15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Adil Əliyev: “Ramiz Mehdiyev Azərbaycanı ən azı 30 il geriyə sürükləmək istəyir” - Müsahibə
Tarix: 02-09-2020 13:32 | Bölmə: Müsahibə / Slayd

Vitse-spiker deyir ki, AMEA prezidentinin ortaya qoyduğu nümunə itaətsizlikdir: “Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmağa çalışır”
Milli Məclisin vitse-spikeri Adil Əliyev növbəti dəfə AMEA prezidenti Ramiz Mehdiyevə qarşı ağır ittihamlarla çıxış edib.
Reyting.az A. Əliyevin Ovqat.com saytına müsahibəsini təqdim edir:
- Adil müəllim, məlumdur ki, Azərbaycan ictimaiyyəti Ramiz Mehdiyevin əleyhinə danışır. Akademik isə nədənsə yalnız bir neçə nəfərin adını çəkib, onlardan gileylənib. Həmin siyahıda sizin də adınız var. Sizcə, niyə o hesab edir ki, deputat Adil Əliyev akademik Ramiz Mehdiyevi tənqid etməməlidir?
- Əvvəla, ondan başlayım ki, mən bu barədə danışmaq istəmirdim. Sizin müsahibə təklifinizlə ona görə razılaşdım ki, bu adam dayanmadan ittihamlarını, yazılı açıqlamalarını davam etdirir. Onun bu ittihamları qarşısında susmaq isə başqa təəssüratlar yaradır.
Xaricə sığınmış müxaliflərdən biri mənim akademikə niyə cavab vermədiyimi dilə gətirir və öz aləmində karyerama kölgə salmaq istəyirdi. Mən də bütün bu amilləri nəzərə alaraq sizin təklifinizlə razılaşdım.
O ki qaldı sualınıza, bunu akademikin özündən soruşsanız, daha doğru olar. Mən bir deputat, Milli Məclisin sədr müavini, idmançı, bütün bu statuslarımdan öncə dövlətini sevən vətəndaş kimi ölkəmdə baş verən proseslərə həmişə münasibət bildirmişəm, bildirməliyəm də. Xalqından mandat almış biri olaraq bu, təkcə mənim şəxsi hüququm yox, həm də ictimai vəzifəmdir. Xalqın təmsilçisi olan hər bir millət vəkili siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalıdır. Mən də öz məsuliyyətini anlayan bir millət vəkili olaraq həm mənəvi, həm də qanuni vəzifəmi yerinə yetirirəm. Sözsüz ki, fikirlərim, hadisələrə münasibətim hansısa “akademik”lərin, “professor”ların xoşuna gəlməyə bilər. Mən onlar qarşısında yox, seçicilərim qarşısında məsuliyyət daşıyıram. Ölkədə gedən siyasi proseslər birbaşa seçicilərimin, dövlətimin, xalqımın maraqları ilə əlaqədardır. Belə məsələlərə laqeyd yanaşmaq millət vəkilinə yaraşmaz.
Ramiz Mehdiyevin onu tənqid edən millət vəkillərini hədəfə alması necə bir dövlət adamı olmasından xəbər verir. Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır...
- Amma deyir ki, adını sadaladığı adamlar ona böhtan atır və buna görə həmin şəxsləri məhkəməyə verə bilər...
- Kimisə məhkəməyə vermək və ya verməmək onun vətəndaşlıq hüququdur. Kimliyindən asılı olmayaraq, hər kəs bu hüquqdan istifadə edə bilər. Biz də onun bu hüququna hörmətlə yanaşmalıyıq. Ramiz Mehdiyevin bu sözləri adını sadaladığı şəxslərdən kimə şamil etdiyini deyə bilmərəm. Mən öz fikirlərimə cavabdehlik daşıyıram. Yəqin ki, mənim onun barəsində yazdığım facebook statusumu, mediaya verdiyim açıqlamaları siz də oxuyubsunuz. Mən orda hansı təhqiramiz ifadələri işlətmişəm? Demişəm ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir. Necə ki, Ümumdünya Səhiyyə Təşkilatının direktivlərinə uyğun olaraq ölmüş dədəsinə yas saxlaya bilməyən sadə vətəndaşlar bunu etməyə məcburdur. Özünü böyük dövlət xadimi sayan, mənəviyyatdan, əxlaqdan danışan, Qurandan, hədisdən sitat gətirib peyğəmbərlik eşqinə düşən Ramiz Mehdiyev mənim hansı fikrimlə razılaşmır? Axı, Azərbaycan Konstitusiyasına görə, biz hüquqi, demokratik dövlətin vətəndaşlarıyıq və bu cür dövlətlərdə heç kimin heç kimdən üstünlüyü yoxdur. Vəzifəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs qanun qarşısında eyni hüquqludur. Ramiz Mehdiyev isə, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada da sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.
Üstəlik, uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermədiyi kimi, əksinə, onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır. Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir. Təsadüfi deyil ki, hakimiyyət nümayəndələrinin xoş niyyətlə tutduğu iradı süngüylə qarşılayan akademik onları müxalifətlə müqayisə edir və üstünlüyü hakim zümrənin qanını içməyə hazır olanlara verir. Müxalifəti mənəviyyat əhli, öz komanda yoldaşlarını isə ikiüzlü, məkrli zümrə kimi tanıdır. Məncə, bu fikirləri səsləndirməzdən əvvəl o, öz siyasi mövqeyini müəyyənləşdirməli, açıq-aşkar müxalifətə keçməli idi. Hakimiyyət piramidasının ən yüksək mərtəbəsində oturub müxalifətdən daha müxalif mövqe tutanlar, xalq üçün itaətsizlik nümunəsi yaradanlar, Ramiz müəllim qüsura baxmasın, daha çox ikiüzlülük təsiri bağışlayır.
- Cəmiyyətdə belə bir fikir var ki, akademikin həmin siyahıda adını çəkdiyi adamlar onun sayəsində ortaya çıxanlardır. İddiaya görə, Ramiz Mehdiyev bu adamların adını çəkməklə keçmişlərini yada salmağa çalışıb...
- Nə demək istədiyinizi başa düşürəm. Amma əminliklə deyirəm ki, nə mənim, nə də yaxınlarımın yüksəlişində Ramiz Mehdiyevin zərrə qədər də rolu olmayıb. Əksinə, o, bütün milli qüvvələr kimi bizim də ayağımızın altını qazıb. Ümumiyyətlə, bu adamın işi-peşəsi mütərəqqi, dövlətə bağlı qüvvələri sıradan çıxarmaq idi. Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir. Bunu bizi yaxşı tanıyanlar gözəl bilirlər. Ramiz Mehdiyevin mənim yüksəlişimdə heç bir iddiası ola bilməz. Mən dövlətimə sadiq adamam və hər nə qazanmışamsa, Prezident İlham Əliyevin sayəsində qazanmışam.
Ramiz Mehdiyevin ətrafına topladığı qüvvələr hər kəsə bəllidir. Onların hansı prinsiplə işləməsi də, akademikin hansı kriteriyalara görə öz kadrlarını yüksəltdiyi də heç kimə sirr deyil. Təəssüf ki, mənim ictimai statusum çox şeyləri deməyə imkan vermir. Çünki qanunverici hakimiyyətin sədarətində təmsil olunuram. Məhkəmə hakimiyyətinə aid olan məsələlərə qarışmağım düz çıxmaz. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin əməlləri və çevrəsi barədə kifayət qədər informasiyaya malikdirlər. Zamanı gələndə onlar öz sözlərini deyəcəklər və təkzibolunmaz faktları bir-bir ortaya qoyacaqlar.
- Yeri gəlmişkən, eşitdiyimə görə, qardaşınız Məhərrəm Əliyevin BŞBPİ-nin rəisi vəzifəsindən uzaqlaşdırılmasında Ramiz Mehdiyevin xüsusi rolu olub...
- Bəli, Məhərrəm Əliyevin vəzifəsindən uzaqlaşdırılması ssenarisi Ramiz Mehdiyevin kabinetində cızılıb.
- Bəs indiyədək hüquq-mühafizə orqanları nəyi gözləyirlər? Ramiz Mehdiyev barədə ən ciddi ittihamlar irəli sürülür. Hətta özü də açıqlamasında bildirib ki, bəzi şəxslər məni dövlətə xəyanətdə ittiham edirlər. Sizcə, niyə hüquq-məhkəmə sistemi bu iddiaları əsas götürüb bu adam barəsində cinayət işi açmır?
- Elə məsələlər var ki, fərdilikdən çıxır və dövlətlərarası məsələyə çevrilir. Xüsusilə Ramiz Mehdiyev kimi hakimiyyət pramidasının ən yuxarı pillələrində təmsil olunmuş şəxslərlə bağlı məsələlərə istənilən dövlət təmkinlə yanaşır, onların öz səhvlərini başa düşüb tövbə etməsinə şərait yaradır. Bir də, indiki kritik məqamda həmin məsələlərin açılıb-ağardılması ciddi qalmaqallara yol aça bilər. Görünür, məhz bu səbəbdən də hüquq-məhkəmə sistemi ehtiyatla davranmağa üstünlük verir. Çünki Ramiz Mehdiyevin barəsində irəli sürülən ittihamların məhkəmə predmeti olması, özünün də dediyi kimi, qonşu dövlətlərlə münasibətlərin korlanmasına yol aça bilər. Məhz bu səbəbdən, belə məhkəmə prosesləri adətən tam məxfi aparılır. Görünən budur ki, akademik də bunun fərqindədir və AMEA-nın rəsmi saytını özünün şəxsi bloquna çevirməsi də, başqa dövlətlərin adını çəkib öz müdafiəsinə qoşmağa çalışması da bu arxayınçılığından irəli gəlir. Açığı, Azərbaycan dövləti bu amilləri nəzərə alıb, onu hörmətlə yola salmaq istəyirdi. Prezident İlham Əliyev akademikə dövlət mükafatı təqdim edərkən də əslində bu mesajı vermək istəyirdi. O isə keçmiş missiyasını əldən verməmək üçün iki ayağını bir başmağa dirədi. İddialara inansaq, Akademiyada otura-otura yenə özünə bağlı kadrları ölkənin əsas idarəçisi kimi qəbul edir, iclaslar keçirirdi. Dövlət də məcbur olub onunla danışıq tərzini qismən sərtləşdirdi. Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi.
- Niyə axı Ramiz Mehdiyevin əsl cinayəti ifşa olunmamalıdır? Rusiyadan bu qədər çəkinməyimizin səbəbi nədir? Xüsusilə Ramiz Mehdiyevin yazılı açıqlamalarının birində Azərbaycan hakimiyyətini Rusiya ilə təhdid etməsi fonunda bu sual daha çox maraq doğurur.
- Mən Azərbaycan dövlətinin kimdənsə çəkinib əsl həqiqətləri ortaya qoymaması fikriylə razı deyiləm. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev bu yaxınlarda Putinə zəng edib Ermənistanı silahlandırdığı üçün ona açıq-aşkar öz sərt iradını çatdırdı. Rəsmi Bakı bununla da kifayətlənmədi, Prezidentin Mətbuat Xidməti vasitəsilə həmin telefon danışığı barədə müfəssəl məlumatı ictimailəşdirdi. Ardınca Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya Müdafiə naziri Şoyqunun bu məsələ ilə bağlı açıqlamasını şübhə altına alan bəyanatla çıxış etdi. Təbii ki, rəsmi Bakı siz dediyiniz kimi kimdənsə ehtiyat etsəydi, bu addımları atmazdı. Məsələ burasındadır ki, dövlətçilik ənənələrindən doğan bəzi zəruri davranış qaydaları var. Müxalifətçilərdən, jurnalistlərdən fərqli olaraq, dövlət öz əsaslı şübhələrini dilə gətirməməli, əlindəki resurslardan istifadə edib bütün iddiaları araşdırmalı və yekun qərara gələndə ondan tələb olunan zəruri addımları atmalıdır.
- Gəlin, razılaşaq ki, Ramiz Mehdiyevin fəaliyyəti barədə kifayət qədər ittihamlar hələ illər öncə irəli sürülmüşdü. Xatırlayırsınızsa, Gülər Əhmədova qalmaqalında onun bəzi deputat namizədlərindən külli miqdarda rüşvət alması, hətta içərisi pul dolu diplomatı vintaçanla açdığı kimi iddialar səsləndirilmişdi. Amma nədənsə bu ittihamlar dövlət orqanları tərəfindən araşdırılmadı.
- Araşdırılmasına araşdırıldı. Amma cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq-mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir. Tarix boyu Azərbaycan kişisi qadınların taleyi müzakirə mövzusuna çevriləndə bir qayda olaraq öz sinəsini qabağa verib onları qoruyub. Hətta ən cinayətkar məxluqlar belə bu yazılmamış qanuna sədaqət göstəriblər. Özünə akademik deyən, xalqa dini kəlamlardan moizə oxuyan elm xadimi gərək bu məsələdə daha həssas ola...
- Moizə demişkən, Ramiz Mehdiyevin yazılı açıqlamalarında tez-tez dini kəlamlara müracət etməsini necə qiymətləndirirsiniz? Mən bilən onun ilahiyyat təhsili yoxdur. Əksinə, ilk alimlik dərəcələrini, səhv etmirəmsə, elmi kommunizmdən alıb...
- Akademikin əleyhdarlarına verdiyi yazılı açıqlamalarında dini motivlərə istinad etməsi mənə də qəribə gəldi. Dediyiniz kimi, bu adamın elmi araşdırmaları ateist nəzəriyyələrlə bağlı olub. Uzun illər Azərbaycan Dövlət Universitetində elmi kommunizmdən “moizələr” oxuyub. 82 yaşında isə birdən-birə dindarlaşıb. Quran, yaşından asılı olmayaraq, hər kəsə tövbə etmək haqqı verir. Ramiz Mehdiyevin də, təbii ki, bu haqqı var. Amma tövbə edən şəxs gərək bu günə qədər etdiyi bəd əməllərinin nəticələrini aradan qaldıra. Bunu etmədən insanın tövbəsi qəbul olunmaz. Ramiz Mehdiyev niyə tövbə edir, bilirsiniz? Çünki 25 ildir əyləşdiyi kreslosunu əldən buraxmaq istəmir. Bir növ Allahın kəlamlarının arxasında gizlənib cəmiyyəti uçuruma sürükləmək siyasətini davam etdirməyə çalışır. Sitat gətirdiyi ayə isə Rəd surəsinin 11-ci ayəsidir. Orda bir qövmün özünü dəyişdirməsə, halının dəyişilməyəcəyindən söhbət gedir. Bu ayənin ruhu Ramiz Mehdiyevin arzu və istəkləriylə ziddiyyət təşkil edir. Çünki Ramiz Mehdiyev Azərbaycanı keçmiş sovet sistemində olduğu kimi idarə etmək arzusundadır. Yəni cəmiyyəti ən azı 30 il geriyə sürükləmək, yerində saydırmaq istəyir, amma “Öz”ün, mahiyyətin dəyişilməsindən danışır.
Bilirsinizmi, bu nəyə bənzəyir? Vaxtilə Həzrət Əliyə qarşı döyüşən Müaviyə ordusu məğlub olduğunu görəndə nizələrinə Quran taxıb imamın əsgərlərinin qarşısına çıxmışdı. Bununla da qarşı tərəfin dini duyğularını istismar edərək canlarını qurtarmışdılar. 82 yaşına qədər elmi-ateizmin ən öndə gedən təbliğatçının indi Qurandan ayə gətirməsi adama bu səhnəni xatırladır. Halbuki, o, Marksdan, Engelsdən də sitat gətirə bilər və daha səmimi görünərdi. Yeri gələndə Marks da, Engels də bəşəriyyətin yetişdirdiyi böyük dahilərdəndir və dünyanın bir çox yerlərində, hətta kapitalizm sistemində onların fikirləri ciddi mənbə kimi qəbul olunur. Ramiz Mehdiyev isə nədənsə bu dahi şəxsiyyətlərə deyil, dini motivlərə istinad edərək özünü qorumağa üstünlük verir. Bununla həm də tövbəli olduğunu göstərmək istəyir. Mən də Ramiz müəllimə elə Qurandan bir hekayəni xatırlatmaq istəyirəm. Müqəddəs kitabımızda deyilir ki, firon dənizdə boğularkən tövbə edir. Amma Allah onun tövbəsini qəbul etmir. Çünki son nəfəsdə edilən tövbələr qəbul olunmaz. Sən əgər bu günə qədərki səhvlərini və onların nəticələrini düzəltmək imkanına sahib deyilsənsə, etdiyin tövbənin nə mənası var? Ramiz Mehdiyev son 25 ildə Azərbaycan xalqına vurduğu zərərləri necə kompensasiya etmək istəyir - siyasi hakimiyyətə itaətsizliyi iləmi? Yoxsa Elmlər Akademiyasının elmi məcmuəsi kimi tanınan bir saytı özünün siyasi mülahizələrinin tirajlandığı şəxsi bloq səhifəsinə çevirməkləmi? Yeri gəlmişkən, AMEA-nın rəsmi saytında siyasi açıqlamalar verməyin özü də bir cinayətdir, qanun-qayda tanımamaq deməkdir. Ramiz Mehdiyev qanunlara itaətsizliyini bu sahədə də davam etdirir.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək