15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Politoloq: “General Süleymaninin öldürülməsi iki amillə bağlıdır” - Müsahibə
Tarix: 09-01-2020 15:51 | Bölmə: Müsahibə

Zərdüşt Əlizadə deyir ki, ABŞ, İsrail, Rusiya və mürtəce ərəb rejimləri terrorizmlə məşğul olur
ABŞ-İran qarşıdurmasının nə ilə nəticələnəcəyi hazırda bütün dünyanı düşündürür.
Politoloq Zərdüşt Əlizadə Yaxın Şərqdə baş verənlər və iki ölkə arasındakı münaqişə ilə bağlı maraqlı müsahibə verib.
Reyting.az AzPolitika.info-ya istinadla həmin müsahibəni təqdim edir:
- Zərdüşt bəy, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra Tehran-Vaşinqton münasibətlərindəki gərginlik müharibə həddinə çatıb. Sizcə, Donald Trampın göstərişi ilə Qasım Süleymaninin öldürülməsi nəyə xidmət edirdi?
- Hesab edirəm ki, Süleymaninin öldürülməsi haqda ABŞ prezidentinin qərarı iki amillə bağlıdır.
Birincisi, bu, İsrailin və sionistlərin təhriki ilə baş tutan aktdır. Tramp güclü formada sionistlərin təsiri altındadır. Qızı İvanka Tramp sionist Kuşnerlə ailə qurub və onun dinini qəbul edib. İsrail lobbisi ABŞ daxilində Trampın arxasında möhkəm dayanır və onu açıq şəkildə müdafiə edir. Odur ki, Tramp İsrailə xoş gəlmək üçün bu qərarı verib. Hesab edirəm ki, birinci amil sionistlərin təhrikidir.
İkincisi, Trampın özünün siyasi vəziyyəti ABŞ daxilində gərgindir. Konqres impiçment haqda qərar çıxarıb. Düzdür, bu qərar hələlik Senata göndərilməyib, amma “damokl qılıncı” kimi Trampın başı üzərindədir. Trampa seçki ərəfəsində mütləq ABŞ qaraguruhu qarşısında, hansı ki, ABŞ əhalisinin əksəriyyəti siyasi baxımdan savadsızdır, özünün qətiyyətli, cəsarətli imicini təqdim etməlidir. Bunun üçün hansısa bir düşmən şəxsi öldürmək lazımdır. General Qasım Süleymani bunun üçün çox uyğun fiqur olub. Məhz bu iki amilə görə - seçki məsələsi və sionistlərin təsiri ilə belə bir addıma razılıq verib.
Ancaq bu əməliyyatın mənası beynəlxalq terrordur. ABŞ prezidentinin qərarı terrorizmdir. Bir ölkənin rəsmi şəxsini beynəlxalq qanunları pozaraq öldürməyin başqa adı yoxdur. Dünyada iki dövlət var ki, onların siyasətində terrorizm faktoru mövcuddur. Bunlardan biri İsrail, digəri isə ABŞ-dır.
- Sizcə, İran ABŞ-ın bu həmləsi qarşısında indidən sonra nə edə bilər?
- İran ləzzətli “Sirab” və ya “Badamlı” suyundan içə bilər. Nə edə bilər ki? İranın hərbi gücü ABŞ-ın gücü ilə müqayisəyə gəlməz dərəcədə zəifdir.
Amma İranın başqa imkanları var. Məsələn, digər müsəlman dövlətlərində ABŞ-ın mənafelərinə başqalarının əli ilə kifayət qədər ziyan vurmaq imkanı var.
İraq parlamenti qərar çıxarıb ki, ABŞ ordusu ölkədən çıxmalıdır. Tramp isə bəyan edir ki, yox, biz çıxmayacağıq. Amma ABŞ ordusunun İraqdan çıxarılması haqda qərar ABŞ-ın mənafelərinə kifayət qədər ciddi zərbədir. Əgər ABŞ öz ordusunu çıxarmasa, bu, faktiki olaraq onun beynəlxalq hüquqla açıq qarşıdurması demək olacaq.
İkincisi, bu, ona gətirib çıxaracaq ki, İraqdakı ABŞ qüvvələrinə qarşı əməliyyatlar güclənəcək. Unutmayaq ki, İraqda İranın müttəfiqi olan “Həşdi-Şabi” var və onlar ABŞ əsgərlərini harada görsələr vuracaqlar. Yəməndə İrana bağlı qüvvələr, Tehranın müttəfiqi olan husilər var. Suriyada və Əfqanıstanda da eyni mənzərədir. Başqa sözlə, bir sıra ölkələrdə olan ABŞ qüvvələri İran üçün əlçatan sayıla bilər.
İran eyni zamanda səbrlə gözləyəcək ki, ABŞ özünü dünyada necə biabır edir. Məsələn, ABŞ İran Xarici İşlər naziri Cavad Zərifə BMT Təhlükəsizlik Şurasının iclasına getmək üçün viza verməyib. Bu, ABŞ-ın BMT qarşısında öz üzərinə götürdüyü öhdəliyi pozmasıdır. Öhdəliyə görə, ABŞ BMT toplantılarının keçirildiyi evin sahibi kimi dünya diplomatlarının orada iştirakına şərait yaratmalıdır. İndiki halda ABŞ-ın Cavad Zərifdən xoşu gəlmir və buna görə də onu BMT toplantısına buraxmır. Bəyəm BMT baqqal dükanıdır? Yox, BMT beynəlxalq təşkilat, ABŞ isə ev sahibidir. Azərbaycan da beynəlxalq tədbirlər, idman yarışları keçirir və burada erməni nümayəndələrinin iştirakına imkan yaradırıq. Çünki üzərimizə öhdəlik götürmüşük. ABŞ isə bu öhdəliyi pozaraq cığallıq edir. Bu da dünyada ABŞ-a olan hörməti sarsıdır.
Ümumiyyətlə, Trampın qərar və addımları dünya miqyasında demokratiyaya və liberalizmə ciddi zərbə vurur. Amma İran hiyləgər dövlətdir və səbrlə gözləyəcək ki, cənab Tramp belə addımlarla öz vəziyyətini ağırlaşdırsın. Artıq ABŞ Konqresi Trampın İrana qarşı hərbi əməliyyat səlahiyyətlərini məhdudlaşdırmaq üçün müzakirələrə başlayır. Bu, özü-özlüyündə İran üçün müsbət hadisədir. Düşünmürəm ki, İran açıq hərbi əməliyyatlara başlayaraq özünə qarşı sionistlərin və imperialistlərin zərbə endirməsinə fürsət tanısın.
- Sizcə, bu hadisələrin Azərbaycana təsirləri nədən ibarətdir?
- Sözsüz ki, müharibə arzuedilən deyil. Amma Azərbaycan bu məsələdə bitərəf mövqedədir. Nə İranın, nə də ABŞ-ın tərəfindədir. Lakin hər iki dövlətlə normal münasibətləri var. Bizim hakimiyyətə belə qovğalardan kənarda duraraq, öz işini görmək lazımdır və bu da baş verir.
- Sizin dediklərinizin əksinə olaraq, İran generalları və siyasətçiləri durmadan Qasım Süleymaninin qisasının alınacağını bəyan edirlər...
- Siz, bizim mətbuata baxsanız görərsiniz ki, Azərbaycanın Müdafiə naziri də dəfələrlə bəyan edib ki, müharibə hər an başlaya bilər. Generalın işi nədir? Müharibəyə hazır olmaq və bunu bəyan etmək. Məsəl var - müharibə və diplomatiya çox ciddi işdir və bunu generallara tapşırmaq olmaz. Odur ki, İran generallarının hədə-qorxuları normaldır, amma bu, müharibə demək deyil...
- Bir sıra dövlətlərin Qasım Süleymaninin ölümüylə bağlı İrana başsağlığı verməsi diplomatik etiketdən irəli gəlir, yoxsa İrana açıq dəstək mənasını daşıyır?
- İranın milli qəhrəmanını vurub öldürüblər. Buna görə başsağlığı verilməlidir. Fərz edək ki, Şoyqunu (Rusiyanın müdafiə naziri-red.) öldürsəydilər, bəyəm Rusiyaya başsağlığı verməyəcəkdilər? Sözsüz ki, verəcəkdilər. Əslində, bu başsağlığı həm diplomatik etiketdir, həm də dolayısı yolla ABŞ-ın bu aktına mənfi münasibətin ifadəsidir.
- Almaniya, Fransa, İngiltərə kimi ölkələr sanki susqunluq nümayiş etdirir və bu yolla ABŞ-ın hərəkətlərinə haqq qazandırmaqdan yayınırlar. Bu prosesin sonunda ABŞ təklənə bilərmi?
- Xeyr. ABŞ təklənə bilməz. ABŞ güclü və varlı dövlətdir. Dünyanın ən işlək valyutası dollardır. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının beşdə birini təşkil edir. ABŞ-ın hərbi xərcləri bütün dövlətlərin hərbi xərclərinin məcmusundan böyükdür. ABŞ öz gücünü bildiyi və özünə güvəndiyi üçün heç kəsi, bəzi hallarda isə beynəlxalq hüququ belə saymır. Dünya Amerikasız yaşaya bilmir və amerikalı siyasətçilər də bunu bildiyindən həyasızlıq edirlər. Bu mənada ABŞ-ın təklənməsi haqda söhbət gedə bilməz.
- Bu hadisələrin fonunda ABŞ-da terror aktlarının baş verəcəyini gözləmək olarmı?
- İranı terrorla məşğul olmaqda çox ittiham edirlər. Amma məncə, İran terrorla məşğul olmur. İran öz dövlətini qurub, elmini, səhiyyəsini və təhsilini inkişaf etdirib. Hərbi sənayesini qurub, qüdrətini artırır. Terrorizmlə ABŞ, İsrail, Rusiya və mürtəce ərəb rejimləri məşğul olur. İranın siyasəti, qəbul edib-etməməyimizdən asılı olmayaraq, ağıllı siyasətdir. Düşmənin əlinə girəvə vermir ki, onun üzərinə gəlsinlər. İranı şərləyir, barəsində piar aparırlar.
- Maraqlıdır, Qasım Süleymaninin öldürülməsi daha çox kimin xeyrinədir?
- Konkret məlum hadisədən sonra deyim ki, İran qəhrəman generalını itirdiyi üçün uduşlu tərəf ola bilməz. Bəli, İran itirdi. Ancaq ondan da çox ABŞ itirdi. Hamı başa düşür ki, ABŞ beynəlxalq qanunlara əməl etmir, terrora əl atır. Bu cür fəaliyyətin sonu yoxdur.
- Qasım Süleymani təsadüfi adam deyildi. Belə bir şəxsin İraqa gəlməsi haqda ABŞ-ın dəqiq informasiya əldə etməsi generalın İran daxilindən satılması anlamı daşımırmı?
- Heç kəs sığortalanmayıb. Qasım Süleymani İran-İraq müharibəsi zamanı məşhurlaşmışdı. Bacarıqlı komandir idi. Daha vacibi Seyid Əli Xameneyinin yaxın adamı idi və bu da onun çəkisini müəyyən edirdi. Suriya və İraqda uğurlu işlər görə bilmişdi. Xalq da onu sevirdi. Belə söz-söhbətlər də gəzirdi ki, Həsən Ruhaninin prezidentlik müddəti başa çatdıqdan sonra ən uğurlu namizəd Qasım Süleymani ola bilər. Əgər ali rəhbər ona “namizədliyini ver”,- desəydi, birinci turda böyük səslə rəqiblərinə qalib gələ bilərdi. Amma bu, ona qismət olmadı.
Digər tərəfdən, “Mossad” güclü təşkilatdır. ABŞ kəşfiyyatı və “Mossad” düşmənlərini izləyir. İraq isə işğal altında olan dövlətdir. Orada ABŞ-ın, NATO-nun, Niderlandın və digər ölkələrin qoşunları var. Kəşfiyyat xidmətləri də burada gen-bol işləyir. Üstəlik, ölkə viranə qoyulub. Orada xaricə işləyən saysız-hesabsız casus var. Təbii ki, Qasım Süleymaninin hərəkətlərini izləyiblər və xəbər veriblər ki, o, Bağdad hava limanındadır. Yolları bağlayıb onu vurublar. Xatırlayırsınızsa, Cöhvər Dudayevi peyk telefonu ilə danışanda vurmuşdular. Təxminən həmin texnologiyadır.
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək