15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rəşid Mahmudov: “Ölkəmizdə satılan yağların tərkibinə sağlamlığa zərərli palma yağı qatılır” - Müsahibə
Tarix: 17-12-2019 11:56 | Bölmə: Müsahibə

Tanınmış həkim: “Dünyada bizdən başqa heç bir dövlət palma yağı almır. Azərbaycan isə ildə 50 min ton palma yağı alır. Özümüz özümüzü məhv edirik”
Azərbaycanda müxtəlif xəstəliklər getdikcə artır. Hətta insanların kabusuna çevrilən xərçəng xəstəliyi artmaqla yanaşı, cavanlaşır, gənc və yeniyetmələrdə də aşkarlanır.
Tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov AYNA-ya müsahibəsində xəstəliklərin səbəblərinə toxunub, xəstəliklərdən qorunmağın yollarını açıqlayıb.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Doktor, niyə xəstəxana qapılarından asılı qalmışıq?
- Bunun bir çox səbəbləri var, ancaq ən başlıca səbəbi qidalarımızın normal olmamasıdır. Yediyimiz ən bahalı “Ankor” yağının tərkibinə belə, palma yağı qatılır. Ölkəmizdə satılan yağların tərkibinin 70-80 faizi palma yağından ibarətdir. Qidaların da 99 faizinə insan sağlamlığına zərərəli yağlar, xüsusilə palma yağı qatılır. Baxın, gənclərimizin əksəriyyəti evlənmir, ailə quran qadınların övladları olmur, insanların çoxu köklükdən əziyyət çəkir, bunların da əsas səbəbi palma yağlarıdır. Palma yağını təkcə yağlara yox, verməşilə, makarona, hətta uşaqlar üçün nəzərdə tutulmuş qatılaşdırılmış südə belə, qatırlar. Bu da insanların kiçik yaşlardan başlayaraq xəstələnməsinə səbəb olur.
Xəstəliklərin artmasının digər səbəbləri isə ekologiya və güzəranımızın zəif olmasıdır. Bu üç səbəb bu gün xəstə insanların çox olmasına təkan verir.
- İnsanların əksəriyyəti dərmanlarla müalicənin effektli olmadığından gileylənir. Dərmanların keyfiyyətsiz olduğunu deyə bilərikmi?
- Dərmanların əksəriyyəti keyfiyyətsizdir. Buna səbəb də dərman firmalarının sahibləridir. Onların əksəriyyəti dərman istehsal edən şirkətlərə sifariş verəndə dərmanların tərkibindəki maddələrin dozasını azaldırlar. Məsələn, dərmanın tərkibində hansısa maddə 50 milliqram olmalıdır, ancaq bunlar 5 milliqramın pulunu ödəyirlər, ancaq burda satanda 50 millqramın pulunu alırlar. Ona görə də dərmanlar həm bahadır, həm də keyfiyyətsiz. O cümlədən, bizim millətdə tənbəllik var, bir yerimiz ağrıyan kimi yox, ancaq yıxılanda həkimə gedirik. Bunun səbəbi səhlənkarlıqla yanaşı həm də kasıblıqdır. Xəstəlik irəliləyəndə dərmanın da effekti az olur, sağalma prosesi uzun çəkir.
- İnsanlarımız artıq həkimlərə də inanmırlar...
- Dərmanların keyfiyyətsiz olduğuna görə insanların həkimlərə olan inamı da itib. Ancaq ölkəmizdə, həqiqətən də çox güclü, istedadlı həkimlər var. Mən özüm ölüm ayağında olan xəstə idim, kəskin pankreatitdən əziyyət çəkirdim, xəstəlik ildırım sürətilə irəliləyirdi. Məni öz həkimlərimiz sağaltdı, daha doğrusu, ölümdən qaytardılar. Özüm belə, inanmırdım ki, sağalaram. Ona görə də savadlı həkimlərimizin haqqına girə bilmərəm. Düzdür, savadsız, insana pul kimi baxan həkimlərimiz də var, ancaq qurunun oduna yaşı da yandırmaq olmaz, bütün həkimlərə çamur atmaq doğru deyil.
- Xəstələrin əksəriyyəti dərmanlardan bezdiyini və təbii üsullarla müalicəyə başladıqlarını bildirirlər. Bütün xəstəlikləri xalq təbabəti ilə müalicə etmək mümkündürmü?
- Bütün dərmanların tərkibində təbii komponentlər var. Məsələn, prostat vəzinin iltihabı xəstəliyində xəstələrə prostamol tipli dərmanlar yazılır. Həmin dərmanların hamısının tərkibi boranı tumunun içindəki yaşıl pərdədən ibarətdir. Bu xəstəlikdən əziyyət çəkənlər bir kilo boranı tutumu alıb ət maşınından çəkərək yesələr, eyni effekti verəcək.
Adicə mədə xorası xəstəliyində gənəgərçək yağından, bağayarpağı bitkisindən istifadə etmək çox faydalıdır. Bağayarpağının tərkibində həm zəhərli, həm də xeyirli maddələr var. Ona görə də təbii üsullarla müalicə edəndə çox diqqətli olmaq lazımdır. Bəzən insanlara bağayarpağı dəmləməsi məsləhət görürlər, içir, müəyyən qədər yaxşılaşır. Ancaq eləsi olur ki, dozanı aşır, bir stəkan əvəzinə bir çaynik bağayarpağı dəmləməsi içir və bağayarpağının tərkibindəki zəhərdən reanimasiyalıq olur. Ancaq bütün xəstəlikləri təbii üsullarla müalicə etmək qeyri-mümkündür.
- Doktor, onkoloji xəstələrin də sayı çoxalıb, həmçinin xəstəlik, sanki cavanlaşıb, uşaqlar arasında belə, yayılıb. Sizcə, bunun səbəbi və ya səbəbləri nədir?
- Biz tələbə olanda, 55 yaşdan aşağı heç kimdə xərçəng aşkar olunmurdu. İndi xərçəng, həqiqətən də cavanlaşıb. Xərçəng xəstəliyi ilə bağlı 400 nəzəriyyə var, hər boş kəllədən bir cümlə çıxıb. Biri deyir, "alüminium qabda yemək xərçəngə səbəb olur", digəri deyir, "üstü kirəmitli evdə yaşamaq", başqa birisi tam fərqli səbəb göstərir və s. Heç kim də heç kimin nəzəriyyəsini qəbul etmir. Xərçəngin cavanlaşmasının səbəbini isə konkret bir məsələnin üstünə atmaq mümkün deyil.
- İddia edirlər ki, xərçəng hüceyrəsi, əslində bütün insanlarda var, müxtəlif səbəblərdən həmin hüceyrə oyana bilər. Bu iddia nə qədər həqiqəti əks etdirir?
- Bədənizmidə xərçəng hüceyrəsinin olduğunu demək doğru olmaz. Xərçəng bədənimizdə olan hüceyrələrdən deyil, optik hüceyrədir və heç bir hüceyrəmizə oxşamır. Optik toxuma özünə angiogenin yaradır, yəni magistral damardan damar çəkir. Xəstəlik magistral damarla onun arasındakı məsafədən asılı olaraq, 12, 9, 6, bəzən isə 2-3 ilə əmələ gəlir. Əslində, bədənimizdə timusdan asılı limfositlər var, timus vəzində formalaşıb inkişaf edirlər, təbii killerlər (TK) isə genetik yad hüceyrəni məhv etməlidir. Təbii killerlər normal və aktiv olanda insan xərçəngə tutulmur, TK-lar orqanizmdə xərçəng hüceyrəsi tapan kimi udub məhv edir. Amma bu, o demək deyil ki, bizim əlimizdə TK-ları aktivləşdirən, miqdarını çoxaldan hər hansı dərman olsa, xərçəngi müalicə edə bilərik. Çünki təbii killerləri sonradan bərpa etmək olmur, orqanizmdə nə qədər yaranıbsa, o qədər də qalacaq. 90, 100, 105 il yaşayıb qocalıqdan ölən insanlar var, onların hüceyrələrində deqredasiya gedir, hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir, nəticədə xərçəngə çevirir. Yəni qocaların, demək olar ki, hamısı xərçəngdən ölür.
- Bəzi şəxslər də iddi edirlər ki, xərçəng İsrail dövlətinin bilərəkdən yaratdığı bir xəstəlikdir və ancaq özləri bu xəstəliyin müalicəsini bilirlər. Bu iddialar barədə nə deyə bilərsiniz?
- Bunlar boş-boş dedi-qodulardır. Ələkbər Məmmədov adlı futbolçu var idi, deyirdilər ki, guya o, meymunun qarnını cırıb, ona görə də ona sağ ayağı ilə top vurmağa icazə vermirlər. Halbuki Ələkbər Məmmədov cılız kişi idi, burnunu tutsan, canı çıxardı. Xərçənglə bağlı yayılan belə fikirlər də ona bənzər əfsanələrdir.
- Stress, əsəb, gərgin iş qrafiki xərçəngə səbəb olurmu?
- Desək ki, konkret bunlar səbəbdir, aldatmış olarıq. Elm çox ciddi qanunlara tabedir, elmi əsası olmayan fikrə inanmaq doğru deyil. Xərçəngdən əziyyət çəkən 3 yaşlı uşaqda stress nə gəzir?! Bu fikirlər də, sadəcə cəfəngiyyatdır.
- Son olaraq, bəs xəstəliklərdən necə qorunaq?
- Xəstəliklərin qarşısını almaq üçün ilk növbədə özümüz mübarizə aparmalıyıq. Ekologiyamızı qorumalıyıq, qidalarımıza diqqət yetirməliyik. Dünyada bizdən başqa heç bir dövlət palma yağı almır. Azərbaycan isə ildə 50 min ton palma yağı alır. Özümüz özümüzü məhv edirik. Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Ümumiyyətlə, Prezident ölkəyə qida yağının gətirilməsinin dayandırılması barədə göstəriş verməlidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək