15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır” - Müsahibə
Tarix: 23-08-2020 18:04 | Bölmə: Müsahibə / Slayd

Bədrəddin Quliyev: “Dövlətdə təmsil olunan qüvvələrlə milli qüvvələr islahatlar aparmalı, ölkədə demokratik proseslərə start verilməli, hətta hakim partiyada da milli qüvvələr irəli çəkilməlidir”
Azərbaycan və Türkiyə ordusunun ölkəmizdə keçirdiyi birgə hərbi təlimlər artıq başa çatıb. Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində deyib ki, iyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətində təcavüz cəhdindən sonra ölkəmizdəki “Beşinci kolon” aranı qarışdıraraq dövlət çevrilişi etmək niyyətində olub. Partiya sədrinin sözlərinə görə, Türkiyənin 11 min nəfərlik ordu ilə ölkəmizdə təlimlərə başlaması Azərbaycan üçün həm də bu baxımdan əhəmiyyətlidir:
- Aydındır ki, ermənilərin Rusiyanın dəstəyi ilə təxribatı, Azərbaycan daxilində “Beşinci kolon”un niyyətləri həm də ona hesablanırdı ki, kommunikasiya xətlərinə nəzarəti ələ keçirsinlər. Amma unutmayaq ki, Azərbaycanın yerləşdiyi coğrafiya türk dünyasının körpüsüdür. Bütün kommunikasiya xətləri, Rusiyadan yan keçən dəmir yolu, neft-qaz kəmərləri, ticarət yolları buradan keçir.
Sözsüz ki, son illər əldə etdiyi nailiyyətlər, beynəlxalq siyasətdə oynadığı rol ilə Türkiyə də önə çıxıb. Azərbaycan və Türkiyə arasındakı yaxınlıq müəyyən mənada Qarabağ probleminin həlli, Rusiyanın bölgədən çıxarılması deməkdir. Rusiya da bunun qarşısını almaq üçün ermənilərin əli ilə təxribat törətdi. Bununla yanaşı, Azərbaycanın daxilindəki satqınlarla çevriliş etmək niyyətləri də var idi. Başqa sözlə, erməni təxribatı ilə ölkə daxilində gərginlik yaratmaq, insanlarda narazılığı artırmaq və paralel olaraq ölkə daxilində agentura şəbəkəsinin milli dövlətə və sistemə qarşı təhdidi... Təxribatlara gedilsə də, onun qarşısı alındı. Belə bir mürəkkəb vəziyyətdə türk ordusu birgə təlimlər üçün Azərbaycana gəldi.
100 il əvvəl Bakıda, Naxçıvanda və digər ərazilərimizdə erməni və rusların törətdikləri qırğınların qarşısını türk ordusu aldığı və Azərbaycan dövlətini qurduğu kimi, indi də eyni təhlükə səbəbindən ölkəmizdədir.
Artıq təlimlər başa çatıb. Buna paralel olaraq, əvvəlcədən planlaşdırılsa da, dəniz oyunlarının keçirilməsi üçün Bakı buxtasına rus gəmiləri gəldi. Amma bu gəmilərin qarşılanması zamanı onların ayaqları altına xalıların salınmasına, gül-çiçəklə qarşılanmasına ehtiyac yox idi. Qənaətimcə, bu onu göstərirdi ki, daxildəki Rusiyameylli qüvvələr Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında maraqlı deyillər. Onlar bilirlər ki, bu yaxınlaşma son anda Rusiyanın regionda təsirinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də, ölkəmizdəki “Beşinci kolon” öz maraqları naminə qanı-qanımızdan olmayanlara nökərçilik etməyə hazırdırlar. Korrupsiya və sistem bunların əlində olub. Onlar ölkədə milli dövlətçiliyin qurulmasına böyük maneələr yaradıblar, inkişafa imkan verməyiblər. Satqınların rus hərbi gəmilərini Bakıda toy-bayramla qarşılamaları da bunu göstərirdi.
- Cəmiyyətdə türk ordusunun Azərbaycanda yerləşdirilməsi haqda təklif və fikirlər səslənir. Buna münasibətiniz necədir?
- Əvvəla qeyd edim ki, Türkiyə və Azərbaycan arasında strateji hərbi ittifaq müqaviləsi yoxdur. Hərbi əməkdaşlıq ayrı, hərbi ittifaq içində olmaq isə tam ayrı məsələdir. Əslində Hərbi doktrinamızda başqa ölkələrin ordusunun Azərbaycanda yerləşdirilməsinə dair maddə yoxdur.
Yeri gəlmişkən, ermənilər bizim 20 faiz ərazimizi işğal edib, hazırda müharibə şəraitindəyik. Hətta düşmənlərimiz dövlət səhəddində Azərbaycana qarşı təxribatçı addımlar atır. Baxmayaraq ki, belə vəziyyətdə beynəlxalq hüquq bizə imkan verir ki, təhlükəni sərhədlərimizdən 20-30 kilometr məsafədə uzaqlaşdıraq. Müharibə aparan dövlətin isə hərbi müttəfiqi olmalıdır. Məncə, Hərbi doktrinamızda dəyişiklik edilməlidir. Eləcə də Milli Təhlükəsizlik Konsepsiyasına əlavələr ola bilər.
1918-ci ildə türk ordusu bizi düşmənlərimizdən xilas edib, yaratdığımz dövlətin qarantı olub. Bu gün də həmin ordunun bura gəlməsi bizim gücümüzə güc qatır.
Vaxtı ilə Nuru Paşanı xainlərin əli ilə tutaraq ingilislərə təhvil verdilər. Nəsib bəy, Əhməd bəy və digər ləyaqətli insanların sayəsində Nuru Paşa Batum türməsindən qaçırıldı. Millətimizi qoruyan, onu ermənilərdən xilas edənləri bu millətin qanını içənlər daima satıb. İçimizdə olan əlheydər qarayevlərin, çingiz ildırımların, nəriman nərimanovların, bünyad sərdarovların davamçıları və töküntüləri indi də eyni məqsədə xidmət edirlər. Belə satqınların sayəsində Azərbaycan hər zaman torpaq itirib. Cümhuriyyət qurulduqdan sonra da İrəvandan başlayaraq itirə-itirə gəlmişik. Çünki vahid dövlət olmamışıq, müttəfiqimiz olmayıb, dövlətçilik ənənələri, milli kadrlar olmayıb. Bu səbəbdən də milli dövlət qura bilməmişik.
Qafqazda böyük ərazidə azərbaycan türkləri yaşayıb. Cümhuriyyət elan olunanda bizim 114 min kvadrat kilometr ərazimiz qalmışdı. İrəvan başda olmaqla 9 min kvadrat kilometrlik ərazi ermənilərə qalmışdı. Bu ərazilər onlara 100 illik müddətə verilmişdi və onlar da bəyan etmişdi ki, əraziləri əldə etdikdən sonra qırğınları dayandıracaqlar. Amma buna baxmayaraq ABŞ başda olmaqla, rus da, fransız da, ingilis də bu regionda türkə qarşı oldular, türk dünyasını dağıtdılar. İndi türklər yenidən bölgəyə gəliblər və rusun nökərləri bundan ciddi narahat olublar, ortaya SSRİ-nin bərpası ideyasını atırlar.
Lakin Azərrbaycan-Türkiyə münasibətləri hərbi müttəfiqlik haqqında sazişlə güclənəcək. Həmçinin bu, digər türk dövlətləri üçün nümunə olacaq.
Türkiyə NATO üzvü, demokratik dövlətdir. Açığı, yaxın 2-3 il ərzində prosesləri sürətlə aparmalıyıq, əks halda indi əlimizdəki vasitələr 3 ildən sonra təsirli olmayacaq. Biz yeni proseslərə hazır olmalı, daxildən birləşməli, müttəfiqlərimizi müəyyən etməliyik.
- Amma Belarusun timsalında SSRİ-nin bərpası ideyası ciddi formada iflasa uğrayır...
- Bəli, ilk olaraq Kremlin özü Belarusda vəziyyəti gərginləşdirdi. Diqqətlə baxın, indi Belarus xalqı meydana milli bayraq və simvollarla çıxır. Milli bayraqla ortaya çıxmaq, müəyyən tələblər səsləndirmək prosesində ola bilsin ki, Lukaşenkonun özünün də əli var. Bir müddətdən sonra görəcəksiniz ki, Lukaşenko mövcud bayraqdan imtina edərək milli bayrağı qaldıracaq, konstitusiya dəyişikliklərinə gedəcək. Bir sözlə, rusun qurduğu oyunlar öz başında çatlayacaq. Elə bizim ölkəmizdə də öz nökərləri vasitəsilə təxribata cəhd etdilər.
Açı həqiqət budur ki, biz müstəqillik əldə etdikdən sonra hakimiyyət uğrunda mübarizə aparmışıq, amma torpaqlarımız uğrunda mübarizə aparmamışıq. Ən böyük səhvimiz odur ki, milli hədəflər, milli dövlət uğrunda deyil, hakimiyyət uğrunda mübarizə apardıq. Və hakimiyyət uğrunda mübarizə aparanların əksəriyyəti də rusun agentləri olub. Təsəvvür edin ki, gəmi gələn kimi qabağında oynayırlar. Hələ demirəm ki, Bakının limanı Ələt limanıdır və Bakı buxtası faktiki işləmir. Amma bunlar hərbi gəmilərin Bakı buxtasına yön almasına səbəb olublar...
Mən iqtidar və müxalifətdə olmasından asılı olmayaraq milli qüvvələri bir yerdə olmağa dəvət edirəm. Hesab edirəm ki, Türkiyə ilə əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaq lazımdır.
Səhv etmirəmsə Azərbaycan dövlət başçısının sentyabr ayında Türkiyəyə səfəri olacaq. Çox arzu edərdim ki, 15 Sentyabrı - Bakının işğaldan azad olunmasını Qələbə Günü kimi qeyd edək. Əminəm ki, məhz sentyabrda Türkiyə ilə ciddi əlaqələrin qurulmasının şahidi olacağıq.
Baxın, rus gəmiləri Bakıya gəlir və az sonra Ramiz Mehdiyev evində toy məclisi qurdurur. Hamı da bilir ki, Mehdiyev hakimiyyətdə olduğu dövrdə türk olmayanları hakimiyyətə gətirib, dövlətçilik yolunda olan şəxsləri sıxışdırıb. İndi də toy məclisi qurdurur, orada siyasi söhbətlər edilir.
- Amma buna görə məhkəmə Mehdiyevin yaxınlarını və toya gedən qonaqları cəzalandırdı...
- Görün toyda kimlər iştirak edib? Sabiq nazir, rektor və deputatlar... Bunlar sanki güc göstərirlər. Hələ ümid edirlər ki, Mehdiyevin şəbəkəsi ilə bunlar bəlkə nəsə etdilər.
Fətulla Gülən bəzən bir geyim geyinər və beləcə mesaj verərdi. Yəni bu gün biz burada toy ediriksə, kimlər üçünsə yas ola bilər - bu mesajı verirdilər? Hesab edirəm ki, milli qüvvələr, hakimiyyətdə olan şəxslər bu məsələdə ayıq-sayıq olmalıdır.
Qanun hamı üçün eynidir. Əslində bunu təşkil edənlərə 15 sutka inzibati həbs vermək azdır. Bunlar mənəm-mənəmlik edirlər. Hesab edirəm ki, 15 gün içərisində onların maskaları yırtılacaq. Amma satqınlara qarşı hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, milli qüvvələr bir yerdə olmalıdır və olacaq da.
- Türkiyənin regionda və dünyada nüfuzunun artacağı, bir sıra güc mərkəzlərinin onunla hesablaşmağa məcbur olacağını bildirirsiniz. Bunu hansı arqumentlərlə sübut edə bilərsiniz?
- İndiyə qədər Türkiyənin neft və qaza böyük təlabatı var idi. İndi vəziyyət dəyişib, Türkiyə Qara dənizdə 320 milyard kubametrlik qaz yatağı tapıb. Bu, ilkin kəşfdir. Yatağın dərinlikləri var və 3 min metrlikdə ümumi ehtiyatlar azı 3,4 trilyard kubametrdir. Bu, çox ciddi faktordur.
Türkiyə tapdığı qaz yatağını 2-3 ilə istifadəyə verəcək. Türkiyə ildə Rusiyadan 16 milyard kubametr qaz alırdı. Daha almayacaq. Beləcə, Rusiyadan asılılığı aşağı düşür. Eləcə də, Rusiyanın enerji daşıyıcıları alətindən istifadə edərək Avropaya təzyiq imkanları məhdudlaşır. Belə olan halda Rusiya çalışacaq ki, Qərblə oyunlara gedib İranı qurban versin, özü vəziyyətdən çıxsın. Türkiyə isə əksinə, güclənir. Belə bir vaxtda daxilimizdəki xainlər sona qədər rusa xidmət etmək, Türkiyə ilə yaxınlaşmağımıza mane olmağa çalışırlar. Bunlar çingiz ildırımların nəvələridir. Amma daha onların oyunları bitdi, qara niyyətlərini reallaşdıra bilməyəcəklər.
Xalça salanlara da sözüm odur ki, artıq bu ölkədə milli qüvvələr bir yerdə olacaq. Mənim də arzum budur ki, xalça salıb rus gəmilərini qarşılayanlar ömür boyu xalça yumaqla məşğul olsunlar.
Geopolitik şərtlər, regiondakı proseslər dəyişir. Biz həm milli, həm də digər problemlərin həlli baxımından türk dünyası, Türkiyə ilə bir yerdə olmalıyıq. Hesab edirəm ki, xəyanətkarlar bunun qarşısını almaq üçün təxribatlar törətməyə çalışacaqlar. Anlamırlar ki, Rusiyanın Xabarovski vilayətində qalxınma var, Başqırdıstanda etirazlar müşahidə olunur. Bir sözlə, Rusiya özü getdikcə zəifləyir. Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalı, ölkə daxilində milli qüvvələrlə ciddi iş aparılmalıdır. Milli qüvvələr də millətin və dövlətin yanında olmağı bacarmalıdırlar.
- Milli qüvvələrlə hakimiyyət arasında münasibətlər necə qurulmalıdır?
- Artıq bir müddətdir ki, dialoq başlayıb. Hesab edirəm ki, dövlətdə təmsil olunan qüvvələrlə milli qüvvələr islahatlar aparmalıdır. Xain qüvvələri zərərləşdirdikdən sonra ölkəmizin imicinə diqqət etməli, demokratik proseslərə start verilməlidir. Parlament üsul-idarəsinə keçid etmək, xainləri prosesdən kənarda qoymaq lazımdır.
Ramiz Mehdiyevin qurduğu toy məclisi göstərdi ki, hətta hakim Yeni Azərbaycan Partiyasında da milli qüvvələr irəli çəkilməlidir. Ölkəmizin güclənməsi üçün bizim güclü müttəfiqimiz olmalı, təzyiqlərə tab gətirmək üçün bir yerdə olmalı və demokratik imicimiz haqqında düşünməliyik. Ümumiyyətlə, demokratiya və güc amilini nəzərə alaraq milli qüvvələr bir yerdə olmalı, dünyada öz yerimizi tapmalıyıq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək