15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: “Qarabağ və Zəngəzur iqtisadi rayonları həm də siyasi əhəmiyyət daşıyır” - Müsahibə
Tarix: 09-07-2021 17:23 | Bölmə: Müsahibə

Vüqar Bayramov: “Həm Şərqi Zəngəzur, həm də Qarabağ iqtisadi rayonları növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverlərindən birinə çevriləcəklər”
Prezident İlham Əliyev iki gün öncə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov iqtisadi rayonların yeni bögüsünü şərh edərkən Reyting.az-a deyib ki, Azərbaycanda vahidlərlə yanaşı iqtisadi rayonlar ayrıca qruplaşır:
- İqtisadi rayonların təsnifatı və qruplaşdırılması onunla bağlıdır ki, iqtisadi rayonların təsnifatı artıq dövlət proqramlarının daha ünvanlı və daha sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək.
İkincisi, belə bölgü yalnız MDB-də deyil. Həm də inkişaf etmiş ölkələrdə potensialına, istehsal xarakterinə görə bölgələrin qruplaşdırılması praktikası var. Məsələn, elə bölgələr var ki, orada aqrar sektorun daha çox dəstəklənməsinə ehtiyac duyulur. Həmin iqtisadi rayon aqrar rayondur, onunla bağlı aqrar sektora yönəlik proqramlar icra edilir.
Digər iqtisadi rayonlarda xidmət, turizm, sənayenin dəstəklənməsinə ehtiyac olur. Bu baxımdan əslində, iqtisadi rayonların yaranmasında əsas məqsəd həmin rayonların ünvanlı şəkildə dəstəklənməsi və ünvanlı şəkildə dövlət proqramlarının icra edilməsidir.
Təbii ki, rayonların sosial-iqtisadi inkişafı bizim dövlət proqramlarına uyğun olaraq ünvanların müəyyənləşməsi və həmin rayonlara dövlət dəstəyinin artırılmasına nail olmaqdan ibarətdir.
- Yeni iqtisadi bölgü işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadəyə tam şərait yarada biləcəkmi?
- Əvvəla nəzərə alınmalıdır ki, həm Şərqi Zəngəzur iqtisadi rayonunun, həm də Qarabağ iqtisadi rayonunun kifayət qədər böyük potensialı var. Baxmayaraq ki, bu rayonların potensialı böyükdür, ancaq uzun müddət işğal faktı bu potensialdan istifadəni mümkünsüz edib.
Qarabağ iqtisadi rayonunun - hansı ki əvvəlki dövrdə Yuxarı Qarabağ iqtisadi rayonu adlanırdı - Azərbaycanda ümumi məhsul istehsalında 0,6 faizi olub. Bu da birbaşa həmin iqtisadi rayonun ərazisinin işğal altında olması ilə bağlı idi. Eyni zamanda indiki Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycan iqtisadiyyatındakı payı 0,1 faiz olub. Mən, 2019-cu ilin nəticələrindən bəhs edirəm. Əlbəttə, buna səbəb həmin ərazilərin əhəmiyyətli hissəsinin işğal altında olması idi. Amma buna rəğmən potensial böyükdür.
Qarabağ iqtisadi rayonunun aqrar sektorda potensialı var. Füzuli, Ağdam, Ağcəbədi kimi rayonların torpaqlarının əhəmiyyətli hissəsi məhsuldardır. Ağdam rayonunun torpaqlarının 95 faizindən çoxu məhsuldarlıq və əkinçilik üçün imkanlar yaradır.
Eyni zamanda sənayedə və turizmdə potensial böyükdür. Bu baxımdan həm Şərqi Zəngəzur, həm də Qarabağ iqtisadi rayonları növbəti mərhələdə Azərbaycan iqtisadiyyatının drayverlərindən birinə çevriləcəklər.
İndiki Şərqi Zəngəzur iqtisadi rayonu həm də təbii ehtiyatlarla zəngindir. Burada qızıl və mis ehtiyatları, inşaat materialları istehsalı ilə bağlı potensial var. Bu baxımdan imkanlar və potensial böyükdür. Bunun iqtisadi rayon kimi formalaşması imkan verəcək ki, bu potensialdan səmərəli istifadə edilsin.
- Yeni iqtisadi bölgü Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcəri vahid iqtisadi rayonda birləşdirir, eyni zamanda Şərqi Zəngəzur tarixi adını bərpa edir. Bu məsələyə necə baxırsınız?
- Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Əbəttə, iqtisadi əhəmiyyəti ilə yanaşı tarixi əhəmiyyətə də malikdir. Təbii ki, Zəngəzur tarixi bölgədir və nəzərə almalıyıq ki, onun qərb hissəsi ötən əsrin əvvəllərində əsassız olaraq Ermənistana verilib. Şərqi Zəngəzurun olması həm də o anlama gəlir ki, Qərbi Zəngəzur da var. Ancaq bu hissə Ermənistana verildiyi üçün Azərbaycan əraziləri deyil, amma tarixən bizim torpaqlarımızdır. Bu reallıqdır. Düşünürəm ki, Şərqi Zəngəzur ifadəsi tarixi ədalətin bərpası baxımından da çox vacib idi.
- Prezident fərmanı ilə Xankəndi və Xocalı Qarabağ iqtisadi rayonununa daxil edilib. Bununla yanaşı vaxtilə bolşeviklərin tətbiq etdiyi “Dağlıq Qarabağ” süni bölgüsü artıq əhəmiyyətini itirib. Bu, Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan hansı üstünlüklər verəcək?
- Yuxarıda qeyd etdiyim kimi, bir zamanlar bura “Yuxarı Qarabağ” kimi tənifatlaşdırılırdı. Amma Qarabağ iqtisadi rayonu həm ərazinin dağlıq, həm də aşağı hissəsini əhatə edəcək. Yəni Qarabağda olan bütün rayonlar Qarabağ iqtisadi rayonunda təmsil olunacaq. Aydındır ki, bu, həm strateji, həm də geostrateji əhəmiyyət daşıyır. Nəticə etibarı ilə ondan xəbər verir ki, yeni iqtisadi rayonlarının formalaşması fonunda Zəngəzur dəhlizinin istifadəyə verilməsi, kommunikasiyaların bərpası ilə bağlı danışıqların sürətləndirilməsi çox vacibdir. Bütün hallarda iki iqtisadi rayonun təsnifatı -Qarabağ və Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi hadisə olmaqla yanaşı, həm də siyasi əhəmiyyət daşıyır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək