15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sərdar Cəlaloğlu: “İqtidar-müxalifət düşmənçiliyi bir sıra siyasi qüvvələrin məqsədinə çevrilir” - Müsahibə
Tarix: 08-11-2019 15:09 | Bölmə: Müsahibə / Slayd

ADP sədri: “Şəxsən mən siyasi dialoqun tərəfdarıyam, amma müxalifətdə dialoq tərəfdarı olan şəxsi agent adlandırırlar. Elə iqtidarda da...”
Ölkəmizdə həyata keçirilən kadr dəyişikliyi, iqtidar-müxalifət dialoqu, mümkün islahatlar aktual məsələyə çevrilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reyting.az-a müsahibəsində artıq zərurətə çevrilmiş bu məsələlərdən danışıb.
- Sərdar bəy, Azərbaycanın hakimiyyət düşərgəsindəki kadr dəyişikliyini necə qiymətləndirirsiniz?
- Özünüz də deyirsiniz ki, kadr dəyişikliyi... Deməli, siyasət, idarəetmə prinsipləri dəyişməyib ki, məndə buna baxıb tərif və ya tənqid edim.
Bir məmur çıxır, yerinə başqa biri gəlir. Əgər idarəetmə və siyasət əvvəlki kimi olacaqsa, məmur-xalq münasibətində dəyişiklik baş verməyəcəksə, bu addımların ciddi təsiri olmayacaq. Sadəcə, bir şəxsin yerinə başqası gətiriləcək. Biz arzu edərdik ki, bu cür olmasın. Eyni siyasət qalırsa, yeni kadrların öz proqramları olmayacaqsa, təşəbbüs və ideyalar irəli sürülməyəcəksə, bunun xeyri olmayacaq.
- İdarəetmədə prinsipial dəyişikliklərin baş verəcəyini, daha çevik, xalqa hesablanan addımların atılmasını gözləyirsinizmi?
- Mən bunu ancaq arzu edirəm. Amma səmimi deyim ki, gözləmirəm. Axı, bunun əlamətləri olmalıdır.
Əgər hökumət ciddi islahatlar həyata keçirməyə qərar veribsə, ilk növbədə özünü sığortalamalıdır. Bu sığortadan biri də müxalifətlə münasdibətləri yeni müstəvidə qurmaqdır. Bu istiqamətdə heç bir addım atılmır. Yəni müxalifətə münasibət əvvəlki kimi düşmənçilik səviyyəsindədir. Hesab edirəm ki, müxalifətlə münasibətləri qaydaya qoymadan yumşaq siyasət aparılması çətin olacaq.
Siyasi və hüquqi islahatlar olmadan iqtisadiyyat sahəsində dərin islahatların olacağını da düşünmürəm.
- Hökumətin indi daha çox islahatları sabotaj edəcək, buna mane ola biləcək qüvvələri komandadan kənarlaşdırıb sonra böyük açılım həyata keçirməsi mümkündürmü?
- Belə yanaşmalar var. Amma indi hökumət müstəqil şəkildə böyük addımlar atmağa hazır deyil. Məncə, müəyyən məsafəyə qədər addımlar atıla bilər, amma çox dərinə gedilib-gedilməyəcəyini bilmirəm.
Hər halda islahatların həyata keçirilməsi cəmiyyət, müxalifət və ölkədəki ziyalılar tərəfindən dəstəklənməlidir. Sadəcə, hökumət həqiqətən islahatlara başlayıbsa, cəmiyyətə münasibətdə də müəyyən addımlar atmalıdır.
- Uzun illər nazir və digər vəzifələrdə çalışmış kadrların təqaüdə göndərilməsi müsbət hadisə deyilmi?
- Məncə, kadrları işində yol verdiyi nöqsanlara görə çıxarmaq lazımdır. İndi işdən çıxarılan məmurların böyük əksəriyyətinin etdikləri haqqında mətbuatımızda minlərlə yazılar, araşdırmalar olub. Əslində işdən çıxarılanlar haqqında araşdırmanın aparılması lazımdır. Məsələn, Əli Həsənov “Qaçqınkom”da nələr edib, Hacıbala Abutalıbov Bakının icra başçısı işləyəndə hansı qərarları və niyə verib, məqsədi nə olub? Bu kimi məsələlərin də aydınlaşdırılmasına ehtiyac var.
Həm də həmin məmurların özləri vəzifədən getsələr də, övladları, nəvələri, yaxın qohumları yenə gözəl yerlərdə işləməkdə davam edirlər.
Hakimiyyət açıq sistemə keçməsə, ictimaiyyətdə tanınan mütəxəssisləri müəyyən postlara gətirməsə, yaxşı olmayacaq.
- İqtidar-müxalifət dialoqu nə dərəcədə vacibdir?
- İqtidar-müxalifət dialoqu istənilən zaman olmalıdır. Amma həm hakimiyyətdə, həm də müxalifətdə bu dialoqun əleyhdarları var. Çox təəssüflər olsun ki, dialoqun əleyhinə olanlar lehinə olanlardan güclüdür. Bu səbəbdən də indiyə qədər siyasi dialoq ardıcıl olmayıb.
Biz dialoqlar keçirmişik, amma sistemli olmayıb. Baxmayaraq ki, ardıcıl dialoqların olması digər demokratik prosedurlar kimi cəmiyyət üçün faydalıdır.
Şəxsən mən siyasi dialoqun tərəfdarıyam, amma müxalifətdə dialoq tərəfdarı olan şəxsi agent adlandırırlar. Elə iqtidarda da siyasi dialoq tərəfdarlarını tənqid edirlər.
Mənə kim nə deyirsə, desin, düzünü deyəcəyəm və zamanı gələndə də bilinəcək ki, kim düz olub. İndi radikal söz deyirsən, “Ura!” eşidirsən, ağıllı söz deyən kimi söyüş və təhqirə hədəf olursan.
- Bunu kimlər edir?
- Hərə özünə uyğun 10-15 nəfəri sosial şəbəkələrə yerləşdirib. Bir balaca həmin partiyanın mövqeyinə zidd nəsə deyən kimi təhqirlər başlanır. Məsələn, mən Xalq Hərəkatına dəvət edilmişəm və orada çıxış etmişəm. Baxıram ki, Əli Kərimlinin tərəfdarları buna görə, ağızlarına gələni danışır, söyüş və təhqirlər yazırlar. Axı, bu söyüşü eyni zamanda Əli Kərimliyə qarşı da təşkil edirlər. Bu söyüş nə deməkdir? Fikrin varsa, denən. Amma alternativ fikir olan kimi başlayırlar söyməyə.
Azərbaycanda həm hakimiyyətdə, həm də müxalifətdə totalitar təfəkkür var. Şəxsən mən özüm belə təhqirləri nəzərə almasam da, bəzən söyülməmək üçün həqiqəti deməməyə çalışıram. Düşünürəm ki, nəyimə lazımdır... Amma xalqın çoxluğu haqda fikirləşəndə deyirsən ki, 10-15 nəfər tərbiyyəsiz söyüş söydüyü üçün həqiqəti deməmək doğru deyil. Əslində bunlar gərginliyə səbəb olur və iqtidar-müxalifət düşmənçiliyi ölkədə bir sıra siyasi qüvvələrin məqsədinə çevrilir.
Hamımız bilirik ki, iqtidar-müxalifət münasibətləri yaxşılaşarsa demokratiyanın qarşısı açılar. Amma cəmiyyətdə elə mənfi qüvvələr var ki... Nifrət, kin nə deməkdir axı?
Mən siyasətçiləri, onların sosial şəbəkədəki tərəfdarlarını nifrət və kindən uzaq durmağa, ağıllı və faydalı ideyalar ətrafında müzakirələr aparmağa dəvət edirəm.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək