15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ziyafət Əsgərov: “İslahatlarla yanaşı cəza da olmalıdır” - Müsahibə
Tarix: 01-06-2020 10:21 | Bölmə: Müsahibə / Slayd

Milli Məclisin komitə sədri: “Əgər məmur institusional islahatları qəbul etmirsə, bu halda cəzalanmalıdır. Yəni bu iki proses paralel aparılmalıdır”
Son vaxtlar Azərbaycanda nazir müavini və bir neçə icra başçısının korrupsiya və rüşvətxorluq ittihamı ilə həbs edilməsi cəmiyyətdə böyük dəstək qazandı. Hətta bəzi rayon sakinləri sosial şəbəkələr vasitəsilə ölkə başçısına çağırış etdi ki, yaşadıqları bölgələrdə də belə əməliyyatlar keçirilsin.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Reyting.az-a müsahibəsində deyib ki, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə islahatlarla paralel aparılmayanda effekt vermir.
- Ziyafət müəllim, son dövrlər ölkəmizdə korrupsiya və rüşvətə qarşı sərt tədbirlərin şahidi oluruq. Bu tədbirləri peşəkar hüquqşünas kimi necə qiymətləndirirsiniz?
- Aparılan siyasəti dəstəkləyirəm. Bildirim ki, 1969-cu ildə Ulu öndər hakimiyyətə gələndə onun ilk atdığı addımlardan biri korrupsiyaya qarşı mübarizə idi. Yəni bu siyasətin əsası o zamandan qoyulub.
Xatırlayıram, Ulu öndərin dəstəyi ilə “İstintaq” filmi çəkildi. Bu film Sovet İttifqında böyük əks-səda doğurmuşdu. Hətta Ulu öndərə digər müttəfiq respublikaların birinci katibləri zəng edib deyirdilər ki, siz necə cəsarətlə film çəkmisiniz. Əslində Ulu öndər göstərdi ki, cəmiyyətdə belə bir problem var və buna qarşı mübarizə aparmaq lazımdır.
Bu gün də korrupsiya və rüşvətə qarşı mübarizə aparılır və mütləq aparılmalıdır. Çünki korrupsiya ən ağır cinayətlərdən biridir. Həm də ona görə ki, “metastaz” verir, cəmiyyəti içindən yeyir, dövləti içəridən sarsıdır. Odur ki, bu bəlaya qarşı çox ciddi mübarizə aparılmalıdır. Bu mənada cənab Prezidentin bu siyasətini birmənalı dəstəkləyirik. Hesab edirəm ki, bu siyasət davam etdirilməlidir.
- Siz təcrübəli hüquqşünassınız, necə düşünürsünüz, həbslərlə korrupsiyanın qarşısını almaq və effektiv nəticə əldə etmək mümkündürmü?
- Diqqət edin, cənab Prezident dəfələrlə xəbərdarlıq edirdi. Bir dəfə, iki dəfə, üç dəfə... Yəni cənab Prezident çalışdı ki, bu məsələni islahatlar yolu ilə həll etsin. Yeri gəlmişkən qeyd edim ki, islahatlar yolu ilə effektiv nəticələr əldə olundu. Məsələn, “ASAN Xidmət”in yaradılması milyonlarla insanda məmnunluq yaratdı. Hazırda “Dost” mərkəzləri açılır. Amma deyirsən, xəbərdarlıq edirsən... Lakin düşünülür ki, belə də davam edəcək. Bu mənada institusional islahatlarla yanaşı cəza da olmalıdır. Bəs Cinayət Məcəlləsi nə üçündür? Cinayət Məcəlləsində rüşvət və korrupsiyaya qarşı xüsusi maddələr var. Əgər məmur, vətəndaş institusional islahatları qəbul etmirsə, bu halda onu cəza gözləyir. Sözümün mahiyyəti odur ki, bu iki proses paralel getməlidir. Paralel getməyəndə effekt vermir. Əlbəttə, bununla yanaşı maarifləndirmə də aparılmalıdır və bu da vacibdir.
- Arqumentlərinizi inkişaf etdirə bilərsinizmi...
- Biz deyirik ki, hüquqi dövlət qururuq. Hüquqi dövlət nədən başlayır? Mənim qənaətimcə, hüquqi dövlət uşaq bağçasından başlayır. Uşağ bağçası dedikdə, mən təlim-tərbiyə məsələsinə vurğu edirəm. Uşaq bağçası, daha sonra məktəb. Biz uşaqlarımızı dövlətçilik təfəkkürü ilə tərbiyə etməliyik. Baxın, hüquqi maarifləndirmə, hüquqi tərbiyə, hüquqi mədəniyyət və hüququn aliliyi. Görürsünüz, son nəticədə gəlib hüququn aliliyinə çatılır. Son məqsəddə biz buna nail olmaq istəyirik ki, cəmiyyətdə insanlar hüququn aliliyini qəbul etsinlər. Belə olduğu təqdirdə müzakirə etdiyimiz problemlərin ortaya çıxmasına əsas qalmayacaq. Yəni nə rüşvətə yer olacaq, nə də korrupsiyaya.
Hüquqi dövlət sadəcə, elmi konsepsiya deyil. Bu konstitusiyada təsbit olunan normativ prinsipdir. Odur ki, bu tərbiyə uşaq bağçasından, məktəbdən başlamalıdır. İnsanlar maarifləndikcə onların hüququ mədəniyyəti artır. Hüquqi mədəniyyət artdıqca belə halların kökü kəsiləcək.
- 2018-ci ildən başlayaraq gənclər yüksək vəzifələrə irəli çəkilir, müxtəlif təyinatlar olur. Siz, kadr dəyişiklikləri və dövlət idarəçiliyində gəncləşməyə necə baxırsınız?
- Gənclərin irəli çəkilməsini alqışlayıram. Bu, tamamilə doğrudur. Çünki yeni dövr, yeni idarəetmə texnologiyalarını gənclər daha yaxşı qavraya bilirlər. Bəzən təcrübə məsələsini qabardırlar. Bilirsinizmi, gənc bu təcrübəni harada qazanmalıdır? Gərək işləsin və bunun nəticəsində təcrübə qazansın. Odur ki, buna normal yanaşmaq lazımdır. İşləyib təcrübə qazancaqlar.
- Sizcə, kadr dəyişikliyi əslində idarəçilikdə nəsl dəyişikliyinin baş verdiyini göstərmirmi?
- Mənim fikrimcə, burada nəsilləri üz-üzə qoymaq düzgün deyil. Cənab Prezident də dəfələrlə vurğulayıb ki, gənclərin enerjisi, onların müasir idarəetmə metodlarını daha yaxşı mənimsəməsi ilə paralel yaşlı və orta nəsillərin təcrübəsinin birləşməsi vacibdir. Bunlar bir-birini tamamlamalıdır. Siyasət də bu istiqamətdə gedir.
- Korrupsiya və rüşvətdən əl çəkməyən məmurlar, buna görə cəzalandırılan şəxslər hər hansı bir problem və ya təhdid yarada bilərlərmi?
- Azərbaycan o vəziyyətdə deyil ki, kimsə ona təhdid yarada bilsin. Azərbaycan çox güclü dövlətdir, bizim çox güclü iradəsi olan Prezidentimiz var və heç kim də bizə təhdid yarada bilməz. Əgər dövlət korrupsiyaya qarşı mübarizə aparırsa biz niyə təhdid olunmalıyıq? Buraxmalıyıq başlı-başına? Belə olması mümkün deyil. Xalq Prezidentin bu siyasətini dəstəkləyir. Xalqımız Prezidentin yanındadırsa, Xalq-Prezident birliyi möhkəmdirsə, vəhdət varsa, bunun qarşısında heç bir maneə ola bilməz. Siz də daima cəmiyyətin müxtəlif təbəqələri ilə ünsiyyətdə olursunuz. Görün, bir nəfər Prezidentin apardığı bu siyasətə qarşı çıxış edirmi, narazı olan varmı?
- Yoxdur...
- Əlbəttə. Əksinə, Prezidentə güclü ictimai dəstək var. Rüşvətxoru, korrupsioneri kim müdafiə edər? Heç kim. Hesab edirəm ki, Prezidentin bu istiqamətdə apardığı siyasət, görülən tədbirlər xalq tərəfindən birmənalı dəstəklənir və belə də olmalıdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək