15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputatlığa namizəd: “Mənim üçün Qarabağsız Azərbaycan yoxdur” - Müsahibə
Tarix: 21-01-2020 14:10 | Bölmə: Müsahibə

Zaur Əhməd deyir ki, seçkiyə haram qatılmasa, 120 saylı Cəbrayıl-Qubadlı dairəsində qalib olacaq
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Zaur Əhməd oğlu Məmmədov (Zaur Əhməd) Reyting.az-ın suallarını cavablandırır.
Həmin müsahibəni təqdim edirik:
- Zaur bəy, Sumqayıtda yaşasanız da, deputatlığa namizədliyinizi 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsini vermisiniz. Niyə məhz bu dairə?
- Mən əslən Cəbrayıl rayonundanam, atam da, anam da Cəbrayılın Hacılı kəndində anadan olublar. Doğum haqqında şəhadətnaməmdə Sumqayıt yazılsa da, mən özüm də Cəbrayılda dünyaya gəlmişəm. Sumqayıtda böyüsəm də, ürəyim hər zaman Cəbrayılda olub. Hətta uşaqlıq arzularım, gələcək iş yerimi də Cəbrayılda düşünürdüm.
Mən bu dairədən bir dəfə də deputatlığa namizədliyimi irəli sürmüşdüm. 2010-cu ildə keçirilən parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürsəm də, o vaxtkı deputatla rayon rəhbərliyi mənim namizədliyimin qeydə alınmasına imkan vermədilər. Yəni, bu dairə mənə yad deyil, eyni zamanda, mən də onlar üçün yad deyiləm.
Cəbrayıl adı olan tədbirlərin əksəriyyətində iştirak eləmişəm. Hansısa problem olanda da jurnalist kimi özümü kənarda qoymamışam.
- Artıq seçicilərlə görüşlərə başlamısınız. Onları narahat edən başlıca problemlər nədir və Sizin bu problemləri aradan qaldırmaq üçün hansı layihə və ya proqramlarınız var?
- Təbliğat-təşviqat kampaniyasına start veriləndən bəri görüşlərimiz başlayıb. Əslində imzatoplama kampaniyası dövründə seçicilərlə təmaslarım başlamışdı. Onlara millət vəkili olmaq istədiyimi bəyan edəndə ilk sözləri bu olurdu ki, bizim heç vaxt deputatımız olmayıb, bizə deputat nə edəcək ki? Mən isə ilk növbədə onlara Milli Məclisin funksiyaları, deputatın səlahiyyətləri və vəzifələrinin nədən ibarət olduğunu dedim. Üstəlik, onlara əsl deputatın necə olmasını izah elədim və inandırmağa çalışdım ki, millət vəkili sizin sözünüzü deməlidir. Əgər siz seçkiyə getməsəniz, sizin adınızla kimlərsə saxta yolla deputat seçilsə, o zaman həmin adam onu seçdirənlərə xidmət edəcək, sizə yox.
Mənə elə gəlir ki, söhbət edə bildiyim insanları inandıra bilmişəm. Ən azı onların seçkiyə gələcəyinə inanıram. Öncə insanlarda seçkiyə inamı bərpa etmək lazımdır. Seçici onun səsinin nəyisə dəyişmədiyini düşünür.
Mən bu yola inanaraq çıxmışam. Öncə özüm inandım. Sonra ətrafımdakıları inandıra bildim, artıq görüşdüyüm insanlarda inam yarada bilmişəm.
Doğrudur, hələ də seçkiyə inanmayanlar var, amma onlar da 9 fevraldakı qələbəmdən sonra seçkiyə inanacaq. Çünki bu dairənin qalibi mənəm.
- Bu qədər əminlik hardandır?
- Cəbrayılda kifayət qədər nüfuza sahib olan şəxslər məni dəstəklədiklərini bildiriblər. İstər fərdi görüşlərdə, istər kütləvi tədbirlərimizdə, istərsə də sosial şəbəkələrdə aldığım mesajlar, çağırışlar, dəstək müraciətləri o dairədəki seçkidən qalib çıxacağıma əminlik yaradır. Məncə, seçkiyə haram qatılmasa, inandığımız insanlar məntəqələrə gəlsə, qələbə bizim olacaq.
- Atanız Əhməd Məmmədov Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Bu gün şəhid ailələrinin əhəmiyyətli hissəsi sosial-iqtisadi problemlər məngəsində sıxılır. Deputat seçicələyiniz təqdirdə bununla bağlı hansı addımlar atmaq fikriniz var?
- Bu məsələ hər zaman mənim üçün prioritet olub. Şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları hər zaman diqqətimdə olublar. Jurnalist fəaliyyətimi izləyənlər bilirlər ki, bu kateqoriyadan olanların problemini, dərdini öz dərdim kimi qəbul edib ictimailəşməsinə və problemin həllinə çalışmışam. Hesab etmişəm ki, şəhid ailələrinin, qazilərin vəkiliyəm. Və bu vəkilliyi borcum hesab eləmişəm. İndiyə kimi yüzlərlə şəhid ailəsinin, qazinin, döyüşçünün problemlərinin həllinə nail olmuşam. Dövlətin bu kateqoriyadan olan şəxslərə diqqəti və qayğısı var. Amma bu, yetərlidirmi? Məncə, yox. Zaman-zaman deputatları bu məsələlərə görə qınamışam. Düşünürəm ki, Milli Məclisdə oturan hər bir kəs şəhid, qazi adına həssaslıqla yanaşmalıdır. Mən özüm bu ailələrdən birinin üzvüyəm. Onların hansı problemlər yaşadıqlarını çox yaxşı bilirəm. Əgər mənə etimad göstərilərsə, millət vəkili seçilərəmsə, hər şeydən öncə şəhid ailələri və qazilərin problemlərinin həllini ön planda saxlayacağam. Çünki bu millət şəhidlərə, qazilərə, döyüşçülərə borcludur. Onların haqqını tanımayanlar heç bir haqqı tanımaz.
Mən boğazdan yuxarı danışanları çox görmüşəm, amma sözdən əmələ keçəndə hamısı öz cibini düşünüb. Millət vəkili cibini düşünməməlidir. Kimə cib maraqlıdırsa, getsin alverini eləsin, Milli Məclisdə nə işi var?
Jurnalist kimi bacardığımı eləmişəm, amma daha böyük işlər üçün böyük meydan, hündür tribuna lazımdır.
Mən bir rayonun deyil, millətin vəkilli olmağı hədəfləmişəm. Qarşımıza daş itələməsələr, o haqq bizimdir. Haqqı demək üçün söz haqqını xalqdan alacağıq.
- Seçiciləriniz məcburi köçkünlərdir. Onlarla bağlı nə düşünürsünüz?
- Mənim bütün qohum-əqrəbam məcburi köçkündür. Onların hansı həyat yaşadıqlarını çox yaxşı bilirəm. İllərlə hansı məhrumiyyətlərdən keçdiklərini görmüşəm, o əzabı hiss etmişəm. Təbii ki, son illər köşkünlərin sosial problemlərinin həlli, mənzillə təminatı sahəsində çox böyük işlər görülüb. Minlərlə insan yeni mənzillərlə təmin olunub. Bu, müsbət haldır, lakin hər bir köçkün üçün daha vacib bir məslə var – öz doğma yurduna qayıtmaq.
Son illər sosial şəbəkələrədə “qarabağlılar Qarabağı istəmir” kimi təbliğat aparanlar var. Qətiyyən belə deyil. Kimlərsə sosial problemlərin ağırlığından başqa istəklərdə çıxış edə, hətta kimlərsə Qarabağı unuda bilər. Amma əmin ola bilərsiniz ki, bütün köçkünlər özünü hər yerdə qonaq kimi hiss edir. Hamı inanır ki, yaxın müddətdə öz elinə, obasına, doğma Qarabağına qayıdacaq. Bunu istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda hər kəs bilsin.
Biz Qarabağsız Azərbaycan təsəvvür eləmirik. Mənim üçün Şuşasız, Laçınsız Qarabağ ola bilməz, eləcə də Qarabağsız Azərbaycan yoxdur. Odur ki, bir millət vəkili kimi köçkün camaatın problemlərinin həlli üçün çalışacağam. Amma hər şeydən öncə biz Qarabağ problemini həll etməliyik. Bütün problemlərin başında Qarabağ dayanır. Bu problem həllini tapsa, bizim camaatın problemi öz yoluna düşəcək. Hesab edirəm ki, namizəd olduğum dairənin seçicilərinin mütləq əksəriyyətin bu düşüncədədir. Elə buna görə də 9 fevralda seçimlərim bizdən yana edəcəklər.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək