15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Professor: “AMEA ləğv olunmalıdır” - Müsahibə
Tarix: 27-10-2019 11:55 | Bölmə: Müsahibə / Slayd

Adil Qeybulla: “Ramiz Mehdiyevin AMEA prezidenti və Təhlükəsizlik Şurasının üzvü olması Azərbaycan siyasəti üçün yeni hadisədir. Yəni akademiya prezidenti hara, Təhlükəsizlik Şurası hara?”
Son günlər ölkədə aparılan struktur və kadr islahatları ictimaiyyətin ən çox müzakirə etdiyi mövzulardan biridir.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini, tibb elmləri doktoru, professor Adil Qeybulla Reyting.az-a müsahibəsində son kadr islahatlarından da danışıb:
- Kadr islahatları hər zaman müsbət hadisə sayıla bilər. O mənadakı çevik, idarəçilikdə operativ işləyən aparatın olması hamının maraqlarına cavab verir. Fikrimcə, daha vacibi “Bu dəyişikliklər yeni dövr üçün etibar limiti qazana biləcəkmi”,- sualıdır. Amma, sadəcə kadr dəyişiklikləri ilə buna nail olmaq elə də asan məsələ deyil. Mənim qənaətimcə, hətta mümkünsüzdür. Hər halda bunu qarşıdakı zaman göstərəcək.
- Niyə mümkün deyil?
- Ona görə ki, bu kadrlar eyni hakimiyyətdə fəaliyyət göstəriblər. Siyasi hakimiyyətdə istənilən vəzifəni və siyasi funksiyanı yerinə yetirəndə müəyyən stereotip yaranır. Adətən onlar da həmin stereotiplər əsasında hərəkət edirlər. İnsanın stereotipini dəyişməsi üçün gərək mühit yaransın. Yəni siyasi komandada stereotipin dəyişməsindən danışmaq lazımdır.
Ümumiyyətlə, təcrübə göstərir ki, istənilən bir hakimiyyət iqtidarda uzun müddət qaldıqca özünün etimad limitini tükəndirir. Məhz buna görə də, demokratik ölkələrdə seçki məhdudiyyəti qoyulub. İqtidar uzun müddət hakimiyyətdə qaldıqda verdiyi vədlərin hamısını yerinə yetirmir və bu səbəbdən də etimad mühitini tükəndirir. Adətən Şərq ölkələrində hakimiyyətin etimad mühiti nisbətən uzun sürür. Amma bununla bərabər, nəzərə almaq lazımdır ki, bütövlkdə ölkədə yaranan durum nəzərdən keçirilməlidir.
Diqqət edin, hakimiyyət uzun müddətdir ölkədə sosial enerjinin sıxılmasına çalışır. Media, siyasi müxalifət, vətəndaş cəmiyyəti ilə bağlı gedən proseslər göz önündədir. Təcrübə göstərir ki, sosial enerji sıxıldıqca sanki qazanın qapağını bağlayıb, buxarın çıxmasına imkan vermirsən. Cəmiyyətdə də təxminən anoloji proses müşahidə edilir. Sosial enerji nə qədər sıxılırsa və insanlar özünü reallaşdıra bilmirsə, təbii ki, bu, hansısa formada özünü təzahür etməlidir.
- Siz, cəmiyyətdə tanınan, konkret sahələr üzrə ciddi mütəxəssis sayılan şəxslərin kadr siyasətində istifadə olunmasına necə baxırsınız?
- Mən “Yol xəritəsi”ni belə görürəm: hakimiyyət seçki qanununa dəyişiklik etməlidir. Hətta mövcud seçki qanununu olduğu kimi tətbiq etməklə də normal seçkinin keçirilməsinə nail olmaq mümkündür. Bu halda müxalifətin parlamentə yolu açılar, müəyyən mənada azad parlament yaratmaq, heç olmasa, demokratiyanın müəyyən əlamətlərini təmin emək mümkün olar. Həmçinin vətəndaş cəmiyyətində təmsil olunan, imicini təmiz saxlayan, cəmiyyətdə qəbul edilən, yüksək intellektə malik və fəaliyyəti ilə özünü təsdiq edən insanların hakimiyyətə cəlb edilməsinə çalışmaq lazımdır. Yəni elə etmək lazımdır ki, xalq islahatların nəticəsini hiss etsin. Əgər bu baş verməyəcəksə, fikrimcə, islahatlar effektiv olmayacaq.
- Uzun illər müxalifət mətbuatının “Boz kardinal” kimi təqdim etdiyi akademik Ramiz Mehdiyevin istefasını necə qiymətləndirirsiniz?
- Fikrimcə, Ramiz Mehdiyevi çox şişirdirlər. Ramiz Mehdiyev siyasi hakimiyyətin başçısı deyildi, siyasi qərarlar qəbul etmirdi.
İkincisi, düzdür, Rusiyaya bağlı kadr idi. Rusiyanın isə Azərbaycanın siyasi hakimiyyətinə təsir imkanları çoxdur. Amma Ramiz Mehdiyevin səlahiyyətləri bəzi şəxslər tərəfindən mifik formada şişirdilirdi. Siyasi hakimiyyətdə qərarların qəbulu ona aid deyildi. Ramiz müəllim daha çox qəbul edilən qərarların icrası funksiyasını yerinə yetirirdi. Həm də Ramiz Mehdiyev bəlli bir yaşa çatmışdı və onun vəzifədən getməsinə normal baxmaq lazımdır. Yəni burada qeyri-adi nəsə axtarmaq doğru deyil. Onun vəzifədən getməyinin cəmiyyətdə xüsusi effekt yaradacağı və ya nəyinsə olacağı haqqında düşüncələr tamamilə əsassızdır. Məsələn, Ramiz Mehdiyevin AMEA prezidenti və Təhlükəsizlik Şurasının üzvü olması Azərbaycan siyasəti üçün yeni hadisədir. Yəni akademiya prezidenti hara, Təhlükəsizlik Şurası hara?
Onu da qeyd edim ki, indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edənlər bir qayda olaraq dəqiq elmlər sahəsinə aid alimlər olublar. Amma bu dəfə fərqlidir.
Ümumiyyətlə, akademiya sistemi Stalin tərəfindən yaradılıb və bəzi alimlərə xüsusi status vermək məqsədi daşıyıb. Şəxsən mən AMEA-nı ümumiyyətlə qəbul etmirəm. Ona görə ki, akademik - elm adamlarına dövlətin verdiyi hansısa addır. Həmin elm adamlarının loyallığına nail olmaq və onları təsir altında saxlamaq məqsədi güdülür. Sovet dövründə akademiyanın məqsədi bundan ibarət olub. Amma elm ABŞ-dan, Avropadan, Yaponiyadan gəlib. Məgər orada akademiya var? Mənim subyektiv fikrimcə, AMEA ləğv olunmalı, onun tabeliyindəki institutların vacib olanı saxlanılmalıdır. Amma bu institutlar bütün dünyada olduğu kimi, fəaliyyətinə qrantlar hesabına davam etməli, orada işləyənlər yüksək peşəkar mütəxəssislər olmalı və yüksək məbləğdə əməkhaqqı almalıdırlar.
- 78 yaşlı Arif Rəhimzadə və 72 yaşlı Hadı Rəcəbli deyir ki, yenidən deputat olmaq istəyirlər. Halbuki hər iki şəxs az qala 30 ildir ki, Milli Məclisdə əyləşiblər. Belə açıqlamaları necə qiymətləndirirsiniz?
- Mənim fikrim bir qədər fərqlidir. Diqqətlə baxanda görünür ki, müxalifətdə də insanlar yaşlaşıb. Biz yaş faktorunu məhdudiyyət kimi qoysaq ədalətli alınmayacaq. Hesab edirəm ki, siyasətlə məşğul olmaq istəyən şəxslər öz əqli və fiziki fəaliyyətlərini dəyərləndirərək bu işə qoşulmalıdırlar. ABŞ Prezidenti Donald Tramp 70 yaşında hakimiyyətə gəlib, elə Reyqanın özü də. Bu kimi misallar əslində çoxdur. Yəni yaş senzi əsas kimi qoyulmamalıdır.
Parlamentə iddia məsələsinə gəldikdə, ora deputatların necə seçildiyini hamımız bilirik.
Mənə görə, hakimiyyətin ən böyük yanlışı 2010-cu ildən başladı. O zaman cəmiyyətdə barış atmosferinə, sülh mühitinə getmək üçün imkanlar yaranmışdı. Onda imkan vermək lazım idi ki, müxalifət də geniş spektrdə parlamentdə təmsil olunsun, münasibətlər tədricən normallaşsın, cəmiyyətin aktiv təbəqəsinin dövlət idarəsində iştirakına imkan yaradılsın. Əksinə, tam fərqli mövqe tutuldu. Mən bilmirəm ki, bu prosesləri kimlər idarə etdi. Amma hər halda bu istiqamətdə effektiv, radikal və nəticəli addımların atılması indi də mümkündür və bunu etmək lazımdır.
Yaşlı insanların iddialarına gəldikdə, buna onların hüququ kimi də yanaşmaq olar, amma seçkilərin ədalətli formada keçirilməsi şərti ilə.
Daha pisi odur ki, indiyə qədərki mühitdə insanların təşəbbüs hüququ xeyli dərəcədə məhud olub. Ola bilər ki, hansısa YAP üzvü olan deputat imkanlarını tam reallaşdıra bilməyib. Məncə, elə bir mühit yaradılmalıdır ki, insanlar öz təşəbbüslərini reallaşdıra bilsinlər. Təbii ki, bu təşəbbüs dövlətin siyasətinə, millətin mənafeyinə əks olmamalıdır. Hər halda çevik, xalqla işləyə bilən, xalqın yanında olan bir hakimiyyət qurmağı bacarmaq lazımdır. Bunun üçün radikal və nəticəli addımlar atmağa daha çox ehtiyac var.
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
13-02-2026, 15:20
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 23:02
Millətlər Liqasında yığmamızın rəqibləri bəlli olub
12-02-2026, 18:01
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır
9-02-2026, 11:51
Ali Məhkəmə şəxsi və ailə həyatı baradə vahid qərar verib
9-02-2026, 11:18
Saxta elanlara inanlar insan alverinin qurbanına çevrilir - Video
9-02-2026, 11:06
Vensin Bakı səfəri: separatçıların gözləntisi nədir?
9-02-2026, 10:43
15 mindən çox şəxsə amnistiya tətbiq edilib
9-02-2026, 08:15
Rusiya və Çin əlaqələri gözlənilməz xarakter alıb
9-02-2026, 08:05
Pezeşkian: Omandakı danışıqlar irəliyə doğru addımdır
8-02-2026, 23:18
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
8-02-2026, 09:55
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
7-02-2026, 22:50
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
7-02-2026, 22:34
Bermud üçbucağının sirri açılır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək