15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Professor: “Koronavirus yalnız tibbi və bioloji məsələ deyil” - Müsahibə
Tarix: 05-12-2020 11:23 | Bölmə: Müsahibə

Yaqub Məmmədov koronavirus məsələsinin arxasında böyük iqtisadi və siyasi maraqların gizləndiyini iddia edir: “Gedən proseslər göstərir ki, bu işin ABŞ-dakı seçkilərə də böyük təsiri olub və mümkündür ki, bundan sonra da olacaq”
Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə koronavirus özünün pik mərhələsini yaşayır, yoluxmanın sürətlə artdığı müşahidə olunur. Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, pandemiya yalnız tibbi məsələ deyil, burada həm siyasi, həm iqtisadi, həm də digər böyük maraqlar var:
- İndi bütövlükdə dünyada pandemiya inkişaf edir, xəstəliklərə tutulanların sayında sürətlə artım müşahidə edilir. Hesab edirəm ki, pandemiya ancaq tibbi məsələ deyil, burada həm siyasi, həm iqtisadi, həm də böyük maraqlar var.
Azərbaycanda da yoluxma sayı artır və sözsüz ki, bu, böyük narahatlıq doğurur. Hesab edirəm ki, bunun səbəbi həm də karantin şərtlərinə əməl olunmamasından irəli gəlir.
Xalqımız karantin qaydalarına əməl etmədi, rayonlarımız işğaldan azad olunduqca insanlarımız ruhlandı, küçələrə çıxdı. Eləcədə müəyyən yığıncaqlar, tədbirlər təşkil edildi. Məhz bu kimi hallar infeksiyanın inkişafına şərait yaratdı. Odur ki, obyektiv şəraiti nəzərə almaq lazımdır.
Pandemiyanın sürətlə inkişaf etməsi, yoluxmaların sayında maksimal artım təkcə Azərbaycnla bağlı məsələ deyil. Bu, ümumilikdə dünya üçün xarakterikdir. Amma ümid edirəm ki, bunun da bir əlacı tapılacaq, biz bu ağır və riskli mərhələni geridə qoyacağıq.
- Yaqub müəllim, hazırda həkimlər karantin rejiminin sərtləşdirilməsinə dair müzakirələr aparırlar. Sizcə, buna ehtiyac varmı?
- Karantin rejimi sərtləşdirilməlidir. Lakin SMS sisteminin tətbiqi heç bir nəticə verməyəcək. Bunun əkstəsirləri olacaq. Əgər karantin rejiminin sərtləşdirilməsi deyiləndə SMS sisteminin tətbiqini nəzərdə tuturlarsa, mən bunun effekt verəcəyinə inanmıram. Sözsüz ki, başqa tədbirlər görülməlidir. Hesab edirəm ki, qoruyucu maskalardan istifadə gücləndirilməli, parklarda, kafelərdə, restoranlarda insanların toplaşmasına qarşı qəti tədbirlər görülməlidir. Həmçinin nəqliyyatdan istifadə məsələsi var. İctimai nəqliyyatda vətəndaşların istifdəsinə nəzarət olunmalıdır. Müəyyən belə vacib tədbirlər görmək olar. Amma başqa tədbirlərə ehtiyac olmayacaq.
- Azərbaycanda karantin rejimi sərt olduğu zaman gündəlik yoluxma min nəfərə çatmırdı. İndi yoluxma az qala 5 min nəfərə çatır. Elə qonşu Gürcüstanda və Ermənistanda da vəziyyət bizdən yaxşı deyil. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Əslində, indiki vəziyyət öncədən proqnozlaşdırılırdı. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarında qeyd edilirdi ki, payızda ikinci dalğa daha şiddətli olacaq. Müşahidələrə əsasən deyə bilərik ki, indi baş verənlər proqnoza tam uyğundur. Əlbəttə, payız fəslində havaların dəyişməsi ilə əlaqədar infeksional xəstəliklərin statistikasında artım olur. Müxtəlif növ qrup xəstəlikləri, soyuqlamalar bu fəsildə baş verir və şübhəsiz ki, bunun da pandemiyaya müəyyən təsirləri olur. Başqa sözlə, immunitet zəifləyir və imkan yaradır ki, patogen amillər, viruslar öz təsirlərini gücləndirsinlər və xəstəliklər inkişaf etsin. Yəni payız fəsli və sosial problemlər təsir edir ki, xəstəliklər geniş yayılsın. Odur ki, indi baş verənlərdə qanunauyğunluq var. Amma sözsüz ki, tədbirlərin görülməsinə də ehtiyac var.
- Sizcə, üçüncü dalğa gözləniləndir?
- İşlərin belə gedişatı göstərir ki, əgər vaksinasiya məsələsi reallaşmasa üçüncü dalğa yaşana bilər. İndi ən vacib məsələ koronavirusun vaksinin əldə edilməsidir.
- Son zamanlar həm də belə ehtimallar irəli sürülür ki, COVID-19 pandemiyası ABŞ prezidenti Donald Trampı hakimiyyətdən uzaqlaşdırmaq üçün hazırlanan ssenari olub. Reallıqda da bəlli olur ki, bu xəstəlik ən çox Amerikaya ziyan vurub. Real rəqəmlər də göstərir ki, həm yoluxma, həm ölüm, həm də böyük vəsaitin xərclənməsi və iqtisadiyyatın zəifləməsi baxımından ABŞ ən çox ziyan çəkən ölkədir. Siz bu iddiaları nə dərəcədə real sayırsınız?
- Mən hesab edirəm ki, koronavirus ancaq tibbi və bioloji məsələ deyil. Burada həm böyük iqtisadi, həm də siyasi problemlər var. Siz dedikləriniz də bunlardan biridir. Mən bunu istisna etmirəm. Gedən proseslər göstərir ki, bu işin ABŞ-dakı seçkilərə böyük təsiri olub və mümkündür ki, bundan sonra da olacaq.
- İndi müşahidə olunan və yüz minlərlə insanın ölümünə səbəb olan bu proses hansı ana qədər davam edə bilər?
- Mənim fikrimcə, peyvənd məsələsini həll edə, yəni bu infeksiyasının əlacını tapa bilsələr proseslər nisbətən səngiyəcək. Amma bunun üçün dünyada vaksin problemini həll etmək vacibdir. Bu baş versə, çətinliklər və pandemiya yaz aylarına qədər həllini tapar. Yox, əgər bu baş verməsə və koronavirusun ayrıca spesfik müalicə üsulu tapılmasa, o zaman proses uzana bilər.
- İndi koronavirusla bağlı gördüklərimiz ümumilikdə dünya səhiyyə strukturlarının böhran içində olduğunu göstərmirmi?
- Mən bu cür düşünmürəm.
- Ancaq fakt odur ki, az qala bir ilə yaxındır koronavirus tüğyan edir, amma vaksin problemi hələ həll edilməyib...
- Əslində müasir səhiyyə sistemi olmasaydı pandemiya daha böyük faciələrə gətirib çıxara bilərdi. Səhiyyə sisteminin əlində bu xəstəliyə qarşı spesfik müalicə üsulunun olmamasına baxmayaraq böyük tədbirlər həyata keçirildi və bunun sayəsində xəstəlik daha geniş vüsət almadı. Bu, çox mürəkkəb prosesdir. Səhiyyə sistemi də bunun içindədir. Əslində baş verənlər dünya müasir səhiyyə sisteminin nəyə qadir olduğunu göstərdi. Mən bunu çox yüksək qiymətləndirirəm və bütün səhiyyə sistemini günahlandırmaq ədalətsizlik olardı.
- Yaqub Məmmədovun özü pandemiyadan necə qorunur?
- Karantin rejiminin bütün tələblərinə əməl edirəm. Ehtiyac olmadığı halda evdən çıxmıram, işə getmirəm, qoruyucu maskadan istifadə edirəm, mağaza və ya aptekə gedəndə sosial məsafəni saxlayıram. Yəni bütün tələblərə əməl edirəm.
Həmçinin camaatımızı bu tələblərə əməl etməyə çağırıram. Səhiyyə təşkilatları, ölkə rəhbərliyi tərəfindən təklif olunan karantin və qorunma tədbirlərinə ciddi əməl etmələrini rica edirəm. Mən hesab edirəm ki, biz karantin qaydalarına əməl etməklə koronavirusla müharibədə qalib gələ biləcəyik.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək