15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rüstəm Behrudi: “Əgər deyilənlər həqiqətdirsə, onda Ramiz Mehdiyev bu xalqın düşmənlərindən biridir” - Müsahibə
Tarix: 02-09-2020 16:47 | Bölmə: Müsahibə

Tanınmış şair: “Azərbaycan dövlətçiliyi heç vaxt indiki qədər təhlükədə olmayıb. Bu proseslərdə Mehdiyevin rolu var. Əgər icra hakimiyyətləri onun göstərişi və təlimatı əsasında işləyibsə, vəziyyətin necə olduğu ortadadır. Rüşvət, korrupsiya əməlləri…”
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında başlayan qalmaqal və onun tənqidlərə cavabı müxtəlif aspektlərdən qiymətləndirilir.
Tanınmış şair Rüstəm Behrudi Reyting.az-a müsahibəsində yaranmış vəziyyətdən danışıb:
- Mən, Ramiz Mehdiyev deyilən şəxsi tanımamışam. Ancaq bildiyiniz kimi, mən yaşlı insanam, ömrümün bir hissəsi sovetlər zamanında keçib. Ramiz Mehdiyevi də hər zaman hakimiyyətdə görmüşəm. Mərkəzi Komitədə katib olub, rəhmətlik Heydər Əliyevin dövründə Prezident Aparatında işləyib, Prezident İlham Əliyevin dövründə də Prezident Administrasiyasında İcra Aparatına rəhbərlik edib.
Onu uzaqdan-uzağa tanıyıram. Mətbuatdan, deyilənlərdən belə anlaşılır ki, Mehdiyev ölkədə gedən demokratik proseslərin qarşısını kəsən adam olub. Mehdiyevi bu cür tanıyıram. Bilirəm ki, Azərbaycanda demokratikləşmənin, müstəqilliyin qarşısında dayanan adam olub. Mətbuatdan oxumuşam ki, icra başçıları, digər məmur və vəzifə sahibləri onun göstərişi və təklifi ilə irəli çəkilib. Elə onun tapşırıqlarını da həyata keçiriblər.
İndi Azərbaycandakı vəziyyəti görürsünüz. Mən açıq demişəm ki, Azərbaycan dövlətçiliyi heç vaxt indiki qədər təhlükədə olmayıb. Bu proseslərdə Mehdiyevin rolu var. Əgər icra hakimiyyətləri onun göstərişi və təlimatı əsasında işləyibsə, vəziyyətin necə olduğu ortadadır. Rüşvət, korrupsiya əməlləri… Başqa sözlə, onun təqdimatı ilə təyin edilən icra başçıları bizim əleyhimizə gedən adamlardır. Bu halda Mehdiyev haqqında nə danışmaq olar? Ancaq onu şəxsən tanımıram.
- Bəzən iddia edilir ki, Ramiz Mehdiyev həm də türkçülüyə qarşı mövqeyi ilə seçilib. Bu mövqeyini açıq ifadə etməsə də, addımları ilə bu istiqamətdə ciddi zərbələr vurub...
- Türkçülüyə qarşı olan bütün hərəkətlər namərdlikdir. Əgər deyilənlər həqiqətdirsə, onda Mehdiyev bu xalqın düşmənlərindən biridir. Azərbaycanda türk və türkçülüyə qarşı olan insanların əksəriyyəti faktiki “Beşinci kolon”dur. Əgər bu adamların başında Mehdiyev dayanırsa, bağışlanılası adam deyil.
Ancaq bu məsələdə gülməli hallar da var. Məsələn, bir vaxtlar Ramiz Mehdiyevin təqdimatı ilə vəzifə tutanlar, hakim partiyada mövqe sahibi olanlar bu günün onun əleyhinə danışırlar. Məncə, bu, çox qəribə və ağrıdıcıdır. Kişinin bir sifəti olar. Bütün Azərbaycan bilir ki, bu şəxslərin hamısı ya Mehdiyevin təqdimatı, ya da məsləhəti ilə yüksək mövqelər tuta biliblər. Əks təqdirdə bu şəxslər kimdir ki?
Mən şairəm, həm də düşünürəm ki, şərin şər haqqında danışması əslində şərə heykəl qoymaqdır. Şərin tərəfində olan adamlar şəri tənqid edirlər. Başqa sözlə, Mehdiyevi bir çox hallarda elə onun özü kimi olan adamlar tnqid edirlər. Mehdiyevin yaratdığı icra strukturunun qayəsi də elə bundan ibarət olub ki, insanları üz-üzə qoysun. İndi özü də bu reallıqla qarşılaşmalı olub.
- Mehdiyev 30-ildən çox müddətdə yüksək vəzifədə çalışıb. Ancaq bir dəfə də olsun Türkiyəyə səfər etməyib. Sizcə, niyə?
- Yuxarıda qeyd etdim ki, bizim ömrümüzün mühüm bir dövrü onun hakimiyyəti altında keçib. Ən dəhşətlisi odur ki, belə yüksək post tutan adam ya Türkiyəyə bir dəfə səfər edib, ya da ümumiyyətlə etməyib. Türkçülüyə qarşı durmağın səbəblərini də araşdırmaq lazımdır ki, niyə belə mövqe tutublar?
Mən mətbuatdan oxudum ki, toyda Ramiz Mehdiyevin ətrafında əyləşənlərin çoxu erməni əsillilərdir. Azərbaycanda sözsüz ki, vəzifə sahibi olanların çoxu qarışıqdır. Mənim buna etirazım yoxdur. Ancaq biz ermənilərlə düşmənik, müharibə şəraitindəyik. Bunu hökmən nəzərə almaq lazımdır. Bu adamların dolayısı yolla türkə düşmənçiliyi rusla müttəfiqliyindən irəli gəlir.
Maraqlı bir fakt deyim. 1920-ci illərdə Türkiyənin özündə kommunist dünyagörüşü formalaşır və sol təmayüllülər hakimiyyətə gəlmək istəyirdi. O zaman türk jurnalist Leninin yanına gələrək Türkiyədə sosializm ideyasının yaranması və inkişafı mövzusunda müzakirə aparıb. Bu dövrü mətbuatda var və mən də oradan oxumuşam. Lenin jurnalistə deyir ki, nə qədər Türkiyədə olan bozqurd dağını, əsatiri millətin yaddaşından çıxarmasanız orada sosializm qura bilməzsiniz. Bu mənada demək istəyirəm ki, Azərbaycanda bizim türkçülük və turançılıqla bağlı fikirərimizi heç kəs silə, unutdura bilməz. Çünki bu, millətimizin yaddaşında min illərdir ki, kök salıb. Odur ki, yüzlərlə mehdiyevlər gəlib-getsə də, amma məqsədlərinə çata bilməyəcəklər.
Həm də bir nüansı qeyd etmək istəyirəm. Mühüm vəzifədə işləyən adamlar bizim düşmənimizdən medal alırsa, deməli, biz elə düşmənlə eyni səngərdə dayanmış oluruq. Sözsüz ki, düşməndən ənam alan şəxs onun qarşısında mütiyə çevrilir.
Bizim Rusiya ilə diplomatik münasibətlərimiz üzdə gözəl görünsə də, ruslar Ermənistana 400-500 tonlarla silah-sursat daşıyır. Və bizim məmurlar da Rusiyadan orden-medal alırsa, deməli, bu xəyanətdir.
- Ramiz Mehdiyev həm də yazılar yazır, onu tənqid edənlərə cavablar verir, öz fəaliyyətinin qüsursuz olduğunu nümayiş etdirməyə çalışır. Sizcə, bu hara qədər davam edəcək?
- Bu gün Azərbaycan mətbuatını Ramiz Mehdiyevlə iqtidarın savaş meydanına çevirmək əslində dövlətimizə ziyandır. Əgər bu adam vəzifədə olduğu zaman Azərbaycan dövlətçiliyinin maraqlarına işləməyibsə, cinayətləri olubsa, deməli, cinayət məsuliyyəti daşıyır. Hərəkət də bu istiqamətdə olmalıdır. Yoxsa, mətbuatı Mehdiyev və onu tənqid edənlərin döyüş meydanına çevirmək zərərlidir. Mən bütün hallarda dövlətin yanındayam. Dövlət bizim üçün müqəddəs anlayışdır.
A. YELMAROĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək