15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Professor: “Mümkündür ki, Bayden Türkiyə ilə daha yaxından əməkdaşlıq etsin” - Müsahibə
Tarix: 07-03-2021 11:38 | Bölmə: Müsahibə

Fərhad Mehdiyev: “Bayden düşünür ki, əməkdaşlığı gücləndirmək lazımdır. Çünki yeni reallıqlar fərqlidir. Rusiya ilə ittifaq da Türkiyəyə regionda çox şeylər vəd etmir. Görürük ki, Moskva və Ankara hər yerdə baş-başa gəlir. Liviyada, Suriyada, Qafqazlarda, hazırda da Ukraynada…”
Bir neçə gün əvvəl ABŞ prezidenti Baydenin “Milli Təhlükəsizlik Strategiyası” adlı sənədi yayımlanıb. Sənəddə bildirilir ki, COVİD-19 pandemiyası, qlobal iqlim dəyişikliyi, Çin və Rusiya kimi rəqiblər ABŞ üçün təhdid təşkil edir.
Təbii ki, yeni strategiya Çinlə yanaşı Rusiyaya da müsbət nəsə vəd eləmir. Rusiyanın genişlənmə siyasəti uzun müddətdir ki, ABŞ tərəfindən narahatlıqla qarşılanır.
Professor Fərhad Mehdiyev ABŞ-ın yeni administrasiyasının “Milli Təhlükəsizlik Strategiyası” sənədi ətrafında Reyting.az-a müsahibə verib. F. Mehdiyev deyib ki, V. Putinin hakimiyyəti dövründə Rusiya siyasətini bir qədər dəyişdirib: “SSRİ-nin genişlənmə siyasəti vardı. İndi Putin həmin siyasəti tətbiq edir. Yəni SSRİ-nin təsir dairəsini bərpa etmək niyyətindədir. ABŞ da bundan narahatdır və Rusiyanın bu kimi addımlarının qarşısını almağa çalışır”.
- Fərhad müəllim, ABŞ-ın yeni administrasiyasının açıqladığı strategiyada yaxın dövr üçün nəticəsi olmayan və bitməyən müharibələrə milyardlarla dollar xərclənməyəcəyi bildirilir. Bunu necə anlamaq lazımdır?
- İlk olaraq müəyyən etmək lazımdır ki, ABŞ hansı müharibəni nəzərdə tutur. Burada diqqəti daha çox İraq, Əfqanıstan, Suriya müharibələri çəkə bilər. Bayden bu məsələdə praqmatik siyasi xəttin tərəfdarı kimi çıxış edir. Məsələn, mənim fikrimcə, Suriya müharibəsindən imtina etmək faydalı olardı. Bunu götür-qoy edə bilərlər.
Eləcədə İraq və Əfqanıstandakı müharibələri. ABŞ bu müharibələrə böyük pullar xərcləsə də, nəticə olaraq nələrisə dəyişdirə bilməyib.
Bəs ABŞ çəkildikdən sonra bu yerlərdə nələr olacaq? Bunun əvəzinə başqa addımlar atılacaq. Məncə, söhbət daha çox bundan gedə bilər.
- Strategiyada əsas hədəf kimi Çin də göstərilir...
- Çinə qarşı Trampın qoyduğu siyasət davam edəcək. Daha doğrusu, ticarət müharibələri böyük ehtimalla davam etdiriləcək.
Unutmaq olmaz ki, Çinin bilavasitə güclənməsində ABŞ-ın böyük rolu olub. ABŞ o zaman güzəştli şərtlərlə Çini Ümumdünya Ticarət Təşkilatına (ÜTT) gətirdi. Bu güzəştlərə görə, 2015-ci ilə qədər Çin ABŞ-a istədiyi qədər, heç bir kvota və gömrük olmadan mal daxil edə bilərdi. ABŞ bu addımı ona görə atdı ki, Çin ÜTT-ya qoşulsun. Rəsmi Pekin də bununla razılaşdı. 2015-ci ildə kvota və gömrük rüsumları mövzusunda yeniliklər oldu. Buna qədər tətbiq olunan güzəştlər faktiki olaraq Çinin güclənməsində xüsusi rolu oynadı.
Digər tərəfdən, ABŞ Çini ÜTT-ya gətirməklə Çinin açılıma gedəcəyini düşünürdü. Bundan sonra beynəlxaq investisiyalar Çinə daxil oldu, inkişaf başladı. Amma bu prosesin nəticəsində çinlilər sanki daha ağıllı çıxdılar. Bu mənada indi ABŞ çalışacaq ki, Çinə qarşı ticarət müharibələrini davam etdirsin. Amma bunun nə dərəcədə uğurlu olacağına dair bir söz deməkdə çətinlik çəkirəm.
Nəzərə alınmalıdır ki, ÜTT-da ticarət müharibələri aparmaq o qədər də asan deyil, əksinə, daha çətindir. Çünki təşkilatdaxili qaydalar, mübahisələrin həlli komissiyası var. Gərək ABŞ ÜTT-dan çıxsın ki, effektiv müharibə aparmaq imkanı əldə etsin. Çünki təşkilat daxilində əməkdaşlıq mövcud olmaqla yanaşı, tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsi də vacib şərtdir.
Eyni zamanda Çində həyat standartlarının artması müşahidə olunur. İndi Çində əməkhaqqı olduqca yüksəkdir. Bu da əmtəənin rəqabətinə təsir göstərir. İndiki halda Çinlə münasibətlərin necə qurulacağını gözləmək lazımdır.
- ABŞ-ın yeni təhlükəsizlik strategiyasında Mərkəzi Amerika ölkələrində vətəndaş cəmiyyəti qurumlarının dəstəklənməsi, diqqətin artırılması, hətta 4 milyard dollar dəstək də nəzərdə tutulur. Sizcə, məqsəd nədir?
- Bu artıq Trampın ənənəvi siyasətinin tam əks formasıdır. Tramp az qala miqrantların qarşısını almaq üçün Meksika ilə divar tikməyə çalışırdı.
Amerika üçün Mərkəzi və Cənubi Amerikadan miqrant axını bir qədər problemlidir. Bu, işçi bazarına ciddi təsir göstərə bilir. Tramp bunun qarşısını almaq üçün hasar tikmək istəyirdi. Bayden hökuməti isə əksinə, Mərkəzi Amerikada vətəndaş cəmiyyətini dəstəkləmək istəyir. Bu, təkcə Mərkəzi Amerika ölkələri ilə bağlı miqrant təhlükəsindən doğmur. Bu ölkələrin həm də Rusiyanın təsirinə məruz almaq təhlükəsi var. Məncə, burada Rusiyanın təsirini zəiflətmək məqsədi də güdülür. Bunun üçün vətəndaş cəmiyyəti ilə işləyəcəklər, demokratik mühitin formalaşmasına səylər göstərəcəklər. Məncə, bu, Afrika qitəsi ilə də bağlı olacaq.
- ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Hindistan-Sakit okean bölgəsində hərbi varlığı artırmaq və güclənmək niyyəti nədən xəbər verir?
- Əslində Çinin özü bu bölgədə güclənməyə, dəniz donanmasını artırmağa, fəallığa çalışır. Amma bu regionda təkcə Çin yox, Rusiya da fəallıq göstərməyə cəhd edir. ABŞ-ın bu bölgədə hərbi fəallığını artırmaq niyyəti təkcə Çinlə deyil, eyni zamanda Rusiyaya qarşı gedişdir. Amma sözsüz ki, əsas Çindir. Aydındır ki, ABŞ bununla bərabər Çinə qonşu olan dövlətlərlə - Tayvan, Cənubi Koreya, Yaponiya ilə birlikdə işləyəcək, bu ölkələrin Çinə qarşı Vaşinqtona dəstək verəcəyi gözləniləndir.
Diqqət etsəniz görəsiniz ki, ABŞ hazırda iqtisadi investisiyalarını Çindən çıxararaq Hindistana yönəltməyə daha çox üstünlük verir. Bu da Çinə qarşı iqtisadi addımdır.
- Prezident Baydenin Milli Təhlükəsizlik Strategiyasında açıq vurğulanır ki, ABŞ Avropada hərbi baxımdan güclənmək xəttini aparacaq. Bunu Rusiyaya qarşı addım hesab edirsinizmi?
- Məncə, burada söhbət təkcə Avropada qoşunlarının sayını artırmaqdan yox, Almaniyadakı qoşunlarını çıxarmaqdan imtinadan da gedir.
Avropanın təhlükəsizlik strategiyası uzun illər NATO daxilində ABŞ tərəfindən həyata keçirilir. Heç bir Avropa dövlətinin güclü ordusu yoxdur. Almaniyaya II Dünya müharibəsindən sonra faktiki kvota tətbiq edilir. Fransa II Dünya müharibəsi zamanı dağıdılmışdı. İtaliya özü də müharibədən sonra məğlub dövlət idi. Qalmışdı İngiltərə. Amma Avropanın bütün təhlükəsizliyini İngiltərəyə həvalə etmək də doğru olmazdı. Bu səbəblərdən Avropanın təhlükəsizliyini faktiki olaraq ABŞ öz üzərinə götürmüşdü. Tramp isə bundan xilas olmağa çalışırdı, amma Bayden bunun əksini düşünür.
- ABŞ-ın yeni strategiyasında açıq elan olunur ki, onlar dünyada aparıcı rolu davam etdirmək üçün müttəfiq ölkələrlə sıx işləyəcək, beynəlxalq qurumlarda fəaliyyətini davam etdirəcək və ehtiyac yaranacağı təqdirdə yeni ittifaqlar quracaqlar. Sizcə, bu nəyə hesablanır?
- Bildiyiniz kimi Donald Trampın fəaliyyəti NATO daxilində ciddi böhrana səbəb olmuşdu. Tramp Amerikası əvvəlki kimi NATO ölkələrini dəstəkləmir, onlardan alyansa daha çox pul ödəməyi tələb edirdi. Bayden isə düşünür ki, əməkdaşlığı gücləndirmək lazımdır. Mümkündür ki, Bayden Türkiyə ilə daha yaxından əməkdaşlıq etsin. Çünki yeni reallıqlar fərqlidir.
- Söhbət hansı reallıqdan gedir?
- Türkiyə üçün xarici siyasətdə Rusiya ilə Avrasiya daxilində ittifaq, Qərblə Avroatlantik ittifaq daxilində əməkdaşlıq mövcuddur. Ankara anlayır ki, nə Avroatlantik məkanın tam içində olmalıdır, nə də tam kənarında. Amma Rusiya ilə ittifaq da Türkiyəyə regionda çox şeylər vəd etmir. Görürük ki, Moskva və Ankara hər yerdə baş-başa gəlir. Liviyada, Suriyada, Qafqazlarda, hazırda da Ukraynada…
Mən demirəm ki, bu iki ölkənin iqtisadi əlaqələri olmamalıdır. Əksinə, bu əməkdaşlıq davam edəcək. Sadəcə, regionda həm də bu iki ölkə arasında maraq toqquşması var. Çünki təsir dairələri bir-birinə qarşıdır. Bu mənada Türkiyənin daha yaxın əməkdaşlığı NATO ilə olmalıdır.
Ərdoğan düzgün addımlar atıb. Məsələn, 1990-cı illərdə mən Türkiyədə olmuşam. O zaman tanklara baxanda görürdün ki, köhnədir, heç ABŞ belə tanklardan istifadə etmir. Çünki NATO daxilində Türkiyənin güclənməsinə imkan yaradılmırdı. Ərdoğan bunu anladı və hərbi sənayesini öz gücü ilə inkişaf etdirməyə çalışdı. Bununla belə Ankara anlayır ki, onun müttəfiqliyi və maraqları NATO ilədir. Düşünürəm ki, ABŞ yeni reallıqları nəzərə almalıdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək