu bükülməz,
Türkün gücü tükənməz,
Bir kərə qalxan bayraq,
Bir daha enməz, enməz!” - mahnım var.
Canım mənim, məni siyasətə çəkmə...
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək